Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev 2016-cı IL



Yüklə 55,14 Kb.
tarix03.10.2017
ölçüsü55,14 Kb.
#3102



"Təsdiq edirəm"
Azərbaycan Respublikası

Gənclər və İdman Nazirinin müavini

İntiqam Babayev
«___»________________2016-cı il

İdeya var!” gənclərin l Ümumrespublika



elmi-yaradıcılıq müsabiqəsinin

ƏSASNAMƏSİ

Bakı

2016-cı il
İdeya var!” gənclərin l Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin

ƏSASNAMƏSİ

  1. Ümumi müddəalar



  1. “İdeya var!” gənclərin I Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsi (bundan sonra – Müsabiqə) “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda təsbit edilmiş vəzifələrin icrası məqsədi ilə həyata keçirilir.

  2. Hazırkı Əsasnamə Müsabiqənin keçirilməsinin məqsəd və vəzifələrini, qaydalarını, iştirakçılara və müsabiqəyə təqdim edilən Layihələrə qoyulmuş tələbləri, qiymətləndirmə meyarlarını və aparılmasını, qaliblərin müəyyən edilməsi və mükafatlandırmasının qaydalarını müəyyən edir.

  3. Müsabiqə Azərbaycan gəncliyinin potensialını gənclərin və bütövlükdə Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.

  4. Müsabiqə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən yaradılmış Təşkilat Komitəsi tərəfindən keçirilir.

  5. Müsabiqə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin büdcə vəsaiti hesabına həyata keçirilir.



  1. Müsabiqənin məqsəd və vəzifələri

    1. Müsabiqənin məqsədi - gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq, tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdır.

    2. Müsabiqənin vəzifələri:

      1. Gənclərin geniş kütləsi arasında elmi-texniki yaradıcılıq və sosial təşəbbüskarlıq ideyalarını təbliq etmək;

      2. Gənclərin ictimai faydalı ideyalarının təqdim edilməsi üçün şərait yaratmaq;

      3. Fərdi və bütövlükdə cəmiyyətin inkişafı üçün bilik və bacarığın, innovativ düşüncə və təşəbbüskarlığın faydasını əyani nümayiş etmək;

      4. “İdeya yaradıcısı” və “ideya istifadəçisi” arasında birbaşa əlaqələr mexanizmi yaratmaq;

      5. Gənclər arasında “ideyadan layihəyədək” – ideyanı elm, biznes, dövlət qurumuna təqdim etmə səviyyəsinədək formalaşdırmaq mədəniyyətini aşılamaq və inkişaf etdirmək;

      6. Innovativ ictimai faydalı ideyaları Gənclər və İdman Nazirliyi tərəfindən tətbiq etmək;

      7. Faydalı layihələr və müəlliflər haqqında məlumat bazasını yaratmaqdır.



  1. Müsabiqənin iştirakçıları

    1. Müsabiqədə 14-29 yaşlı Azərbaycan Respublikasının vətəndaşları fərdi və ya müəllif qrupu kimi iştirak edə bilərlər.

    2. Müsabiqədə bir müəllif yalnız bir nominasiyada iştirak edə bilər.

    3. Müsabiqədə iştirak etmək istəyənlər Təşkilat Komitəsi tərəfindən aşağıda göstərilən məlumatları almaq hüququ var.



  • Müsabiqənin keçirilməsi haqqında məsləhət

  • Nominasiyalar haqqında məsləhət

  • Müsabiqənin keçirilməsi mərhələləri haqqında

    1. Müsabiqə iştirakçısının vəzifələri:

  • Hazırkı Əsasnamənin tələblərini yerinə yetirmək;

  • Layihədə başqalarının, o cümlədən çap və elektron daşıyıcı mənbələrdə dərc edilmiş ideyalardan istifadə etməmək.



  1. Müsabiqənin keçirilmə qaydaları

    1. Müsabiqə 2016-cı ilin noyabr-dekabr aylarında keçirilir.

    2. Müsabiqə haqqında elan Təşkilat Komitəsi tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi internet səhifəsində (www.mys.gov.az) dərc edilir.

    3. Elan eləcə də digər çap və elektron kütləvi informasiya vasitələrində dərc edilə bilər, lakin elanin rəsmi mənbəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi internet səhifəsidir (www.mys.gov.az).

    4. Elanda Müsabiqəyə layihələrin təqdim edilməsi şərtləri və vaxtı göstərilir.

    5. Müsabiqə çərçivəsində Təşkilat Komitəsi gənclərin məlumatlandırılması məqsədilə açıq təqdimatlar keçirir.

    6. Təşkilat Komitəsi Münsiflər Heyətinin tərkibini təsdiq edir.

    7. İştirakçıların təqdim etdiyi layihələr Münsiflər Heyəti tərəfindən qiymətləndirilmədən sonra Təşkilat Komitəsinin müəyyən etdiyi məkanda layihələrin sərgisi və qaliblərin mükafatlandırma mərasimi keçirilir.

    8. Müsabiqə çərçivəsində keçirilən sərgiyə gənclər, ekspertlər, dövlət, özəl şirkət, ictimai və beynəlxalq təşkilatlar, kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunurlar.

    9. Qalib layihələr və müəlliflər haqqında məlumat Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi internet səhifəsidə dərc ediləcəkdir.



  1. Nominasiyalar



    1. Müsabiqə 4 nominasiya üzrə aparılır:

      1. Vətənpərvərlik və vətəndaşlıq tərbiyyəsi, milli mənəvi dəyərlərin qorunması:

  • Azərbaycançılıq və dövlətçilik ideyalarının, Dövlət rəmzlərinin gənclər arasında təbliği;

  • Gənclər tərəfindən Azərbaycan tarixi, mədəniyyəti, dili, milli-mənəvi dəyərləri, adət-ənənələrinin öyrəniməsi və təbliğ edilməsi;

  • Azərbaycanın mədəni-tarixi abidələrinin gənclərə tanıdılması və diyarşünaslığın inkişaf etdirilməsi;

  • Azərbaycanın Milli Qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda şücaət göstərrmiş döyüşçülərin tanıdılması;

  • Multikultural dəyərlərin təbliği və tolerantlıq;

  • Gənclər arasında ailə institutunun və dəyərlərinin təbliğ edilməsi;

  • Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi;

  • Gənclər düşərgələrinin məzmun və formalarının təkmilləşdirilməsi;

  • Gənclər arasında dini, milli, irqi ekstrimizmin və terrorçuluğunun profilaktikası.



      1. Qeyri-formal təhsil, və gənclərin innovativ yaradıcılığı:

  • Gənclər arasında elmi və yaradıcılıq fəaliyyətin təşviq edilməsi;

  • Gənclərin intellektual inkişafının və innovativ fəaliyyətinin stimullaşdırılması;

  • Gənclərin maarifləndirilməsi və intellektual inkişafına yönəlmiş İT layihələrin və kompüter oyunlarının hazırlanması;

  • Istedadlı gənclərin müəyyən edilməsi, onların dəstəklənməsi və təbliği;

  • Gənclərin peşəyönümü və karyera inkişafı.



      1. Ekologiya və sağlam həyat tərzi :

  • Gənclərin ekoloji maarifləndirilməsi; cəmiyyətdə ekoloji mədəniyyətin, “yaşıl düşüncə” tərzinin formalaşması;

  • Ətraf mühitin mühafizəsində gənclərin iştirakının artırılması,

  • Gənclər arasında sağlam həyat tərzinin təbliği;

  • Sağlam qidalanma

  • Gənclər arasında narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrdən istifadənin azaldılması.




      1. Sosial həyat

  • Gənclər Evləri və Mərkəzlərin fəaliyyətinin təşkili;

  • Respublikanın rayon və şəhərlərində gənclərin sosial təşəbüskarlığının artırılması;

  • Gənclər üçün TV, radio və internet layihələri;

  • Xüsusi qayğıya ehtiyacı olan və risk qrupunda olan gənclərin ictimai adaptasiyası;

  • Könüllülük hərəkatı;

  • Sosial reklam.



  1. Müsabiqəyə layihələrinin təqdim edilməsi qaydaları və

layihələrin tərtibatı şərtləri

    1. Müsabiqəyə təqdim edilən layihələr aşağıda göstərilən tələblərə cavab verməlidir:

      1. Layihənin təsviri çap edilmiş və elektron daşıyıcılarda təqdim edilir;

      2. Layihənin təsviri Word Document proqramında yığılır. Layihənin ümumi həcmi 6 səhifədən artıq olmamalıdır (Arial, 12 ölçüdə, sətirarası 1,0 intervalla);

      3. Layihənin təsviri Power Point Presentation proqramında 25 slayddan artıq olmayan təqdimatı hazırlanmalıdır;

      4. Zərurət yarandıqda layihənin nümayış edilə bilən maketi, videomaterial, konstruksiya təqdim edilə bilər.

    2. Layihənin təsviri mütləq qaydada aşağıda göstərilən hissələrdən ibarət olmalıdır:

      1. Titul vərəqi – layihənin adı, müəllif/müəlliflərin adı, soyadı, atasının adı, yaşı (təvəllüdü), təhsil aldığı müəssisə, hazırda oxuduğu/işlədiyi yer, vəzifə, yaşadığı ünvan – 1 vərəq;

      2. Layihənin tezisləri – qısa təsviri (3 səhifəyədək), aktuallığı; hansı problemin həllinə cavab verir; beynəlxalq və ya ölkədə olan mövcud təcrübə; reallaşdırılması üçün əsas şərtlər; harada tətbiq edilə bilər; kimlər faydalana bilər (3 səhifəyədək). Cədvəl, şəkil, sxem, qrafiklər əlavə səhifələrdə verilməlidir.

    3. Aşağsda göstərilən hallarda layihə müsabiqəyə buraxılmır:

      1. layihə əllə və ya çap makinasında yazıldıqda;

      2. tam və ya qismən digər şəxslərin ideyasını təkrar etdikdə (plagiat);

      3. ərizədə göstərilən şəxs iştirak tələblərinə cavab vermədikdə.

    4. Müsabiqqəyə təqdim edilən sənədlər geri qaytarılmır (maket və konstruksiyalar istisna olmaqla), onlarla bağlı izahat verilmir.

    5. Müsabiqə iştirakçısı Təşkilat Komitəsinə təqdim etdiyi layihənin dərc və nümayiş etdirilməsinə, tətbiq edilməsinə razılıq verir o şərtlə ki, onun müəllifliyi hər istifadədə qeyd edilsin.



  1. Münsiflər heyəti və qiymətləndirmə meyarları

    1. Layihələrin qiymətləndirilməsi Təşkilat Komitəsi tərəfindən yaradılmış Münsiflər Heyəti tərəfindən aparılır.

    2. Münsiflər Heyəti layihələri aşağıda göstərilən meyarlar əsasında qiymətləndirir:

  • Aktuallıq

  • Yenilikçilik və innovativ yanaşma

  • Reallaşdırılması mümkünlüyü

  • Problemin və həllin aydın qoyuluşu, məntiqli izahı

  • Orijinallıq

  • Effektivlik (nəticənin sərf edilmiş vaxt/vəsaitə nisbəti).

    1. Münsiflər Heyətinin son qərarı Təşkilat Komitəsinə təqdim edilir.

    2. Ən uğurlu layihələr 03 fevral 2017-ci il tarixində keçiriləcək sərgidə nümayiş ediləcəkdir.

    3. Bir layihə yalnız bir nominasiyada qalib seçilə bilər.

    4. Təqdim olunan layihələr Müsabiqənin tələblərinə uyğun gəlmədikdə və ya birinci, ikinci, üçüncü yerə qeyri-şərtsiz şəkildə layiq olan layihə tapılmadıqda Münsiflər Heyətinin qərarı ilə həmin nominasiya üzrə qalib elan olunmur.

    5. Qaliblərin siyahısı müəllifin adı və soyadı və layihənin adı göstərilməklə Gənclər və İdman Nazirliyinin rəsmi saytında yerləşdiriləcəkdir.



  1. Müsabiqənin keçirilmə mərhələləri


Müsabiqə aşağıda göstərilən mərhələlər üzrə keçirilir:

Mərhələnin adı

Başlanqıc vaxtı

Bitmə vaxtı

Elanın verilməsi

30 noyabr 2016




Layihələrin Təşkilat Komitəsinə təqdim edilməsi

1 dekabr

10 yanvar 2017

Layihələrin qiymətləndirilməsi

11 yanvar

25 yanvar 2017

Sərginin təşkili və mükafatlandırma mərasimi

03 fevral 2017

Qaliblərin KİV-də elan edilməsi

03 fevral 2017



  1. Mükafatlandırma

    1. Müsabiqənin finalı və qaliblərin mükafatlandırma mərasimi 03 fevral 2017-ci il tarixdə Bakı şəhərində keçiriləcəkdir.

    2. Mükafat Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Diplomu və pul mükafatından ibarətdir.

    3. Müsabiqənin ümumi mükafat fondu 4000 (dörd min) manat təşkil edir. Hər nominasiya üzrə 1-ci yerin qalibi 500 (beş yüz) manat, 2-ci yerin qalibi 300 (üç yüz) manat və 3- cü yerin qalibi 200 (iki yüz) manat məbləğində pul mükafatı ilə təltif ediləcəkdir.

    4. Ən uğurlu bir və ya bir neçə həyata keçirilən layihə Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənə bilinər.

Təşkilat Komitəsinin ünvanı:

Bakı şəhəri, AZ 1072, Olimpiya küç.,4,

Gənclər və İdman Nazirliyi.

Tel: (+994 12) 465 64 43, 0502470740

elektron ünvan ideyavar2016@box.az

İ Ş T İ R A K Ç I V Ə R Ə Q İ

Adı ______________________________________________________________İştirakçının_imzası______________________________________________________'>____________________________________________________________

Soyadı______________________________________________________

Atasının adı ____________________________________________________________

Təvəllüdü (gün, ay il)________________________________________

Yaşadığı ünvan və telefon______________________________________________________

____________________________________________________________

İştirakçının imzası______________________________________________________

Layihənin nominasiyası________________________________________________

Layihənin adı ________________________________________________

____________________________________________________________

Möhür______________________________________________________
Yüklə 55,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə