AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir
5
SİYASİ MƏHBUS MEYARLARI
Hesabatın hazırlanmasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3
oktyabr 2012-ci il 1900 saylı Qətnaməsində təsbit edilmiş meyarlardan istifadə
olunub
1
. Həmin sənədə əsasən, şəxsi azadlığından məhrum edilmiş şəxs aşağıdakı
hallarda siyasi məhbus sayılır:
a.
həbs İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında
Konvensiyaya (Konvensiya) və onun protokollarında təsbit olunmuş fundamental
təminatlardan biri,
xüsusilə fikir, vicdan və din azadlığı, ifadə və informasiya azadlığı,
toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə;
b.
həbs heç bir cinayətlə əlaqəsi olmadan sırf siyasi səbəblərdən həyata
keçirilibsə;
c.
siyasi səbəblərdən, saxlanmanın müddəti və ya onun şərtləri şəxsin şübhəli və
ya təqsirkar sayıldığı cinayətə aydın
şəkildə proporsional deyilsə;
d.
şəxs başqa şəxslərlə müqayisədə siyasi səbəblərdən ayrı-seçkilik şəraitində
həbs edilirsə;
e.
həbs aydın şəkildə ədalətsiz məhkəmə proseslərinin nəticəsidirsə və bu,
hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.
AŞPA bu qətnaməsində xatırladır ki,
“siyasi məhbus” anlayışını Ermənistan və
Azərbaycanın Avropa Şurasına qəbulu kontekstində hər iki dövlətdə mövcud olduğu
iddia edilən siyasi məhbusların işinin qiymətləndirilməsi üçün mandat verilən Baş
Katibin müstəqil ekspertləri Avropa Şurası çərçivəsində işləyib.
Terror cinayətlərinə görə azadlıqdan məhrum edilən şəxs İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında Konvensiyaya və yerli qanunvericiliyə uyğun
olaraq
belə cinayətlərə görə məsuliyyətə cəlb edilib və məhkum olunubsa, siyasi məhbus
sayılmır.
Hesabat hazırlanarkən Amnesty International təşkilatının kriteriyalarına
2
uyğun olaraq
vicdan məhbusu kimi tanınmış şəxslərin işlərində bu təşkilata istinad edilib.
1
http://bit.ly/1piq992
2
http://bit.ly/18KQFUz
AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir
6
A. JURNALİSTLƏR/BLOGERLƏR
1.
Mehman Yadulla oğlu Əliyev
© Turan
Saxlanma tarixi: 24 avqust 2017-ci il
İttiham: CM-nin 192.2.2
(Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq
(lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin
lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki
dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq
fəaliyyəti ilə məşğul olma), 213.1 (
xeyli miqdarda vergiləri və ya məcburi dövlət
sosial sığorta haqlarını ödəməkdən yayınma) və 308.1-ci
(vəzifə səlahiyyətlərindən
sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya
üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq
səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq
mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına
və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan
mənafelərinə mühüm zərər vurduqda) maddələri
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
İş üzrə qısa arayış: M.Əliyev Azərbaycan müstəqqillik qazandıqdan sonra
Azərbaycanda yaradılan ilk informasiya agentliklərindən biri – “Turan” gentliyinin
direktorudur. Əliyev və onun rəhbəri olduğu agentlik Azərbaycanda uzun illər ərzində
peşəkar jurnalistika ilə məşğul olmuş, söz və ifadə azadlığının xeyli dərəcədə
məhdudlaşdırıldığı ölkədə alternativ informasiya mənbəyi kimi çıxış etmiş, ən
müxtəlif məsələlər ilə bağlı araşdırma yazılar dərc olunmuşdur. M.Əliyev jurnalistika
ilə yanaşı müxtəlif ictimai-siyasi proseslərdə də fəal iştirak etmişdir. 2012-ci ildə Kür
çayının daşması nəticəsində zərərçəkmiş şəxslərin hüquqlarının qorunması məqsədilə
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının yaradılması təşəbbüsünü irəli sürmüş,
sonradan bu qurumun üzvü kimi fəaliyyət göstərmişdir. 2013-cü il Prezident seçkilər
zamanı müxalifətin vahid namizədi Cəmil Həsənlinin seçki kampaniyasında yaxından
iştirak
etmişdir, insan hüquq və azadlıqlarının qorunması, siyasi məhbus məsələləri ilə
bağlı müxtəlif qrupların
üzvü olmuş, ictimai tədbirlərdə mütəmadi iştirak etmişdir.
2017-ci il avqustun 7-də M.Əliyevin rəhbəri olduğu “Turan” İnformasiya Agentliyinə
qarşı vergidən yayınma ittihamı ilə cinayət işi açılmış, bundan bir neçə gün sonra
Agentlikdə vergi orqanı tərəfindən axtarış aparılmış və qurumun bütün maliyyə
sənədləri, mühasibin kompüteri müsadirə edilmişdi. Avqustun 24-də isə Əliyev vergi
orqanına getdikdən sonra saxlanılmış, ona qarşı ittihalar irəli sürülmüşdür, avqustun