N. C əfərov, M . Ç obanov, Q. P a şa yeva
1. Azərbaycanda milli zabit kadrlarının hazırlığı mərhə
ləsi - 1970-1990-cı illər.
2. Azərbaycanda Ordu quruculuğunun Naxçıvan mərhə
ləsi - 1990-1993-ci illər.
3. Azərbaycanda Milli Ordu Yaradılması və Ordu quru
culuğunda islahatların həyata keçirilməsi mərhələsi -
1993-2003-cü illər.
AZƏRBAYCANDA MİLLİ ZABİT KADRLARININ
HAZIRLIĞI MƏRHƏLƏSİ
(1970-1990)
Bu mərhələdə görkəmli strategiyaçı Heydər Əliyev milli
zabit kadrlarının hazırlığını iki istiqamətdə təşkil edir:
Birincisi, Milli zabit kadrları hazırlığının müasir dövrün
tələblərinə uyğunlaşdırmaq məqsədilə, ilk növbədə, ölkəmizdə
ibtidai hərbi təhsil verən hərbi təmayüllü orta məktəb-hərbi lisey
təsis edilməsi haqqında düşünür və bu problemi, çətinliklə olsa da,
həll edir və 1970-ci ildə indi fəaliyyətdə olan C.Naxçıvanski adma
hərbi lisey təsis edilir.
İkincisi, Milli zabit kadrları hazırlığını sürətləndinnək məqsə
dilə azərbaycanlı gənclər müəyyən limitlə (sabiq SSRİ hökumətilə
razılaşmaya görə), sabiq SSRİ Müdafiə Nazirliyinin tabeliyində
olan və zabit kadrları hazırlayan 58 Ali hərbi məktəbə göndərilir.
Məlumdur ki, Heydər Əliyev gənc yaşlarından 1969-cu ilin
ortalarına kimi keçmiş SSRİ-nin Dövlət Təhlükəsizliyi Komi
təsində fəaliyyət göstərmiş və Azərbaycan SSR-in Dövlət Təhlü
kəsizlik Komitəsinin sədri vəzifəsinə qədər həm çətin, həm də şə
50
A zərb a yca n şü n a slığ ın əsasları
rəfli bir yol keçmişdir. Bu yolun özünəməxsus çətinlikləri, keçmiş
Sovet qanunlarının ikili standartlığı, daim dövlət təhlükəsizliyinin
yorulmaz əməkdaşı, dövlətçiliyin zəngin sirlərinə dərindən yiyə
lənmiş Heydər Əliyevin təfəkküründə bir-birinə qarşı olan,
bir-biri
ilə daim mübarizə aparan, biri digərini inkar edən iki fikir, iki dü
şüncə, iki mülahizə formalaşmışdır: Heydər Əliyevin təfəkkürün
də formalaşan birinci fikir və mülahizə üstüörtülü, gizlin xarakter
daşıyır. Çünki bu fikir və mülahizə milli strateji xarakter daşıdığı
üçün onu müəllif daim fikrində əridib-süzür, təhlil edir və təkmil
ləşdirirdi. Bu da təsadüfi deyildi. Çünki Heydər Əliyev keçmiş
SSRİ Dövlət Təhlükəsizliyi Komitəsində xidmət edə-edə milli za
bit kadrların hazırlığının gizlin planını cızır, onun reallaşdın İması
yollannı axtarır, gecə-gündüz bu sahədə düşünürdü. Ancaq, özü
nün fikir və mülahizələrini açıqlaya bilmirdi. Çünki Sovet repres
siyası onu bir anlığa fiziki cəhətdən məhv edə bilərdi, Odur ki,
Heydər Əliyev hər bir işdə “yüz ölçüb, bir biçərdi”. Sonra nəticə
çıxarardı. Bu da onun uzaqgörənliyinin, müdrikliyinin nəticəsi idi.
Lakin bu yolun sonuna gəlib çata bilmirdi. Nəhayət, Heydər
Əliyevin strategiya yolu 1969-cu ilin ortalarında sona çatdı.
Heydər Əliyev keçmiş Azərbaycan KP MK-nın birinci katibi
vəzifəsinə seçildi. O, respublikanın rəhbəri oldu. Aradan az bir
müddət keçməmiş Heydər Əliyev özünün gizlin hərbi strateji
planlarını həyata keçirmək üçün müxtəlif yollar arayıb-axtarmağa
başladı. Nəhayət, müdrik dövlət xadimi hərbi strateji planının
birinci mərhələsini, yəni milli zabit kadrları hazırlığının ilkin
yolunu müəyyənləşdirdi.
Bu mənada, Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevi görkəmli strategiyaçı-sərkərdə, azərbaycanşünas adlandır
saq, heç də, səhv etmərik. Çünki onun strateji görüşləri hələ XX
51'