32
www.irs-az.com
№ 4 (52), 2011
Bu işdə filankəsin Barmağı var
Keçmişdə Azərbaycan əhalisinin böyük əksəriyyəti savadsız
olduğu dövrdə bir sənəd imzalamaq lazım gəldikdə barmağını
mürəkkəbə batırıb kağızın üzərinə basaraq imza əvəzinə bar-
maq izini qoyur, bununla da sənədin məzmunu ilə razı olduğunu
bildirirdilər. Razı olmadıqları hansısa məsələdən söhbət düşəndə
isə bu cür savadsız şəxslər “mən bu işə barmaq qoya (basa)
bilmərəm” deyə rədd cavabını verirdilər.
Sonradan həmin ifadə məcazi mənada daha geniş yayılaraq,
ümumiyyətlə hər hansı işə razı olub-olmamağı, bu işdə iştirak
edib-etməməyi göstərmək üçün işlənməyə başlayır. Hazırda “bu
işdə filankəsin barmağı var” deməklə haqqında söhbət gedən adamın işdə çox za-
man gizlincə iştirak etdiyini, yaxud bu işə razılıq verdiyini bildirirlər.
Yaxşıdır dəvənin qanadı Yoxdur
Göyərçinlər qanad çalıb mavi səmada uçduqları vaxt çöldə otlayan bir dəvə on-
ları seyr edir, quşların asanca havada cövlan etməsinə tamaşa edə-edə dərin ah
çəkib deyir:
– Eh, kaş mənim də bu göyərçinlər kimi qanadım olaydı!
Alçaqdan uçan quşlardan biri dəvənin yanıqlı-yanıqlı dediyi bu sözləri eşidib
onun arzusunun səbəbini soruşur. Dəvə cavab verir:
– Heç bilirsənmi qanadım olsaydı neylərdim? Mən uçanda dağ-daş gur-gur gu-
ruldayardı. Təpiyimlə aləmi viran edərdim. Damların üstünə qonub ayağımla evləri
uçurar, qanadlarımla ağacları, bağçaları, bağları viranə qoyardım...
Göyərçin dəvənin sözünü ağzında yarımçıq qoyub deyir:
– Bəsdir, mətləbini başa düşdüm. Elə yaxşı olub ki, bu arzun ürəyində qalıb.
Sənin qanadın olsaydı, uçurmamış dam-daş qoymazdın.
Kiçik vəzifə və rütbəli adam böyüklük iddiasına düşdükdə, həm də rütbəyə çatan-
da heç kəsə göz verib işıq verməyəcəyi bəlli olduqda bu məsəldən istifadə olunur.
daş həmin daşdır, zaman Başqa zamandır
Məşhur fars şairi Müslihəddin Sədinin “Gülüstan” əsərindəki bir hekayədə nəql
edilir ki, padşahın yaxın adamlarından biri günahsız bir dərvişə daş atıb onun başını
yarır. Dərviş ona bir söz deməyə cürət etmir, amma başını yaran daşı götürüb evinə
aparır və gizlədir.
Hadisədən bir neçə il keçir, həmin əyana padşahın qəzəbi tutur, meydan qurub
onu dar ağacından asmağa gətirirlər. Dərviş gizlətdiyi həmin daşı evdən gətirir və
nişan alıb əyanın başını yarır.
Ətrafdakılar dərvişə təəccüblə baxıb bu işin səbəbini soruşurlar. Dar ağacı
önündə durmuş əyan da daşı göstərərək dərvişdən:
– Bu nə daşdır? – deyə soruşur.
Dərviş yarıq başını göstərib cavab verir:
– Daş həmin daşdır, amma gördüyün kimi, zaman başqa zamandır.
Zaman və şəraitin dəyişməsilə əlaqədar zülım etmiş adamın özü zülm gördüyü
hallarda bu ifadədən istifadə olunur.
“Rəvayətli ifadələr”, Bakı, 1961
Nİyə belə deyİrİk?