“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
484
adını daşıya bilməsi fikri onu əməlli-başlı əyləndirir. Sonra o, nökərinə əmr edir ki, məni
buraxsınlar, məni evinə dəvət edir, var-dövlətlə dolu zallarını göstərir, hətta bax, belə-
belə qızıl topaları və qiymətli daş-qaşlar saxladığı,zirehli divarları olan bir otağına da
aparır,məni yaxşıca yedirtməyi əmr edir və deyir:
-Ey, adı adımdan olan dilənçi qoca! Bu əhvalat xüsusən bir də ona görə çox
qəribədir ki, Hindistana səfərim zamanı mənimlə də eynən belə bir hadisə baş vermişdi.
Mən mallarımı satmaq məqsədi ilə oradakı bazara yollanmışdım. Adamlar apardığım
bahalı şeyləri gördükdə, məni dövrəyə alaraq, sorğu-suala tutmağa başladılar ki, kiməm
və haradan gəlirəm.
-Mənim adım Böyük Morrodur, - deyə mən cavab verirəm. Onlar isə üz-gözlərini
turşudaraq söyləyirlər: - Böyük Morro? Səndə nə böyüklük ola bilər, miskin alverçi?
İnsanın böyüklüyü onun idrakındadır! Yer üzündə tək bircə Böyük Morro var, o da bizim
şəhərdə yaşayır. O, bizim məmləkətin fəxridir və sən, fırıldaqçı, öz lovğalığına görə indi
onun qarşısında cavab verməli olacaqsan!
Elə oradaca məni qamarlayırlar, əlimi-qolumu bağlayıb, varlığından xəbərim də
olmayan həmin o Morronun yanına aparırlar. Sən demə, bu adam hamının az qala, Tanrı
kimi sitayiş etdiyi adlı-sanlı alim, filosof və riyaziyyatçı, astronom və münəccim imiş.
Xoşbəxtlikdən, o, dərhal başa düşdü ki, anlaşılmazlıq baş verib, güldü, əl-qolumu açmağı
əmr etdi, məni öz iş otağına, rəsədxanasına, öz əlləri ilə hazırladığı qəribə cihazlarına
baxmağa dəvət etdi. Nəhayət, dedi:
-Ey möhtərəm yadelli tacir! Bu əhvalat xüsusən bir də ona görə çox qəribədir ki,
Levant adalarına səyahətim zamanı mənimlə də eynən belə bir hadisə baş vermişdi. Mən
tədqiq etmək istədiyim bir yanar dağın zirvəsinə pay-piyada qalxarkən, o yerlər üçün
qeyri-adi olan üst-başımdan şübhələnən bir dəstə döyüşçü kimliyimi yoxlamaq məqsədi
ilə məni saxladı. Adımı söyləməyə macal tapmamışdım ki, qollarımı qandallayıb məni
şəhərə doğru sürükləməyə başladılar. - Böyük Morro? - deyə onlar hiddətlənirdi. Səndə
nə böyüklük ola bilər, miskin müəllimciyəz? İnsanın böyüklüyü onun qəhrəman
əməllərindədir! Yer üzündə tək bircə Böyük Morro var. O da bu adanın ağası, qılıncı
bircə dəfə də olsa günəşin altında bərq vurmuş bütün döyüşçülərin ən cəsurudur! İndi o,
sənin başını bədənindən ayırmağı əmr edər!
Və onlar məni, həqiqətən də, qorxunc görkəmi olan hökmdarlarının hüzuruna
gətirdilər. Xoşbəxtlikdən, mən ona hər şeyi anlada bildim və bu zəhmli döyüşçü belə
qəribə təsadüfə gülərək qandallarımı açmağı əmr etdi, mənə bahalı libaslar bağışladı,
onun yaxın və uzaq adalarda yaşayan bütün xalqlar üzərində çaldığı qələbələrinin şanlı
şəhadətlərini seyr etməyim üçün məni öz sarayına dəvət etdi. Axırda isə dedi:
- Ey, mənimlə bərabər eyni adı daşıyan möhtərəm alim! Bu əhvalat xüsusən, bir də
ona görə çox qəribədir ki, Avropa deyilən o uzaq diyarda döyüşərkən mənimlə də eynən
belə bir hadisə baş vermişdi. Mən öz döyüşçülərimin önündə bir meşədən keçib gedərkən
kobud dağlılar qabağımı kəsib soruşdular: - Sən kimsən ki, silahının cingiltisi ilə bizim
meşələrin sükutunu pozursan?
- Mən Böyük Morroyam, - deyə söyləyirəm və öz-özümə düşünürəm ki, təkcə adımı
çəkməklə onların canına lərzə salacağam. Onlar isə mərhəmətlə gülümsəyərək deyirlər: -
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
485
Böyük Morro? Sən, yəqin, zarafat edirsən. Səndə nə böyüklük ola bilər, avara döyüşçü?
İnsanın böyüklüyü ehtiraslarını ram edə bilməsində və ruhunun ucalığındadır! Yer
üzündə yalnız bircə Böyük Morro var və indi biz səni onun yanına aparacağıq ki, sən
insanın əsil böyüklüyünün nə olduğunu öz gözlərinlə görə biləsən. Və onlar məni,
həqiqətən də, öz kasıb daxmasında cır-cındır içində həyat sürən, onların dediyinə görə,
bütün ömrünü təbiəti dərk etməkdə və Tanrıya ibadətdə keçirən, qar kimi bəyaz saqqallı
bir qocanın yaşadığı tənha dərəyə gətirdilər və mən tam səmimiyyətlə boynuma
almalıyam ki, həmin o vaxta qədər hələ heç vaxt bu dərəcədə təmkinli, həyatından razı və
olsun ki, xoşbəxt bir insan övladı görməmişdim; ancaq, doğrusu, həyat yolumu dəyişmək
mənimçün artıq çox gec idi.
Adanın qüdrətli hökmdarı müdrik alimə, alim varlı tacirə, tacir isə onun qapısına
sədəqə üçün gəlmiş kasıb qocaya bunları söylədi. Onların hamısının adı Morro idi,
hamısı da bu və ya digər səbəbdən ―Böyük‖ ləqəbini almışdılar.
Qoca hekayətini danışıb qurtaranda, qaranlıq həbsxana otağındakı dələduzlardan
biri soruşdu:
- Deməli, belə... - əgər mənim bu kəlləmin içindəkilər zir-zibil deyilsə, onda belə
çıxır ki, daxmadakı həmin o lənətə gəlmiş qoca, - yəni o, hamıdan böyük, - elə sən
özünsən?
-Eh, əziz balalar,-deyə qoca nə ―hə‖, nə də ―yox‖ cavabı vermədən, donquldandı: -
Bu həyat ki, var, - çox qəribə şeydir!
Bu yerdə qocanı dinləyən dələduzların hamısı bir anlığa susdu, çünki bəzi şeylər,
hətta ən alçaq yaramazları belə, düşünməyə məcbur edir.
İtalyan dilindən tərcümə edəni: Cəmşid Cəmşidov