`
•
Məruzəçilərin Tərcümeyi-halları
35
YAşAR LƏTİfoV
SoCAR-IN YATAqLARIN İşLƏNMƏSİ ÜZRƏ VİTSE-PREZİDENTİ
Yaşar Aydın oğlu Lətifov 16 iyun 1965-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. 1987-ci ildə
İ.M. Qubkin adına Moskva Neft və Qaz İnstitutunu “Neft və qaz yataqlarının işlənməsi texnologiyası
və kompleks mexanikləşdirilməsi” ixtisası üzrə bitirərək “Azneft”in 2 saylı Binəqədi Neft-Qaz Çıxarma
İdarəsində operator kimi əmək fəaliyyətinə başlamış, daha sonra usta vəzifəsinə keçirilmişdir. 1989-
cu ildən etibarən Vyetnam, Rusiya, Böyük Britaniya və Türkiyədə beynəlxalq səviyyəli uzunmüddətli
layihələrdə fəaliyyət göstərmişdir. 2012-ci ildən SOCAR prezidentinin müşaviri və “Azəri-Çıraq-
Günəşli”, “Şahdəniz” layihələrinin aktivləri üzrə SOCAR-ın maraqlarının idarə edilməsi ilə məşğul
olan SOCAR Upstream Management İnternational MMC-nin İcraçı Direktoru vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2016-cı il Sərəncamı ilə SOCAR-ın
yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur.
RAMİN ƏLİ oĞLU İSAYEV
“SoCAR-Aqş” MMC-NİN BAş DİREKToRU
İlk təhsilini Ramin İsayev Bakı Dövlət Universitetinin fizika fakultəsində almışdır. Daha sonra Harvard
Universiteti və Massaçusets Texnoloji İnstitutunda oxumuşdur. Ramin İsayevin beynəlxalq neft və qaz
sənayyəsində 20 ildən artıq iş təcrübəsi vardır. O, BP, Statoil, KCA DEUTAG və SOCAR kimi şirkətlərdə
işləmişdir. Ramin İsayev Azərbaycanın müxtəlif universitetlərində dərs demişdir və iqtisadiyyat, neft
və qaz sahəsində bir neçə məqalə və kitab dərc etmişdir. Hal-hazırda, Ramin İsayev neft və qaz
quyularının inteqrə olunmuş qazma və xidməti göstərən “SOCAR-AQŞ”MMC-nin Baş Direktorudur.
XALİK MƏMMƏDoV
SoCAR-IN KADR, REJİM VƏ İNfoRMASİYA TEXNoLogİYALARI ÜZRƏ VİTSE-
PREZİDENTİ
Məmmədov Xalik Rəfi oğlu 1958-ci ildə Astara rayonunda anadan olmuşdur. 1984-cü ildə M.Əzizbəyov
adına Azərbaycan Neft və Kimya İnstitutunu (Azərbaycan Dövlət Neft Akademiyası) mühəndis-elektrik
ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə Yeni Bakı Neftayırma Zavodunda başlamışdır.
1985-1991-ci illər ərzində Yeni Bakı Neftayırma Zavodunun Həmkarlar İttifaqı Komitəsinin sədri, 1991-
1992 illərdə Bakı şəhəri Nizami rayonu XDS İcraiyyə Komitəsinin sədr müavini, Bakı şəhəri Nizami
rayonu İcra Hakimiyyəti başçısının 1-ci müavini, Yeni Bakı Neftayırma Zavodu nəzdində “Azinteroyl”
Müştərək Müəssisəsinin texniki direktoru, 1992-1994-cü illər ərzində Azərbaycan Həmkarlar İttifaqı
Konfederasiyasının Təşkilat şöbəsinin baş mütəxəssisi, 1994-2005-ci illərdə “Azərneftyanacaq”
İstehsalat Birliyində (daha sonra “Azərneftyanacaq” Neft Emalı Zavodu, Heydər Əliyev adına Bakı Neft
Emalı Zavodu adlandırılmışdır) kadrlar şöbəsinin rəisi, baş direktorun müavini, direktorun rejim və
kadrlar üzrə müavini vəzifələrində çalışmışdır. 2005-2007-ci illərdə ARDNŞ-nin İşlər İdarəsinin rəisi
olmuşdur. 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kadr, rejim və informasiya
texnologiyaları üzrə vitse-prezidentidir. 2008-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar
mühəndis” fəxri adına layiq görülmüşdür.
XoşBƏXT BAĞI oĞLU YUSİfZADƏ
SoCAR-IN BİRİNCİ VİTSE-PREZİDENTİ, AZƏRBAYCAN MİLLİ ELMLƏR
AKADEMİYASININ AKADEMİKİ
Azərbaycan Milli Elmlər Akademiyasının və Türk Dünyası Araşdırılmalar Beynəlxalq Elmlər Akademiyasının
akademiki, Gürcüstan Milli Elmlər Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının xarici
üzvü, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının fəxri akademiki, Azərbaycan Dövlət Neft və
Sənaye Universitetinin fəxri professoru, geologiya-mineralogiya elmləri doktoru, professor Xoşbəxt
Bağı oğlu Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olmuşdur. 1947-ci
ildə orta məktəbi, 1952-ci ildə isə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft