Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 78 -
ictimai rəsm və ədəblərin söndüyü, qarət və
quldurluğun hesabsız bir dərəcəyə çatdığı bir
zamanda, qızların diri halda basdırıldığı, xəyanət,
fəsad və ədalətsizliyin aləmi əhatə etdiyi bir vaxtda
Quran nazil olur, həddindən artıq dərəcədə mütərəqqi
olan bir qanun gətirir. İnsani fəzilətlər bayrağını
qaldırır. Camaatı qardaşlığa, sədaqətə, əmanətdarlığa,
vəhdət və insaniyyətə dəvət edir. Insanları cəhalətdən
elmə, zülmətdən nura çağırır. Bu gün də şərq və qərb
islam
mədəniyyətinin
kölgəsində
qalıbdır.
Ümumiyyətlə Quranda olan qanunların cəmi, Quranın
möcüzə olmasına bir dəlildir.
Qeybi xəbərlər vermək cəhətindən
Quranın möcüzə olması
Qurani-Kərimdə keçmişlərin xəbəri xilqətin
əvvəlindən besətə qədər vardır. Habelə gələcəkdən də
çoxlu xəbərlər verilmişdir ki, bunların hər ikisi qeybi
xəbərlərdir. Gələcəkdən bir xəbər vermək və o
xəbərin də düzgün çıxması özü də bir möcüzədir.
Bu xəbərlərdən bəzilərinə işarə edək:
1. Quran,
keşmiş
peyğəmbərlər
və
onların
ümmətindən söhbət açaraq bu xəbəri qeybi bir
xəbər adlandırır. Həqiqətdə bunlardan tarixdə heç
kəsin xəbəri olmayıb.
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 79 -
“Hud” surəsinin 49 – cü ayəsində belə
buyurulur: (Həzrət Nuhun haqqında danışandan
sonra) “Dediyimiz qeybi xəbərlərdir, sənə vəhy
etdik, nə sən, nə də sənin qövmün bunlardan
xəbərdar deyildiz”.
...
و ﺖﻧا ﺎﻬﻤﻠﻌﺗ ﺖﻨﻛ ﺎﻣ ﻚﻴﻟا ﺎﻬﻴﺣﻮﻧ ﺐﻴﻐﻟا ءﺎﺒﻧا ﻦﻣ ﻚﻠﺗ
اﺬﻫ ﻞﺒﻗ ﻦﻣ ﻚﻣﻮﻗ ﻻ
2. Qurani-Kərim gələcəkdə baş verəcək hadisələrdən
xəbər veribdir ki, onların hamısı xəbər verildiyi
kimi baş veribdir. Məsələn:
نﻮﺒﻠﻐﻴﺳ ﻢﻬﺒﻠﻏ ﺪﻌﺑ ﻦﻣ ﻢﻫو ضرﻻا ﱏدا ﰱ موﺮﻟا ﺖﺒﻠﻏ
“Rumlular məğlub oldu, amma yaxın vaxtda onlar
qələbə çalacaqlar”. Eyni ilə Quran deyən kimi oldu.
Bunun kimi çoxlu ayələr keçmişdən xəbər verib ki,
heç kəsin ondan xəbəri yox idi. Gələcəkdən də xəbər
veribdir, onların, Quran dediyi kimi baş verməsinə
minlərlə insanlar şahid olublar. Bu da Quranın
möcüzə olmasına dəlalət edir.
Elmi məsələləri dəqiq surətdə açıqlaması
cəhətdən Quranın möcüzə olması
Qurani-Kərim o zamanda elə dəqiq elmi
məsələlərə işarə edibdir ki, o vaxt insanların dərk
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 80 -
etməsi çətin olub. Hətta bəzi hallarda onların əqidəsi
ilə böyük ziddiyyət təşkil edibdir. Buna misal olaraq:
“Biz küləyi bitkilərin tozlanması üçün göndərmişik”.
Bu gün elm subut etmişdir ki, bəzi bitkilər
küləyin vasitəsi ilə tozlanır. Amma Quran bunu min
dörd yüz il bundan qabaq xəbər veribdir.
Bundan əlavə yuxarıda söhbət açdığımız Rum
müharibəsi barədə Allah-Təala bu müharibənin yerin
ən alçaq hissəsində olduğunu bildirir. Bu gün alimlər
sübut edirlər ki, o müharibənin baş verdiyi məntəqə
dəniz səviyyəsindən neçə yüz metr alçaqdadır.
Bunun kimi çoxlu elmi məsələlər vardır ki, o
zaman Quranın vasitəsi ilə izah olunmağı bu kitabın
möcüzə olmasına dəlalət edir.
11-ci Dərsin Sualları
1) “Ecaz” və ya “Möcüzə” nə deməkdir və Allah Öz
peyğəmbərlərinə nə üçün möcüzə göstərmək
qabiliyyəti vermişdir?
2) Nə üçün bütün peyğəmbərlər öz zamanlarında
inkişaf edən bir peşəyə uyğun möcüzə gətiriblər?
3) Yaradılmışların Əşrəfi Həzrət Muhəmməd (s)-ə
verilən möcüzə nə üçün bütün peyğəmbərlərə
verilən möcüzələrdən üstün sayılır?
4) Tarix boyu bəzi insanların əqlən dərk etdikləri
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 81 -
halda peyğəmbərlərin buyuruqlarını qəbul
etmələrinə nə mane olub?
5) Quranda ixtilaf (ziddiyyət) varmı?
6) Allahı və Həzrət Peyğəmbər (s)-i tanıma
cəhətindən Quran digər dinlərin kitablarından nə
cür fərqlənir?
7) Qanun qoymaq cəhətindən Quranın möcüzə
olmasını necə başa düşürsüz? Quranın dünyaya
bəxş etdiyi ən mütərəqqi qanunlara nümunə
deyin və fikrinizi əqli və nəqli (ayə, hədis və ya
rəvayət) yollarla əsaslandırın.
8) Quranda keçmişə və gələcəyə aid qeybi xəbərləri
özündə əks etdirən ayələrdən bir neçəsini misal
gətirin.
9) Quranın bəyan etdiyi həqiqətlərin elmi
nailiyyətləri hər əsrdə qabaqlamasına dair bir
neçə nümunə gətirin.
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 82 -
12-ci DƏRS
I. Quranın təhrifdən qorunması
1. Mənəvi təhrif
2. Ləfzi təhrif
Quranın təhrifdən qorunması
Yuxarıdaki bəhsdə Quranın ilahi bir kitab
olaraq, möcüzə olub başqalarının onun kimi kitabın
bir miqdarını hətta gətirməyə qüdrətlərinin olmadığını
bildik. Bu, Quran üçün böyük bir imtiyaz və onun
əlçatmaz bir yüksəklikdə olmasını sübut edir.
Quran elə bir kitabdır ki, onun barəsində nə
qədər təhqiqlər olunsa yeni mətləblər meydana çıxır.
Quranın ilahi bir möcüzə olduğu bir daha yəqinləşir.
Quran başqa bir cəhətdən də böyük bir
möcüzədir. O da Qurani-Kərimin 1400 ildə təhrif
olunmamağıdır. Biz bilirik ki, başqa asimani kitablar
həmən dinlərin öz insanları tərəfindən təhrif olunub,
bəzi
şəxslərin
mənafeyinə
uyğunlaşdırılmışdır.
Özlərini peyğəmbərələrdən sonra onun davamçıları
elan eləyənlər hətta asimani kitablarını da öz
mənafelərinə uyğun döndərməyə cəsarət ediblər. Biz
burada məsələnin xırdalıqlarına varmaq istəmirik,
amma onu da bilirik ki, Həzrət Musa (ə)-ın, ya Həzrət
Dostları ilə paylaş: |