13
elmi
qoyub,
rus
padışahından,
samoderjavasından,
pravoslavyasından
öyrədəcəklər. O keşişin adəti var. Mən istəyirəm onun xasiyyətini sizə deyim.
Sədr (saxlayaraq) - Rica edirəm şəxsiyyətdən bəhs etməyəsiniz.
Səmədağa - Onda uzun danışmaq olmayır... Mən bir dəfə, köhnə
zamailarda, mən bir rus məslisində idim. O, məslis birinin anadan olan günü idi.
Orada möhkəm söhbət edirdilər. Özləri də xalis ruslar idilər. Birici deyirdi ki,
Rusiya hökuməti yaxşı yol getməyir. Əgər hökumət dürüst yol getsə idi, bu
müsəlmanların çoxucu xarici olmuşdu, vinovat, xaçpərəst olmuşdu. Necəki, Şimali
Qafqaziyada oldu. Yəni Azərbaycanın hər yerində, hər kəndində bir kilsə aç, adam
gəldi-gəlmədi, sən zəngini vurginən, sonra cəmaət özü yavaş-yavaş alışar. Orada
onun cəvabını verdim. Orasını demirəm, ancaq bunu demək istəyirəm ki, keşiş
cənabları da buraya çıxıb hərdən bir zəng vurur (Alqış və gülüş) heç, getdi
öyləsinə. Burada bir-iki şey daha demək istəyirəm. Burada söylədilər ki, universitet
18 milyon pul aparır. Ona görə o ağır xərci cəmaətin üstünə yükləmək olmaz. Mən
bilirəm, bu yazıq cəmaət necə olur ki, qeyri şeylərdə yaddan çıxır, elm, şkol ki,
cəmaətin gözünü açır, onda cəmaət yada düşür. Burada bir səhv var. Universitet
açmaq bir işə sərmayə qoymaqdır. Mən sərmayə dedikdə bilirsiniz nədir. Mən
kapital demək istəyirəm, sərmayəni qoymaqdan heç kim qorxmamalıdır. Heç vaxt
o bizə ziyan verməz. Həmişə mənfəətimiz, az qoyduğumuz bu sərmayədən
gələcəkdə 18 milyon deyil, bəlkə 18 milyard mənfəət götürək. Mən öylə bilirəm ki,
universitet öylə bir şey deyil ki, istədiyin vaxt onu asanlıqla tikə biləsən. Bunu hər
kəs bilir. Bu universitet bir palıd ağasına oxşar ki, basdırarsan, iyirmi ildən sonra
çıxacaq. Burada yaxşı danışdılar ki, professor yoxdur. Bu gün burada professorlar,
əgər Rusiyanın yolu açılarsa çıxıb gedərlər, biz professorsuz qalarıq. İndi bu ola-
ola demək olmaz ki, gözləyirəm, məqam gələr, sonra açaram. Bir halda vaxt, fürsət
və məqam özü gəlib, professorlar var, özləri gəlib işləmək istəyirlər. Mən təəccüb
edirəm nə üçün onları əldən buraxaq. Əgər indi universitet açmacaq, sonra heç aça
bilmərik. Bəziləri deyirlər ki, bir neçə ildən sonra açaq. Hər gah bu kişilər işsiz
qaldıqlarından dolayı gəlib çıxıblarsa o da revolyusiyanın təqsiridir. Siz bunları
əldən buraxandan sonra öylə məqam da gəlib çıxmaz ki, professor bizim üçün
gəlib universitet açmaq istəsin. Deməli xərc heç, pul heç, məqam da gəlib.
Universitet açmaq hər yerdə lazımdır. Bəlkə İran da düşünsə, qanar ki, orada da
lazımdır. Burada söylənildi ki, onun özü də böyük dəlildir ki, bizim ibtidai
məktəbimiz və öz gimnaziyamız yoxdur ki, universitet üçün yem olub onu
saxlasın. Bu bizdə yoxda degil idi, var idi. Əgər indi səs gəlmir isə onda da təqsir
hökumətdədir. Biz tələb etdik ki, bu məktəblər açılsın, şkol yoxdur, deyirlər ki, sən
də darülfünun açmayasan? Sonra bir vacib məsəl var, deyirlər ki, türkün öylə
qüvvətli dili yoxdur ki, onun darülfünunu olsun. Əvvəlcə dili qüvvətləndirib, sonra
darülfünun açmaq lazımdır. Darülfünun olmasa dil də qüvvətlənməyəcəkdir.
14
Darülfünun olan yerdə dil də böyüyür. İnandırıram ki, revolyusiyadan əvvəl dil
bilməyənlər şimdi yavaş-yavaş məcbur olub dil öyrənib, öz köçünü sudan çıxarır.
Xülasə, bizim fraksiyamız o fikirdədir ki, gərək darülfünun açılsın, bunun vaxtı,
məqamı gəlmişdir və güman edir ki, parlaman da buna zidd getməz. (Alqış).
Sədr - Əfəndizadə Muxtar.
Muxtar Əfəndizadə - Möhtərəm Məbuslar! Darülfünunun ləhinə və
əleyhinə çox sözlər danışıldı. Hər iki tərəf öz rəyini söylədi. Qayda da budur ki,
gərək danışıla çünkü, bu xırda iş deyil ki, az danışılıb qurtara. Lakin bir şey mənim
nəzərimi cəlb etdi. Səmədağa bu məsələnin əleyhinə danışanların sözlərini bilirdi,
onları təhqir edib şeytana bənzətmək bir məbusa yaraşan iş deyil. Lakin biz məbus
olduğumuzdan böylə təhqirlərə etina etməyirik. Bizim bu barədə dəlilimiz qəvidir.
Biz əvvəldən də darülfünunun açılmasının tərəfdarıyıq. Məncə Abdulla bəy dedi,
bizim fraksiyada bunun lehinə olanlar da var, lakin əksəriyyət əleyhinədir. Çünkü,
əvvəl fikir edir ki, bu saat kifayət qədər professor yoxdur. Hər qəndi deyirlər ki,
professor tapılacaq, lakin qorxurlar ki, o birilərə havayı maaş lazım olan
professorlarda tapmaq dəlili də odur ki, dərs vaxtı çatıb meydanda heç bir şey
yoxdur. Məmməd Əmin əfəndi əyi təsvir etdi ki, ülum bitərəfdir. Hanki dildə
olmuş ola elmdir. Lakin onu bilməlidir ki, tarixi-ədibə bir elmdir ki, onu ana
dilindən başqa bir dildə öyrətmək olmaz. Və yenə Məmməd Əmin əfəndi qayət
qəvi bir misal gətirdi ki, bizim Moskov darülfünunlarında oxumuşlarımız dillərini
və milliyyətini unutmamışlar. Bu söz balasa qəbihdir. Mən də deyə bilərəm ki,
öylədir. Çünkü bizimkilər Moskva misyonerlərinin ruslaşdırmaq təziqi siyasəti
altında gözləri açılıb, onun əvvəl gündən ziddinə qalxırdılar. Amma deyə bilərəm
ki, təmamən ruhlarını itirməyiblər. Öylələri var ki, türk lisanı var deyəndə istixfaf
ilə baxır, öylə bilir ki, ədəbiyyat rus dilindədir, bəlkə, bir qədər alman, frənk
ədəbiyyatına darülfünunda bələd olurlar. Bundan səmərəli odur ki, hökumət
dairələrində bu vaxta qədər hər iş rus dilində gedir. Qonşularımız erməni və
gürsülər bizə gülürlər ki, bizim məmləkətdə ana dili işləndiyi halda Azərbaycanda
hənuz rus dili işlənir.
Çünkü onlar istiqlallarını elan etdikləri gündən etibarən yazılarını,
müamilələrini milliləşdirdilər. Fəqət hər nədənsə hala bu hərəkət bizdə yoxdur.
Səməd ağanın buyurmasından böylə çıxır ki, darülfünün həm ali, həm də
ibtidai bir müəssisədir, biz orada həm milliləşəcək, həm lisanımızı düzəldəsəyik.
Bu heç bir zaman doğru deyildir. Çünkü, insanı ibtidai məktəblər milliləşdirir. Və
yenə təəssüflə görürəm ki, biz işlərimizə aşağıdan başlayıb qədəmə-qədəmə
çıxmaq lazımkən, biləks, başımızda olanlar başdan aşağı işə başlayırlar. Və rəsi
karda olanlar nesə görmirlər ki, bu gün Rusiyanın ən sıqı zamanında (tarix,
soğrafiya, lisan) kimi dərsləri müsəlmanlar üçün qətiyyən qədəğan edən Nikolay
zamanında açıqsa müvəffəq olduğumuz milli məktəblərimiz də bu gün yavaş-