18
«РАМАНА ГАЛАСЫ»
ЫЫ груп
«ШУША ГАЛАСЫ»
ЫЫЫ груп
«ЧЫРАГГАЛА»
ЫV груп
Çap üçün deyil
19
«АЗЯРБАЙЪАН»
Birinci böyük ictimai əmək bölgüsünün
necə baş verdiyini izah edin.
«QARABAĞ»
Ataxaqanlığının yaranması tayfaların idarə
olunmasına necə təsir etdi? İzah edin.
«II KÜLTƏPƏ»
İkinci ictimai əmək bölgüsünün mahiyyətini
izah edin.
Çap üçün deyil
20
«ÜZƏRLİKTƏPƏ»
İlkin şəhər tipli yaşayış yerlərinin xüsusiyyətlərini
müəyyənləşdirin.
Q
İYMƏTLƏNDİRMƏNİN NÖVLƏRİ –
TƏRKİB HİSSƏLƏRİ
Qiymətləndirmənin növləri dedikdə eyni bir qiymətləndirmə istiqamətinin tərkib
hissələri başa düşülür. Məktəbdaxili qiymətləndirmənin tərkib hissələri aşağı da kı -
lardır:
Diaqnostik
qiymətləndirmə – ilkin səviyyənin qiymətləndirilməsi;
Formativ
qiymətləndirmə – şagird fəaliyyətinin izlənilməsi;
Summativ
qiymətləndirmə – şagird nailiyyətinin qiymətləndirilməsi.
Diaqnostik qiymətləndirmə
Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini
müəyyənləşdirməklə, birbaşa müəllimin təlim strategiyalarının seçilməsinə xidmət
edir.
Diaqnostik qiymətləndirmə, əsasən, dərs ilinin, tədris vahidlərinin əvvəlində,
şagird başqa ümumi təhsil müəssisəsindən gəldikdə, sinfi dəyişdikdə və digər zəruri
hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, fərdi yanaşmanı təmin
etmək və təlim strategiyasını müəyyənləşdirmək məqsədilə müəllim tərəfindən apa -
rı lır. Bu qiymətləndirmənin nəticələri sinif və formativ qiymətləndirmə jurnal larında
qeyd olunmur, müəllimin qeyd dəftərində öz əksini tapır.
Çap üçün deyil
21
Diaqnostik qiymətləndirmədə istifadə olunan
əsas üsul və vasitələr
Formativ qiymətləndirmə
Yeni məktəbdaxili qiymətləndirmənin əsas mahiyyətini formativ qiymətləndirmə
təşkil edir.
Formativ qiymətləndirmənin əsas mahiyyəti şagirdin təlim fəaliyyətinin daim
izlənilməsidir. Formativ qiymətləndirmə şagirdin bilik və bacarığını formalaşdırmaqla
onun təlim nəticələrinə nail olması məqsədilə aparılır.
Formativ qiymətləndirmə sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzində yaxşı
nəticə göstərmək üçün çalışır.
Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və
bacarıqlara yiyələnməsi vəziyyətinin qiymətləndirilməsidir.
Formativ qiymətləndirmə dərsi müşayiət edən prosesdir. Fənn üzrə aparılan for-
mativ qiymətləndirmə şagirdin ehtiyaclarını öyrənmək, uğur qazana bilməməsinin
sə bəb lərini araşdırmaq və onun inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq
hə yata keçirilir.
Üsullar
Vasitələr
Tapşırıqvermə
Çalışmalar
Mühazirə
Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq
hal larda qrup, yaxud siniflə aparılan şifahi yox -
lama zamanı müəllimin öyrənmək (diaqnoz qoy-
maq) istədiyi məsələnin yazıldığı vərəq)
Valideynlərlə və digər fənn
müəllimləri ilə əməkdaşlıq
Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə
və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar ya -
zıl mış vərəq)
Çap üçün deyil
22
Formativ qiymətləndirmədə istifadə olunan
üsul və vasitələr
Qeyd: Məzmun standartının bir dərs ərzində reallaşdırılması nəzərdə tutulduğu
halda şagirdlərin fəaliyyəti test tapşırıqları vasitəsilə qiymətləndirilə bilər.
Formativ qiymətləndirmənin həyata keçirilməsi və
nəticələrinin qeydiyyatının aparılması
Formativ qiymətləndirmənin həyata keçirilməsi və nəticələrinin qeydiyyatının
aparılması üçün müəllim aşağıdakı bacarıqları inkişaf etdirməlidir:
1. Fənn üzrə mövzu keçilərkən hansı standartı həyata keçirəcəyini müəyyən -
ləşdirmək.
2. Məzmun standartları əsasında qiymətləndirmə meyarlarını müəyyənləşdirmək.
3. Hər bir qiymətləndirmə meyarına uyğun 4 nailiyyət səviyyə üzrə (məsələn,
səviyyə I, səviyyə II, səviyyə III, səviyyə IV) rubriklər hazırlamaq.
Üsullar
Vasitələr
Müşahidə
Müşahidə vərəqləri
Şifahi sual-cavab
Şifahi nitq bacarıqları üzrə qeydiyyat
vərəqi
Tapşırıqvermə
Çalışmalar
Valideynlərlə və digər fənn
müəllimləri ilə əməkdaşlıq
Söhbət, sorğu vərəqi (şagirdin evdə və ya
məktəbdəki fəaliyyəti ilə bağlı suallar
yazılmış vərəq)
Oxu
Mətn
Yazı
Yazı işləri (esse və mətn)
Layihə
Şagirdlərin təqdimatı və müəllim tərə -
fin dən müəyyən olunmuş meyar cədvəli
Şifahi və yazılı təqdimat
Meyar cədvəli
Özünüqiymətləndirmə
Özünüqiymətləndirmə vərəqləri
Test
Test tapşırıqları
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Hadisə barədə
fakt ları bilir, la kin
fikirlərini əsas lan -
dıra bilmir.
Fikirlərini
çətinliklə
əsaslandırır.
Fikirlərini sərbəst
əsaslandırır.
Fikirlərini fakt və
nümunələrlə
əsaslandırır.
Çap üçün deyil
23
Formativ qiymətləndirmə və məktəbli kitabçası
Formativ qiymətləndirmənin nəticələri şagirdin məktəbli kitabçasında sözlə qeyd
olunur. Fənn müəllimləri tərəfindən şagirdlərin gündəlik fəaliyyətini meyarlar üzrə
izləyərək qeydiyyatını aparmaq üçün nəzərdə tutulur.
Summativ qiymətləndirmə
Summativ qiymətləndirmə kiçik, böyük və yekun summativ qiymətlən dir mə lər dən
ibarətdir.
Kiçik və böyük summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə
(bəhs və ya bölmənin, yarımilin sonunda) yekun vurmaqla, müvafiq məzmun stan -
dart larına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin
nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır.
Summativ qiymətləndirmədə istifadə olunan üsul və vasitələr
Summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd
olunur.
Yekun summativ qiymətləndirmə buraxılış siniflərində yekun attestasiya şəklində
aparılır.
w
Test tapşırıqları qiymətləndirmə vasitəsi kimi hal-hazırda populyarlıq qazansa
da, fənni tədris edən müəllim diaqnostik, formativ və hətta summativ qiy mət -
ləndirmədə də test tapşırıqlarına aludəçilik göstərməməlidir.
w Şagirdlərin şifahi və yazılı nitq bacarıqlarını, məntiqi təfəkkürünü, müstəqil
dü şün mə qabiliyyətini inkişaf etdirən üsullardan – layihə (qiymətləndirmə
va sitəsi – şagird lərin təqdimatı və müəllimin tərtib etdiyi meyar cədvəli), şi -
fahi sorğu (qiymət lən dirmə vasitəsi – sual-cavab), yazı işlərindən (hekayə,
mətn, esse) geniş istifadə etməlidir.
w Test tapşırıqlarından davamlı olmamaqla, yeri gəldikcə yalnız summativ
qiymət lən dirmədə istifadə etmək tövsiyə edilir.
Qiymətləndirmə ilə bağlı termin və ifadələr
w Məzmun standartı – təhsil alanların əldə etməli olduğu bilik və bacarıqlara
qoyul muş dövlət tələbidir.
w Təlim nəticəsi – müəyyən bir mərhələdə əldə edilməsi nəzərdə tutulan və
əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
Üsullar
Vasitələr
Layihə
Təqdimat
Şifahi sorğu
Sual-cavab
Test
Test tapşırıqları
Tapşırıqvermə
Tapşırıq
Yaradıcılıq və əl işləri
Fənlərə müvafiq olaraq rəsmlər, hazırlanan
məmulatlar və digər əl işləri
Çap üçün deyil
Dostları ilə paylaş: |