20
bunlardan ibarətdir. Beyin informasiyaları daxildən gələn
hisslərlə yanaşı, həm də ətraf aləmin, ətraf varlığın təzahürünü
əks etdirən siqnallarla qəbul edir. Ətraf siqnallar daxili
siqnallarla vəhdətləşir və ətraf aləmin təzahürü əks olunur.
Siqnallar mövcud olanın forma və məzmununu daşıyan
zərrəciklərdir ki, onlar da elə mövcudluq haqqında olan
informasiyalardır. Siqnallar zərrəciklər axınıdır. Bu axın da
enerjidir.
Ağıl, şüur siqnallarla beyində formalaşır. İntuisiya əqldən
kənarda deyil. Çünki siqnal beyinə ötürülür, ümumi hissiyyatın
cəmləşmə mərkəzi beyin olur.
Hissiyyat dərki formalaşdırır.
Ətraf qıcıqlara reaksiyaları müəyyən edir. Beyin əqlin köməyi
ilə (əqlin nəticəsi ilə) ətraf aləmə cavab verir. Hissiyyat idarə
zamanı ağıla xidmət edəndir. Şüuru hərəkətlərə rəvac verməyə
yönləndirəndir. Hissiyyat siqnalların təminatı yolu ilə ağılı
formalaşdırandır. Duyğu orqanları varlığın əlamətlərinin beyində
qavrayışını təmin etmək üçün siqnalları ötürəndir. Onun
mahiyyətini və formasını artıq beyin mərkəzi müəyyən edir.
Qavrama proseslərinin əsas ötürücüləri (informasiya ötürücüləri)
duyğu orqanlarıdır. Fizioloji baxımdan inkişaf etmiş beyin və
duyğu orqanları siqnalların kəmiyyətini artırır. Bu artımdan da
əvvəlcə duymalar, müşahidələr nəticələri əvvəlcədən görmələr
yaranır. Burada düzgün görmələr, düzgün müşahidələr və
qərarlar əqli nəticələrdən meydana gəlir.
Belə demək olarsa,
intuisiya şəxsin şərti normadan çox
kəmiyyətdə siqnal qəbul etməsindən yaranan bir vəziyyətdir.
İntuisiyanı real və praktik hadisələrin nəticələrindən dəfələrlə
meydana gələn obrazlanma kimi qəbul etmək olar. İntuisiya,
belə demək mümkünsə,
adi şüur səviyyəsinin yox, təkmil şüurun
nəticəsi olaraq meydana gəlir. Təcrübə özü (buna həm də
empirik təfəkkür demək olar), təkrarlanan hadisələr onu
müşahidə edən şəxslərdə intuitiv qavramanı yaradır. İntuitiv
təfəkkür artıq kəmiyyətdə olan siqnalların beyin daha böyük
məkanda qərarlaşmasından ortaya çıxan təfəkkür olur.
21
İntuisiyanı ağıldan kənarda qəbul etmək olmaz, əksinə, onun
fövqündə (yəni, ağılın ortalama dərəcəsindən bir qədər
yüksəkdə) qəbul etmək olar. Çünki hisslərin də qəbul etdiyi
siqnallar beyində əqlin formalaşmasını təmin edir. Duyğu
orqanlarının siqnalları elə ağılın formalaşmasına təsir edir.
Fizioloji baxımdan ağılın yüksək dərəcəsi (faizi) daha çox siqnal
qəbul etməkdən və onu emal etməkdən, yeni forma
yaratmaqdan, yeni hasilatı üzərə çıxarmaqdan meydana gəlir.
Düzgün müşahidələr və duyulan qənaətlər elə təkmil və iti
zəkanın məhsuludur. Ümumiyyətlə, intuisiyanı həm də
rasionallıqla eyniləşdirmək lazımdır. Burada şəxsin müşahidəsi
önəmlidir, şəxsin həm də proseslərdə hadisələrdə özünün əqli
nəticələr çıxarması daha da qabarıq şəkildə büruzə verir.
İntuisiya rasionallığı şərtləndirir.
İnsan Yer üzərində yaranıb. Materiya və ideya aləmi ilə
əhatə olunub. Dünyaya gələn kimi ətraf aləmin siqnallarını qəbul
edir, fizioloji baxımdan inkişaf edir. Bu inkişaf da özlüyündə
ruhun formalaşmasını təmin edir. Təbii ki, insanın (doğulanın)
özündə də genetik siqnallar və hamilə zamanı, bətndə olarkən
qəbul etdiyi siqnallar da burada çağanın beynində müəyyən
qədər məkan əldə etmiş olur. Böyüdükcə insan əqli nəticəni
kainatdan, təbiətdən, ətraf aləmdən aldığı siqnallarla, təkrarlanan
proseslərdən davranışlardan əldə edir. Bu baxımdan da qaydalar,
normalar yaranır.
Əqli nəticə məkana və məkanın xarakterinə
uyğun orada mövcud olan davranışa uyğun çıxarılır. Hər
addım ardınca əqli nəticələr zəncirini toxuyur. Əvvəlcə güclü
duyan şəxs öz hərəkətlərini duyğudan
formalaşan əqli nəticələrlə
idarə edir. Əqli nəticələrin çıxarılması dərəcəsi isə fərdin mühitə
adaptasiyasından asılı olur. Bu baxımdan daha çox hadisələr
içərisində olan və bol proseslərlə əhatə olunan şəxslər nisbətən
yüksək əqli nəticələr çıxara bilirlər. Bu əqli nəticələr əsasən
təkrarlanan proseslərdən yaranır. Əqli nəticələr həm prosesin
özü ilə ortaya çıxır.
Siqnal- siqnalı, obraz -obrazı üzərə
çəxarır. Proses davam etdikcə ona müvafiq əqli nəticələr də