CÜMHURİYYƏT
QURUCULARI
14
həsr edilmiş əsas məruzəni M.Ə.Rəsulzadə etdi. Məruzənin əsasında federativ
demokratik respublika ideyası dayanırdı. Məruzəçi Rusiyadakı milli qruplara azad
özünütəyinetmə hüquqlarının verilməsini tələb edirdi. M.Ə.Rəsulzadə bildirirdi
ki, bu qayda ilə Rusiyanın ayrı-ayrı xalqları sonradan milli-ərazi muxtariyyəti prin-
sipləri əsasında İttifaq dövləti yarada bilərlər.
1917-ci ilin mayın 1-dən 11-dək Moskvada keçirilən Ümumrusiya
Müsəlmanları Qurultayı milli mədəni inkişafın formalaşmasında mühüm rol
oynadı. Qurultayda M.Ə.Rəsulzadənin “Ərazi Muxtariyyəti” ideyası ilə çıxışı bö-
yük maraqla qarşılandı. M.Ə.Rəsulzadə çıxışında deyirdi: “Rusiyanın idarə forması
demokratik respublika olmalıdır. Yer kürəsinin altıda birini tutan, Kamçatkadan
Qara dənizə qədər və Arxangelskdən İranla sərhədə qədər uzanan, 170 mil-
yon əhalisi olan çoxmillətli bir dövlət bir mərkəzdən idarə oluna bilməz. Ona
görə də Rusiya dövlətinin idarə forması federasiya olmalıdır”. Onun irəli sürdüyü
məhəlli muxtariyyət ideyası qurultayda 271 səsə qarşı 446 səslə qəbul edildi
7
.
Qeyd edək ki, 1917-ci ilin aprelində Qafqaz Müsəlmanlarının Qurultayında M.Ə.Rə-
sulzadə ilə N. Yusifbəyli hər iki təşkilatın (Müsavatla Türk Ədəmi Mərkəziyyətin) birləş-
dirilməsi qərarına gəlmişdilər. Əlavə edək ki, Qafqaz Müsəlmanları Qurultayına qədər
də M.Ə.Rəsulzadə ilə N.Yusifbəylinin yaxın münasibətləri vardı. N.Yusifbəyli “Açıq söz”
qəzetinə tez-tez gəlib gedərdi və bu iki şəxsiyyətin yaxınlığı, Azərbaycan istiqlalına
eyni mövqedən yanaşmağı xalqımızın sonrakı taleyində mühüm rol oynadı.
1917-ci ilin iyun ayının 17-də M.Ə.Rəsulzadənin lideri olduğu Müsavatla N.
Yusifbəylinin başçılıq etdiyi Türk Ədəmi Mərkəziyyət Partiyasının Birləşmə qu-
rultayı keçirildi.
Bu hadisədən sonra Müsavat Partiyasının Bakıda ilk qurultayı keçirildi.
Qurultay 1917-ci ilin oktyabrın 26-dan 31-dək davam etdi. 1917-ci ilin iyununda
Müsəlman Demokratik Partiyası – Müsavatla Türk Ədəmi Mərkəziyyətin birləş-
mə qurultayından sonra bu, keçirilən ilk rəsmi toplantı idi. Qurultayda Türk Ədə-
mi Mərkəziyyət Firqəsi Müsavat öz proqramını elan etməli idi. Müsavat Partiyası-
nın ilk bitkin sənədi məhz həmin proqram olmalı idi
8
.
Qurultay partiyanın 76 maddədən ibarət proqramını qəbul etdi. Müsavatın
proqramında dövlət və muxtariyyət təşkilatı məsələsi
dəqiq izah edilərək belə
qoyulmuşdur: “Rusiya dövlətinin şəkli-idarəsi milli-məhəlli muxtariyyət əsası
üzərinə qurulan qoşma xalq cümhuriyyətindən ibarət olmalıdır”
9
.
7
Həsənov C. Azərbaycan Beynəlxalq münasibətlər sistemində. B., 1993, s. 33.
8
Azərbaycan Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, f. 276, s.7, i. 168, v.1
9
Azərbaycan Respublikası Dövlət Arxivi, f.894, s.10, i. 39, v.2
MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ
15
Qeyd olunmalıdır ki, beş yüzə qədər adamın iştirak etdiyi Müsavat Partiyası-
nın birinci qurultayında M.Ə. Rəsulzadə Mərkəzi Komitənin sədri seçildi.
1917-ci ilin sonlarına doğru Azərbaycanın siyasi həyatında böyük yüksəliş
dövrü idi. Artıq milli hərəkatda üç cərəyan seçilirdi: milli demokratlar, sosialistlər
və islamçılar. Xüsusi olaraq fərqlənən milli demokratlar Azərbaycanın inkişafını
milli dövlətçilikdə görürdülər.
1918-ci ilin fevralından, Zaqafqaziya Seyminin fəaliyyətə başlamasından
sonra Azərbaycan siyasətçilərinin Zaqafqaziya istiqlalı uğrundakı mübarizəsi-
nin yeni mərhələsi başlandı. Həmin ilin fevralın 23-də Tifl isdə Zaqafqaziyanın
qanunverici orqanı – Zaqafqaziya Seyminin açılışı oldu
10
. Seymdəki Azərbaycan
fraksiyası 44 millət vəkilindən ibarət olub, Müsavat, İttihad,
Hümmət və Müsəl-
man Sosialist blokunu təmsil edirdi. 1918-ci ilin martın 14-də keçirilən Trape-
zund Sülh Konfransında da Türkiyə nümayəndələri artıq Zaqafqaziya nümayən-
dələrindən respublikaların siyasi quruluşları haqqında qətnamə tələb edirdi.
Bundan əlavə, 1918-ci ilin mart hadisələri də Zaqafqaziya Seymindəki mü-
nasibətləri gərginləşdirdi və Azərbaycanın milli müstəqilliyi uğrundakı müba-
rizədə həlledici mərhələ sayıldı.
Minlərlə günahsız adamın ölümünə səbəb olan ermənilərin xəyanəti, törət-
dikləri qırğın haqda məlumat 1918-ci ilin aprelin 2-də Zaqafqaziya Seyminə çat-
dırıldı. Lakin Seymin bu qırğına laqeyd münasibəti azərbaycanlı nümayəndələr-
də ciddi narazılıq doğurdu. Eyni zamanda Seymin gürcü-erməni çoxluğu Bakı
Sovetinə ciddi təsir göstərmək istəmirdi.
Bu hadisələrdən sonra fikir müxtəlifl iyində olan azərbaycanlılar, gürcülər və
ermənilərin Seymdə birgə fəaliyyəti getdikcə mümkün olmur, münasibətlərdə
inamsızlıq yaranırdı.
Qeyd edək ki, gürcülər və ermənilər Türkiyə ilə münasibətdə ciddi siyasi ziddiy-
yətdə idi. Gürcülər Batum və Acarıstanın saxlanılması cəhdində olsalar da, buna nail
olmaq üçün Qars və Ərdəhanı güzəştə getməyi lazım bilirdilər. Türklərin isə Seym
daxilindəki ziddiyyətlərdən məlumatları vardı. Odur ki, Zaqafqaziya hökumətinin
Türkiyə ilə apardığı müharibə 8 gündən artıq çəkmədi. Türklər aprelin 15-də Batu-
mu tutdular, eyni zamanda Qarsı mühasirəyə aldılar
11
. Belə vəziyyətdə aprelin 19-da
Seymə daxil olan Azərbaycan nümayəndələrinin birgə yığıncağında onlar Zaqafqa-
ziyanın müstəqilliyini tələb etdilər. Azərbaycanlı nümayəndələr bildirdilər ki, əks hal-
da onlar Azərbaycanın müstəqilliyi istiqamətində hərəkət edəcəklər.
10
Балаев А. Азербайджанское национальное движение в 1917-1918 гг. Б., 1998. с. 65.
11
Yenə orada, s. 90.