AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir
13
və daş atmağa başlayıb, az sonra hadisə yerinə gələn polislər hər iki şəxsi döyərək
həbs edib. Jurnalistə qarşı xuliqanlıq və polisə müqavimət maddələri ilə ittiham irəli
sürülüb. Jurnalistin həbsindən yalnız 11 gün sonra, yəni sentyabrın 20-də onun evində
axtarış aparılıb və evdən A.Quliyevə məxsus olan qumbaranın tapıldığı iddia edilib.
2012-ci ilin dekabrında A.Quliyevə qarşı baş redaktoru olduğu internet qəzetdə
yayılan məqalələrdə dini düşmənçilik salınması, ictimai asayişin pozulması, silah
saxlama, dövlət bayrağının təhqir edilməsi kimi maddələrlə ittiham irəli sürülüb.
Jurnalist Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2013-cü il tarixli
hökmü ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Şirvan Apellyasiya Məhkəməsi 09 yanvar 2014-cü il, Ali Məhkəmə isə 04 iyul 2014-
cü il tarixli qərarlarla həmin hökmü qüvvədə saxlayıb.
Jurnalistin evində axtarış məhkəmə qərarı olmadan və özünün iştirakı təmin
edilmədən aparılıb, axtarış zamanı hal şahidi kimi iştirak etmiş şəxslərin məhkəmədə
verdiyi izahatlarla istintaqa verdiyi izahatlar arasında ciddi fərqlər olub. Məhkəmə
araşdırması zamanı məlum olub ki, hal şahidlərindən biri, Nahid Şirəliyev nə
oxumağı, nə də yazmağı bacarır (halbuki axtarış haqqında protokola imza atıb və
qumbaranın aşkar edildiyini təsdiqləyib). Şirvan Apellyasiya Məhkəməsində o,
işlədiyi fəhlə bazarından həmkarı ilə birgə hal şahidliyi etmək üçün polislərin onları
apardıqlarını və bunun əvəzində hər birinə 20 AZN verildiyini bildirib. Zərərçəkmiş
kimi tanınan şəxslərin heç birini istintaq zamanı A.Quliyevlə üzləşdirməyiblər,
onların çoxu polis əməkdaşlarıdır və hamısı məhkəmədə eyni məzmunlu ifadə
veriblər. Buna baxmayaraq, işdə jurnalistin polislərə xəsarət yetirdiyini təsdiqləyən
hər hansı sübut yoxdur. Cırılaraq təhqir edildiyi iddia olunan dövlət bayrağı da maddi
sübut kimi cinayət işinin materiallarında olmayıb.
A.Quliyev onun barəsində Şirvan Apellyasiya Məhkəməsinin qərarından sonra 14
saylı Cəzaçəkmə Müəssisəsinə göndərilib. 22 dekabr 2014-cü ildə həmin CM-də olan
məhkum Elşad Babayevin ölümünə dustaqlar etirazlarını bildiriblər. Belə ki,
Babayevin işgəncələrə məruz qalaraq yeməksiz və susuz saxlanılaraq öldüyü barədə
məlumatlar olub. Onun bacısı Simuzər Babayeva Lökbatan qəsəbəsində yerləşən
morqda qardaşının meyitinin şəkillərini çəkərək sosial şəbəkələr və mətbuat vasitəsilə
yayıb. Həmin şəkillərdən də aydın görünür ki, məhkumun üzərində zorakılıq izləri
var. Ancaq açılmış cinayət işi nəticəsində 31 yaşlı Elşad Babayevin ürək
çatışmazlığından öldüyü iddia olunub.
Etiraz bildirən məhkumlar arasında jurnalist A.Quliyev də olub, buna görə o, karserə
salınıb və işgəncələrə məruz qalıb. Bu hadisədən sonra CM-in rəhbərliyi jurnalistin
daha ağır rejimli müəssisəyə köçürülməsi barədə vəsatətlə məhkəməyə müraciət edib
və Qaradağ Rayon Məhkəməsinin 19 mart 2015-ci il tarixli qərarı ilə A.Quliyev
cəzasının 3 ilini Qobustan Qapalı Həbsxanasında çəkməyə məhkum edilib.
AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir
14
6.
Əfqan Sabir oğlu
MUXTARLI
© şəxsi Facebook səhifəsi
Saxlanma tarixi: 29
may 2017-ci il
İttiham: CM-in
206.1
(qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük
sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya
gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan
etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd
edilənlər istisna olmaqla
15
malların və digər əşyaların külli miqdarda keçirilməsi),
315.2
(xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə
qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və
318.1-ci
(Azərbaycan
Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan
və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
İş üzrə qısa arayış: Son illər ərzində mmüstəqil şəkildə jurnalist
fəaliyyəti ilə məşğul
olan və Azərbaycanda vəzifəli şəxslərin, o cümlədən Prezident və onun ailəsinin
biznesi ilə bağlı araşdırma aparan Ə.Muxtarlı 2014-cü ildə təqiblərdən qorunmaq
məqsədilə Tbilisi şəhərinə köçmüşdü. Burada yazıları ilə yanaşı, o siyasi məhbuslara
dəstək verib, onların azadlığa buraxılması tələbi ilə Azərbaycanın Gürcüstandakı
səfirliyi qarşısında keçirilən aksiyaların təşkilatçısı və iştirakçısı olub.
Mayın 4-də Azərbaycan hakimiyyətinə yaxın bir sıra xəbər saytlarında “Gürcüstanda
gizli antiAzərbaycan yuvaları” adlı yazı dərc edilib. Məqalədə heç bir əsas
göstərilmədən Azərbaycan hakimiyyətini tənqid edən və Gürcüstanda məskunlaşan və
ya fəaliyyət göstərən bir sıra jurnalistlər, hüquq müdafiəçiləri, fəallar, o cümlədən
Əfqan Muxtarlı dövlətə qarşı cinayət törətməkdə, qeyri-qanuni məqsədlər üçün
xaricdən maliyyə dəstəyi almaqda ittiham ediliblər.
Mayın 29-da axşam saatlarına evə gəlməli olan jurnalistdən xəbər çıxmadığından
onun yaxınları mətbuata bu barədə məlumat veriblər, eyni zamanda, Tbilisi polisinə
də rəsmi qaydada müraciət ediblər. Mayın 30-da məlum olub ki, Ə.Muxtarlı
saxlanılıb və artıq Azərbaycana aparılıb. Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq
mayın 31-də birgə məlumat yayaraq Əfqan Muxtarlının Gürcüstandan Azərbaycana
15
206.2-ci maddə ilə qadağan edilən əşyalar: narkotik vasitələr, psixotrop maddələr, güclü
təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələr və qurğular, hərbi silah və texnika,
odlu silah və ya döyüş sursatı, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahları, kütləvi
qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük
sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materiallar və avadanlıqlar,
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən
edilmiş strateji əhəmiyyətli xammal, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyalar