ƏTRAFIMIZDA
OLAN RƏSSAM YARADICILIĞI
114
RƏSSAM və KİNO SƏNƏTİ
Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir
xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə
nüfuz edən kino sənəti bəşəriyyətin ən böyük kəşflərindən biridir. Kino
yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləş-
dirir. Kinonun bir üstünlüyü də əyaniliyində, inandırma gücünə malik
olmasındadır.
Azərbaycan kino sənəti bütövlükdə tamaşaçıların
estetik zövqünün
və dünyagörüşünün formalaşdırılmasında mühüm rol oynamış, xalqımı-
zın milli ruhunun qorunub saxlanması işinə xidmət etmişdir.
“Nəsimi” filmindən kadr
“Qaçaq Nəbi” filmindən kadr
“Ögey ana” filmindən kadr
“Axırıncı aşırım” filmindən kadr
“Bizim Cəbiş müəllim” filmindən kadr
“Uzaq sahillərdə” filmindən kadr
ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
115
RƏSSAM və KİNO SƏNƏTİ
“Amfibiya adam” filmindən kadr
“Brilyant əl” filmindən kadr
Kino sənətinə ölkəmizdə maraq bu gün də böyükdür, çünki hər bir
film, yaradılan hər bir ekran əsəri xalqımızın tarixini, mədəniyyətini
özündə yaşadaraq gələcək nəsillərə milli ruhu çatdırır. Film qədər heç
nə belə tez köhnəlmir, amma düşüncələrimizi və dünyamızı heç nə kino
qədər qorumur.
Təchizat: rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, rəngli qələmlər
Sərbəst iş üçün tapşırıqlar
3
Filmdə rəssamın rolu nədən ibarətdir?
3
Hansı rejissor və aktyorlarla birgə işləmək istərdiniz? Onlarla hansı
mövzuda film çəkərdiniz?
Özünüzü yoxlayın
Müəyyən edin
1.
FİLM sözü ilə krossvord tərtib edin.
Yaradıcı fəaliyyət
2.
a)
Öz sinfiniz haqqında film hazırlayın. Filmin ssenari qəhrəmanları
sinif yoldaşlarınız, müəllimləriniz, məşğələləriniz, sinfiniz və asudə
vaxtınız daxil edilə bilər.
b)
“Kinematoqrafiya” mövzu-
sunda rəsm çəkin və ya emb-
lem eskizi yaradın.
3.
“Kinoda ssenari nə üçün lazım-
dır və ailə videosunun çəkili-
şində onun ro lu” mövzusunda
analitik işi yerinə yetirin.
ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
116
Necə fikirləşirsiniz,
kompüterin
ekranında hansı təkrarlanan ha-
disə əks olunub?
ANİMASİYA SƏNƏTİ
Tanış olun
Kino hər zaman bizim üçün maraqlı və əyləndirici həmsöhbət olmağa
çalışıb. Uşaqdan böyüyədək bütün tamaşaçıların ən sevimli həmsöhbəti –
animasiyadır
1
.
Rəsmlərdə hərəkətin təsvi ri-
nə dair ilk cəhdlər Paleolit döv-
rünün mağara rəsmlərinə aid
edilir. Mağara divar rəsmlərin-
də heyvanları bir-birinə dolaşan
çoxlu ayaqla təs vir edərdilər.
Filmin yaradılmasında ssenarinin hansı rolu var?
İncəsənətə dair dialoq
Xatırlayın
25
1
Animasiya (
fr. animation – canlandırma, diriltmə) – cizgi filminin Qərbdəki adı; kino
sənəti növü və onun əsəri (cizgi filmi), həmçinin cansız, hərəkətsiz
obyektlərin köməyi
ilə hərəkət illüziyası yaratmaq imkanı verən müvafiq texnologiya. Animasiya və ya cizgi
filminin yaradılması ilə məşğul olan rəssama animator deyilir.
Fransız Emil Reyno ilk və əsl animator hesab edilir. O, hərəkətli
rəsmlərin nümayişi üçün fırlanan barabandan, güzgü sistemi və fənər-
dən ibarət olan optik cihaz – praksinoskop aparatı icad etdi. 1892-ci ildə
Reyno özünəməxsus attraksion – optik teatr yaradır. Burada o, tamaşaçı-
lara 15–20 dəqiqə davam edən komik süjetlər nümayiş etdirir. Bu hadisə
ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
117
Lümyer
qardaşlarının
məşhur premyerasından
bir neçə il əvvəl baş ver-
mişdi,
yəni animasiyalar
fransızlara kinofilmlər-
dən bir qədər əvvəl mə-
lum idi.
2
Pantomim – sözlərdən istifadə etmədən bədii obrazın yaradılmasında insan bədəninin
hərəkətləri (plastikası) əsas vasitə sayılan səhnə incəsənəti.
ANİMASİYA SƏNƏTİ
İlk animasiyalar əl ilə çəkilib rənglənmiş, on beş dəqiqəyədək davam
edən
pantomimlər
2
idi. Reyno rəsmlərlə yanaşı, fotoşəkillərin də istifa-
də olunduğu filmlər yaradırdı. Sonralar müxtəlif janr və texnikalarda
işləyən digər sənətkarlar da belə kino filmlərinin inkişafına öz töhfələ-
rini verdilər. Zaman keçdikcə animasiya kinematoqrafın
bir hissəsinə
çevrilərək kino janrlarından biri kimi öz yerini tutdu. Animasiyaların
hazırlanması üçün kinoçəkən aparatlardan istifadə edilirdi.
XX əsrin əvvəlində animasiya sürətlə inkişaf etdi. Təxminən eyni
vaxtda bir neçə adam bir-birindən asılı olmadan animasiya filmlərinin
yaradılması üzərində işləməyə başladı.
Emil Reynonun praksinoskopu
Feliks pişik – səssiz kino dövründə meydana çıx mış
cizgi filmi qəhrəmanıdır. Qara bədəni, iri ağ gözləri, ge-
niş təbəssümü və süjetə görə düşdüyü vəziyyətlər Felik-
si animasiya tarixində ən tanınan personajlardan birinə
çevirdi. Feliks pişik uşaqdan böyüyədək bütün tamaşa-
çıları cəlb etməyə qabil olan və məşhurluq qazanmış ilk
animasiya personajıdır.
Animasiyanın
inkişaf yo-
lunda xeyli şərəfli ad tarixə
məlumdur. İlk animasiya fil-
mini amerikalı karikaturaçı və animator Uinzor Mak-
key 1906-cı ildə ya radıb. Amerikalı rejissor, rəssam və
prodüser Uolt Disney animasiya aləmində əsl çevriliş
yaratdı. O, ilk dəfə animasiyada səs və rəngdən istifa-
də etdi. Onun filmləri və qəhrəmanları, xüsusilə Mik-
ki Maus nəinki ən müxtəlif yaşlı tamaşaçının
qəlbini
fəth etdi, həm də onun filmlərinin təsvir üslubu təqlid
edilməyə başlandı. “Disney” studiyası öz fəaliyyətinə
görə 12 “Oskar” mükafatına layiq görülüb.
Bilirsinizmi?