15
►
Laborator diaqnostikada leykositoz, EÇS artması
Aortanın laylanan anevrizmi
Klinik təzahürlərinin rəngarəngliyi diaqnostik səhvlərə səbəb ola
bilər. Bu patologiya zamanı diaqnozun vaxtında qoyulmaması fatal
nəticələrə gətirib çıxara bilər. Anamnezdə arterial hipertoniya,
Marfan sindromu, aorta qapağının anadangəlmə qüsurlarının (ikitaylı
aypara qapaq) olması risk amillərinə aiddir.
Ağrının xüsusiyyətləri:
►
Döş sümüyünün arxasında, kürək nahiyəsində lokalizasiya edir
►
Aortanın gedişi boyunca irradiasiya edir, bəzən boyuna, çənəyə,
döş qəfəsinin hər iki tərəfinə yayıla bilər
►
Qəfildən meydana çıxır, çox şiddətlidir, cırılma xarakterlidir
►
Aşağı ətraflarda halsızlıq hissi ilə müşayiət olunur
Fizikal müayinə:
►
xəstənin ümumi vəziyyəti ağırdır,
►
aşağı və yuxarı ətraflar və ya hər iki yuxarı ətraflarda AT
nəzərəçarpacaq dərəcədə fərqlidir, bəzən təzyiqləri ölçmək
mümkün olmur
►
perkussiyada damar dəstəsinin genişlənməsi, auskultasiyada aorta
üzərində və Botkin-Erb nöqtəsində kobud küy aşkar olunur
►
hemoperikard və hemotoraksla müşayiət olunarsa, səciyyəvi
əlamətlər aşkar olunur (məs, perkussiyada ürək kütlüyü
sərhədlərinin genişlənməsi, ürək tonlarının karlaşması, yuxarı boş
venanın sıxılması sindromu (sifətin sianozu, vidaci venaların
şişməsi)). Bu halda simptomlar sürətlə inkişaf edir və həyat üçün
xüsusi təhlükə törədir
Laborator-instrumental müayinələr:
►
Döş qəfəsinin rentgenoloji müayinəsi əksərən aorta kölgəliyinin
genişlənməsini, kirəcləşmə sahələri varsa, kalsifikasiya olunmuş
intimanın damarın xarici konturundan 1 sm-dən artıq aralanmasını,
yan proyeksiyada iki mənfəzi aşkar etməyə imkan verir
►
Transezofageal ExoKQ aortanın laylanmasının diaqnostikasında
“qızıl standart” hesab olunur
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
16
►
KT, MRT
►
Qanın ümumi analizi zamanı kəskin meydana çıxan anemiya
aşkar olunur
İlk yardım:
Sistolik AT endirilməlidir (100-120 mm Hg qədər), nifedipin,
nitroqliserin, nitroprussid, beta-blokatorlar və analgetiklər təyin
olunur.
Qalxan aortanın laylanması təxirəsalınmaz cərrahi əməliyyat
tələb edir. Trombolitiklər əks-göstərişdir.
Miokardit
Müxtəlif virus infeksiyaları, kollagenozlar, allergik vəziyyətlər,
revmatizm, şüalanma, bəzi dərman preparatlarının (sitostatiklər,
fenotiazin törəmələri) qəbulunu və s. müşayiət edə bilər. Kəskin
miokardit infeksion prosesin təzahürlərindən biri, və ya yeganə
təzahürü ola bilər.
Ağrının xüsusiyyətləri:
►
Ağrı prekordial nahiyədə lokalizasiya edir
►
Təzyiqedici, sızıldayıcı xarakterlidir
►
Fiziki gərginliklə bilavasitə əlaqəsi yoxdur və nitroqliserinlə
deyil, qeyri-steroid iltihab əleyhinə preparatlarla keçir
►
Tez yorulma, aritmiya, taxikardiya ilə müşayiət olunur
Fizikal müayinə:
►
Obyektiv müayinənin nəticələri qeyri-spesifikdir (taxikardiya,
perikardın sürtünmə küyü, ağır hallarda sağ və sol mədəcik
çatışmazlığı əlamətləri aşkar olunur – ödemlər, boyun venalarının
şişməsi, “çapma ritmi” və s.)
Laborator-instrumental müayinələr:
►
EKQ-də ST elevasiyası, T inversiyası, keçiricilik pozulmaları,
mədəcik aritmiyaları, bəzi hallarda EKQ normal ola bilər
►
Rentgenoqrafiya zamanı ağır hallarda ürək və damar kölgəliyi
genişlənmişdir
►
ExoKQ: sol mədəciyin dilatasiyası, yığılma funksiyasının pozulması,
ağır hallarda dilatasion kardiomiopatiya əlamətləri
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
17
►
Ürəyin radioizotop müayinəsi (
111
İn ilə nişanlanmış antimiozin
və
99m
Tc pirofosfat ilə) miokardit diaqnozunu hətta bir neçə ay
sonra təsdiqləyir
►
Laborator müayinələr: kəskin mərhələdə kardiospesifik
fermentlərin aktivliyi yüksəlmişdir
►
Qanın və digər bioloji mayelərin mikrobioloji müayinəsi
Ağır gedişli miokarditlər zamanı (ürək çatışmazlığı əlamətləri,
ağır mədəcik artitmiyaları riski) təxirəsalınmaz hospitalizasiya
göstərişdir.
Ağ ciyər arteriyasının tromboemboliyası (AATE)
Bu xəstələrin 80-90%-də AATE və aşağı ətrafların dərin
venalarının trombozuna (DVT) meyllilik yaradan bir və ya bir neçə
risk amilini (RA) aşkar etmək olur. RA aşkar olunması klinisistə
diaqnozun qoyulmasında yardım edə bilər: xəstənin
immobilizasiyası – yataq rejimi, ürək çatışmazlığı, çanaq
orqanlarında, qarın boşluğu orqanlarında, aşağı ətraflarda cərrahi
əməliyyat (bu zaman artıq çəki və yuxarı yaş riski artırır), aşağı ətraf
sınıqları və oynaqlarının iltihabı xəstəlikləri, venaların varikoz
genəlmələri, qarın boşluğu və kiçik çanaq orqanlarının bəd xassəli
şişləri metastazlaşma dövründə, piylənmə, hamiləlik, erkən doğuşdan
sonrakı dövr, əvvəllər obyektiv olaraq diaqnozu qoyulmuş DVT və
ya keçirilmiş AATE, həmçinin kiçik risk amilləri (hava səyahətləri,
hormonal kontrasepsiya), trombofiliyalar.
Klinika xəstənin ilkin vəziyyəti və tromboemboliyanın həcmindən
asılı olaraq müxtəlif ola bilər: massiv, xüsusən ağ ciyər kötüyü
şaxələnməsi nahiyəsində baş verən tromboemboliyalar ağır,
ildırımsürətli gedişə malikdir – tez bir zamanda şok, kəskin ağ ciyər-
ürək çatışmazlığı və ölümlə nəticələnir.
Kəskin gedişdə qəfildən döş sümüyü arxasında meydana çıxan
“xəncər” ağrısı, kəskin təngnəfəslik, ölüm qorxusu, huşun itməsi, AT
enməsi, sianoz (çuqun rəngi), boyun venalarının şişməsi aşkar
olunur.
Kiçik və orta şaxələrin təkrar tromboemboliyalarında klinikada
ağrı üstünlük təşkil edir:
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Dostları ilə paylaş: |