62
xidmət edir.
Hayır sözü
yok sözünün
sinonimi kimi də
geniş istifadə dairəsinə malikdir.
Türk dilində ehtimal, şübhə bildirən modal sözlər
aşağıdakılardır:
bəlki, ihtimal ki, qaliba və s.
-Bəlki de hiç gelmez.
-İhtimali azdır / yoxdur.
Türk dilində yaxın, oxşar və ehtimal olunan hadisə,
hərəkətlərin müqayisəsi və qarşılaşdırılması prosesində
işlənən modal sözlərə aşağıdakıları misal göstərmək olar:
tipki, sanki, güya.
Bu sözlər gibi qoşması ilə uzlaşırlar.
Sanki kabahat benimmiş [155, s.751].
-tipki onun kibi söyledi [155, s.861].
-guya buraya beni görmek için gelmiş [155, s.370].
Türk dilində formaəmələgətirən modal sözlər qrupu da
geniş yayılmışdır. Bu qəbildən olan sözlər hərəkətin
obyektiv olaraq mümkünlüyünü və qeyri-mümkünlüyünü,
zəruriliyini və ya vacibliyini ifadə edir. Həmin sözlərə
aşağıdakıları misal göstərmək olar:
mümkün, imkan, olur,
mümkün deyil, imkansız, imkan yok, gerek, olmaz,
lazım, lüzumsuz, demek və s. [116, s.355).
Qeyd etmək lazımdır ki, türk
dillərində formaəmələgətirən
modal sözlər Azərbaycan dilində felin şəkilləri ilə uzlaşır.
Məlum olduğu kimi fel şəkillərinin modal səciyyəli olması
Azərbaycan dilçiliyində bir çox tədqiqatçılar tərəfindən qəbul
olunmuş fikirdir və bu istiqamətdə bir çox araşdırmalar
aparılmışdır.
Özbək dilçiliyində modal sözlərin qrammatik mənası və
funksiyası digər türk dillərindən qismən fərqlənir. Əsasən
bütün türk dillərində modal sözlər eyni qrammatik
səciyyələrə malikdirlər. Fərq orasındadır ki, türk dillərinin
bəzilərində modal sözlər ayrıca bir nitq hissəsi kimi
diferensiallaşmamışdır. Özbək dilində modal sözlər
danışanın obyektiv reallığa, gerçəkliyə,
verilmiş
məlumatlara, müəyyən faktlara olan münasibətini əks etdirir.
Modal sözlər müxtəlif nitq hissələrindən əmələ gəlirlər.
A.N.Kononov özbək dilində modal sözləri üç dərəcəyə
bölür:
63
-nitq prosesində sözlərin müxtəlif məna çalarlarını ifadə
edən sözlər;
-nitqə müxtəlif modal çalarlar yaradan sözlər;
-formaəmələgətirmə funksiyasını yerinə yetirən sözlər
[117, s.336].
Özbək dilində müxtəlif məna çalarları yaradan sözlərə
aşağıdakıları misal göstərmək olar:
Mana, ana, xatta, xattoki, xamişa, bari və s.
Mana bu kitobni yku - Mənə bu kitabı oxu.
Ana kyrdinqti, nima byldi? - Bax gördün nə oldu?
Xatto men xam vulmau kolibman - Hətta mən bilmədim.
Yxamişa ykiş bilan band-O həmişə dərs öyrənməklə
məşğuldur [156, s.652).
Müasir özbək dilində nitqə modal
çalarlar gətirən sözlərə
aşağıdakıları misal göstərmək olar:
-kani; -xa, xa şunday,
balli; -üyk; -labbaü; -çunonçi; -fakat; -naxot; -xolbuki; -şekilli.
Özbek dilində formaəmələgətirici funksiyası daşıyan
modal sözlər türk dillərində fel şəkillərinin yaratdıqları
mənalara yaxın anlayışları əmələ gətirirlər:
kepak, mumkin,
mumkin emac, lozim [103; 162].
Qeyd etmək lazımdır ki, türk dillərində modal sözlər
bəzən morfologiya bəhsində, bəzən isə sintaksisdə öyrənilir.
F.Zeynalov
“Türk dillərinin müqayisəli qrammatikası”
kitabında nitq hissələrinin ayrı-ayrı türk dillərində
müxtəlifliyindən bəhs edərək yazır:
“Müasir türk dillərində
nitq hissələrinin miqdarı çox müxtəlifdir. Təkcə oğuz qrupu
dillərində onların miqdarı doqquzdan on ikiyə qədər qeyd
edilir. Hətta eyni bir dilə həsr olunmuş əsərlərdə də bu
müxtəliflik özünü göstərir” [46].
Azərbaycan dilində nitq hissələrinin miqdarı on ikiyə
çatdırılıb:
isim, sifət, say, əvəzlik, zərf, fel, qoşma, bağlayıcı,
ədat, modal söz, nida və bağlamalar.
Türkmən dilində isə nitq hissələrinin
(söz toparları)
miqdarı on birdir:
at (isim), sıpat (sifət), san (say), çalışma
(əvəzlik), işlik (fel), xal (zərf), ümlük (nida), ses və şəkil
anladan sözler (nimemlər), posleloqlar (qoşmalar), sayuzlar
(bağlayıcılar), övnük boleklər (ədatlar).
Müasir qaqauz
dilində nitq hissələrinə (söz payları)
aşağıdakılar daxildir:
adlıq (isim), nişannik (sifət), sayılık
64
(say), aderlik (əvəzlik), işlik (fel), işxallıq (zərf), ardlaflar
(qoşma), baalayıcılar (bağlayıcılar), payciklar (ədatlar).
Müasir türk dilində isə nitq hissələri aşağıdakı kimi qeyd
olunur:
isim, ad (isim), sifat (sifət), sayı (say), zamir
(əvəzlik), adıl (zərf), fiil, eylem (fel), ilgeç, edat (qoşma),
bağlaç, rabit (bağlayıcı), ünlem, nida (nida).
“Digər müasir türk dillərində də vəziyyət təqribən belədir”
[46, s.12-13]. F.Zeynalovun bu fikri ilə qismən razılaşmaq
olar. Əslində, türk dillərinin normativ qrammatikalarında
təsbit olunmasa da, ayrı-ayrı müəlliflər
türk, özbək, qaqauz,
Azərbaycan, türkmən və b. dillərdə modal sözlər və
modallıq kateqoriyası ilə bağlı araşdırmalar aparmışlar [116;
117; 28; 8; 19; 44; 23; 16]
F.Zeynalov türk dillərində cümlələrdən bəhs edərkən
qeyd edir ki, bu dillərdə işlənən cümlələr üçün hər şeydən
əvvəl predikativlik
(əlbəttə, intonasiya və modallıq da nəzərə
alınmalıdır) mühüm rol oynayır [47, s.54]. Sonralar türk
dillərində modallıq kateqoriyası və modal sözlər daha geniş
və əsaslı şəkildə F.Zeynalov tərəfindən tədqiqat obyekti
seçilmişdir [44].
Türk dillərində modallıq kateqoriyasının tədqiqinə həsr
olunmuş əsərlərdən biri də A.N.Baskakovun türk dilində
cümlə probleminə həsr olunmuş monoqrafiyasıdır [64].
Məlum olduğu kimi modallıq leksik, qrammatik və intonasiya
ilə yaranan qrammatik
kateqoriya olub cümlədə
predikativliyin ayrılmaz komponenti kimi çıxış edir.
A.N.Baskakov modallığı cümlə kontekstində götürür və
sintaktik funksiyasına görə araşdırır. Modallıq qrammatik
kateqoriya kimi obyektiv və subyektiv modallığa ayrılır. Bu
iki modallıq öz növbəsində cümlənin məzmununu obyektiv
gerçəkliklə və danışanın subyektiv münasibəti ilə bağlayır.
Cümlədə obyektiv modallıq çox vaxt felin şəkilləri ilə ifadə
olunur. Məsələn, felin xəbər şəkli bütün zamanlarda modal
planda reallığı əks etdirir. Felin xəbər şəkli ilə əmələ gələn
cümlələrdə sadə hərəkət və ya vəziyyətlər obyektiv olaraq
öz əksini tapmış olur.
Felin digər şəkilləri (əmr, arzu, şərt,
vacib, davam) qeyri-müəyyən zaman münasibətləri ifadə
etməklə bərabər aşağıdakı modal mənaları bildirirlər:
ehtimal, problematiklik, zərurət, hərəkətin bitməsi və s.