1
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN KEÇİRİLMƏSİ
ÜZRƏ DÖVLƏT KOMİSSİYASI
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİ
YANINDA BAŞ ARXİV İDARƏSİ
AZƏRBAYCAN XALQ
CÜMHURİYYƏTİ
(1918-1920)
PARLAMENT
(CTENOQRAFİK HESABATLAR)
II CİLD
BAKI-1998
2
Diqqətinizə təqdim olunan bu çoxcildli sənədlər toplusu Azərbaycan Xalq
Cümhuriyyətinin 80 illiyinin keçirilməsi üçün Azərbaycan Respublikası Prezidenti
Heydər Əliyevin 30 yanvar 1998-ci il tarixli sərəncamı ilə yaradılmış Dövlət
Komissiyasının qərarı ilə çap olunmuşdur. Müsəlman Şərqində ilk dəfə olaraq
demokratik respublika qurmaq prinsipini qarşısına məqsəd qoymuş Azərbaycan
Xalq Cümhuriyyətinin (1918-1920) dövlət quruculuğu, xarici siyasət, ordu
quruculuğu və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti sənədlər
toplusunda öz geniş əksini tapmışdır. Buradakı arxiv sənədləri və materiallarının
böyük əksəriyyəti ilk dəfədir ki, çap olunur. Çoxcildli sənədlər toplusu elmi işçilər,
tədqiqatçılar, ictimai elmlər üzrə mütəxəssislər, ali məktəb müəllimləri, aspirant və
tələbələr, habelə Azərbaycan tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün
nəzərdə tutulmuşdur.
P 21(98)
Azərbaycan xalq cumhuriyyəti (1918-1920). Parlament ( II kitab
Stenoqrafik hesabatlar). - Bakı, "Azərbaycan" nəşriyyatı, 1998 - 992 səh.
P 4804000000-021(98) Sifarişlə
M670(07)-98
© "Azərbaycan" nəşriyyatı, 1998.
3
"Azərbaycan Xalq Cümhuriyyətinin 80
illiyinin keçirilməsi haqqında"
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1998-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının
80 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar
hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış
Azərbaycan Xalq cumhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın
müstəqillik əzmini nümayiş etdirmişdir.
Azərbaycan Xalq cumhuriyyəti ölkənin daxilində və xaricində yaranmış
gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa
bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır.
Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün
vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması,
Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan
olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır.
Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq
sahələrində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq
fəaliyyətini əks etdirən əsas istiqamətlərdir.
Azərbaycan Xalq cumhuriyyəti 1920-ci ilin aprelində süqut etdi,
Azərbaycanda sovet hakimiyyəti quruldu. 1922-ci ilin dekabrında sovet sosialist
Respublikaları İttifaqı yarandı və Azərbaycan bu ittifaqa daxil oldu. SSRİ-nin
tərkibində olduğu dövrdə Azərbaycan bir çox dövlətçilik atributlarını saxlaya
bilmiş, iqtisadiyyatını, elmini və mədəniyyətini inkişaf etdirmişdir. 1918-ci ildə
Azərbaycanda yaranmış respublika müstəqil dövlət kimi süqut etsə də, respublika
quruluşu yaşamış, müstəqillik hissləri xalqımızı heç vaxt tərk etməmişdir.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq
Cümhuriyyətinin qısa müddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və
bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın tarix
salnaməsində xüsusi yer tutduğunu nəzərə alaraq qərara alıram:
1.Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi respublikada geniş qeyd
edilsin.
2.Yubiley tədbirlərinin hazırlanıb həyata keçirilməsi məqsədilə Dövlət
Komissiyası yaradılsın.
3.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
HEYDƏR ƏLİYEV AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
4
Bakı şəhəri, 30 yanvar 1998c-i il
№67
Altmış yeddinci iclas
21 avqust 1919c-u il
İclas saat 11.45 dəqiqədə açılır.
Sədr - Sultan Məcid Qənizadə. Katib - Mehdi bəy Hacınski.
Sədr - Məclici-Məbusan açılır. İzn veriniz yomiyyeyi- məsail oxunsun.
(Katibə). Mehdi bəy, oxuyunuz.
Katib (oxuyur) - 1 - Azərbaycan darülfünunun təşkili haqqında. Məruzəçi
Hacınski; 2 - Azərbaycan hökumət bankası təsisi haqqında. Məruzəçi Ağabəyov; 3
- spirt məhsulundan alınan aksiz vergisi miqdarlarının təğyir və təbdili haqqında.
Məruzəçi Ağabəyov; 4 - Tövcü vergisinin artırılması ilə bərabər topraq gəlir və
məxaric vergisi miqdarlarının təmdidi haqqında. Məruzəçi Ağabəyov; 5 - Nəşri-
elan haqqında; 6 - Fabrik inspeksiyasına dair qəvaidin təbdili haqqında; 7 -
Maliyyə naziri şurası haqqında; 8 - Ümumi əyləncəxana - tamaşa yerlərindən
alınan müvəqqəti vergi (naloq) hökumət müstəhfizəsinə idxalı haqqında. Məruzəçi
Ağabəyov; 9 - Həmin sənə üçün İrəvan ümumri-xeyriyyə nəzarət vəkilinin maaş və
onun idarəsi məsarifatı üçün məzkur nazirə 177 min rublə kredit açılması
haqqında. Məruzəçi Ağabəyov; 10 - Tamğa rüsumatı qanunnaməsinin bəzi
maddələrinin təbdili və rüsum miqdarlarının təzyidi haqqında. Məruzəçi
Rüstəmbəyov; 12 - Şəhadətnaməsiz içki ticarətindən alınan cərimələrin
qüvvələnməsi. Məruzəçi Hacınski; 12 - Bakı xəzinə palatası müdir - müavinliyi
vəzifəsinin ləğvi haqqında. Məruzəçi Muxtar əfəndi; 13 – Azərbaycan
cümhuriyyəti ümuri-xeyriyyə nəzarətinin ştat siyahilərinin artırılması haqqında.
Məruzəçi Vəkilov Mustafa; 14-Topraq məsələsi; 15- Sosialistlərin hökumətə sualı.
Daxil olmuş kağızlar. O cümlədən: a) Kömrük idarələrindən mallara
tamğa, plomb, bandrol vurulmasilə alınan tamğa rüsumatı barəsində maliyyə naziri
hüququnun genişləndirilməsi haqqında; b) Əvəzsiz üsullarla əmlakın yerindən
digərinə infisalı xüsusundakı, qəvaidin bəzi maddələrinin təbdili haqqında; s)
Daxiliyyə nazirinin idarəsi məmurlarına iki nəfər kargüzar əlavə edilməsi və
onların maaşları ilə fərq maaşı üçün 2310 manat buraxılması haqqında; h) İstintaq
əsasının təşkili və təbdilən islahi.
Sədr - Bu daxil olmuş layihələrin bir qismi maliyyə büdcə komisyonuna,
bir qismin layehi qanuniyyə komisyonuna göndərilmişdir.
Proqramına tərtib ediləndən sonra iki kağız gəlmişdir. Onlardan birisi
Bakıda sükunət edən erməni zemlyaçestvosı tərəfindən. Onlar kağız yazıb, bu
kağıza Şamaxı uyezdinin yeddi erməni kəndindən priqovor əlavə ediblər və xahiş