Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə14/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   10   11   12   13   14   15   16   17   ...   86

41 
 
gəlir. Bütövlükdə, yeni texnologiyanın tətbiqi ilə bağlı təşkilati-
idarəetmə sisteminin elmi əsaslandırılması müasir metodik baza, 
iqtisadiyyat,  texniki,  idarəetmə,  rəqabət  qabiliyyət  kimi  biliklə-
rin  nəzəri  və  praktik  əsasları  arasındakı  optimal  sintezin  təmin 
edilməsini əhatə etməlidir. 
Statistika və dinamikanın təşkili qanununa təşkilati-idarəet-
mə sisteminin qurulması, formalaşdırılması və inkişafının təhlili 
üçün zəruri olan informasiyalar şamil edilir. Bu informasiyalara 
və qanunauyğunluqlara aşağıdakıları aid etmək mümkündür: 
- kompozisiya qanunu; 
- proporsionallıq qanunu; 
- azalma qanunu; 
- antageniz qanunu; 
- sinerji qanunu; 
- təhlil və sintezin vahidliyi qanunu
- özünü saxlama və inkişaf qanunu. 
İdarəetmə sisteminin xüsusi əhəmiyyət kəsb etdiyini nə-
zərə  alıb,  bu  sistem  üzrə  müasir  elmi  yanaşmaya  aşağıdakıları 
şamil etmək məqsədəuyğundur: 

 
Sistemli yanaşma (bu yanaşma kifayət qədər geniş xarak-
ter  daşıyır,  sosial-iqtisadi  və  istehsal  sistemlərinin  tətbi-
qini özündə əks etdirir); 

 
Məntiqi yanaşma; 

 
İnnovasiyalı  yanaşma  (sosial-iqtisadi  və  istehsal  sistem-
lərinə  ilk  dəfə  bu  yanaşmanın  tətbiq  edilməsi  zəruri 
sayılır); 

 
Geniş  təkrar  istehsal  və  təkamül  yanaşması  (kifayət  qə-
dər geniş və dərin bir anlayışdır); 

 
Kompleks yanaşma; 

 
Qlobal yanaşma (idarəetmə sisteminə tətbiqi baxımından 
demək olar ki, ilk dəfə formalaşmaqdadır); 

 
İnteqrasiyalı  yanaşma  (sosial-iqtisadi və istehsal  sistem-
lərinə  tətbiqi  baxımından  kifayət  qədər  geniş  yayılmış-
dır); 


42 
 

 
Virtual  yanaşma  (idarəetmədə  tətbiqi  əsasən  yeni  sayı-
lır); 

 
Standartlaşdırılmış  və  marketinq  yanaşması  (təşkilati-
idarəetmə sisteminə yeni tətbiq edilir);  

 
Eksklüziv  yanaşma (təşkilati-idarəetmə  sistemində tətbi-
qi ilə bağlı hazırlıqlar davam edir); 

 
Funksional yanaşma; 

 
Prosesli yanaşma; 

 
Struktur  yanaşması  (təşkilati-idarəetmə  sistemində  yeni 
tətbiq edilir); 

 
Variantlı yanaşma (strateji, taktiki və operativ şəraitlərdə 
idarəetmənin  zəruriliyinin  əsaslandırılması  ilə  bağlı  tət-
biq edilir); 

 
Normativ  yanaşma  (təşkilati-idarəetmə  sisteminə  tətbiqi 
metodlarının hazırlanması); 

 
Optimal yanaşma; 

 
Direktiv (inzibati) yanaşma; 

 
Davranışlı  yanaşma  (şəxsiyyətin  psixoloji  portretinin 
parametrlərinin idarə edilməsinin zəruriliyi əsaslandırılır, 
eyni  zamanda  əmək  kollektivinin  üzvlərinin  həvəslən-
dirilməsinə  istiqamətlənmiş  tədbirləri  də  özündə  əks  et-
dirir); 

 
İşgüzar yanaşma (ilk dəfə olaraq işlənib hazırlanmışdır); 

 
Eksklüziv servis dəyərlərini özündə əks etdirən yanaşma.  
      İdarəetmə  sistemi  ilə  bağlı  müxtəlif  elmi  yanaşmalar  möv-
cuddur, bu da nəticə etibarı ilə problemin mürəkkəbliyini və ma-
hiyyətini  xarakterizə  edir.  Ümumiyyətlə,  problem  nə  qədər  ak-
tual  və  mürəkkəbdirsə,  son  nəticədə  həmin  problemə  olan  elmi 
yanaşma  da  kifayət  qədər  çoxsaylı  və  dərin  xarakter  daşıyır. 
Qeyd  etmək  lazımdır  ki,  Qərbi  Avropa  və  ABŞ-da  nəşr  edilən 
ədəbiyyatlarda ən çox fiziki, yəni qeyri-intellektual məsələlər ön 
plana  çəkilir  ki,  burda  da  ilk  növbədə  qərarların  qəbul  edilmə-
sinin metodikası üstünlük təşkil edir. Tədqiqatlar göstərir ki, bir 


43 
 
sıra hallarda idarəetmə qərarlarının aşağı keyfiyyətdə olmasının 
başlıca  səbəbləri  kimi  korrupsiyanın  təşəkkül  taparaq  inkişaf 
etməsi,  rəqabət  mexanizminin  təkmil  olmaması,  idarəetmənin 
elmi  metodlarının  bir-birini  təkzib  etməsi  və  s.  bu  kimi  ciddi 
amillər təşkil edir (25, s. 183). 
Təşkilati  -  idarəetmə  sisteminin  elmi  əsaslandırılmış  kom-
ponentlərinin  tərkibinə,  həmçinin,  müxtəlif  obyektlərin  idarəet-
mə prinsipləri də daxildir. Lakin, maraqlı haldır ki, istər elmi, is-
tərsə  də  tədris  ədəbiyyatlarında  qeyd  edilənlər  kifayət  qədər  öz 
əksini tapmamışdır. Daha doğrusu, hər bir obyektin özünəməx-
sus  xüsusiyyətlərini  səciyyələndirən  bir  çox  aspektlərin  əhatəli 
şəkildə  öz  əksini  tapmaması,  onların  sistemsiz  və  qeyri-kom-
pleks xarakter daşıması problemin həlli ilə bağlı qərarların qəbul 
edilməsinə də əhəmiyyətli dərəcədə mənfi təsir göstərməklə, çox 
vaxt onların həllinə imkan vermir. Təşkilati - idarəetmə sistemi-
nin  elmi  cəhətdən  əsaslandırılmış  yarımsistemlərinə  aşağıdakı 
prinsipləri daxil etmək olar: 
 -  iqtisadiyyatın  idarə  edilməsi  (hazırda  onlar  kifayət  qədər 
əhatə olunmuş və dəqiqləşdirilmişdir); 
- obyektlərin təhlili; 
- proqnozlaşdırma; 
- planlaşdırma; 
 -  iqtisadi  əsaslandırma (dünya təcrübəsində  ilk dəfə  olaraq 
bütün  növ  faktorların  müqayisəsi  əsasında  alternativ  qərarların 
qəbul  edilməsinin zəruriliyi  əsaslandırılmış,  proses  və  sistemlər 
ilə  bağlı  qəbul  olunan  qərarların  əsaslandırılmasının  metodları 
işlənib müəyyən edilmişdir); 
- strukturların rasionallaşdırılması (bu prinsip kifayət qədər 
tamamlanmış və dəqiqləşdirilmişdir); 
-  proseslərin  rasionallaşdırılması  (bu  prinsip  də  kifayət  qə-
dər əhatə olunmuş və dəqiqləşdirilmişdir); 
-  işçi  heyətin  idarə  edilməsi  (idarəetmənin  obyektləri  və 
subyektləri  üzrə  diferensiallaşdırılmış  prinsiplərin  yeni  qrupları 
işlənib  hazırlanmışdır.  Bu  baxımdan  A.Fayolun  obyektlər  və 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə