Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə13/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   9   10   11   12   13   14   15   16   ...   86

38 
 
mərhələsində  sərf  edilən  xərclər  daha  əhəmiyyətliliyi  ilə  seçil-
məlidir.  
Aparılan tədqiqatlar göstərir ki, keçmiş postsovet məkanın-
da  mövcud  olmuş  ölkələrdə  peşəkar  idarəetmə  və  menecment, 
marketinq,    audit  və  iqtisadi  inkişafın  yüksəldilməsi  baxımdan 
vacib olan digər bu kimi strukturlar  yox səviyyəsində olmuş və 
iqtisadiyyatla  bağlı  nəzəri  əsaslara  kifayət  qədər  diqqət  yetiril-
məmişdir. Müasir şəraitdə inkişaf etmiş ölkələrin təcrübəsi gös-
tərir ki, bütövlükdə adı çəkilən sahələr nəinki bu ölkələrdə inki-
şaf etmiş, eyni zamanda onların fəaliyyəti daha çox informasiya 
kommunikasiya texnologiyaları, təkmil proqram təminatı ilə əla-
qələndirilmişdir (23, s. 117). Həmçinin, müvafiq sistemin təşki-
lində və idarə edilməsində iqtisadi qanunlardan, nəzəri-metodo-
loji  əsaslardan,  müasir  metod  və  modellərdən  istifadəyə  də  xü-
susi  əhəmiyyət  verilir.  Təşkilati  idarəetmə  sisteminin  yarımsis-
temlərinin özünə məxsus tərkib elementləri mövcuddur ki, bun-
lara da aşağıdakıları şamil etmək olar: 
-  iqtisadi  qanunların,  həmçinin  müəssisə  və  təsərrüfat  sub-
yektlərinin  spesifik  qanunauyğunluqlarının,  mövcud  fəaliyyət 
mexanizmlərinin tədqiqi; 
- idarəetmə sisteminə elmi yanaşmaların tətbiq edilməsi
-  müxtəlif  obyektlərin  idarə  edilmə  prinsiplərindən  istifa-
dənin məqsədəuyğunluğu; 
-  müxtəlif  obyektlərin  idarə  edilməsində  müasir  metod  və 
modellərin tətbiqi.  
Müasir şəraitdə mürəkkəb idarəetmə qərarlarının işlənib ha-
zırlanması  və  qəbul  olunması  zamanı  həm  iqtisadi  qanunauy-
ğunluqlara,  həm  də  mövcud  təcürbə  və  tədqiqatların  nəticələri-
nə  üstünlük  verilməlidir,  bunlara  isə  aşağıdakıları  şamil  etmək 
məqsədəuyğundur: 
- tələb və qiymət arasındakı asılılıq; 
- təklif və qiymət arasındakı asılılıq; 
- tələb və təklif arasındakı asılılıq; 


39 
 
- rəqabət; 
- istehlakçıların ehtiyaclarının artması; 
- əşyalaşmış və canlı əməyə qənaət; 
- istehsalın miqyasının səmərəliliyi
- əlavə xərclərin artması; 
- gəlirliliyin aşağı düşməsi.  
Müasir  təsərrüfat  subyektində  təşkilati-idarəetmə  sistemi-
nin  elmi  əsaslandırılmış  yarımsistemlərində  keçid  iqtisadiy-
yatının  mexanizmi  əhəmiyyətli  rol  oynayır.  MDB  ölkələri,  o 
cümlədən,  Azərbaycan  Respublikası  keçid  iqtisadiyyatı  dövrü-
nü  yaşayır  və  bu  ilk  növbədə  inzibati  amirlik  və  planlaşdırma 
sisteminin  elementlərindən  bazar  iqtisadiyyatına  keçidi  özündə 
əks  etdirir.  Tədqiqatlar  göstərir  ki,  bu  ölkələr  kimi,  Azərbay-
canda da bazar iqtisadiyyatı mühiti fəaliyyət sferalarında və sa-
hələrində  formalaşmağa  başlasa  da,  lakin  iqtisadi,  hüquqi  və 
ənənəvi  psixoloji  münasibətlər sistemində səmərəli bazar təsər-
rüfatçılıq  sisteminin  tam  təşəkkül  tapması  üçün  əlverişli  şərait 
təxminən  20-30  ildən  sonra  mümkün  olacaqdır.  Təbii  ki,  bu 
müddətə qədər ölkə tam bazar iqtisadiyyatına uyğunlaşma döv-
rünü və bu sahədə qarşıya çıxacaq çətinlikləri yaşamalı, təkmil-
ləşən  iqtisadi  münasibətlər  sistemini  formalaşdırmalıdır.  Ölkə-
nin bazar iqtisadiyyatına keçidinə təsir edən əsas komponentlərə 
aşağıdakıları şamil etmək olar: 
- bazarın gözəgörünməz əl qanununun təşəkkül tapması; 
-iqtisadiyyatda  bazar  münasibətlərinin  dövlət  tənzimlən-
məsinin əsaslandırılması (planlı iqtisadiyyat); 
 -  beynəlxalq  inteqrasiya  münasibətləri,  yeni  informasiya 
texnologiyaları,  standartlaşdırma  və  sertifikatlaşdırma  proseslə-
ri nəzərə alınmaqla beynəlxalq rəqabətin təmin edilməsi. 
Ölkədə  formalaşan  qanunvericilik  bazası,  aparılan  iqtisadi-
elmi  tədqiqatlar,  bu  sahədə  əldə  olunan  nailiyyətlər  və  həyata 
keçirilən  bir  çox  tədbirlər  müasir  şəraitdə  Azərbaycanın  tam 
bazar  iqtisadiyyatı  münasibətlərinə  keçidin  mürəkkəbliyini  və 


40 
 
istiqamətlərini  aydın  ifadə  etdirmir.  Qeyd  etmək  lazımdır  ki, 
ölkədə  keçid  iqtisadiyyatının  tənzimlənməsi  ilə  bağlı  qəbul 
edilmiş bir çox normativ-hüquqi aktlar yetərincə təkmil xarakter 
daşımamış,  eləcə  də  bu  proseslərə  daha  çox  dərin  və  hərtərəfli 
yanaşmanı özündə əks etdirməmişdir. Bundan başqa, elmi səviy-
yədə  keçid  iqtisadiyyatı  proseslərinə,  demək  olar  ki,  sistemsiz 
yanaşma özünü büruzə vermişdir. İqtisadi qanunlar, yanaşmalar 
və prinsiplər keçid dövründə formalaşan iqtisadi münasibətlərin 
immunal  spektrlərini  belə  kifayət  qədər  əhatə  etməmişdir.  Eyni 
zamanda,  ölkənin  iqtisad  elmi  keçid  iqtisadiyyatının  fəaliyyət 
mexanizmini  aydın  müəyyənləşdirməmiş,  ali  məktəblər  üçün 
hazırlanan  iqtisadiyyat,  menecment  (idarəetmə),  marketinq  və 
digər  bu  yönümlü  tədris  vəsaitlərində  resursla  təminat,  rəqabət 
qabiliyyətinin  təmin  edilməsi,  həyat  şəraitinin  yaxşılaşdırılması 
və  digər  bu  kimi  komponentlər  demək  olar  ki,  ölkənin  inkişaf 
tenden-siyasını,  problemlərini  özündə  zəif  əks  etdirməklə,  daha 
çox inkişaf etmiş ölkələrin iqtisadi ədəbiyyatlarına uyğun tərtib 
edilmişdir.  
Keçid  dövründə  formalaşan  iqtisadi  münasibətlərə  daha 
çox ideallaşdırılmış münasibət öz əksini tapmışdır. Daha doğru-
su, Qərbi Avropa ölkələrində və eləcə də ABŞ-da kifayət qədər 
geniş  yayılmış ideal münasibətlər bu dövrdə özünü büruzə ver-
mişdir ki, bu da bütövlükdə keçid dövrünün tam mənası ilə ba-
zar iqtisadiyyatı mexanizmi əsasında fəaliyyət göstərməsinə gə-
tirib çıxarmışdır (24, s. 87-88). Ölkənin ali təhsil müəssisələrin-
də tələbələrə verilən biliklər, demək olar ki, Qərb ölkələri şəra-
itində  kifayət  qədər  tətbiqini  tapmaq  imkanına  malikdir  və  bü-
tövlükdə Azərbaycanın iqtisadi reallıqlarına adaptasiya olunma-
mışdır.  Qeyd  etmək  lazımdır  ki,  ölkə    iqtisadiyyatının  real  im-
kanları  ilə  mütəxəssislərə  tədris  edilən  iqtisadi  idarəetmə  bilik-
lərinin  keyfiyyəti  arasındakı  fərqlilik  getdikcə  artmaqdadır.  Tə-
ləbələrə,  menecerlərə  və  mütəxəssislərə  mütərəqqi  texnologiya-
ların tətbiqi  yolu ilə təşkilati-idarəetmə sistemlərinin elmi əsas-
landırılmış  metodlarının  tədris  edilməsi  xüsusi  zərurətdən  irəli 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə