Heydər Əliyev azərbaycanlı gənclərdən zabit kadrlarının
hazırlanması strategiyasını iki istiqamətə yönəltmişdir:
- Azərbaycan Respublikası Maarif Nazirliyinin tabeliyində
hərbi təmayüllü orta məktəb yaratmaq və həmin məktəbin
məzunlarını hərbi təhsillərini davam etdirmək üçün ölkənin hərbi
məktəblərinə göndərmək yolu ilə zabit hazırlanması idi. Bu
sahədə 1970-ci ildə Heydər Əliyevin bilavasitə təşəbbüsü və
fəaliyyəti ilə yaradılmış C.Naxçıvanski adma hərbi liseyin
fəaliyyəti və onun nəticələri göz qabağındadır.
- Orta məktəbi bitinniş azərbaycanlı gənclərin müəyyən
qrupunu limitlə ölkənin müxtəlif Ali hərbi məktəblərində təhsil
almaları yolu ilə zabit kadrlarının hazırlanması idi.
Bizim mülahizəmizə görə, görkəmli strategiyaçı-sərkərdə
Heydər Əliyevin 1970-2003-cü illərdə azərbaycanlı gənclərdən
milli zabit kadrlarının hazırlanması sahəsindəki fəaliyyəti və
strateji planları ölkəmizin tarixinə qızıl hərflərlə yazılacaqdır.
Onu da qeyd etmək lazımdır ki, müdrik siyasətçi və təcrübəli
dövlət xadimi Heydər Əliyev uzaqgörənliklə milli zabit kadrların
hazırlanması barədə əvvəllər düşünməsəydi və ya bu sahəyə qayğı
göstərilməsəydi keçmiş Sovetlər birliyi dağıldıqdan sonra yenicə
yaranmış, müstəqillik qazanmış Azərbaycan Respublikasının
Ordusu zabitlərsiz qala bilərdi. Burada bir faktı da qeyd etmək
yerinə düşərdi. Azərbaycan ordusunda xidmət edən zabitlərin
əksəriyyəti, bəlkə də, 88%-dən çoxusu ya C.Naxçıvanski adma
Hərbi liseyin məzunlan, ya da orta məktəbi bitirmiş gənclərin
müəyyən limitlə keçmiş SSRİ-nin hərbi məktəblərində təhsil
almış zabitlər təşkil edirdi (1997-ci ilin hesablanması).
Bunu Azərbaycan Ali Hərbi Məktəblərinin simvolunda
açıq-aydın şəkildə görürük. Hazırda hərbi məktəblərimizin
N. C əfərov, M . Ç obaııov, Q. P a şa yeva
56
A zərbaycan şiin u slığııı ə sa sla n
hamısında xidmət edən zabitlərimizin böyük əksəriyyətini, təhsil
alan kursantların isə yarısına qədərini C.Naxçıvanski adma Hərbi
liseyin məzunları təşkil edir.
Bir sözlə, xalqımızın gələcəyini düşünən Heydər Əliyev
strateji baxımdan elə tədbirlər görürdü ki, o xalqın tarixinə qızıl
xətlərlə yazılacaqdır. O vaxtlar heç kəsin ağlına gəlməzdi ki, 70 il
dünyaya meydan oxuyan, hərbə-zorba gələn keçmiş SSRİ mə
kanının bir hissəsini - müstəmləkəsini təşkil edən Respublikamız
öz tarixi dövlətçilik ənənələrini bərpa edəcək, müstəqillik əldə
edəcək, dünyanın digər xalqları kimi həm öz suverenliyini və
sərhədlərinin toxunulmazlığını qorumaq kimi müqəddəs bir
vəzifəni yerinə yetirəcək, həm də bədxah qonşuların təcavüzünə
məruz qalacaq və onlara qarşı mübarizə aparacaqdır.
İndi hamımıza aydın oldu ki, Heydər Əliyev XX əsrin 70-ci
illərində bir tərəfdən ixtisaslaşmış İbtidai Hərbi Məktəb yarat
maqla, digər tərəfdən də gənclərimizi limitlə ölkənin müxtəlif Ali
hərbi məktəblərinə təhsil almağa göndərməklə milli zabit
kadrlarımızın hazırlanması sahəsində çox böyük işlər görmüşdür.
Bunu da, hər şeydən əvvəl, Heydər Əliyev strategiyasının
xalqımıza bəxş etdiyi tarixi töhfə kimi qiymətləndirmək olar...
57
/V.
C əfərov, M. Ç oban ov, Q. P a şa yeva
AZƏRBAYCANDA ORDU QURUCULUĞUNUN
NAXÇIVAN MƏRHƏLƏSİ
(1990-1993-CÜ İLLƏR)
Bu mərhələ tarixilik baxımdan qısa dövrü əhatə etsə də,
ümummilli liderimiz Heydər Əliyev Naxçıvanda yaşadığı və
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri işlədiyi
illərdə (3 sentyabr 1991-ci il - 12 iyun 1993-cü il) ölkəmizin və
xalqımızın gələcəyi üçün strateji baxımdan Azərbaycan dövlətinin
və dövlətçiliyinin yaşaması məqsədilə siyasi, iqtisadi, mədəni və
Ordu quruculuğu sahəsində tarixi əhəmiyyəti olan islahatlar aparıl
mış və bu sahədə bir sıra nailiyyətlər əldə edilmişdir. O cümlədən:
Birincisi, Heydər Əliyev 1991-ci ildə SSRİ-nin saxlanması
üçün keçirilən Ümumittifaq referendumu ərəfəsində Naxçıvan
MSSR-in SSRİ-nin tərkibindən çıxdığını bildirir və beləliklə də,
Naxçıvan MSSR referendumda iştirak etmir.
İkincisi, sabiq SSRİ-nin Naxçıvan Muxtar Respublikasında
yerləşdirilmiş olan ordu birləşmələri Naxçıvan Respublikasının Ali
Sovetinin tabeçiliyinə verilir. Beləliklə də, Milli Ordumuzun yara
dılmasının əsası qoyulur və Naxçıvan ərazisində Milli Ordumuzda
ilk dəfə “Farağat” komandası səslənir.
Üçüncüsü,
1918-1920-ci
illərdə
fəaliyyət
göstərmiş
Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət rəmzləri qəbul edilir:
üçrəngli Bayrağı dalğalanır, Dövlət Himninin ahəngdar sədalan
aləmə yayılır, Dövlət Gerbi rəsmi sərhədlərimizi bəzəyir.
Dördüncüsü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyli
yi Günü elan olunur.
5 8
A zərb a yca n şü n a slığ ın əsa sla rı
AZƏRBAYCANDA MİLLİ ORDU YARADILMASI
VƏ ORDU QURUCULUĞUNDA İSLAHATLARIN
HƏYATA KEÇİRİLMƏSİ
(1993-2003-CÜ İLLƏR)
1993-ci'ı ilin 15 iyununda xalqın təkidli tələbi ilə Heydər
Əliyev ikinci dəfə Azərbaycan Dövlətinin başçısı vəzifəsinə gət
irilir. Əvvəlcə, Azərbaycan Respublikasının Milli Məclisinin Sədri,
az sonra isə, Azərbaycan Respublikasının prezidenti vəzifəsinə se
çilir və beləliklə də, ölkəmiz parçalanmaqdan, dövlətçiliyimizin da
ğıdılmasından, vətəndaş müharibəsi təhlükəsindən qorunur. Bun
dan sonra, Heydər Əliyevin ümumi strategiyasının, xüsusilə, Ordu
quruculuğu sahəsinin üçüncü mərhələsi başlanır. Ölkəmizdə siyasi,
iqtisadi, mədəni və Ordu quruculuğu sahəsində geniş miqyaslı de
mokratik islahatlar keçirilir. Bu islahatların ürəkaçan nəticələri,
artıq, göz qabağındadır.
Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə Azərbaycana
dövlət başçısı kimi yenidən rəhbərliyə gətirilməsi çox mürəkkəb
ictimai-siyasi bir şəraitə, Azərbaycanın “olum, ya ölüm!” məsələsi
nin gündəmdə olduğu bir dövrə təsadüf etmişdir. Belə bir ağır
dövrdə xalqın təkidli tələbi ilə xalqın oğlu Heydər Əliyev Naxçı
vandan Bakıya dəvət olundu və 1993-cü ilin 15 iyununda Milli
Məclisin sədri seçildi. Heydər Əliyev elə həmin gündən, özünün
strategiyasını həyata keçirməyə, Azərbaycanı düşdüyü siyasi böh
randan və vətəndaş müharibəsindən çıxannağı, erməni təcavüzünü-
n qarşısının alınmasını və ordu quruculuğu proqramının həyata ke
çirilməsini ön plana çəkdi. Bu münasibətlə, 1993-cü ilin 1 noyab
rında Azərbaycan Respublikasının Müdafiə Şurası yaradıldı və elə
59
Dostları ilə paylaş: |