tikintisinin aparılması, onların təmiri ilə bağlı Nazirliyə təkliflər vermək;
9.12. öz səlahiyyətləri daxilində beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq orqanları
(qurumları) ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;
9.13. fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xarici ölkələrə humanitar yardım
göstərilməsi və eləcə də xarici ölkələrdən humanitar yardım alınması barədə
həmin ölkələrin müvafiq
qurumları, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə öz səlahiyyətləri daxilində
əməkdaşlıq etmək;
9.14. xüsusi siqnallar və rabitə vasitələri ilə təchiz edilmiş, habelə müəyyən olunmuş qaydada təsdiq
edilmiş tanınma nişanı və rəngi olan xüsusi nəqliyyat
vasitələrinə malik olmaq;
9.15. Mülki müdafiə qoşunlarının fəaliyyət dairəsinə uyğun sahələr üzrə mütəxəssislərin hazırlanması
və kadrların əlavə təhsili üçün tədbirlər görmək;
9.16. Mülki müdafiə sahəsində normativ hüquqi aktların tələblərini pozan şəxslərin Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunması barədə
Nazirliyə təkliflər vermək;
9.17. Mülki müdafiə qoşunlarının fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə
tutulmuş digər hüquqları həyata keçirmək.
Dostları ilə paylaş: