Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 101 -
“Özümdən sonra ümmətim üçün ən çox qorxduğum
adam o şəxsdir ki, Quranı təfsir edə, amma hər şeyi öz
yerində etməyə (düzgün təfsir etməyə). Həzrət İmam
Baqir (ə) Quranı təfsir edən bir nəfərə buyurdu:
“Quranı o adam bilər ki, Quran ona xitab olunubdur’’.
Bunlar və bundan əlavə çoxlu mötəbər hədislər
vardır ki, Quranı öz rəylərinə əsasən təfsir edəniləri
məzəmmət edir və cəhənnəm vədəsi verir.
Bir az əvvəl işarə etdik ki, öz nəzərlərinə uyğun
təfsir edənlərinn bir dəstəsi mənafe xatirinə belə
edirlər. Bu barədə Quranın Bəqərə surəsinin 75-ci
ayəsində məlumat verilir:
مﻼﻛ نﻮﻌﻤﺴﻳ ﻢﻬﻨﻣ ﻖﻳﺮﻓ نﺎﻛ ﺪﻗو ﻢﻜﻟ اﻮﻨﻣﺆﻳ نا نﻮﻌﻤﻄﺘﻓا
نﻮﻤﻠﻌﻳ ﻢﻫو ﻩﻮﻠﻘﻋ ﺎﻣ ﺪﻌﺑ ﻦﻣ ﻪﻧﻮﻓﺮﳛ ﰒ ﷲا
“Siz gözləyirsiniz onlar sizin dininizə iman gətirsin.
Halbuki, onların bir dəstəsi Allahın kəlamını eşidiblər,
onu başa düşüb, xəbərdar olandan sonra, o kəlamı
təhrif edirdilər’’.
Gördüyünüz bu ayədə söhbət yəhudilərdən
gedir. Onlar həqiqəti – Quranı sonuncu kitab və
Həzrət
Muhəmməd
(s)-i
sonuncu
peyğəmbər
olduğunu bilərək inkar edir, öz Tövratlarında bu
barədə oxuduqlarını təhrif edirdilər.
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 102 -
“Maidə” surəsinin 13-cü ayəsində Allah-Təala
buyurur:
ﻪﺑ اوﺮﻛذ ﺎﳑ ﺎﻈﺣ اﻮﺴﻧو ﻪﻌﺿاﻮﻣ ﻦﻋ ﻢﻠﻜﻟا نﻮﻓﺮﳛ
“Onlar sözləri öz yerindən təhrif edirlər və onlara
xəbərdarlıq edilənləri unudurlar’’.
“Nisa’’ surəsinin 46-cı ayəsində yenə yəhudilərin
Allah kəlamını təhrif etmələrindən söz açaraq
buyurur.
ﻪﻌﺿاﻮﻣ ﻦﻋ ﻢﻠﻜﻟا نﻮﻓﺮﳛ اودﺎﻫ ﻦﻳﺬﻟا ﻦﻣ
“Yəhudilərdən Allah kəlamını təhrif edirlər’’. Qurani-
Kərimdə yəhudilərin təhrifi barəsində olan ayələrin
cəmindən bu nəticəyə gəlinir ki, bir dəstə yəhudinin
mənafeyinə görə haqq təhrif olunur, gizlədilir və
başqa formada insanlara çatdırılırdı. Allah kəlamı
döndərilərək insanlar zəlalətə salınırdı. İlahi kəlamlar
təhrif olunur, bir dəstə insanlar isə ondan dünya
faydası götürürlər. Bu yolda onlara bir dəstə də cahil
surətdə yardımçı olur, birinci dəstə dünya qazanıb
axirət itirirlıər, ikinci dəstə isə həm axirət, həm də
dünyanı itirirlər. Bu barədə mötəbər olan bir hədis
var: “İnsanların pisi axirətini dünyasına satanlardır,
onlardan daha pisi, axirətini başqasının dünyası üçün
satanlardır’’. Baxın bu bədbəxtlərə, görün necə çirkin
əmələ mübtəla olublar. Bəlkə bu günkü təhriflərdə də
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 103 -
yəhudi barmağı vardır. Bu günkü təhrifçilər görəsən
kimin dünyasına xidmət edərək öz axirətlərini
satırlar? Əbədi lənətə düçar olmuş bir dəstə yəhudinin
davamçıları onların başına gələn müsibətləri görərkən
nə üçün bu çirkinlikdən çəkinmirlər? Görəsən bu gün
Quranda hicab ayəsinin mənasını təhrif edənlər,
şərabın haram olması barədə Quranda ayənin
olmadığını iddia edənlər kimin dəyirmanına su
tökürlər? Öz axirət taxtlarını vıran edərək başqaları
üçün dünya taxtı qururlar. Yeri gəlmişkən deyim ki,
Quranda hicabı vacib edən ayələr vardır. Oxucular bu
barədə Quranın “Əhzab’’ surəsinin 53 və 59-cu,
“Nur’’ surəsinin isə 30, 31 və 57-ci ayələrinə müraciət
edə bilərlər. Bu ayələr qadinların kamil surətdə
örtülməyindən söz açaraq, hicabı vacib olan ilahi
hökm olaraq aydın surətdə başa salır. Əvvəldə
dediyimiz kimi bəziləri gah bu barədə ayələrin
olmadığını, gah da hicabın bütün bədənə aid
olmadığını iddia edirlər. Onlar yalançı, axirətlərini
dünyaya
satanlar,
başqalarının
və
şeytanların
muzdurlarıdırlar.
Şərabın haramlığı barədə də Qurani-Kərimin
“Bəqərə” surəsinin 219-cu, “Maidə” surəsinin 90, 91-ci
ayələrinə müraciət edilə bilər. Əlbəttə Quranın ayələrinin
çoxuna bu gün düzgün yanaşmırlar, amma bu iki mövzu
çox aktual olduğundan onlara xüsusi işarə etdik.
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 104 -
3. Qurani-Kərimin (mənəvi) təhrif olma səbəblərindən
biri
də
“Əhli-Beyt’’
əleyhimussalamdan
uzaq
düşməkdir. Belə ki, islamın hələ əvvəl vaxtlarında
elm şəhərinin qapısı, elmdə möhkəm (ərrasixunə fil
elm) olan pak insanlar, Allah dinində həm əql, həm
elm və həm də sünnət cəhətdən kamil müsəlman və
Allahın tam xəlifələri olan Peyğəmbər (s)-in Əhli-
Beyti kənara qoyuldular. İslam və onun müqəddəs
olan kitabı naməhrəmlər əlinə düşdü. Nəticədə bu cür
təhrifçilər ortaya çıxdı. Onların davamçıları isə bu gün
Quranı öz nəfslərinə uyğun təfsir etməkdədirlər.
Həzrət İmam Əli (ə) buyurur :
ﱏوﺪﻘﻔﺗ نا ﻞﺒﻗ ﱏﻮﻠﺳ
“Məni itirməmiş məndən hər şeyi xəbər alın’’.
Başqa bir yerdə o Həzrət buyurur:
ﻪﺘﺒﻧ ﺢﻳﻮﺼﺗ ﻞﺒﻗ ﻦﻣ ﻢﻠﻌﻟا اوردﺎﺒﻓ
اﻮﻠﻐﺸﺗ نا ﻞﺒﻗ ﻦﻣ و
ﻪﻠﻫا ﺪﻨﻋ ﻦﻣ ﻢﻠﻌﻟا رﺎﺸﺘﺴﻣ ﻦﻋ ﻢﻜﺴﻔﻧﺎﺑ
“Elm budaqları salmamış, özünüz giriftarcılığa dücar
olmamış, elm meydanının çiçəklərindən və fikir
inqilabının bəhrələrindən istifadə edin’’.
Amma əfsus ki, bu çiçəkləri soldurdular,
inqilab meydanlarını qarışdıraraq elm şəhərinin
qapılarını məzlum xalqların üzünə bağlayaraq onları
elm dəryasından istifadə etməkdən məhrum etdilər.
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 105 -
Nəticə? Nəticə isə göz qabağındadır. Bu günlər
insanlığa ləyaqəti olmayanlar, insanlıq kitabı olan
Qurani-Kərimin müəllimləri olublar. Halbuki, Həzrət
Peyğəmbər (s) bunlar kimilərin barəsində 1400 il
bundan qabaq buyurmuşdur:
ﻪﻨﻌﻠﻳ ناﺮﻘﻟاو ناﺮﻘﻟا لﺎﺗ بر
“Çox Quran oxuyanlar vardır ki, Quran onlara
lənət oxuyur’’. Bəli bu həqiqətdir, Quran onlara lənət
oxuyur və oxuyacaq. Nə vaxta qədər bunlar öz çirkin
əməllərindən əl çəkməyiblər Quran, Allah, mələklər
və bütün lənət oxuyanlar onlara lənət oxuyacaq.
Amma fikirləşməyək ki, bunların çirkinliyi
əbədidir. Xeyr! İnşaallah, Allahın sonuncu Höccəti
(ə.f.) zalimlərin kökünü kəsən, münafiqləri məhv
edən, məzlumların köməyi, Quranın şəriki, elm
şəhərinin bugünkü qapısı, bütün məzlum və məzlum
ölənlərin vəlisi və sultanı tezliklə zühur edər və bu
ədalətsizliyə son qoyar. İnşaallah. İlahi, bizə də onun
kərimə olan hökumətinin ləzzətini dadızdır. Amin.
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 106 -
14-cü Dərsin Sualları
1) “Təfsir” kəlməsini nə cür başa düşürsüz və
Quranın təfsiri nə zamandan başlayıb?
2) Nə üçün Quranı öz nəzərimimizə uyğun təfsir
etmək qadağandır və Quranı öz nəzərimimizə
uyğun təfsir etməyin təhlükəsi nədir?
3) Quranın bəzi insanlar tərəfindən öz nəzərlərinə
görə təfsir olunmasının səbəbləri hansılardır?
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 107 -
15-ci DƏRS
I. Quran barədə bəzi əlavə məlumatlar
II. Quran oxumağın ədəbləri və diqqətə alınmalı
bəzi məsələlər
III. Quran kimə lənət oxuyur?
IV. Quranın əzəmət, ədalət, qorxutmaq və ümid
vermək cəhətdən ən böyük ayələri
Quran barədə bəzi əlavə məlumatlar
Sonda Quranın barəsində, oxumağının və ondan
istifadə etməyin savabı və necə istifadə etmək,
ümumiyyətlə bəzi məqamlara toxunmaq istərdim.
1. Quranın özü barədə Həzrət İmam Əli (ə) buyurub:
“Allah-Təala Quranı susuz alimlər üçün nuş,
fəqihlərin qəlbi üçün bahar, salehlərin getməyi
üçün aşkar yol qərar vermişdir, Quran bir
dərmandır ondan istifadə edən xəstələnməz, Quran
bir işıqdır zülmət ona yaxınlaşa bilməz’’.
2. Quran inam və rəhmətdir.
Həzrət Peyğəmbər (s) buyurur :
اﺪﺋﺎﻗو ﺎﻣﺎﻣا ﻩوﺬﲣﺄﻓ ناﺮﻘﻟﺎﺑ ﻢﻜﻴﻠﻋ
“Quranı sizə tapşırıram ki, onu özünüzə aman və
rəhbər qərar verin’’.
3. Quran əhsənulhədisdir.
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 108 -
’’ Zumər ’’ surəsi 23-cü ayədə buyurur:
ﻦﻳﺬﻟا دﻮﻠﺟ ﺮﻌﺸﻘﺗ ﱐﺎﺜﻣ ﺎ ﺎﺸﺘﻣ ﺎﺑﺎﺘﻛ ﺚﻳﺪﳊا ﻦﺴﺣا لﺰﻧ ﷲا
ﷲا ﺮﻛذ ﱃا ﻢ ﻮﻠﻗو ﻢﻫدﻮﻠﺟ ﲔﻠﺗ ﰒ ﻢ ر نﻮﺸﳜ
’’Allah-Təala ən gözəl hədisi (sözü) nazil edib, o
bir kitabdır ayələri gözəllik və dərin mənasına görə
bir-birinə oxşayır, ayələri təkrar olunur, Allahdan
qorxanlar onu eşidəndə bədənlərinə lərzə düşür,
sonra onların daxili və batini nərm olaraq Allahı
yad edirlər...’’
Həzrət İmam Əli (ə) buyurub:
تاﺮﻛﺬﺘﻟا ﻊﻔﻧا و ﺔﻈﻋﻮﳌا ﻎﻠﺑا و ﺺﺼﻘﻟا ﻦﺴﺣا نا
بﺎﺘﻛ
ﷲا
ﻞﺟ و ﺰﻋ
“Həqiqətən ən gozəl qissələr, yetirinci olan
moizələr,
mənfəətli
xəbərdarlıqlar
Allahın
kitabındadır’’. Həzrət Peyğmbər (s) Quranın
fəziləti barəsində belə buyurmuşdur:
ﻪﻘﻠﺧ ﻰﻠﻋ ﷲا ﻞﻀﻔﻛ مﻼﻜﻟا ﺮﺋﺎﺳ ﻰﻠﻋ ناﺮﻘﻟا ﻞﻀﻓ
“Quranın başqa kəlamlara nisbət fəziləti, Allah
Taalanın məxluqa nisbət fəziləti kimidir’’.
4. Quran bütün zamanlarda təzədir.
İmam Sadiq (ə) buyurur: “Allah-Təala Quranı bir
zaman üçün qərar verməyibdir, bir qövm üçün
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 109 -
göndərməyibdir, o, bütün zamanda yenidir, bütün
insanlar üçün hökmdür’’.
5. Quran böyük xəstəliklərə şəfadır.
“İsra’’ surəsi 82 :
ﺪﻳﺰﻳ ﻻو ﲔﻨﻣﺆﻤﻠﻟ ﺔﲪرو ءﺎﻔﺷ ﻮﻫ ﺎﻣ ناﺮﻘﻟا ﻦﻣ لﺰﻨﻧو
ارﺎﺴﺧ ﻻا ﲔﳌﺎﻈﻟا
“Quranda möminlər üçün şəfa və rəhmət
göndərmişik, lakin zalimlər ziyandan başqa bir şey
artıra bilməzlər’’.
Mövla İmam Əli (ə) buyurur:
ﻮﻫ و ءاﺪﻟا ﱪﻛا ﻦﻣ ءﺎﻔﺷ ﻪﻴﻓ نا
ﻲﻐﻟاو قﺎﻔﻨﻟاو ﺮﻔﻜﻟا
لﻼﻀﻟاو
“Quran, küfr, nifaq, zülm və zəlalət kimi böyük
xəstəliklərə dərmandır’’. Yenə də bu barədə Mövla
İmam Əli (ə) buyurub: “Allahın kitabını sizə
tapşırıram, o möhkəm ipdir, aşkar nurdur,
mənfəətli şəfa verəndir, kim onun vasitəsi ilə
danışsa doğrucul olar, kim ona əməl etsə qabağa
gedər’’.
6. Quran böyük dövlətdir, onda böyük elimlər və
xəbərlər vardır.
Həzrət Peygəmbər (s): “Quran böyük dövlətdir,
ondan üstünü yoxdur, ondan uzaq olmaq ən
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 110 -
dəhşətli fəqirlikdir, onda keçmişlərin xəbərləri,
gələcəyin xəbəri, yerin və göyün elmi var. Hər
hansı bir işdə iki nəfər ixtilaf etsə onun cavabı
Quranda var, lakin onu adi insanlar dərk edə
bilmirlər’’.
7. Quranı öyrənməyin savabı.
Həzrət
Peygəmbər
(s)
buyurub:
“Sizin
xeyirliləriniz Quranı öyrənib və öyrədənlərdir,
Quranı öyrənin və çox oxuyun. Qiyamət günü
Quran oxuyana deyilər: behiştə daxil ol, oxu və
uca ol, hər oxuduğun ayəyə görə dərəcəni al’’. O
Həzrət baçqa yerdə buyurub:
نا
ةﺮﺴﳊا مﻮﻳ ةﺎﺠﻨﻟاو ءاﺪﻬﺸﻟا تﻮﻣ و ءاﺪﻌﺴﻟا ﺶﻴﻋ ﰎدرا
مﻼﻛ ﻪﻧﺎﻓ ناﺮﻘﻟا اﻮﺳردﺎﻓ ةﻼﻀﻟا مﻮﻳ ىﺪﳍو روﺮﳊا مﻮﻳ ﻞﻈﻟاو
ناﺰﻴﳌا ﰱ نﺎﺤﺟر و نﺎﻄﻴﺸﻟا ﻦﻣ زﺮﺣ و نﺎﲪﺮﻟا
“Əgər xöşbətlərin həyatını, şəhidlərin ölümünü,
qiyamətin (həsrət günü) nicatını, isti günün
kölgəsini
və
zəlalət
gününün
hidayətini
istəyirsinizsə Quranı öyrənin, həqiqətən Quran
Allahın kəlamıdır, şeytandan müdafiədir, tərəzinin
ağırlığıdır’’.
8. Quran öyrətmənin savabı.
Həzrət Peygəmbər (s): “Kim Quranı öyrənə və
başqasına öyrədə və ona əməl edə, mən özüm onu
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 111 -
behiştə apararam’’.
Mövla İmam Əli (ə): “Atanın boynunda haqdır
övladına yaxşı ad qoya, onu tərbiyələndirə və ona
Quranı öyrədə’’.
Həzrət Peygəmbər (s):
نﻮﻟوﻻا ﺎﻬﻨﻣ ﺐﺠﻌﻳ ةدﻼﻗ ﷲا ﻩﺪﻠﻗ ناﺮﻘﻟا ﻪﻟ اﺪﻟو ﻢﻠﻋ ﻦﻣ
ﺔﻣﺎﻴﻘﻟا مﻮﻳ نوﺮﺧﻻاو
“Hər kim övladına Quran öyrətsə Allah onun
boynuna bir boyunbağı asar, Qiyamət günü bütün
insanlar ona təəccüb edərlər’’.
Quranı öyrənib yadda saxlamağın da böyük
fəzilətləri vardır. Bu barədə islam mənbələrində
məsumlardan çoxlu hədislər vardır: “Kim Quranı
əzbərləsə fikirləşməsin ondan böyük bir nemətə
çatan var’’.
“Kimin daxilində Qurandan bir şey yoxdur, O
xaraba qalmış evə bənzəyir’’.
Bundan əlavə çoxlu rəvayətlər vardır ki, Quranı
yad
etmək,
onu
təkrarlamaq
və
yaddan
çıxartmamagı təkid edir. Hər kəs Quranı unutmuş
olsa ən böyük neməti itirmiş olar.
Quran qəlblərin cilasıdır. İnsan nə qədər onu cox
oxusa, o qədər qəlbi təmizlənər. Kim Quranla üns
tutsa dostların ayrılığı onu qorxutmaz. Quranı
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 112 -
gözəl səs ilə oxumaq yaxşıdır, necə ki, Həzrət
Peyğmbər (s) buyurur: “Yaxşı səs Quranın
zinətidir, hər şeyin bəzəyi var, Quranın da bəzəyi
yaxşı səsdir’’. O Həzrət buyurur: “Quran oxuyanda
Allahdan qorxan adam yaxşı Quran oxuyandır’’.
Quran oxuyan gərək oxuduqlarına əməl etsin.
Mövla
İmam
Əli
(ə)
buyurur:
“Quran
oxuyanlardan kim cəhənnəmə getsə bilin ki, o,
Quranın ayələrini
məsxərə edibdir (yüngül
sayıbdır, əhəmiyyət verməyibdir). Onu da bilmək
lazımdır ki, oxuyub əməl etməmək ən böyük
məsxərədir’’.
Quran oxumağın ədəbləri və diqqətə
alınmalı bəzi məsələlər
Hər bir işi əmələ gətirməyin bir yolu və səliqəsi
vardır. O, işi səliqə və yolu ilə əmələ gətirəndə daha
yaxşı, keyfiyyətli və təsirli olur. Quranı oxumağin da
bir neçə şərti vardır:
a) Agizi təmizləmək:
Həzrət Peyğəmbər (s) buyurdu : “Quranın yollarını
təmizləyin. Dedilər: Ya Rasulaallah! Quranın yolu
nədir? Onu nə ilə təmizləyək? Həzrət (s) buyurdu:
Quranın yolu ağızlardır, onu misvakla təmizləyin
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 113 -
(dişlərinizi yuyun). Həzrət (s) buyurub:
ناﺮﻘﻟا ﻖﻳﺮﻃ ﻢﻜﻫاﻮﻓا نﺎﻓ ﻢﻜﻫاﻮﻓا اﻮﺒﻴﻃ
“Ağızlarınızı
təmizləyin,
onlar
Quranın
yollarıdırlar’’.
b) İstiazə.
“Nəhl’’ surəsi ayə 98-də buyurulur:
ﻢﻴﺟﺮﻟا نﺎﻄﻴﺸﻟا ﻦﻣ ﷲﺎﺑ ﺬﻌﺘﺴﻓ ناﺮﻘﻟا تءاﺮﻗ اذﺎﻓ
“Quran oxuyan zaman pis olan şeytandan Allaha
pənah apar’’ (əuzu billahi minəşşəytanir racim).
c) Tərtil.
Quranı tərtil ilə oxumaq, sözlərini qarışdırmamaq.
Vəqf
və vəslini düzgün
yerinə
yetirmək,
hərəkələrini düzgün oxumaq.
d) Quran oxuyanda oxuduğunu tədəbbür (fikirləşib
dərk etmək) etmək.
“Sad’’ surəsinin 29-cu ayəsində belə buyurulur:
بﺎﺒﻟا ﻮﻟوا ﺮﻛﺬﺘﻴﻟو ﻪﺗﺎﻳا اوﺮﺑﺪﻴﻟ كرﺎﺒﻣ ﻚﻴﻟا ﻩﺎﻨﻟﺰﻧا بﺎﺘﻛ
“Bu mübarək kitabı sənə nazil etmişik ki, onun
ayələri barədə fikirləşsinlər və ağıl sahibləri
xəbərdar olsunlar’’.
Mövla İmam Əli (ə) buyurub:
ﱪﻌﻟا ﻎﻠﺑا ﻪﻧﺎﻓ ﻪﺑ اوﱪﺘﻋا و ناﺮﻘﻟا تﺎﻳا اوﺮﺑﺪﻓ
“Quranın ayələrində fikirləşin və ondan ibrət
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 114 -
götürün çünki, o, ən yaxşı ibrət götürməli
kitabdır’’. Mövla İmam Əli (ə) buyurub: ’’
Fikirləşmədən (tədəbbürsüz) Quran oxumağın,
məsələsini (təfəqqüh) bilmədən ibadət etməyin
xeyri yoxdur’’.
e) Qurana qulaq asmaq.
“Əraf’’ surəsinin 204-cü ayəsində Quran oxunanda
ona qulaq asmaq barəsində buyurulur:
نﻮﲪﺮﺗ ﻢﻜﻠﻌﻟ اﻮﺘﺼﻧا و ﻪﻟ اﻮﻌﻤﺘﺴﻓ ناﺮﻘﻟا أﺮﻗ اذا و
“Quran oxunan zaman ona qulaq asın və sakit
olun, ümid var buna xatir sizə rəhm oluna’’.
Həzrət Peyğəmbər (s):
ﷲا مﻼﻛ ﻊﻤﺘﺴﻴﻟﺎﻓ ﷲا ﱃا قﺎﺘﺷا ﻦﻣ ﻻا
“Kim Allaha muştaqdırsa, onun kəlamına qulaq
assın’’.
“Quran oxuyandan dünya bəlası götürülər, qulaq
asandan isə axirət bəlası’’.
Zürarə adli bir şəxs İmam Sadiq (ə)-dan Qurana
qulaq asmaq barədə soruşanda Həzrət (ə) buyurdu:
“Bəli, gərək sakit qalıb qulaq asasan’’.
Quran kimə lənət oxuyur?
Həzrət Peyğəmbər (s): “Çox Quran oxuyanlar
vardır ki, Quran onlara lənət oxuyur’’.
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 115 -
“Quran (sadəcə) oxumaq üçün deyil, hidayət olub
əməl etmək üçündür’’.
Yenə də Həzrət (s) buyurur: “Qəriblər dünyada
dörd nəfərdirlər: Quranı zalım oxuya, bir qövmin
məscidi ola orada namaz qılmayalar, bir evdə
Quran ola oxumayalar, saleh bir kişi pis camaatla
bir yerdə ola’’. Həzrət Peyğəmbər (s) buyurub:
ﺎﻫؤاﺮﻗ ﱴﻣا ﻖﻓﺎﻨﻣ ﺮﺜﻛا
“Mənim ümmətimin münafiqlərinin çoxu Quran
oxuyanlardır’’.
“Cəhənnəmdə bir yer var, ora qarilərin və
günahkar alimlərin başını atacaqlar’’.
İmam Baqir (ə) buyurur: “Hər kəs zalımın yanına
gedə və onun üçün Quran oxuya, məqsədi dünya
ola, oxuyan üçün hər hərfinə on dənə lənət yazılar,
qulaq asan üçün isə hər hərfinə bir lənət yazılar’’.
Həzrət Peyğəmbər (s):
ﺔﻨﳉا ﻪﻴﻠﻋ ﷲا مﺮﺣ ﺎﻬﺘﻨﻳز و ﺎﻴﻧﺪﻠﻟ ناﺮﻘﻟا ﻢﻠﻌﺗ ﻦﻣ
“Hər kim Quranı dünya və onun zinnətinə görə
öyrənsə Allah-Təala behişti ona haram edər’’.
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 116 -
Quranın əzəmət, ədalət, qorxutmaq və ümid
vermək cəhətdən ən böyük ayələri
Həzrəti peyğəmbər (s):
لﺪﻌﻟﺎﺑ ﺮﻣ ﺎﻳ ﷲا نا " ﺔﻳا لﺪﻋاو ﻰﺳﺮﻜﻟا ﺔﻳا ناﺮﻘﻟا ﰱ ﺔﻳا ﻢﻈﻋا
اﺮﺷ ةرذ لﺎﻘﺜﻣ ﻞﻤﻌﻳ ﻦﻣو" ناﺮﻘﻟا ﰱ ﻪﻳا فﻮﺧاو " نﺎﺴﺣﻻاو
و "ﻩﺮﻳ
ﺟرا
ﻰﻠﻋ اﻮﻓﺮﺳا ﻦﻳﺬﻠﻟا ىدﺎﺒﻋ ﺎﻳ ﻞﻗ" ناﺮﻘﻟا ﰱ ﺔﻳا ﻰ
"ﷲا ﺔﲪر ﻦﻣ اﻮﻄﻨﻘﺗ ﻻ ﻢﻬﺴﻔﻨﻋ
“Quranda ən əzəmətli ayə “Ayətül kürsüdür’’ ’’.
Ədaləti cox yüksək təsvir edən ayə “Həqiqətən Allah
ədalətə və ehsana əmr edib’’.
Ən qorxuducu ayə “Hər kəs misqalın zərrəsi qədər
şərr etsə (qarşılığını) görəcək’’.
Ən ümidverici ayə “Ey nəfslərini israf edən bəndələr,
Allahın rəhmətindən məyus olmayın’’.
15-ci Dərsin Sualları
1) “Quran nədir?” sualına hədis və rəvayətlərlə cür
cavab verərsiniz?
2) Quranı öyrənməyin və öyrətməyin savabı barədə
hədis və rəvayətlərdə nə buyurulub?
3) Quran oxumağın ədəblərini sadalayın.
4) Quranın lənət oxuduğu şəxslər kimlərdir?
5) Quranda ən ümidverici ayə hansıdır?
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 117 -
Və sonda Allahı and veririk Öz izzəti-cəlalına
bizi həqiqi Quran oxuyanlardan qərar versin.
İlahi, bizi məhşərdə Quran və
Əhli-Beytlə məşhur elə.
10 sentyabr 2005
5 şəban 1426
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 118 -
Dostları ilə paylaş: |