17
hasil olandan sonra baxaq. O varid olan etirazlar ki, deyirlər, onların nə qədər
əsaslı olub olmadığına, mən öylə bilirəm, etiraz edənlərin özləri bilirlər. Amma,
həqiqətən əhval öylədir ki, bizim üçün darülfünun açmaq bu surətlə deyildir ki,
Rusiyada açılmışdı. Rusiya darülfünunları cəmaətdən ayrılıb başqa bir sinif üçün
idi. Ümumxalq darülfünunlardan istifadə edəmirdi. Millət üçün açılacaq
darülfünunlar bütün məmləkətin qisməti, kasıb-küsübun qisməti olacaq. Mən öylə
bilirəm ki, eylə bir şərait hazırlanacaqdır ki, bu darülfünun yalnız xoşbaxtların
istifadəsi üçün olmayıb ümum millətin bir mədəniyyət mənbəi olacaqdır. Bu şərti
bilmək və indidən düşünmək lazımdır. Deyirlər bu vaxtacan darülfünunlar
üçün müəyyən, hazır ustavlar vardır. O ustavlar bizim üçün qanunu ola bilməz. O
ustavları özümüz yaratmalıyıq.
Darülfünunu öylə təsəvvür etməməlidir ki, orası divar ilə əsaslanmış,
oradaki professorlar istədikləri fikirləri, istədiyi tədbirləri bizə soxuşduracaqlar. Bu
fikirlər yalnız o vaxt mümgün olardı ki, bizim üstümüzdə bir istibdad olaydı, bizim
üstümüzdə hakim bir qüvvə buluna idi. Hala böylə deyil. Biz özümüz-özümüzün
hakimi və ağasıyız. Keşiş buyurduğu şeylər olacaq. Bəlkə ondan izafə də olacaq.
Lakin bunlar bizim üçün səbəb olmaz ki, əsassız şeylər ilə qurtaraq. Millət o qədər
ayıqdır və qüvvətlidir ki, özünü idarə edə bilər, və özü üçün istədiyi darülfünunu
da aça bilər. Millət burada darülfünunumuzda tədris edəcək beş-üç rus
professorları vicudilə Rusiyaya tabe olacaq bir vəziyyətdə deyildir. Bu kimi
xəyalat qəbilindən olan şeylə ilə kimsə bizi qorxuda bilməz. Burada başqa sözlər
söyləməkə həqləri yox idi. Özünü Azərbaycan təbəəsi hesab edənlər böylə sözlər
söyləməməlidir. Amma, qaldı ki, bunun texniki cəhəti, onu vücüda gətirmək
məsələsi. Bu saat hankı yerdə, hankı fakultələri mümgündür açmaq. Hansı
professorları əldə etmək olar. Hansı alət və ədəvat bulmaq mümgündür. Bu
tərəfləri düşünmək lazımdır. Öylə olmasın ki, bunlar sözdə qalsın. Bu öylə
məsələdir ki pul cəhəti nəzərə alınmaz. Pulumuz var, çünkü nə qədər lazımdır, pul
xərclənəcək. Lakin öylə dairə göndərmək lazımdır ki, əhali-ümumiyyə və
siyasiyyəyə görə lazım olan şeyləri əldə etmək mümgün olsun. Hazırda o şöbələri
açmalıdır ki, lazım olan alət və ədvat əldə edilmək ilə bərabər tədris edəcək
professorlar da mövcuddur. Qaldı o biri şöbələr üçün, bəlkə bu saat onların
açılması çətin olacaq. Hər halda bunların açılmasına da əsasən etiraz yoxdur. Tarix
və ədəbiyyat şöbəsi barəsində danışıldı. Birisi səni pedaqoq yapıyor, rus dilində də
olsa elm öyrədir. Kim deyə bilər ki, sən öyrəndiyin elmi türkcə olaraq
öyrənməyəsən. Millətə qulluq etmək üçün sənə kim mane olacaq.
Bir də bizim məktəblər, aşağı sinif məktəblər o qədər hazır deyil,
lazımınca milliləşməmişlər. Onun ilə bərabər biz gərək darülfünunu öylə
hazırlayaq ki, aşağı məktəblər üçün pedaqoqlar hazırlansın. O vaxt edadi
məktəblərdə oxuyanlar öz milli darülfünunlarına girə biləcək bir halda təhsil
18
görmüş olsunlar. Lakin bu o demək deyil ki, ta o vaxta ki, məktəblər milliləşsin,
sonra darülfünun açılsın. Əgər biz on-on beş il sonra da darülfünun açsaq, yenə də
bir çox müşkülata təsadüf edəcəyik. Onda da professorlar tapa bilməyəcəyik. Yenə
xaricdən professor gətirməyə məcbursan. Bir də məktəb qurtaranları məcbur edə
bilməyəcəksən ki, gedib İstambulda, Firəngistanda oxuyub professor olsun. Bir tək
darülfünun qurtarmaq ilə professor olmaq olmaz.
Səmədağa Ağamalı oğlu - Bir neçə şeyə cəvab vermək istərdim. Biri
budur ki, söylədilər, əgər içimizdə Universitet olsa tələbələrimizi ruslaşdırmaq
asan olar. Mən öylə bilirəm ki, bu səhv fikirdir. Bir də türkləşmək barəsində çox
danışılır. Türkləşmək və ruslaşmaq nə deməkdir. Mən elə bilirəm ki, unun tarixini,
mədəniyyətini və elmini bilməkdir. Onu da elm ilə yapmaq olar, yoxsa erməniyə
yavuq getməyəcəksən ki, əlin dəymək ilə murdarlaşasan. Böylə türkləşmək
könlümdə də yoxdur. Müsəlmanlaşmaq, o da böylədir. Böylə olan surətdə
universitet lazımdır, onun elmləri yolları açıb öz dilimizdə, öz mədəniyyətimizdə
insaniyyət tapacayıq. Amma indi darülfünundan qalmaq ilə Avropadan məhrum
olacağıq və vəziyyətdən də xəbərimiz olmayacaqdır.
Maarif naziri Kaplanov - Məsələnin təsəvvür edilməsinə xidmət edəcək
bir çox dəlillər söylənildi. Bu fikirlərə mən bir şey əlavə etməyəcəyəm. Söylənməsi
icab edilən şeyləri Məmməd Əmin bəylə Vanseviç cənabları söylədilər, mən yalnız
bəzi mühüm inkişafını istəyirəm. Çünkü məsələdən suyi-təhfim olacağını görür və
bundan qorxuram. Əvət, əsas etibarilə heç kəs darülfünun açılmasına etiraz
etməyir. Fəqət, yenə fikirlərdə də bir miyaniyyət, bir anlaşılmazlıq var. Əvvəla
məlumunuzdur ki, biz darülfünunun açılması üçün gec davrandıq və çox vaxt qeyb
etdik. Məəttəəssüf tədRicata ancaq on gün qalanda başlayırız. Əgər, biz Qarabəyin
də təklifini qəbul edər, layihəyi bərayi-tədqiq fraksiyalara göndərərsək vaxt qayıb
olacaq, əmin olun ki, darülfünun bu sənə açılmayacağı kimi, gələcək sənə də
açılmayacaqdır.
Mən
bizə
darülfünun
lazımmı,
[lazım]
deyilmi
haqqında
danışmayacağam. Mənim yalnız müdafiə edəcəyim məsələ məclisə təklif edilən
qanun layihəsi mövcibincə bu sənə darülfünunun Bakıda açılması lazımdır və ya
lazım deyildir?!
Məlumunuzdur ki hər hanki bir mühüm işə başlandığı vaxt, əvvəla
məqsədi-əsliyyəni təhlil etmək lazımdır. Bunun üçün biz əvvəla darülfünun
haqqındakı məqsədi-əslimizi təhlil etməliyik. Biz darülfünunu yalnız açıqda qalmış
bir kaç müəllimi, bir kaç tələbəni hazırlamaq üçün açmayırıq. Və heç də zənn
etmirəm ki, saf dil deyilik ki, bu şəraitlə qəbul edəlim, Bilirsiniz ki, hər mədəni
millət və qövm darülfünün haqqındakı, fədəkarlıqdan çəkinməz. Bu mühüm və
müqəddəs vəzifəni şayan çox şərait təhtində qəbul və ifa edir. Və yenə
məmləkətimiz daxilində açılacaq olan darülfünun mövcudiyyətilə biz vətənimizi