1
Faylın parametrləri
Adı
Tipi (uzantısı)
Yerləşmə yeri
Yerləşdiyi qovluq
Ölçüsü
Dəyişdirilmə tarixi
1. Fayl nədir və hansı parametrlərlə xarakterizə olunur?
2. Faylın uzantısı nədir və nəyə lazımdır?
3. İki eyniadlı fayl bir qovluğa yazıldıqda sonradan yazılan fayl əvvəlkinin
üzərinə yazılacaq. Sizcə, bu problemi necə həll etmək olar?
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
6.
FAYL VƏ QOVLUQLARLA İŞ
Hər bir obyekt kimi, qovluğun da parametrləri
vardır. Onlardan ən başlıcası qovluğun adıdır.
Qovluğa adın verilməsi qaydası fayldakı kimidir.
Yeganə fərq ondadır ki, qovluğun adının uzan-
tısı, bir qayda olaraq, olmur.
Qovluğun parametrlərindən biri də onun öl-
çüsüdür. Qovluğun ölçüsü onun içərisində olan
bütün faylların və qovluqların ölçülərinə görə
müəyyən olunur. Qovluq yaradılarkən əməliyyat
23
22
Fayl haqqında informasiyaya baxış.
1. Siçanın göstəricisini hər hansı faylın
simgəsinin üzərinə aparın və sağ
düyməni çıqqıldadın.
2. Açılan kontekst menyusunda
Properties bəndini seçin.
3. Açılan pəncərədə faylın
xassələrini
gözdən keçirin. Faylın tipini (Type of
file), yerini (Location), ölçüsünü
(Size), yaranma tarixini (Created)
və başqa parametrlərini göstərən
sahələrə diqqət edin.
4. Aşağıdakı cədvəli doldurun.
Araådıraq – öyränäk
Araådıraq – öyränäk
Nəticəni müzakirə edək:
- Qovluqda neçə tip fayl var?
- “Yaşca” hansı fayl daha böyükdür? Bəs həcmcə?
Qovluqda olan fayllara baxış.
1. Fayllarınızı saxladığınız qovluğu açın. Orada olan fayllar haqqında əks
olunan informasiyanı gözdən keçirin.
2. View menyusunu açın, yaxud alətlər zolağındakı düyməsi-
nin oxunu çıqqıldadın. Açılan siyahıdan List bəndini seçin. Faylların
necə əks olunmasına diqqət edin.
3. Siyahının başqa bəndlərini (məsələn, Tiles, Content, Small Icons,
Details) seçin və əks olunan informasiyanın necə dəyişməsini izləyin.
Nəticələri müqayisə edin.
Fäaliyy t – 1
ä
Fäaliyy t – 1
ä
Sözlük
Sözlük
Qovluğun parametrləri
Qovluğun adı
Qovluğun ölçüsü
Yerini dəyişmə
Adını dəyişmə
Kopiyalama
Uzaqlaşdırma
prinsipi sənədlər olan şkafı çox xatırladır. Kağız vərəqləri kimi fayllar da qov-
luqlara tikilməlidir ki, şkafda (yəni diskdə) nizamlı və əlverişli qaydada saxla-
nılsın.
sistemi onun
yaranma tarixi və zamanını qeydiyyata alır.
Çap üçün deyil
1
Araådıraq – öyränäk
Öyrändiklärinizi yoxlayın
Araådıraq – öyränäk
Öyrändiklärinizi yoxlayın
Siçanın göstəricisini fayllarınızı saxladığınız qovluğun üzərinə aparıb azacıq
gözləyin. Açılan çərçivədən qovluğun ölçüsünü öyrənib qeyd edin.
Sonra qovluğa daxil olub oradakı obyektlərin ölçülərini cəmləyin. Nəticələri mü-
qayisə edin. Alınan fərqin səbəbinin nə ilə bağlı olduğunu öyrənməyə çalışın.
1. Qovluqdakı fayllara baxış rejimlərinin hansında onlar haqqında daha çox
məlumat əks olunur?
2. Faylın yerini dəyişmə və kopiyalama əməliyyatları arasında hansı fərq var?
3. Bir qovluqda faylın neçə kopiyasını yaratmaq olar?
4. Əməliyyat sistemi uzaqlaşdırılmış faylları harada saxlayır?
Fayllar və qovluqlar üzərində müxtəlif əməliyyatlar aparmaq – onları ya-
ratmaq, saxlamaq, açmaq, adını dəyişdirmək, üzünü köçürmək, yerini dəyiş-
dirmək, uzaqlaşdırmaq, qapatmaq olar.
25
24
Faylın yerinin və adının dəyişdirilməsi, kopiyasının yaradılması və
uzaqlaşdırılması.
View рMedium Icons menyu komandasını seçin. Qovluqdakı fayllar simgələr
şəklində əks olunacaq.
1. Hər hansı faylın yerini dəyişdirmək üçün:
· siçanın göstəricisini həmin faylın simgəsinin üzərinə aparın;
· siçanın sol düyməsini basın;
· düyməni basılı saxlayaraq siçanı hərəkət etdirin (bu zaman faylın simgəsinin
də hərəkət etdiyini görəcəksiniz);
· siçanın düyməsini buraxın – faylın simgəsi yeni yerdə əks olunacaq.
2. Hər hansı faylın kopiyasını yaratmaq üçün:
· siçanın göstəricisini həmin faylın simgəsinin üzərinə aparın;
· siçanın sol düyməsini və klaviaturada Ctrl klavişini basın;
· hər iki düyməni basılı saxlayaraq faylın simgəsinin yerini dəyişin;
· öncə siçanın düyməsini, sonra isə Ctrl klavişini buraxın – qovluqda faylın
kopiyası yaranacaq.
Eyni qayda ilə faylın daha bir neçə kopiyasını yaradın.
3. Faylın kopiyalarının adını dəyişmək üçün:
· siçanın göstəricisini adını dəyişmək istədiyiniz faylın üzərinə aparın;
· siçanın sağ düyməsini çıqqıldadın;
· açılan kontekst menyusunda Rename bəndini seçin – faylın adı düzbucaqlı
çərçivə ilə seçdiriləcək;
· fayl üçün yeni adı daxil edin;
· Enter klavişini basın.
Eyni qayda ilə qalan kopiya fayllarının da adını dəyişdirin.
4. Faylın kopiyalarını uzaqlaşdırmaq üçün:
· siçanın göstəricisini uzaqlaşdırmaq istədiyiniz faylın üzərinə aparın;
· siçanın sağ düyməsini çıqqıldadın;
· açılan kontekst menyusunda Delete bəndini seçin;
· açılan pəncərədə Yes düyməsini çıqqıldadın (əgər faylı uzaqlaşdırmaq
istəmirsinizsə, No düyməsini çıqqıldadın).
Eyni qayda ilə qalan kopiya fayllarını da uzaqlaşdırın.
Fäaliyy t – 2
ä
Fäaliyy t – 2
ä
onları təkrarlamadan, qovluqlarla bağlı tez-tez istifadə olunan başqa bir əmə-
liyyatla – iç-içə qovluqların yaradılması ilə tanış olaq.
İç-içə qovluqların yaradılması.
1. Yeni qovluq yaratmaq istədiyiniz yerə (məsələn, iş masasına və ya öz
qovluğunuza) keçin.
2. Siçanın sağ düyməsini iş masasının boş yerində, yaxud qovluq pəncərəsin-
də çıqqıldadın. Açılan kontekst menyusunda New, sonra isə Folder ko-
mandasını seçin. Siçanın sağ düyməsini çıqqıldatdığınız yerdə New
Folder adlı yeni qovluq yaranacaq.
3. Qovluğun yeni adını (məsələn,
Test) daxil edin və Enter klavişini basın.
4. İndicə yaratdığınız qovluğun (Test qovluğunun) simgəsini qoşa çıqqılda-
dıb onu açın.
5. 2-ci addımda göstərilmiş qaydada
Test1 və
Test2 qovluqlarını yaradın.
Fäaliyy t – 3
ä
Fäaliyy t – 3
ä
Diqqät !
Diqqät !
Diskdə istənilən sayda qovluq yaratmaq, eləcə də bir qovluğun
içərisində başqa qovluqlar saxlamaq olar.
Yerini dəyişmə, adını dəyişmə, kopiyasını yaratma və uzaqlaşdırma əmə-
liyyatlarını eyni qayda ilə qovluqlar üzərində də aparmaq olar. Ona görə də
Çap üçün deyil