19
hadisələr baxımından özünəməxsus məhdudiyyətləri olur. Qadının bütövlükdə doğuş
tarixçəsi məlumatlarının toplanması yolu ilə qiymətləndirmədə problemlərin şişirdilməsi
və yaxud da azaldılmasını aradan qaldırmaq olar, lakin nəsilvermənin azaldığına görə
AzDSS-2011– də doğuş seçməsi məhdud idi. Buna görə də bu tədqiqatda ehtimalların/
qiymətləndirmələrin etibarlılığını artırmaq üçün dünyaya gələn uşaqların cinsinə görə
nisbətinin pozulması beş illik dövrlər nəzərə alınmaqla hesablanmışdır.
Keyfiyyət üsullarından istifadə yolu ilə aparılan tədqiqatda məlumat toplamaq üçün
intervyular və fokus qrup müzakirələri aparılmışdır. İştirakçılarla keçirilən müzakirələr
nəticəsində kifayət qədər mətni məlumat toplanmışdır. İntervyular və qrup müzakirələri
qənaətbəxş keyfiyyətdə olsa da, bu tədqiqatda bəzi məhdudiyyətlər vardır. Oğlan uşaqlarına
üstünlük verilməsinin səbəbləri, nəsilvermənin azalmasına zəmin yaradan mexanizmlər
və dölün cinsinə görə aparılan selektiv süni abortlar da daxil olmaqla süni aborta qarşı
münasibətlər və ondan istifadə təcrübəsi haqqında zəngin məlumat toplanmışdır. Lakin
dölün cinsinə görə aparılan selektiv süni abortlar haqqında informasiya məhdud idi. Bu,
mövzunun həssaslığı və məlumatı paylaşmaq istəyinin olmaması ilə əlaqədar ola bilər və
beləliklə də dölün cinsinə görə selektiv süni abort əməliyyatları keçirmiş qadınların daxil
olacağı daha məqsədyönlü seçmə tərtibatına ehtiyac olduğuna işarə edir. Qadınların öz
süni abort təcrübələrini paylaşmağa daha açıq olduqlarına baxmayaraq, kişilər süni abort və
kontraseptivlərdən istifadəni müzakirə etməyə elə də meylli deyildilər. Tədqiqat mövzusunun
həssas olduğundan iştirakçılar məhdud məlumat verdikləri üçün, tədqiqatçılar tərəfindən
gələcəkdə daha açıq cavabların alınması üçün müxtəlif müsahibə texnikalarından istifadə
tövsiyə olunur.
Metodologiya
20
3-cü FƏSİL
Azərbaycanın demoqrafik
və sosial-iqtisadi vəziyyəti
B
u hissədə Azərbaycanın demoqrafik, sosial və iqtisadi strukturu təqdim olunur.
Həmçinin, Azərbaycanda qadınların siyasətdə iştirakı, reproduktiv sağlamlıq və
ümumi sağlamlıq məsələləri müzakirə olunur.
3.1. Sosial-demoqrafik vəziyyət
Tarixi Azərbaycan torpaqları Ön Asiyada Qafqaz dağlarından Urmiya gölünün cənub və
Cənub-şərqdəki dağlıq əraziyədək 210 min km2-ə qədər bir ərazini əhatə edir. Avrasiya
materikində, Asiya qitəsində, Qara və Xəzər dənizləri arasında əlverişli coğrafi mövqeyə
malik ərazidə yerləşən Azərbaycan daim yadelli qəsbkarların müdaxiləsinə məruz qalmışdır.
XIX və XX əsrlər Azərbaycan xalqı və torpaqları üçün daha faciəli olmuşdur. 1813-cü il
Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri Azərbaycanın müstəqilliyinə son qoydu
və Azərbaycanı iki hissəyə böldü. Cənubi Azərbaycan İranın, Şimali Azərbaycan Rusiyanın
tərkibinə qatıldı. 1918-ci ilin 28 mayında Şimali Azərbaycanda Azərbaycan Demokratik
Cümhuriyyəti yaradıldı. Onun sahəsi 114 min km2, sərhədlərinin uzunluğu 3504 km idi.
1920-ci il 28 apreldə bu ərazi sovet Rusiyası tərəfindən işğal olundu. 1924-cü ildə Göycə
və Zəngəzur mahalları Ermənistana verildi. Qarabağın dağlıq hissəsində Muxtar Vilayət
yaradıldı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası yenidən öz müstəqilliyini bərpa
etdi. Hazırda Azərbaycan Respublikasının sahəsi (BMT-nin qəbul etdiyi sərhədlər daxilində)
86,6 min km2-dir. Ölkə 440 və 520 şərq uzunluq dairəsi, 380 və 420 şimal en dairəsində
yerləşir.
21
Azərbaycan Respublikası 5 ölkə ilə quru sərhədə malikdir. Şimaldan 390 km məsafədə Rusiya
ilə, şimal-qərbdən 480 km məsafədə Gürcüstanla, qərbdən 1007 km məsafədə Ermənistanla,
cənubdan 765 km məsafədə İranla və 15 km məsafədə Türkiyə ilə həmsərhəddir.
Xəzər dənizi vasitəsilə Azərbaycan 4 ölkə ilə su sərhədinə malikdir: Rusiya, Qazaxıstan,
Türkmənistan, İran. Xəzər dənizinin sahilində yerləşən Azərbaycanın paytaxtı liman şəhəri
qədim Bakı 400 paralel üzərində yerləşir. Bakıdan şimal qütbünə qədər olan məsafə 5550
km, ekvatora qədər olan məsafə 4440 km-dir.
Ölkə ərazisinin 12 faizini meşə və 2 faizini isə su hövzələri təşkil edir. Azərbaycan torpaqlarının
55 faizi kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur. Dünyada mövcud olan 11 iqlim
tipindən 9-u Azərbaycanda vardır; bura şərqdən quru və yarımquraq, cənub-şərqdən
subtropik, şimaldan dağlardan soyuq və Xəzər dənizi sahilindən isə mülayim iqlim daxildir.
Ölkə neft, qaz, dəmir filizi, alüminium, molibden, mineral sular və sair faydalı qazıntılarla
zəngindir. Azərbaycan Respublikasının tərkibinə Naxçıvan Muxtar Respublikası, 66 inzibati
rayon və 14 şəhərdaxili rayon daxildir. Respublikada 78 şəhər, 261 qəsəbə, 4250 kənd
yaşayış məntəqəsi var.
Rəsmi məlumatlara əsasən, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ölkə
ərazisinin 20 faizi işğal olunmuş və bir milyon insan qaçqın və məcburi köçkün (İDPs)
vəziyyətinə düşmüşdür ki, bu da ölkə əhalisinin 12 faizini təşkil edir. Qaçqın və məcburi
köçkünlərin 687 min nəfəri Dağlıq Qarabağ və onun ətraf regionlarından olan məcburi
köçkünlərdir, 250 min nəfəri Ermənistandan olan azərbaycanlılar, 50 min nəfəri Mərkəzi
Asiyadan olan mesxeti türkləri və 3 min nəfəri isə sığınacaq axtaran və qaçqın statusu olan
şəxslərdir (Qaçqın və Məcburi Köçkün Məsələləri üzrə Dövlət Komitəsi, 2007).
2013-cü ilin əvvəlinə ölkə əhalisinin sayı 9,4 milyon nəfər təşkil edir və əhalinin 22,3 faizi
15 yaşdan aşağı və yalnız 5,7 faizi 65 və yuxarı yaşdaolanlardır (DSK, 2013). Əhali şəhər və
kənd ərazilərində, demək olar ki, bərabər paylanmışdır - əhalinin 53 faizi şəhər ərazilərində
47 faizi isə kənd ərazilərində məskunlaşmışlar (DSK, 2013). 2000-ci illərin əvvəllərindən ildə
1 faiz artım göstəricisi ilə ölkədə əhalinin orta artım səviyyəsi əsas etibarilə doğuş nisbətinin
aşağı enməsi və ölüm səviyyəsinin nisbətən aşağı olmasının nəticəsidir. 2012-ci ildə ümumi
nəsilvermə əmsalı bir qadına 2.3 uşaq və körpə ölümü əmsalı 1.000 diri döğulana 10.8
olmuşdur. 2012-ci ildə kişilər üçün doğulanda gözlənilən ömür uzunluğu 71.3 yaş, qadınlar
üçün, 76.6 yaş və hər iki cins üçün bu göstərici 73.9 yaş təşkil etmişdir (DSK, 2013).
Azərbaycan Konstitusiyaya görə dünyəvi dövlətdir; 2009-cu il siyahıyaalınma məlumatlarına
əsasən əhalinin 91.6 faizi azərbaycanlılar, 2.02 faizi ləzgilər, 1.35 faizi ermənilər, 1.34 faizi
ruslar, 1.26 faizi talışlar və qalan 2.43 faizi isə avarlar, türklər, tatarlar, tatlar, ukraynalılar,
çaxurlar, gürcülər, yəhudilər, kürdlər və digər millətlərdən ibarətdir (DSK, 2013).
Azərbaycanın demoqrafik və sosial-iqtisadi vəziyyəti