Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiya
üzvlərinin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında”
Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-
ci il 18 sentyabr tarixli, 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci
bəndinə uyğun olaraq və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyən edilsin.
2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
kollegiyası aşağıdakı tərkibdə təsdiq edilsin:
Kollegiyanın sədri:
Bağırov Hüseynqulu Seyid oğlu – ekologiya
və təbii sərvətlər naziri
Kollegiyanın üzvləri:
[1]
Əliyev Firdovsi Şahmirzə oğlu – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər
nazirinin müavini
Quliyev Novruz Məhəmməd oğlu – Azərbaycan Respublikası ekologiya və təbii
sərvətlər nazirinin müavini
Hacıyev Rauf Vahid oğlu – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər
nazirinin müavini
Yaqubov Hafiz Siyavuş oğlu – Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii
sərvətlər naziri
Cəlilov Rövşən Adil oğlu – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Aparatının rəhbəri
Hüseynov Xalıqverdi Cəmil oğlu – Azərbaycan Respublikası Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru
Cavadov Vaqif Məhəmməd oğlu – Azərbaycan Respublikası Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət
Ərazilərinin İnkişafı Departamentinin direktoru
İsmayılov Şakir Abli oğlu – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru
Aslanov Azər Hidayət oğlu – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi
Səttar-zadə Rasim İsrafil oğlu – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin rəisi
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 12 avqust 2002-ci il
№ 129
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
14 fevral 2006-cı il tarixli 47
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 195)
2.
10 iyul 2014-cü il tarixli
225 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 913)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
14 fevral 2006-cı il tarixli 47
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 195) ilə
“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 129
nömrəli qərarının 2-ci bəndinin “Kollegiya üzvləri” hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Kollegiyanın üzvləri:
Yaqubov Hafiz Səyavuş oğlu
- Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər
naziri
Əliyev Firdovsi Şahmirzə oğlu
- Ekoloji siyasət və ətraf mühitin mühafizəsi idarəsinin rəisi
Əliyev İsa Məmmədxan oğlu
- Beynəlxalq əməkdaşlıq, xarici əlaqələr, informasiya və təbliğat
idarəsinin rəisi
Hüseynov Fikrət Alxan oğlu
- İstehsalın təşkili və planlaşdırılması idarəsinin rəisi
Kərimov Nizami Hacıağa oğlu
- Elm, təhsil, ixtisasartırma və kadrlar idarəsinin rəisi
Məmmədova Sədaqət Zeynal qızı
- Bioloji sərvətlər və xüsusi mühafizə olunan ərazilər idarəsinin
rəisi
Şirəliyev Səhrab Məcid oğlu
- Milli hidrometeorologiya xidmətinin rəisi
10 iyul 2014-cü il tarixli
225 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 913) ilə 2-ci
hissənin “Kollegiyanın üzvləri” bölməsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Kollegiyanın üzvləri:
Yaqubov Hafiz Səyavuş oğlu
- Naxçıvan Muxtar Respublikasının ekologiya və
təbii sərvətlər naziri
Əliyev Firdovsi Şahmirzə oğlu
- ekologiya və təbii sərvətlər nazirinin müavini
Quliyev Novruz Məhəmməd oğlu
- ekologiya və təbii sərvətlər nazirinin müavini
Əliyev İsa Məmmədxan oğlu
- beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri
Hüseynov Fikrət
Alxan oğlu
- istehsalat siyasəti şöbəsinin müdiri
Məmmədova Sədaqət Zeynal qızı
- Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə
Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin
direktoru
Şirəliyev Söhrab Məcid oğlu
- Milli Hidrometeorologiya Departamentinin direktoru
Hacıyev Rauf Vahid oğlu
- Su Hövzələrində Bioloji Resursların Artırılması və
Mühafizəsi Departamentinin direktoru
Cəlilov Rövşən Adil oğlu
- Meşələrin İnkişafı Departamentinin direktoru