CÜMHURİYYƏT QURUCULARI
8
MÜƏLLİFDƏN
A
zərbaycan milli istiqlal hərəkatı xalqımızın uzun illər müddətində apar-
dığı azad və müstəqil yaşamaq uğrundakı mübarizənin məntiqi dava-
mıdır.
Azərbaycan xalqı XIX əsrdən başlayaraq çar Rusiyası istibdadına qarşı cəsarət
və əzmlə müqavimət göstərmişdir. Müstəmləkə rejiminə qarşı aparılmış bu mü-
cadilə tarixi inkişaf prosesi müddətində müxtəlif mərhələlərdən keçmişdir.
Hələ ötən əsrin əvvəllərindən – Azərbaycan torpaqlarının hissə-hissə çar
Rusiyası tərəfindən işğalından başlayaraq xalqımız çətin və ağır sınaq qarşısında
qalmışdır.
Danılmaz faktdır ki, xalqın oyanışında, yeni siyasi şüurunun formalaşmasında
açıq fikirli, geniş düşüncəli şəxsiyyətlərimizin böyük rolu olmuşdur. Xalqı gerilik
və cəhalət girdabından xilasa çalışan bu insanlar onun mübarizə əzminin və
bacarığının güclənməsinə ciddi təkan vermişlər.
Qeyd edək ki, Azərbaycan cəmiyyətinin yeniləşməsində və inkişafında,
xalqımızın istiqlala qovuşmasında, azad cümhuriyyət qurulmasında böyük şəx-
siyyətlərimiz olan M.Ə.Rəsulzadənin, F.X.Xoyskinin, Ə.M.Topçubaşovun, N.Yusif-
bəylinin, H.Ağayevin və digər insanların xidmətləri inkaredilməzdir.
1918-ci ilin 28 Mayında Azərbaycan istiqlalı elan edilməsinin böyük məna
və əhəmiyyəti oldu. Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu
M.Ə.Rəsulzadə bu münasibətlə yazırdı: “O tarixdən əvvəl bir millət olaraq varlı-
ğını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən millət olaraq dövlət qur-
muş və bu dövlətin istiqlalı uğrunda bütün mövcudiyyatı ilə meydana atılmışdı”.
Azərbaycan tarixinin görkəmli araşdırıcısı olan ABŞ tədqiqatçısı, professor
T.Svyatoçovski isə 28 May istiqlalını belə dəyərləndirirdi: “İndiyə qədər coğrafi
bir bölgənin adı olan Azərbaycan artıq iki milyonluq bir dövlətin adı idi. Tatar-
lar, transqafqaziya müsəlmanları və Qafqasiya türkləri kimi dəyişik adlarla anılan
xalq artıq rəsmən azərbaycanlı olmuşdu”.
Tanınmış alman tədqiqatçısı professor Berd Fon Mendenin isə Azərbaycan
istiqlalının tarixi əhəmiyyətinə yanaşması belədir: “Bu tarix bilavasitə onunla
bağlı olan zümrə xaricindəkiləri əlaqədar edən böyük bir günün tarixidir. Çün-
ki bu sadə Qafqasyadakı milli dövlətçilik inkişafı üçün mühüm bir təməl daşı
olmaqla qalmayıb, eyni zamanda, Rusiya imperatorluğunda başlayan siyasi ha-
MÜƏLLİFDƏN
9
disələrin seyrində mülkiyyət prinsipinin hakim rol oynamağa başlandığı bir gü-
nün tarixidir”.
Göründüyü kimi, dünyanın tanınmış alimlərinin Azərbaycan istiqlalına ver-
diyi dəyər olduqca yüksəkdir.
Həqiqətən, bu hadisə bütün Şərq aləmində, türk dünyasında yeni, de-
mokratik prinsiplərə söykənən bir dövlətin yarandığını göstərirdi. Rusiya
əsarətində yaşayan türk xalqları içərisində Azadlıq bayrağını ilk dalğalan-
dıran və müstəqil yaşamaq haqqını dünyaya tanıtdıran Azərbaycan oldu.
28 May istiqlalı ilə bağlı Azərbaycan xalqına ünvanlanan hökumət müraciə-
tində bu sözlər yazılmışdı: “Mayın 28-i böyük və ümumi bir bayram hesab edil-
məlidir. Bu gündən bilafərq millət – hər kəs özünü bərabər hüquqla Azərbay-
can vətəndaşı hesab etməlidir. Bu gün Ümumcahan millətlərinin ədalət üzrə
olan və ixtiyaratının təmin edilən günlərindən biridir”.
1918-ci ilin 28 Mayında dünyaya elan edilən İstiqlal Bəyannaməsində çox
dəyərli hüquqi, demokratik məqamlar vardı. İstiqlal Bəyannaməsinin 4-cü bən-
dində yazılmışdı: “Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri daxilində milliy-
yətindən, dinindən, sosial vəziyyəti və cinsindən asılı olmayaraq bütün vətən-
daşlara vətəndaşlıq və siyasi hüquqlar təmin edir”.
Azərbaycanın İstiqlal Bəyannaməsinin 5-ci maddəsində isə ölkədə yaşayan
bütün millətlərin azad yaşamaq hüququnun təmin edilməsi qeyd olunurdu.
İstiqlal Bəyannaməsində həmin hüquq belə ifadə edilmişdi: “Azərbaycan Xalq
Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərə azad inkişafı üçün
geniş imkanlar verir”.
İstiqlal Bəyannaməsində, 2-ci maddədə yaradılan dövlətin idarə forması
Azərbaycan Xalq Cümhuriyyəti olaraq yazılırdı: “Müstəqil Azərbaycanın siyasi
quruluş forması Xalq Cümhuriyyətidir”.
Doğrudur, dövlətin sonrakı fəaliyyəti dövründə rəsmi sənədlərdə, möhür-
lərdə, buraxılan kağız pullarda, poçt markalarında, yazışmalarda bu ad Azərbay-
can Cümhuriyyəti olaraq qeyd edilirdi.
Cümhuriyyətin isə müxtəlif formalarının mövcudluğunu bu dövlətin yaradı-
cılarından olan M.Ə.Rəsulzadə 1917-ci ilin martında “Açıq söz” qəzetində yazdığı
“Cümhuriyyət” məqaləsində belə ifadə edirdi: “Fəqət cümhuriyyətdən cümhu-
riyyətə də fərq var. Cümhuriyyət elə əsaslar üzərində qurula bilər ki, yenə əlamın
məhkum millətlərin hüququnu tamamilə təmin etməyib xalqın mümtaz qismi
mənafeyinə uydurulsun, biistilah cümhuriyyəti xas olsun... Məhkum sinif və mil-
lət gözü ilə baxıldıqda işıqlı istibdad qarasından, məşrutiyyət işıqlı istibdaddan,
CÜMHURİYYƏT QURUCULARI
10
cümhuriyyət məşrutiyyətdən, cümhuriyyəti-əlam da (yəni hamının xalqın cüm-
huriyyəti – N.Y.) cümhuriyyəti xasdan daha faydalı və daha müvafiq məqamdır...
Var olsun Cümhuriyyəti əlam!” (“Açıq söz” qəzeti, 17 mart 1917, №426).
M.Ə.Rəsulzadənin bu məqaləsi də dövlətin Xalq Cümhuriyyəti əsasları üzə-
rində inkişafını təsdiq etməkdədir.
Azərbaycan Cumhuriyyəti dövründə xalqımız özünün müstəqil yaşamaq
haqqına malik olduğunu sübut etmiş, az zaman müddətində istiqlalını böyük
dövlətlərə tanıtmış, insanların siyasi, iqtisadi, ictimai və digər sahələrdə azad
fəaliyyətinə şərait yaratmış, hərbi gücünün artırılması üçün milli ordu forma-
laşdırmış, ölkənin ərazi bütövlüyü və milli mədəniyyətinin inkişafında ciddi işlər
görmüşdür.
Milli dövlət quruculuğu prosesində ən böyük nailiyyətlərdən biri 1918-ci
ilin dekabrın 7-də Azərbaycan Parlamentinin yaradılması oldu. Parlamentdə
120-yə qədər üzv olması nəzərdə tutulmuşdur. Azərbaycan Parlamentində
ölkədə yaşayan bütün xalqların nümayəndələri və siyasi təşkilatların üzvləri
təmsil olunmuşdu. Parlamentin 17 aylıq fəaliyyəti dövründə 270-dən çox qanun
müzakirəyə çıxarılmış, onlardan 230-u qəbul edilmişdir.
Azərbaycan Cümhuriyyətinin 23 aylıq mövcudluğu dövründə beş dəfə Hö-
kumət kabinetinin dəyişdirilməsi həm də demokratik idarəçilik sisteminin for-
malaşdığını əsaslandırırdı. Bu Hökumət kabinetlərində 35-ə qədər nazir fəaliy-
yət göstərmişdi. Həmin nazirlərin çoxunun yaş həddi 30-45 arasında idi.
Nazirlərin əksəriyyəti Moskva, Sankt-Peterburq, Kiyev, Xarkov və digər şə-
hər lərdəki universitetlərin, institutların məzunları idi. Onların 16 nəfəri müxtəlif
universitetlərin hüquq fakültələrini bitirmişdilər. Yaradılan dövlətin hüquqi əsas-
larla inkişaf etdirilməsində bu amil də əsaslı rol oynayırdı.
Azərbaycan Cümhuriyyətininin qurucuları yüksək istedadlı, savadlı
in sanlar olmaqla yanaşı, vətəni və milləti sevən, onun mənafeyini hər is-
təkdən üstün tutan şəxsiyyətlər idi.
3 mart 2018-ci il.
Dostları ilə paylaş: |