##book_id=498//book_name= Ümumi kimya //
##fk=103//ks=01//fn=498// sumalltest= 299 //
##İxtisas: Kimya, I kurs 101, 102 - ci qrup
##Kafedra: Ümumi kimya və KTM kafedrası
##Fənn: Ümumi kimya
## Tərtib edən: k.f.d. R.M.Ağayeva, b/m. G.V.Şadlinskaya
##İşçi qrup: dos. A. Z. Məmmədova , dos. A.C.Quliyev
##num= 1// level= 1// sumtest=20 // name= Materiya haqqında anlayış. Materiyanın hərəkət formaları. Hərəkətin kimyəvi forması. //
1. Yalnız sahənin hissəcikləri verilən düzgün cavabı göstərin?
A) neytron, proton, fonon
B) foton, fonon, qraviton
C) elektron, proton, foton
D) foton, fonon, neytron
E) proton, qraviton, electron
2. Maddənin kütləsi ilə enerjisi arasında kəmiyyət ardıcıllığını müəyyən edən riyazi ifadə hansıdır?
A)
B)
C)
D) ,
E)
3. Fotonun ikili təbiətə malik olması nəyi xarakterizə edir?
A) Enerjisinin fərqli olması
B) Əks yüklü olması
C) Müxtəlif sürətli olması
D) Hissəcik və dalğa xassəli olması
E) Proton və neytrondan ibarət olması
4. Oksigen nəzəriyyəsi hansı zərurətdən yaranmışdır?
A) dəmirin paslanmasının izahı
B) havanın tərkibinin təyini
C) istilik şüalanmasının izahı
D) reaksiya prosesində istiliyin ayrılmasının izahı
E) yanma prosesinin izah etmək
5. Flogiston nəzəriyyəsinin müddəasını göstərin.
A) yanma prosesində flogiston ayrılmır
B) “ flogiston “ adlanan maddə yalnız metalların tərkibində olur
C) yanma qabiliyyətinə malik olan bütün maddələrin tərkibində “ flogiston “ adlanan maddə olur
D) metal yananda “ flogiston “ adlanan maddə ilə birləşir
E) yanmaprosesi “ flogiston “ adlanan maddənin miqdarından asılı olur
6. Yanmanın oksigen nəzəriyyəsini hansı alim kəşf etmişdir
A) P. Dülonq
B) G. Ştal
C) A. Lavuazye
D) C. Dalton
E) R. Boyl
7. Maddənin əlamətlərini xarakterizə edən müddəlaları seçin
1 - fəzanın müəyyən sahəsini tutur
2– sükunət kütləsi sıfıra bərabərdir
3– sükunət kütləsinə malikdir
4– işıq sürəti ilə hərəkət edir
5– cəzbetmə və itələmə qüvvələri hesabına qurulur
6– elektromaqnit sahəsinin hissəciyidir
A) 1, 3, 6
B) 2, 4, 6
C) 3, 4, 5
D) 1, 3, 5
E) 2, 3, 4
8. Sükunət kütləsi sıfıra bərabər olan hissəcikləri seçin?
1– elektron
2– foton
3– fonon
4– proton
5– qraviton
6– neytron
A) 3, 4, 5
B) 2, 4, 6
C) 4, 5, 6
D) 2, 3, 5
E) 1, 2, 3
9. Materiyaya aid olanları seçin.
1 - Bizə bəlli olmayan obyektiv reallıqdır.
2 - Şüurumuzdan asılı olmayan obyektiv reallıqdır.
3 - Öyrənilməsi imkansız olan maddiyatdır.
4 - Dərk olunan obyektiv reallıqdır.
5– Şüurumuzdan asılı olan obyektiv reallıqdır.
6 - Müxtəlif hərəkət formaları ilə təzahür edir.
A) 3, 4, 6
B) 1, 2, 3
C) 1, 3, 5
D) 1, 3, 4
E) 2, 4, 6
10. Fotona aid olan xassələri seçin.
1 - sükunət kütləsinə malikdir
2 - elektromaqnit sahəsinin hissəciyidir
3 - səs dalğalarının hissəciyidir
4 - işıq sürəti ilə hərəkət edir
5 - sükunət kütləsi sıfıra bərabərdir
6 - qravitasiyanın hissəciyidir
A) 1, 2, 3
B) 2, 3, 4
C) 2, 4, 5
D) 3, 4, 5
E) 2, 3, 6
11. A. L. Lavuazyenin təcrübi faktorlara əsaslanaraq yanmaya dair irəli sürdüyü müddəaları seçin?
1– yanma prosesində istilik və işıq ayrılır
2– havanın iştirakı olmadan yanma mümkün deyil
3– yanma yalnız təmiz havada baş verir
4– “od materiyası”qalın divarlarından keçərək metala birləşir və onun çəkisini artırır
5– yanma prosesində maddənin çəkisi (kütləsi) havanın çəkisinin azalması qədər artır
6– yanma qabiliyyətinə malik olan bütün maddələrin tərkibində “flogiston” adlanan maddə var
A) 2, 3, 4
B) 1, 3, 5
C) 2, 4, 6
D) 4, 5, 6
E) 1, 2, 3
12. Hissəcikləri fotonlar olan şüaları seçin.
1 - katod şüaları
2 - işıq şüaları
3 - rentgen şüaları
4 - atomün enerıi şüalandırması
5 - qamma şüaları
6 - molekulun enerıi şüalandırması
A) 2, 4, 6
B) 2, 3, 4
C) 2, 3, 5
D) 4, 5, 6
E) 1, 2, 3
13. Materiyanın hərəkət formalarının bir - birinə çevrilməsi ardıcıllığını müəyyən edin.
1 - Mexaniki hərəkət → istiliyin ayrılması
2 - Bioloji hərəkət → tənəffüs
3 - Kimyəvi çevrilmə → elektrik cərəyanı
4 - Mexaniki hərəkət → istiliyin ayrılması
5 - Bioloji hərəkət → tənəffüs
6 - Kimyəvi çevrilmə → elektrik cərəyanı
A) 3, 4, 5
B) 2, 4, 6
C) 1, 3, 5
D) 1, 2, 3
E) 4, 5, 6
14. Yanmanın mexanizminə dair Leonardo da Vinçi, Robert Boyl və Georq Ştatın təklif etdikləri ideyaları hansı cavablarda ardıcıl verilmişdir?
1 – “od materiyası” qabın divarından keçərək metala birləşir və onun çəkisini artırır
2 – havanın iştirakı olmadan yanma mümkün deyil
3 – yanma qabiliyyətinə malik olan bütün maddənin tərkibində “flogiston” adlanan maddə olur
4 – “od materiyası” qalın divarından keçərək metala birləşir və onun çəkisini artırır
5 – havanın iştirakı olmadan yanma mümkün deyil
6 – yanma qabiliyyətinə malik olan bütün maddələrin tərkibində “flogiston” adlanan maddələr olur
A) 2, 3, 5
B) 2, 4, 6
C) 1, 2, 3
D) 4, 5, 6
E) 3, 4, 5
15. Ərəb əlkimyaçı alimi əl - Razinin kimyəvi maddələrə verdiyi təsnifat hansı cavablarda ardıcıl göstərilmişdir?
1 - torpaq mənşəli
2 - heyvan mənşəli
3 - bitki mənşəli
4 - torpaq mənşəli
5 - heyvan mənşəli
6 - bitki mənşəli
A) 3, 4, 5
B) 2, 4, 6
C) 1, 3, 5
D) 1, 2, 3
E) 4, 5, 6
16. əl - Razi, Parasels və Van Helmontun kimya biliklərinin inkişafına dair ideyaları hansı cavablarda ardıcıl verilmişdir?
1 - kimya və təbabəti vahid bir elmdə - yatrokimyada birləşdirməyi təklif etmişdir
2 - ilk dəfə olaraq ona məlum olan maddələrin təsnifatını vermişdir
3 - ilk dəfə olaraq qazları öyrənmiş, pnevmatik kimyanın əsasını qoymuşdur
4 - kimya və təbabəti vahid bir elmdə - yatrokimyada birləşdirməyi təklif etmişdir
5 - ilk dəfə olaraq ona məlum olan maddələrin təsnifatını vermişdir
6 - ilk dəfə olaraq qazları öyrənmiş, pnevmatik kimyanın əsasını qoymuşdur
A) 4, 5, 6
B) 2, 3, 5
C) 1, 2, 3
D) 2, 4, 6
E) 3, 4, 5
17. Maddələr və onların başlanğıcına dair fəlsəfi təlimlər arasında uyğunluğu müəyyən edən düzgün cavab hansıdır? .
I - Empedogl təlimi
II - Demokrit təlimi
III - Lukretsi Kar təlimi
IV - Aristotel təlimi
1 - dörd başlanğıcın(od, torpaq, su hava) olduğunu qəbul edir
2 - romada fəlsəfi fikrin və kimya biliklərinin yayılmasında böyü rolu olmuşdur
3 - atom haqqında fəlsəfi təlim yaratmışdır
4 - Demokrit və Epukurun təlimini davam etdirmişdir
5 - onun təlimi atom haqqında təlimlə əlaqəli olmayıb kosmooniyaya aid idi
6 - atomların daimi olduğunu və bütün cisimlərin atomlardan əmələ gəldiyini demişdir
7 - başlanğıcların maddi oldüğunu qəbul edir
8 - bütün maddələr beş elementdən təşkil olunmuşlar
9 - bütün şeylər materiyanın son həddi olan atomlardan təşkil olunmuşdur
10 - birinci dörd elementi maddələrin xassələrinin daşıyıcıları kimi qəbul edirdi
11 - atomlar bölünməzdir, fasiləsiz hərəkət edirlər, başlanğıcı və sonu yoxdur
12 - bütün maddələrin tərkibinə daxil olan beşinci element bir elementin digərinə çevrilmə - sini törədir
A) I –2, 3, 5; II – 6, 7, 9; III – 3, 4, 6; IV – 7, 11, 12
B) I –1, 2, 3; II – 7, 8, 9; III – 2, 3, 5; IV – 7, 8, 11
C) I –2, 3, 4; II – 8, 9, 10; III – 3, 5, 6; IV – 9, 10, 11
D) I –1, 3, 4; II – 9, 10, 12; III – 3, 5, 6; IV – 10, 11, 12
E) I –1, 5, 7; II – 3, 9, 11; III – 2, 4, 6; IV – 8, 10, 12
18. Əlkimya dövründə kimya biliklərinin inkişafı ilə əlkimyaçıların ideyaları arasında uyğunluğu müəyyən edən düzgün cavab hansıdır? .
I - Cabir - ibn - Qayyan
II - əl - Razi
III - Parasels
IV - Van Helmont
1 - metalların və mineralların öyrənilməsinə xüsusi əhəmiyyət vermişdir
2 - kimya və təbabəti vahid bir elmdə - yatrokimyada birləşdirməyi təklif etmişdir
3 - metalların xassələrini Aristotelin elementlərinə əsasən izah etmək mümkün deyil
4 - orqanizmin müalicəsinin kimyəvi nəzəriyyəsini irəli sürmüşdür
5 - müxtəlif metalların, bitki yağlarının alınması, civənin təmizlənməsi üsullarını öyrənmişdir
6 - gümüşü qatı nitrat turşusunda əll etdikdə mövcudluğunu itirmir, yalnız formasını dəyişir
7 - bütün şeylər bölünməyən elementlərdən(atomlar) və onlar arasında boşluqlardan ibarətdir
8 - kimya haqqında nəzəri təsəvvürləri cvə, kükürd və duz haqında təlimə əsaslanırdı
9 - ilk dəfə olaraq ona məlum olan maddələrin təsnifatını vermişdir
10 - ilk dəfə olaraq qazları və onların xassələrini öyrənmiş, pnevmatik kimyanın əsasını qoymuşdur
11 - maddələri öç sinifdə (torpaq mənşəli, bitki mənşəli, heyvan mənşəli) yerləşdirmişdir
12 - fermentlərin orqanizmdə əhəmiyyətini göstərmişdir
A) I –2, 3, 4; II – 8, 9, 10; III – 3, 5, 6; IV – 9, 10, 11
B) I –1, 2, 3; II – 7, 8, 9; III – 2, 3, 5; IV – 7, 8, 11
C) I –1, 3, 5; II – 7, 9, 11; III – 2, 4, 8; IV – 6, 10, 12
D) I –1, 3, 4; II – 9, 10, 12; III – 3, 5, 6; IV – 10, 11, 12
E) I –2, 3, 5; II – 6, 7, 9; III – 3, 4, 6; IV – 7, 11, 12
19. Metallurgiya sənayesində yanma prosesinin mexanizmi ilə alimlərin ideyası arasında uyğunluğu müəyyən edən düzgün cavab hansıdır? .
I - Birinquçço
II - Ştal
III - Lavuazye
1 - metalların alınması, təmizlənməsi və tətbiq sahələrini öyrənmişdir
2 - yanma prosesində istilik və işıq ayrılır
3 - metal yandıqda çəkinin (kütlənin) artmasını sıxlığın artması ilə izah etmişdir
4 - yanma yalnız təmiz havada baş verir
5 - flogiston nəzəriyyəsini təklif etmişdir
6 - yanma prosesində maddənin çəkisi (kütləsi) havanın çəkisinin azalması qədər artır
7 - od maddələrdən suyu və havanı çıxardır, buna görə də maddə sıxlaşır və ağır olur
8 - yanma qabiliyyətinə malik olan bütün maddələrin tərkibində “flogiston” adlanan maddələr olur
9 - maddələri közərtdikdə flogiston ayrılır
A) I – 2, 3, 4; II – 5, 6, 7; III – 4, 5, 6
B) I – 1, 2, 5; II – 3, 5, 6; III – 2, 4, 7
C) I – 1, 2, 3; II – 6, 7, 8 ; III – 6, 8, 9
D) I - 1, 3, 7; II – 5, 8, 9; III – 2, 4, 6
E) I – 2, 3, 6; II – 3, 4, 6; III – 6, 7, 9
20. Materiyanın hərəkət formaları və onlara aid olanlar arasında uyğunluğu müəyyən edən düzgün cavab hansıdır? .
I - Materiyanın mexaniki hərəkət forması
II - Materiyanın bioloji hərəkət forması
III - Materiyanın kimyəvi hərəkət forması
1 - Cisimlərin qızması və soyuması
2 - Maddələrin bir - birinə çevrilməsi
3 - diffuziya
4 - tənəffüs
5 - paslanma
6 - şüalanma
7 - böyümə
A) I – 2, 3, 4; II – 1, 5; III – 1, 3
B) I – 1, 3, 5; II – 3, 6; III – 2, 4
C) I – 1, 2, 3; II – 2, 5; III – 1, 4
D) I - 1, 3, 6; II – 4, 7; III – 2, 5
E) I – 2, 3, 6; II – 3, 6; III – 1, 2
Dostları ilə paylaş: |