Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
“Rəqəmsal texnologiyalar və Tİ” kafedrasının
dosenti tex.e.n. Əlizadə M.N.
FƏNN: “Mühəndis sistemlərinin informasiya təhlükəsizliyi”
MÖVZU 2.
Plan
1.Müdafiə olunan avtomatlaşdırılmış informasiya sistemlərinin qurulma prinsipləri
2.İnformasiya təhlükəsizliyi sistemlərinin məsələləri
3.Təhlükəsizlik hədələrinə qarşi tədbirlər
4.Avtomatlaşdırılmış informasiya sistemlərinin müdafiə sisteminin qurulmasının əsas prinsipləri
MÜDAFİƏ OLUNAN AVTOMATLAŞDIRILMIŞ İNFORMASİYA SİSTEMLƏRİNİN QURULMA PRİNSİPLƏRİ
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ SİSTEMLƏRİNİN MƏSƏLƏLƏRİ
İnformasiya təhlükəsizliyinin hədələrə qarşı müqavimət göstərməsi məqsədilə müdafiə olunan AİS-nin informasiya təhlükəsizliyi sisteminin təmin edilməsi üçün aşağıdakı məsələlər həll edilməlidir:
1.Avtomatlaşdırılmış informasiya sistemləri resurslarına istifadəçi əlçatanlığının idarə edilməsi.
2.Rabitə kanalı vasitəsilə ötürülən verilənlərin müdafiə edilməsi.
3.Sistemdə baş verənlərlə və sistemin təhlükəsizliyi ilə birbaşa əlaqəsi olan, sistemdə baş vermiş bütün hadisələr haqqında məlumatların, təhlillərin, informasiyanın yığılmasının və saxlanılmasının qeyd olunması.
4.Müdiriyyət tərəfindən sistem istifadəçisinin işinə nəzarətin yerinə yetirilməsi ilə yanaşı müdiriyyəti operativ şəkildə qeyri-qanuni sistemin resurslarına daxil olmaq istəyənlər barədə məlumatlandırmaq.
5.Potensial zərərli proqramların nəzarətsizlik üzündən sistemə tətbiq olunmasının qarşısını almaq məqsədilə qapalı mühitin yoxlanılmış proqram təminatı ilə təmin edilməsini həyata keçirmək. Bununla yanaşı sistemə daxil ola biləcək kompüter virusları ilə mübarizə aparılmasını yerinə yetirmək.
6.Müdafiə sistemi resurslarının tamlığına nail olmaq üçün onları dəstəkləməklə yanaşı onlara nəzarəti həyata keçirmək.
Avtomatlaşdırılmış informasiya sistemlərində (AİS) daxili və xarici təhlükəsizliyi fərqləndirmək lazımdır. Xarici təhlükəsizlik sistemə təsir edə biləcək fəlakətlərlə (yanğın, zəlzələ və s.) və sistemə kənardan daxil olan bədniyyətlilərin əməlləri ilə bağlıdır. Daxili təhlükəsizlik sistemin qanuni istifadəçiləri və xidmətedici personalın fəaliyyətində etibarlı və əlverişli mexanizmlərin tətbiqi ilə əlaqədardır.
Dostları ilə paylaş: |