Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə107/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   103   104   105   106   107   108   109   110   ...   113

559

Unutma, Zərdüştün öz beşiyisən,

Səndən işıq alıb bir vaxt gündoğan.

Sənin övladların dönməz, əyilməz,

Basılan görməyib onları heç kəs.

Bütün millətlərə duz ver, çörək kəs,

Əslində qardaşdır ellər binadan...

İgidlər nəslisən, cinsin uludur,

Varlığın atəşlə, odla doludur.

Yolun qardaş yolu, birlik yoludur,

Səni parçalamaz nə dəb, nə lisan.

Canım sizə qurban, dava şirləri!

Ey mənim xalqımın cəngavərləri!

Bütün ərənləri, bütün ərləri

Ayağa qaldırsın qoy bizim üsyan!

Qoy bir də gurlasın Zərdüştün adı,

Cahan ormanının sənsən palıdı.

Ovcunda toz olar, sıxsan poladı,

Dayanar çaylara əmr etsən: “Dayan!”.

Sən kimi yetirdin?

 

Azərköşəsbi!



Zəfərlər bayrağı oldu nəsibi.

Döşündən süd əmdi Babək, Nəsimi,

Ölməzlik qazandı ulu Cavidan.

Bahar nəfəsi var sənin qoynunda,

Cənnət torpağında, Zəmzəm suyunda.

Doğuyla Batının qovşaq yolunda

Dünyanın əfsunkar laləzarısan.

Durub ətrafında dağlar yanaşı.

Dağlar bir üzükdür, sən – üzük qaşı,

Sənin şəfəqindən gözlər qamaşır,

Gəlib Qaplankuhdan keçəndə karvan.



560

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Mənim qaynar qanlı damarlarım tək

Yollar əyri­üyrü, rizlər daş­kəsək.

Əsrlər dalından axıb gələrək

Zınqırov səsləri qoparar fəğan.

Qazanc arxasınca gedən tacirlər

Dinləyin, ən böyük sərvət gətirər.

Hay­küylü bazarlar qərq olar ətrə,

Tay­tay xurma, kişmiş, badam, zəfəran...

Ayrılsam, burnumun ucu göynəyər,

Harda var bunca saf bahar çiçəyi?

Günorta günəşi – bəşər çörəyi,

Nəhəng təndir kimi yanar asiman.

Əjdaha çayların nərildəyəndə,

Bahadır qolları yatmaz kəməndə.

Gələrsən, güzarın düşər bir kəndə,

Kənd demə, qarşında əlvan gülüstan.

Ağappaq nəstərən açılan zaman,

Ərğəvan çöllərə tökər qızıl qan.

Lalələr­şeh dolu qırmızı fincan,

Çiçək qucaq­qucaq, gül xırman­xırman.

Tutaş ormanların başdan­başa zər,

Qüdrətli, heybətli orduya bənzər.

Hələ dərya kimi sonsuz zəmilər,

Hər sünbül bir düzüm mirvari, mərcan.

Qart daşın, sal qayan – sarsılmaz qalan,

Hər daşın dalında yatır bir arslan.

Şir, bəbir bəsləyir başdan, binadan

Gördüyün mağara, girdiyin orman.

Mədənlər təkində qırmızı ləllər,

Tökülüb ləl olub bəlkə xəzəllər.




561

Taxsın incisini, incə gözəllər,

Tovuz quşu kimi görünsün əlvan.

Torpağın bərəkət, qeyrət becərən,

Havan nəfəslərə genişlik verən,

Odun düşmənləri külə döndərən,

Suyun dirilikdir, ey ulu loğman!

Sənin gülzarında min­min gül camı.

Mehriqan bayramı, Sədəh bayramı.

Atəşpərəstlərin alov bayrağı

Yüksələr yüz yerdən, söküləndə dan.

Sənin kişilərin ucaboy, yüksək.

Sənin qadınların barlı ağac tək.

Pəhləvan gənclərin dağlardı gerçək.

Dağlardır güləşib yıxan, yıxılan.

Sənin qocaların müdrik, mötəbər,

Gənclərin düzlükdə qocaya bənzər.

Safdır gəlinlərin şüalar qədər,

De, varmı qeyrətdə onlara çatan?!

Ulduzlar – əsrarlı səma qızları,

Qızların – yer üstə yer ulduzları.

Sağlam körpələrin – ömür nübarı,

Vətən sevgisidir doğan, doğulan.

Sənin mərdlərinin sevgisi, kini

Atəşgədələrin atəşi kimi.

Kökslər alovlu kürə deyilmi?

Dəmir yox, bədəndir odda yoğrulan.

Dosta məhəbbətin göy kimi sonsuz,

Düşmənə nifrətin – atdır, cilovsuz.

Namərdə çəkdiyin şillə sərt, yavuz.

Mərdlərə cavabın mərdcə, mehriban.



562

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Suçunun çiyninə götürdüyü bel,

Gavə bayrağıdır, bəlkə bel deyil.

Kəndçinin orağı – Rüstəm kamanı,

Dartılıb gərilmiş, kirişli kaman.

Belini bağlayıb işə başlayan

İşçi dan yeri tək erkən oyanan.

Sərraf satıcılar qalxar o başdan,

Səhərin gözüylə açılar dükan.

Sənin alimlərin əsgərlər kimi,

Əsgər qılıncıdır alim qələmi.

Çalğıçı çalanda “Mahur”, “Dilqəmi”,

Ulduzlar əriyib düşər səmadan.

Dar ağacı kimi hündür tənəklər

Qızıl salxımları daramı çəkər?

Şaqraq şəlalələr dağları sökər,

Tökər dərələrə yaqut, bədəxşan.

Pəhləvan yumruqlu igid dəmirçi

Zindana zərb ilə vurar çəkiçi.

Saat tək işləyən neçə min işçi

Gecə də, gündüz də yekdil, canhacan.

Hərəkət, bərəkət, cürət və sürət!

Ey vüsət, əzəmət rəmzi məmləkət!

Sənətdə əllərin alman əli tək,

Əkində elə bil ukraynalısan.

Dəryazlar bənzəyir Misri qılınca,

Biçinçi ot çalar, son ot qalınca.

Alıb qoxladımı bir çəngə yonca,

Bütün yorğunluğu çıxar canından.

Kotanın ardınca gedən əkinçi

Səpər qara şuma altundan inci.




563

Öküz boynu kimi əzələsindən

Güc alan ailə yaşar firavan.

Bu dərin torpağı ciyərinədək,

Sökən kəvahinmi, ya polad şimşək.

Qızıl mədəni tək torpaq mübarək,

Xəzinələr dolar bəhrə­barından.

Şumların şırımı yağlı, tərtəzə,

Bu əmək igidlik məşqidir bizə.

Ensin qumruların çöllərimizə,

Zəndi oxusunlar qoy “Avesta”dan.

Hayana baxırsan yaşıldan­yaşıl,

Yaşıllıq sərvəti başından aşır.

Sənə “Zəmzəm” sulu bağlar yaraşır,

Ey Araz səddinə sığmayan Muğan.

Şehdən sırğa taxıb yenə də sünbül,

Dürdanəsi – ağır, dür qabı – yüngül.

Ağlı qırmızılı üzlər – qızılgül,

Dodaqda gül, gülüş, nəfəsdə – reyhan.

Cılız, sarıbəniz, üzülmüş bədən,

Bizim məmləkətdə görə bilməzsən.

Oğlanlar süd əmib maral döşündən,

Qızlara bəxş edib müşkünü ceyran.

Dərddir, sarılıqdır Rey başdan­başa,

Ancaq inan Təbriz ayrı, bambaşqa.

Təbiət qocaya, gəncə, uşağa

Verib sağlamlığı ilkin ərmağan.

Bizim çəmənliklər asiman kimi,

Qoyun sürüləri kəhkəşan kimi.

Quzular – ulduzlar Quzu bürcündə,

Ay olub dayanıb yanında çoban.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə