7
müsəlmanlarının təşkilatlanmasında oynadıqları rol
tariximizin unudulmaz səhifələrindəndir.
Rusiyada
çar üsul-idarəsinin ləğvi, baş verən fevral və
oktyabr çevrilişləri, Birinci Dünya müharibəsinin fəsadları
və bir sıra digər amillər Qafqazı ayrı-ayrı siyasi qüvvələrin
qarşıdurma meydanına çevirmişdi. Dünyanın aparıcı
dövlətlərinin Bakı neftinə göstərdiyi maraq vəziyyəti daha
da gərginləşdirirdi.
İlk qərarı ilə milliyyəti, dini,
sosial vəziyyəti və
cinsindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına
bərabər hüquqlar verən Cümhuriyyətin yaranması çox
mürəkkəb şəraitdə elan olunmuşdur. Cəmi 23 ay yaşamış
Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi
bütün azərbaycanlılar üçün olduqca əzizdir. Bununla belə,
bu tarixdə ürəyimizi qürur hissi ilə dolduran hadisələrlə
yanaşı, ümummilli faciələrə yol açan səhifələr də vardır.
Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik
atributlarını qəbul etməsi,
dövlət və hərbi quruculuq,
iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində
atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb
etmişdir. Cümhuriyyətin böyük uğurlarından biri Paris Sülh
Konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın
müstəqil dövlət kimi tanınması olmuşdur. Lakin ölkənin
öz neftini xarici bazarlara çıxarmaqdan
təcrid edilməsi
nəticəsində yaranmış siyasi, iqtisadi və sosial böhran
güclənirdi. Həmçinin parlament daxilində hökm sürən
hərc-mərclik, Qarabağda və Zəngəzurdakı erməni silahlı
dəstələri ilə qarşıdurmalar gündən-günə dərinləşirdi.
Əhalinin əsas hissəsinin ağır durumu isə bolşevik
təbliğatı üçün münbit zəmin yaradırdı. İrəvanın ermənilərə
paytaxt kimi verilməsindən sonra İrəvan mahalından qaçqın
düşmüş 150 mindən artıq soydaşımızın
vəziyyəti olduqca
gərgin idi. Belə bir vəziyyətdə parlamentin son
8
iclasında bolşevik ultimatumunun qəbul edilməsi aprel işğalı
ilə nəticələndi.
Aprel işğalı Azərbaycan Xalq Cümhuriyyətinin
liderlərinin bir qismini Məhəmməd Əmin Rəsulzadə kimi
mühacir həyatı yaşamağa məhkum etdi, digər qismini Fətəli
Xan Xoyski və Həsən bəy Ağayev
kimi erməni terrorunun
qurbanına çevirdi, qalanlarını da bolşevizmin amansız rep-
ressiyalarına məruz qoydu.
1920-ci il aprelin 28-də ikinci respublika Azərbaycan
Sovet Sosialist Respublikası yaradıldı. İki il ərzində öz
müstəqilliyini qoruyub saxlamağa nail olan respublika 1922-
ci ildə SSRİ-nin tərkibinə daxil olduqdan sonra öz
müstəqilliyinin ancaq formal atributlarını saxlaya bilmişdi.
Yalnız onu əvəz edən dördüncü respublika müstəqillik
ideyasını yaşatmış və Azərbaycan
bütün sərvətlərinin, o
cümlədən neftinin tam sahibi kimi çıxış edə bilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair san-
ballı əsərlər, hətta ikicildlik ensiklopediya nəşr edilsə
də, tariximizin bu mərhələsi ilə bağlı çox sayda sənədlər
hələ xarici ölkələrin qapalı arxivlərində saxlanılır və öz
tədqiqatçılarını gözləyir.
Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizdə milli
dövlətçilik tarixində xüsusi
yer tutduğunu nəzərə alaraq
qərara alıram:
1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90
illiyi respublikada geniş qeyd edilsin.
2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və
Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə
Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr
olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
3. Azərbaycan Respublikasının Milli Məclisinə
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının
9
90 illiyi münasibətilə xüsusi iclasın
keçirilməsi tövsiyə
olunsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 fevral 2008-ci il