2
Az 2
2015
Camal Zeynaloğlu: “Ağrılı düşüncələrim”
(Azərbaycan dilində)
Redaktor: Həqiqət Kərimova,
fəlsəfə elmləri namizədi,
dosent
Bakı, “Print - S” nəşriyyatı - 2015, - 332 səh.
Bu kitabda yazıçı-publisist, tərcüməçi-psixoloq
C. Zeynaloğlunun ayrı-ayrı illərdə yazdığı məqalə və
müsahibələri toplanmışdır. Bu müəllifin sayca on dördüncü
kitabıdır.
47260006
C--------------------- qrifli nəşr
00 - 2015
İSBN: 978 - 99 - 52 - 440 - 01- 7
© C. Zeynaloğlu - 2015
3
Dördüncü hakimiyyətin gücü
Ümumiyyətlə, yazmaq, yaratmaq, dilsiz, boş vərəqələri
gözəl misralarla bəzəmək, könül oxşayan, üzdə təbəssüm və
eyni zamanda kədər hissi oyadan həyatdan mənzərələrə ədəbi
dil ilə qulaq asmaq-bu, həm şair, həm yazar, həm də dinləyici
üçün başqa bir aləmdir. Sevinc də , kədər də, qüssə də, qəm də
hamısı insan üçündür. Kimisi bu hissləri içində saxlayır, kimisi
də bunları başqaları ilə bölüşür. Başqa sözlə desək, bu hissləri
içərisində yaşayanlara işıq tutub tərcüman olurlar.Bu ilahidən
gələn bir vəhdir. Hər kəsin istəsə də sahib ola bilməyəcəyi bir
istedaddır.
Siyasətdə, iqtisadiyyatda, təbiətdə baş alıb gedən böhranlar,
aşınmalar xeyli vaxt idi ki, mənəvi dəyər olan əxlaqa da
keçmişdi. Şüurlu surətdə düşünülmüş imperiya siyasəti,
nəhayət ki, Azərbaycan türkünün psixologiyasına, durumlu
ailə-məişət ənənələrinə təsir etmişdi. Şərqliliyi özündə ehtiva
edən xalqımızın demoqrafik vəziyyəti təhlükə qarşısında
qalmışdı. Belə ki, ərsəyə çatan oğlanlarımız bir ucdan
təbliğatın, bir ucdan da sosial təzyiqin vasitəsilə şimala
“repressiya” olunurdular. Onları getdikləri yerlərdə gəlirli
bazarlar, yüksək maaşlı iş yerləri, əcnəbi qızlarla ucuz başa
gələn toy mərasimləri gözləyirdi. Qızlarımıza qismət olunasılar
yad ellərdə beləcə əriyib “yoxa” çıxırdılar.
Azərbaycandan başlanan və hələ də davam edən sosial
münaqişələr qələm adamlarımız tərəfindən oxucuların nəzər-
diqqətinə çatdırılmışdır. Belə yazarlardan biri də hörmətli
qələm dostumuz Camal Zeynaloğludur. Mən onun xeyli
4
kitablarını çap etmişəm. Ümumi şəkildə bildirmək istəyirəm ki,
onun bədii dili rəvan, canlı və səlisdir. O, təfərrüata, sözçülüyə
uymaq azarından uzaqdır.
Adətən deyirlər ki, qəzetin bir günlük ömrü olur.
Doğrudur, hətta elə qəzetlər, elə məqalələr var ki, heç bir
gün, bir saat yaşamır, oxucunun diqqətini əsla cəlb eləmir.
Ancaq söhbət əsil jurnalistikadan, ictimai məna daşıyan,
oxucuya yol göstərən, cəmiyyəti kamilliyə səsləyən
sanballı məqalələrdən gedir. Elə məqalələr olur ki, elin
qayğılarından yaranır,qəlblərə yol tapır, əsil hadisəyəçevrilir,
əldən-ələ gəzir, müvafiq qurumları tərpədir, konkret tədbir
görülməsinə yol açır. Bax, belə hallarda mətbuat dördüncü
hakimiyyət rolunu görür və dördüncü hakimiyyət adlanır.
Camal Zeynaloğlunun “Ağrılı düşüncələrim” kitabında
ölkənin ictimai-siyasi həyatına fəal təsir edən, müəyyən
sahələrdə sistem halında kök salmış qüsurları, yanlış iş
üslubunu açıb göstərən yazılar geniş rəğbət qazanır və bu
zaman jurnalistika əslində dördüncü hakimiyyət rolunu
oynayır.
Bəllidir ki, üç hakimiyyət növü mövcuddur.
Qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Onların hər
birinin rəsmi statusu, konkret təsir sahəsi vəüsulları
vardır. Dördüncü hakimiyyət saydığımız jurnalistikanın isə
belə statusu yoxdur. Mətbuatın rolu ictimai-siyasi dəyəri
və cəmiyyətə təsir gücü ilə əsaslanır. Jurnalistikaya
dördüncü hakimiyyət anlayışını ilk dəfə on səkkizinci əsrdə
-1776-cı ildə ingilis filosofu və publisisti Edmund Bek
gətirmişdir. E.Bek dördüncü hakimiyyət deyiləndə jurnalis-
tikanın hakim dairələrə nəzarət funksiyasını nəzərdə
tuturdu.