Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə22/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   18   19   20   21   22   23   24   25   ...   86

70 
 
zən hakimlərin  baxdığı işlər üzrə məhkəmə araşdırması çox sət-
hi  olur, vaxtın azlığı  tam  və obyektiv məhkəmə  araşdırmasının 
aparılmasına imkan vermir. Bu amil də bir çox hallarda əsassız 
və haqsız məhkəmə qərarlarının qəbuluna səbəb olur (34) .  
      Yerli və xarici təcrübə göstərir ki, idarəetmənin nisbətən aşa-
ğı  səviyyəsi  korrupsiyanın  mövcudluğunu  şərtləndirən  əsas 
amillərdən  biridir.  Zəif  idarəetmənin  isə  inzibati,  nəzarətedici, 
maliyyə  və  məhkəmə  imkanları  onun  üzərinə  düşən  öhdə-lik-
lərin  həcminə  uyğun  gəlmir  və  onların  həyata  keçirilməsinə  ki-
fayət etmir. 
  Dövlət  Maliyyə  Nəzarətinə  gəldikdə  isə  dövlətin  büdcə  və 
maliyyə nəzarəti orqanı olan Hesablama Palatası öz fəaliyyətinə 
2001-ci  ildən  başlamışdır.  Palata  daha  çox  büdcə  və  büdcədən 
kənar  dövlət  vəsaitləri  daxil  olmaqla  dövlət  xərcləri  üzərində 
audit  nəzarətini  həyata  keçirir.  Azərbaycanda  həmçinin  dövlət, 
müstəqil və daxili audit sisteminin təkmilləşdirilməsinə, onların 
fəaliyyət  istiqamətlərinin  konkretləşdirilməsinə  də  ehtiyac 
artmaqdadır.  
 Lakin,  son  dövrlərdə  Vergilər,  Maliyyə  və  İqtisadi  İnkişaf 
Nazirliklərinin  və  digər  bir  sıra  dövlət  orqanlarının  iqtisadiyyat 
sahələri üzrə maliyyə və inzibati nəzarət fəaliyyəti artmış və bu 
qurumların  tərkibində  müvafiq  nəzarət  strukturları  yaradılmış-
dır. Belə vəziyyət isə digər sahələrdə olduğu kimi, iqtisadi idarə-
etmə  sistemində  və  onun  tənzimlədiyi  subyektlərdə,  həmçinin, 
təsərrüfat subyektlərində paralel nəzarət funksiyasının inkişafına 
şərait  yaradaraq,  ölkədə  iqtisadi  inkişafın  sürətlənməsinə,  özəl 
sektorun fəaliyyətinin genişləndirilməsinə maneələr törədir.  
         Azərbaycan Respublikasının təsərrüfat subyektlərinin ixrac 
əməliyyatlarında  ciddi  problemlər  özünü  göstərməkdədir.  Belə 
ki, ölkə üzrə ixracın 90 % - dən çoxu neft və neft məhsullarının 
payına  düşür  (27).  Özəl  sektorun  və  yerli  təsərrüfat  subyekt-
lərinin  istehsal  etdiyi  məhsulların  maya  dəyərinin  baha  olması 
və bu məhsulların  rəqabət qabiliyyətliliyinin zəifliyi beynəlxalq 
və regional bazarlarda onların mövqelərinə ciddi zərbə vurmaq-


71 
 
dadır.  Məhz  belə  bir  şəraitdə  ölkədə  istehsalı  mümkün  olan 
müxtəlif  növlü  məhsulların  xaricdən  idxalına  üstünlük  veril-
məkdədir və bu amil özünü xarici ticarət balansında da aydın şə-
kildə göstərir. Təbii ki, bu sahədə zəruri tədbirlərin həyata keçi-
rilməsinin ləngiməsi,  mövcud vəziyyətin davam  etməsi  Ümum-
dünya Ticarət Təşkilatına daxil olma  ərəfəsində  yerli təsərrüfat 
subyektlərinin  və  xidmət  sahələrinin  fəaliyyətinin  zəifləməsinə, 
yaxın  vaxtda isə onların  əksər hissəsinin süqutuna gətirib çıxa-
racaqdır. 
     Ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin istehsal-
texniki  imkanları  orta  hesabla  Avropa  dövlətlərinin  analoji  im-
kanlarının 15–20 % - ni təşkil edir. Heç də gizli deyildir ki, qey-
ri-neft  sektoru  istisna  olmaqla,  əksər  yerli  təsərrüfat  subyekt-
lərinin  son  on-on  beş  ildə  xarici  iqtisadi  əlaqələri  aşağı  enmək-
dədir.  Həmçinin,  müvafiq  dövr  ərzində  mal-material  resursla-
rının dəyərinin 2 dəfədən çox artması, enerji daşıyıcılarının qiy-
mətinin 2,5-3 dəfə yüksəlməsi, kommunal, icarə haqlarının 2 də-
fəyə  yaxın  qalxması  həmin  təsərrüfat  subyektlərinin  nəinki  xa-
rici iqtisadi əlaqələrinin, həm də ölkə daxilindəki bazarda möv-
qelərinin  zəifləməsinə  gətirib çıxarmaqdadır (28,  35). Bütün  bu 
digər  problemlərin  nəticəsidir  ki,  yerli  təsərrüfat  subyektlərinin 
istehsal  etdiyi  məhsulların  maya  dəyəri  artmaqda,  onların  rəqa-
bət qabiliyyəti isə aşağı düşməkdədir. 
Ölkədə  təsərrüfat  subyektlərinin,  xüsusilə  də  istehsal  yö-
nümlü subyektlərin üzləşdiyi ekoloji problemlər öz kəskinliyi ilə 
çıxış edir. Müvafiq problemin tənzimlənməsi ilə bağlı zəruri hü-
quqi-normativ baza  yaradılsa da, onların  icra mexanizmi  gözlə-
nilən nəticələri vermir. Bu amil ilk növbədə yerli təsərrüfat sub-
yektlərinin  əksər  hissəsinin  müasir  tələblərə  cavab  verməyən 
köhnə və çox vaxt da istismar dövrünü keçmiş avadanlıq və tex-
nologiyalardan  istifadə  etməsidir.  Digər  tərəfdən  isə,  yeni  və 
müasir  tələblərə  cavab  verən  texnoloji  avadanlıqların  alınıb, 
istifadəsi  ilə  bağlı müvafiq  subyektlərin maliyyə  mənbələri zəif  
səviyyədədir. Məhz bu baxımdandır ki,  belə  təsərrüfat  subyekt-


72 
 
ləri  bir  tərəfdən  rəqabət  qabiliyyətli,  yeni  məhsul  istehsalında 
passiv  mövqe  göstərir,  eyni  zamanda  istehsal  fəaliyyətləri  ilə 
bağlı  müvafiq  dövlət  orqanları  tərəfindən  mövcud  qanunverici-
lik üzrə tez-tez ciddi inzibatı  və maliyyə sanksiyaları  ilə üzləş-
məli olurlar (27, 36).   
       Ətraf  mühitin  mühafizəsi,  insanların  sağlam  təbii  mühitdə 
yaşaması və təbii sərvətlərdən insanların rifahının yaxşılaşdırıl-
ması naminə səmərəli istifadə edilməsi ölkədə aparılan sosial iq-
tisadi  islahatların  əsas  tərkib  hissələrindən  biridir.  Məhz  Azər-
baycan Respublikasının Prezidenti tərəfindən 2010-cu ilin “Eko-
logiya  ili”  elan  edilməsi  ətraf  mühit  məsələlərinin  və  problem-
lərinin  ölkədə  prioritet  istiqamətlərdən  biri  kimi  qəbul  olunma-
sının göstəricisi olmaqla, bu sahədə əsaslı tədbirlərin həyata ke-
çirilməsini ön plana çəkməkdədir.  
     Azərbaycan  Respublikasında  təsərrüfat  subyektlərinin  inki-
şafında müasir və təkmil infrastruktur təminatı sisteminin yara-
dılması  xüsusi  zərurətdən  irəli  gəlir.  Belə  ki,  ölkədə  fəaliyyət 
göstərən  istehsal  və  xidmət  sahələrinin  böyük  əksəriyyətinin 
mərkəzin  payına  düşməsinə,  bilavasitə  infrastruktur  təminatının 
burada yüksək olması təsir göstərir. Ölkə regionlarında isə mü-
vafiq  infrastruktur  təminatı  sistemini  müsbət  baxımdan  qiymət-
ləndirmək  qeyri-mümkündür.  Buraya  həm  təsərrüfat  subyekt-
lərinə xidmət göstərən bank, maliyyə-kredit, sığorta, audit, məs-
ləhət  xidmətlərini,  həm  də  təsərrüfat  fəaliyyəti  üçün  vacib  olan 
kommunal, istehsal daxili xidmətləri aid etmək mümkündür. 
Müasir tədqiqatlar göstərir ki, investisiya fəaliyyəti müxtəlif 
maraqlara  toxunan bir proses olub, ölkənin sosial-iqtisadi inki-
şafına  təsir  edən  başlıca  amillərdən  biridir.  Bu  maraqların  özü 
biznes mühitinin, yaxud investisiya  mühitinin komponentləri və 
ya  tərkib  hissələri  kimi  səciyyələnə  bilər.  Maraqlar  arasında  
məhz  Azərbaycan  üçün  xas  olan  son  dərəcə  spesifik  ziddiyyətə 
investorun  birbaşa  təsərrüfat  subyektinin  idarə  olunmasından 
kənarlaşdırılması amilini aid etmək olar (37) . Çox vaxt hətta tə-
sərrüfat  subyektinin  nisbətən  üstün  nəzarət  səhm  zərfinə  sahib 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə