12
istiqamətdə önəmli dəyişikliklər baş vermişdir. Pettinin iqtisadi
baxışlarının formalaşmasına İngiltərədə kapitalist istehsal
münasibətlərinin sürətli inkişaf amili önəmli təsir göstərmiş və
bu baxımdan onun “Vergi və ödənişlər anlayışı haqqında”,
“Müdriklik anlamı”, “Siyasi hesab”, “Pul haqqında müxtəliflik”
əsərləri xüsusi əhəmiyyət kəsb edir.
Məşhur ingilis iqtisadçısı Adam Smit “sərbəst rəqabət” nə-
zəriyyəsinin əsasını qoymaqla, sözün əsil mənasında bazar iqti-
sadiyyatının təməlini möhkəmlətmiş, iqtisadiyyatın, sənayenin
və təsərrüfat müəssisələrinin bazar münasibətləri şəraitində
inkişaf istiqamətlərinin müəyyən edilməsi sahəsində ciddi ad-
dımlar atmışdır. Smitin nəzəriyyəsinin əsasını iqtisadiyyatda li-
beralizmin təmin olunması, dövlətin bazar münasibətlərini tən-
zimləməsinin minimum həddə endirilməsi, tələb və təklif əsa-
sında sərbəst qiymətlər vasitəsilə bazarın özünü tənzimlənməsi
təşkil edir. Müvafiq nəzəriyyə bazar münasibətlərinin inkişafının
ilkin dövrləri üçün
xüsusi əhəmiyyət kəsb edərək, sənaye sahələ-
rinin, istehsal fəaliyyətinin və münasibətlərinin möhkəmlənmə-
sində mühüm rol oynamışdır. O, bu
sahədə ciddi tədqiqatlar apa-
raraq belə nəticəyə gəlmişdir ki, pulun yaranma mənbəyi və
istifadəsi iqtisadi inkişafa əsaslı şəkildə təsir göstərir. Xüsusilə,
belə yanaşma XIX və XX əsrlərdəki iqtisadçı alimlərin tədqi-
qatlarına, onların iqtisadi inkişafda istehsal fəaliyyəti və müna-
sibətləri ilə bağlı baxışlarına öz təsirini göstərmişdir. Həmçinin,
Smit dəyər nəzəriyyəsinin yaranmasında mühüm rol oynayaraq,
gəlirlər, məhsuldar və qeyri-məhsuldar əmək, kapitalın təkrar is-
tehsalı və siyasi iqtisad nəzəriyyələrinin formalaşmasına və inki-
şafına da öz töhfəsini vermişdir. İqtisadçı istehsal fəaliyyətinin
təşkilində işçi qüvvəsinin mobilliyi, onun peşə-ixtisas səviyyə-
sinin seçim və təkmilləşdirilməsində sərbəstliyin, əlverişli mü-
hitin yaradılmasına xüsusi diqqət yetirmişdir. Eyni zamanda,
onun nəzəri yanaşmasında istehsal fəaliyyətinin genişlənmə-
sində sərbəst rəqabətin, ticarətin, kapitalın səmərəli təşkili və bu
sahədə dövlət səviyyəsində qadağaların minimum həddə endi-
13
rilməsi önəmli yer tutur. Smitin nəzəri yanaşmasında dövlətin və
cəmiyyətin sərvətinin artımı iki amillə əlaqələndirilirdi: əməyin
məhsuldarlığı və məhsuldar əməklə qeyri-məhsuldar əmək ara-
sındakı nisbət. Xüsusilə o, istehsal fəaliyyətindəki məhsuldar
əməyin üstünlüyünü zəruri sayaraq, onun dövlətin və cəmiyyətin
iqtisadi əsaslarının möhkəmlənməsində mühüm rol oynadığını
göstərirdi. Mövcud nəzəri yanaşması ilə Smit aşağı, bazar müna-
sibətləri səviyyəsində tənzimlənmənin faydalarının yüksələrək
dövlətin bu sferadakı artıq yükünün azalmasına və iqtisadi in-
kişafının təmin olunmasına ciddi təsir edəcəyini əsaslandırırdı.
Əmək bölgüsünün dərinləşməsinin məhsuldarlığın artmasına, is-
tehsal fəaliyyətinin səmərəliliyinin yüksəlməsinə və milli gəlirin
həcminin genişlənməsinə ciddi təkan verəcəyini qeyd etmişdir.
Əmək münasibətlərinin tənzimlənməsində və əmək məhsuldar-
lığının artırılmasında əməyin dəyərinə xüsusi diqqət yetirərək, o,
işçilərin maddi, mədəni, işgüzarlıq səviyyəsinin və iş şəraitinin
düzgün təşkilinin xüsusi qiymətləndirilməsini, əmək haqqının
istehsal fəaliyyəti ilə birbaşa bağlılığının təmin olunmasını əsas
sayırdı (5,s.90-91).
Smit “Xalqların sərvətinin təbiəti və səbəb-
ləri haqqında traktat” əsərində belə bir fikri əsaslandırır ki, cə-
miyyətin sərvəti istehsalda tətbiq olunan əməyin miqdarından və
əmək məhsuldarlığından asılıdır.
Eyni zamanda,
o əmək məhsul-
darlığı ilə ictimai əmək bölgüsü arasında sıx bağlılığın olduğunu
göstərmişdir (5. s. 97).
Təbii ki, XYIII və XIX əsrin birinci yarısınadək bazar
münasibətlərinə bu nəzəri baxışların tamlıqla əhəmiyyətini qeyd
etmək zəruridir, lakin bu münasibətlərin çoxşaxəli və daha yük-
sək inkişaf mərhələsinə qədəm qoyması müvafiq konsepsiya və
yanaşmada nəzərəçarpacaq ziddiyyətlər üzə çıxarmaqla, onun
təkmilləşmə zərurətini gündəmə gətirmişdir. Fransada XIX əsrin
əvvəllərində Jan Batist Sey yeni iqtisadi nəzəri məktəbin əsasını
qoymuşdur. Onun əsas əsəri sayılıb, 1803-cü ildə nəşr olunan
“Siyasi iqtisadın əsasları və ya sərvətin yaranması, istehlakı,
istifadəsinin sadə açıqlama vasitəsi” Seyin yanaşma və konsep-