`
•
Məruzəçilərin Tərcümeyi-halları
37
prezidentidir. 2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına
layiq görülmüşdür.
RƏfİqƏ HÜSEYNZADƏ
SoCAR-IN EKoLogİYA ÜZRƏ VİTSE-PREZİDENTİ
Hüseynzadə Rəfiqə Abdul Ağa qızı Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Neft və Kimya
institutunun “Neft qaz yataqlarının axtarışı və kəşfiyyatı” fakültəsini bitirmiş, həmin fakültənin əyani
aspiranturasına daxil olmuşdur. “Aşağı Küryanı neft-qaz yataqlarının geokimyəvi xüsusiyyətləri”
mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Azərbaycan Neft-Kimya İnstitutunda mühəndis vəzifəsində, Azərbaycan Dövlət Universitetinin “İzotop
tədqiqatları” laboratoriyasında elmi işçi, baş elmi işçi və laboratoriya rəhbəri vəzifəsində çalışmışdır.
1999-cu ildən 2011-ci ilin mart ayına qədər SOCAR-ın təsis etdiyi “Azlab”MMC-də baş direktor
vəzifəsində çalışmışdir.
2011-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan
Respublikasının Dövlət Neft Şirkətinin Ekologiya üzrə vitse – prezidenti vəzifəsinə təyin olunmuşdur.
2001-ci ildən bu günə qədər BDU-nun “Faydalı qazıntılar” kafedrasında elmi fəaliyyətini davam etdirir.
Elmi sahədə 60-a yaxın məqaləsi var və eyni zamanda xarici və ölkədaxili konfranslarda məruzələrlə
çıxış etmişdir.
1997-ci ildə Hyustonun HARC elmi-tədqiqat Mərkəzində (TEXACO şirkətinin dəvəti ilə) çalışmışdır.
Norveçdə Tronheym şəhərində “Geolab” şirkətində treyninq keçmişdir. Bundan əlavə Norveçdə
Statoyl şirkətinin “Reserch Center” mərkəzində çalışmışdır.
2004-cü ildə “Bone and Robertson” (Boyük Britaniya) şirkətinin təşkil etdiyi rəhbərlik kurslarının
sertifikatını almışdır.
Ailəlidir, bir qızı var.
Rus, İngilis və Türk dillərində sərbəst danışır.
METYU BRAYZA
“LAMoR TURKEY” şİRKƏTİNİN BAş İCRAçI DİREKToRU
“LAMoR AB” şİRKƏTİNİN İDARƏ HEYƏTİNİN ÜZVÜ
Səfir Metyu Brayza neft dağılmalarına qarşı cavab tədbirləri üzrə dünyanın aparıcı “Lamor Ab”
şirkətinin İdarə heyətinin üzvü və İstanbulda yerləşən “Lamor Turkey” şirkətinin Baş icraçı direktorudur.
O, həmçinin diversifikasiya edilmiş enerji şirkəti və Türkiyənin ən böyük korporasiyalarından biri olan
“Turcas” şirkətinin qeyri-icraçı (müstəqil) direktorudur. Bundan başqa, Metyu Brayza Böyük Britaniyada
fəaliyyət göstərən “apstrim” (kəşfiyyat və hasilat) şirkətlərinin idarə heyətinin üzvü, Türkiyədə kiber-
təhlükəsizlik firmasının həmtəsisçisi və Baltik dənizi regionuna ABŞ-ın maye təbii qazını ixrac edən
yüksək səviyyəli investisiya qrupunun üzvüdür. Səfir Metyu Brayza Estoniyanın paytaxtı Tallinndə
yerləşən Müdafiə və təhlükəsizlik məsələləri üzrə Beynəlxalq mərkəzin Beynəlxalq məşvərət şurasının
üzvüdür və 2012-2015-ci illər ərzində həmin mərkəzin direktoru vəzifəsində çalışmışdır. O, həmçinin
Vaşinqtonun beyin mərkəzləri olan Atlantika Şurasının qeyri-rezident baş elmi işçisi və “Jamestown”
Fondunun İdarə heyətinin üzvüdür. Səfir Metyu Brayza 23 il ərzində ABŞ diplomatı vəzifəsini icra
etmişdir. O, 2011-ci ilin fevralından 2012-ci ilin yanvarına qədər ABŞ-ın Azərbaycandakı səfiri təyin
edilmişdir. 2005-2009-cu illər ərzində o, Avrasiyanın enerji təhlükəsizliyi, eləcə də Cənubi Qafqaz,
Türkiyə, Yunanıstan və Kipr regionu üzrə Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin müavini
vəzifəsində çalışmışdır. Eyni zamanda, Metyu Brayza Dağlıq Qarabağ münaqişəsinin sülhlə həlli ilə
məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri və Kipr məsələsi, eləcə də Gürcüstandakı Abxaziya
və Cənubi Osetiya separatçı münaqişələrinin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün ABŞ-ın
vasitəçisi vəzifəsini icra etmişdir. 2001-2005-ci illərdə səfir Metyu Brayza Ağ Evdə Milli Təhlükəsizlik
Şurasının islam pərdəsi altında ekstremizm ilə yanaşı, yuxarıda qeyd olunan sahələri də əhatə edən
Avropa və Avrasiya məsələləri üzrə direktor vəzifəsində çalışmışdır. Bundan əvvəl isə o, ABŞ-ın Dövlət
Departamentində aşağıdakı vəzifələri icra etmişdir: Xəzər enerji mənbələri üzrə Dövlət katibinin və
Prezidentin xüsusi müşaviri; Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda İqtisadi islahatlar üzrə
müşavir; Rusiya (1995-97) və Polşadakı (1989-91) ABŞ nümayəndəliklərində diplomat.
Məruzəçilərin Tərcümeyi-halları
•
38
DAVİD MƏMMƏDoV
SoCAR-IN EMAL ÜZRƏ VİTSE-PREZİDENTİ
Məmmədov David Niyazi oğlu 1955-ci ildə Kürdəmir şəhərində anadan olmuşdur.1980-ci ildə M.
Əzizbəyov adına Neft və Kimya İnstitutunu ( Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “Neftin
və qazın kimya texnologiyası” ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1976-ci ildə Vladimir İliç adına
Yeni Bakı neft emalı zavodunda başlamışdır.1994-cü ilədək Yeni Bakı neft emalı zavodunun operatoru,
qurğu rəisi, sex rəisinin müavini, sex rəisi, şöbə rəisi vəzifələrində işləmişdir.1994-2005-ci illərdə
“Azərneftyanacaq” İB-nin baş direktorunun birinci müavini – baş mühəndis, Heydər Əliyev adına Bakı
neft emalı zavodunun baş mühəndisi olmuşdur.2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin emal üzrə vitse-prezidentidir. 2005-ci ildə “Azərbaycan Respublikasının əməkdar mühəndisi”
fəxri adına layiq görülmüş,2010-cu ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
XƏYAL CƏfƏRoV
KARBAMİD ZAVoDUNUN DİREKToRU
Xəyal Vilayət oğlu Cəfərov 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. Neft-qaz sahəsində
fəaliyyətinə 1995-ci ildə ARDNŞ-nin Xarici Sərmayələr İdarəsində İqtisadiyyat üzrə aparıcı mütəxəssis
kimi başlamışdı. 1998-ci ildə ARDNŞ-nin Xarici Sərmayələr İdarəsində Layihələrin Maliyyələşdirilməsi
şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
2000-ci ildə BP Exploration Caspian Sea Ltd şirkətində Kommersiya məsələləri üzrə Analitik vəzifəsində
çalışmağa başlamışdır. 2002-ci ildə Xəyal Cəfərov çalışmaq üçün Rusiya Federasiyasının Moskva
şəhərindən dəvət alıb və 2006-cı ilin sonlarınadək orada əvvəlcə Eni Energy Rusiya şirkətində
Kommersiya və Biznes inkişafı üzrə Baş məsləhətçi, daha sonra isə Eni Management International
Services şirkətinin Rusiya Federasiyası üzrə filialının Baş direktoru vəzifəsində çalışmışdır.
Xəyal Cəfərov 2006-cı ilin sonlarında Bakıya qayıtmış və 2011-ci ilin avqust ayına qədər BP Exploration
Caspian Sea Ltd. şirkətində karyerasını davam etdirərək ARDNŞ-lə əlaqələr üzrə Məsləhətçi, İxrac
əməliyyatları üzrə Maliyyə Direktoru, daha sonra isə Sanqaçal Neft Terminalında Maliyyə Direktoru
vəzifəsində çalışmışdır.
2011-ci ilin avqust ayında o, SOCAR-ın Karbamid zavodunun direktoru vəzifəsinə təyin edilmişdir.
Xəyal Cəfərov Bakı Dövlət Universitetindən İqtisadiyyat üzrə Bakalavr dərəcəsinə və John Hopkins
Universitetindən Beynəlxalq İqtisadiyyat üzrə Magistratura dərəcəsinə malikdir.
BABAYEV MUXTAR
AZƏRBAYCAN RESPUBLİKASININ EKoLogİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRİ
Babayev Muxtar Bahadur oğlu 16 oktyabr 1967-ci il tarixində Bakı şəhərində anadan olmuşdur.
1984-cü ildə Bakı şəhəri 6 №-li orta məktəbi bitirmişdir və həmin il Moskva Dövlət Universitetinə
daxil olmuşdur.
1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını fərqlənmə
diplomu ilə bitirmişdir.
1991-1992-ci illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində
çalışmışdır.
1992-1993-cü illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində çalışmışdır.
1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin xarici iqtisadi əlaqələr ixtisasını bitirmişdir.
1994-2003-cü illərdə Socar-ın Xarici İqtisadi Əlaqələr İdarəsində çalışmışdır.
1999-cu ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının dünya iqtisadiyyatı ixtisasını bitirmişdir.
2007-ci ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə SOCAR-IN Ekologiya
üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur.
2010-cu ilin aprel ayından SOCAR-IN “Azərikimya” İstehsalat Birliyinin baş direktoru, 2010-cu ilin
oktyabr ayından Müşahidə Şurasının Sədri vəzifəsinə təyin olunmuşdur.
2010-cu ilin noyabrından Milli Məclisin deputatıdır.
Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri vəzifəsinə təyin olunmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir, iki uşağı var.