312
Hacı İbrahim Əjdər bəy Musa xan oğlu 1923-cü ildə özü
tikdirdiyi məsçiddə dəfn edilmişdi.
* * *
Diqqəti cəkən bir detal: Bakının dörd iri məsçidindən ikisi
əsilzadə Aşurbəyovlar nəslinin təmsilçiləri: Nabat xanım və Hacı
Əjdər bəy Aşurbəvovlar tərəfindən ucaldılmışdır. Bu məscidlər
şəhərdəki dini binaların əksəriyyətinin unudulduğu və baxımsız hala
düşdükləri illərdə belə fəaliyyət göstərirdi. Bütün bu illər ərzində
Aşurbəyov məscidləri bizim şəhərin tikinti ənənələrinə bu nəslin
verdiyi böyük töhfələri canlı xatirələri olmuşlar.
Teymur bəy Aşurbəyovun tikdirdiyi indiki «Günəşli» sanato-
riyasının binası, Əjdər bəy Aşurbəyovun tikdirdiyi Əjdərbəy məs-
cidi, Nabat xanım Aşurbəyovun tikdirdiyi Təzə Pir məscidi Şərq
arxitekturasının möhtəşəm simasını bugünkü nəslə çatdırır.
Hacı Mehdiqulu bəy Aşurbəyov
Hacı Mehdiqulu bəy Aşurbə-
yov bu soyun yaşlı nəslinin tipik
təmsilçilərindən biri idi.
H.Z.Tağıyevlə
birlikdə
H.M.Aşurbəyov Bakı Quberniyası
uşaq evlərinin hamilik təşkilatının
fəxri üzvü olmuşdur.
Sara xanım Aşurbəylinin şa-
hidliyinə görə, Bakı əsilzadələrinin
təmsilçisi qismində Hacı Mehd-
iqulu bəy Aşurbəyov II Nikolayın
tacqoyma
mərasimində
iştirak
etmiş və monarxa qızıl işləməli
xəncər hədiyyə etmişdir.
İsa bəy Aşurbəyov Hacı Mehdiqulu bəyin yeganə oğlu idi.
313
İsa bəy Aşurbəyov
İsa bəy Hacı Mehdiqulu
bəy oğlu oğlu 1881-ci ildə Bakı
şəhərində
anadan
olmuşdur.
("Difai"nin yaradıcılarından və
b.); türkcə və rusca çıxan "Nicat"
qəzetinin (1910-1912) redaktoru;
1914-də Bakı Şəhər Dumasının
üzvü (qlasnı) – İzvestiə Bakin-
skoy qorodskoy dumı. Baku,
1915, III çastğ, s.41; (XMK so-
sial tərbiyə şöbəsi müdirinin
müavini – 10.1920; XMK məktəb
bölməsinin işçisi-1921; XMK-da
dərsliklərin tərtibi komissiyasının
sədri – 5.7.1922-dən, 18 iyul
1922-ci ildən nəşriyyat şöbəsinin
müdiri vəzifəsində çalışmışdı.
İsa bəy Aşurbəyli oktyabr 1938-ci ildə vəfat etmişdir
Sara Aşurbəyli
Sara Bala bəy qızı Aşurbəyli 1906-cı il 27 yanvar|yanvarın
27-də Bakı şəhərində anadan olmuşdur. 1925-ci ildə İstanbulda
Müqəddəs Janna d-Ark adına kolleci, 1930-cu ildə Bakı Dövlət
Universitetinin şərqşünaslıq, 1941-ci ildə Azərbaycan Pedaqoji
İnstitutunun xarici dillər fakültələrini bitirmişdir. Ali təhsilini başa
vurduqdan sonra Azərbaycan Dövlət Universitetində baş müəllim,
Azərbaycan Pedaqoji İnstitutunda dekan vəzifəsində çalışmışdır. Ali
məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri
haqqında mühazirələr oxumuşdur.
314
O, Yaxın və Orta Şərq
xalqları tarixinin bilicisi olmaqla
yanaşı, həm də rəssam və musiqiçi
idi. Ağır təqib illərində yaşamaq
üçün bu bilik və bacarıqlarından is-
tifadə etmişdir. Sara xanım dram
teatrında rəssam və dekorator, mək-
təbdə müəllim işləmiş, müəllimi
Üzeyir Hacıbəyovun dəvəti ilə 15 il
Konservatoriyada xarici dildən dərs
demiş, eləcə də öz çəkdiyi rəsm
əsərlərini sataraq dolanmışdır. Sər-
gilərdən birində onun "Göygöl"
əsərini Meksika nümayəndələri al-
mışlar. Bu əsər indi Meksika muze-
yində saxlanır. 1946-cı ildə Sara
xanım Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmişdir.
Sara Aşurbəyli sonralar Azərbaycan Tarixi Muzeyində Orta
əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan Elmlər Akademiyasının
Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi
katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifəsində işləmiş, 1993-cü
ildən ömrünün sonuna qədər Akademiyanın Arxeologiya və
Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi olmuşdur.
O, "Bakının tarixinə dair oçerklər", "Orta əsrlərdə Azərbaycan
və Hindistanın iqtisadi və mədəni əlaqələri" və "Şirvanşahlar
dövlətinin tarixi" kitablarının müəllifidir. Bu tədqiqatlarına görə
Sankt-Peterburqda tarix elmləri namizədi, Tbilisidə isə, 1966-cı ildə
tarix elmləri doktoru adına layiq görülmüşdür. Azərbaycan tarixinə,
mədəniyyətinə həsr etdiyi məqalələrinə, tədqiqatlarına görə isə o,
Azərbaycan Dövlət Mükafatı laureatı, "Şöhrət" ordeni və respubli-
kanın əməkdar elm xadimi adı ilə mükafatlandırılmış, Xəzər
Universiteti nin Fəxri doktoru adını almışdır.
Görkəmli alim 2001-ci il 17 iyulun 17-də 96 yaşında vəfat
etmişdir.
315
Kamal Aşurbəyov
Ölkəmizin musiqi ictimaiyyəti arasında yaxşı tanınan Helsinki
Konservatoriyasının müəllimi Kamal Aşurbəyov Finlandiyada
Azərbaycan diasporunun fəal nümayəndələrindən biri, Azərbaycan
“Dostluq” cəmiyyətinin üzvüdür. Kamal müəllim qədim Aşurbə-
yovlar nəslindəndir. Bu nəslin banisi məşhur sərdar (hərbi nazir)
Aşur xan Avşar olmuşdur.
Aşurbəyovların zadəgan nəsli Köhnə Bakı ziyalıları arasında
xüsusi yer tutur. Bu qədim nəslin nümayəndələrinə nüfuzlu neft sə-
nayeçiləri, iri təhsil müəssisələrinin qəyyumları, maarifçilər, xeyriy-
yəçilər, naşirlər, ən səxavətli mesenatlar arasında rast gəlmək olar.
Onun yaradıcı fəaliyyəti 1984-cü ildə Moskva hərbi dairəsinin
Mahnı və Rəqs ansamblında başlanmışdır. Həmin ansamblla bəra-
bər Çernobıl atom elektrik stansiyasında olmuş K.Aşurbəyov AES-
də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakçılara verilən
fəxri fərmana layiq görülmüşdür. 1991-ci ildə P.İ.Çaykovski adına
Moskva Dövlət Konservatoriyasını bitirəndən sonra 1994-cü ildə
Finlandiyaya köçmüşdür.
Musiqiçi deyir: “Mən Rəşid Behbudov, Müslüm Maqomayev,
Tofiq Quliyev, Qara Qarayev, Üzeyir Hacıbəyli kimi sənətkarların
yaradıcılığından bəhrələnmişəm, adlı-sanlı maestro Niyazinin iste-
dadına vurğun idim. Bu sənətkarların yaradıcılığına indi də müntə-
zəm müraciət edirəm, öz uşaqlarıma, finlandiyalı və digər tamaşa-
çılara onlardan söhbət açıram”.
Avropa ölkələrinin çoxunda Azərbaycan mədəniyyətini, Azər-
baycan musiqisini, o cümlədən muğamları təbliğ edən Kamal Aşur-
bəyov Helsinki şəhərinin meriyasında Azərbaycan mədəniyyətinin
tarixinə dair mühazirələr oxumuşdur.
Kamal Aşurbəyov finlandiyalı dinləyiciləri tez-tez Azərbay-
can musiqisinin özünəməxsus ecazkar melodiyaları və qeyri-adi
ahəngdarlığı ilə tanış edir. Finlandiyalı musiqiçilərin çoxu Azər-
316
baycan melodiyaları ilə türk musiqisi arasında sıx əlaqə olduğunu
qeyd edirlər.
Kamal müəllim öz yaradıcılığında muğamlara xüsusi əhəmiy-
yət verir, çünki muğam Azərbaycan xalq musiqisinin əsasını təşkil
edir. Kamal Aşurbəyov deyir: “Muğam ifaçıdan müstəsna musiqi du-
yumu, habelə improvizə bacarığı, yəni bəstəkarlıq istedadı tələb
edir”.
İqor Aşurbəyli
1963-cu ilin 9 sentyabrında
Bakıda anadan olub. Atası – Aşur-
bəyli Rauf (1936) texniki elmlər
namizədi, Azərbaycan neft-kimya
proseslər İnstitutunda şöbə müdiri
vəzifəsində çalışıb, təqaüdə çıx-
dıqdan sonra Xəzər Qırmızı bay-
raqlı Ali hərbi-dəniz məktəbində
dərs deyib. Anası Kaprielova (Re-
zanova) Yelizaveta Kosmik tədqi-
qatlar instinununda Meteoroloqiya
şöbəsinin müdiri olub. İqorın hə-
yat yoldaşı Aşurbəyli (Burşteyn)
Viktoriya
(1962)
Azərbaycan
Yüngül Sənaye Nazirliyində mü-
həndis-proqramçı vəzifəsində çalışıb. Oğlu - Aşurbəyli Ruslan
(1984) texniki elmlər namizədi, OAO Konstruktor bürosunda şöbə
müdiri işləyir.
İqor Rauf oğlu Aşurbəylinin ana nəsli Rezanovlar Nijeqorod
vilayətinin Arzamas şəhərindəndilər. Onun ulu babası Qriqori
Stepanoviç inqilab illərində Bakıya gəlib, burada o “Iskra“ adlı
inqilab qazeti çap edən “Nina” gizli mətbəəsinin təşkilatçılarından
idi. Sovet vaxtı o, Azərbaycanın iri senayeçisi olmuşdur. Qəribə
317
olsa da, bu faktdır: “İskra” mətbəəsi qədim dvoryan nəslindən olan
Aşurbəylilərə məxsus olan evin zirzəmisində yerləşirdi.
Sovet höküməti qurulan zaman başqa Aşurbəylilər kimi İqorın
ulu babası və babası İsa bəy və onun oğlu Davud repressiyaya
məruz qalmışlar (onlar Vətəni tərk etməmişlər). Sonralar 50-ci
illərdə ölümündən sonra reabilitasiya olmuşlar.
Ana tərəfindən olan babası Artavazd Kaprielov Böyük Vətən
Müharibəsində həlak olmuş, 1940-ci ildə anadan olmuş qızının
üzünü görməmişdir. Onu İqorın nənəsi Yevqeniya Rezanova (Azər-
baycanın neft senayesi nazirliyində maliyyə sistemində işləmiş)
böyütmüşdür. Onun nəvəsinin tərbiyəsində də böyük rolu olmuşdur.
14 may 1896-cı ildə Rus imperatoru II Nikolayın təntənəli
tacqoyma mərasimi olmuşdur. Fəxri qonaqların içərisində İqor Rauf
oğlu Aşurbəyovun Ulu babası Hacı Mehdiqulubəy Aşurbəyov da
iştirak etmişdir. O, Bakı zadəganlarını təmsil etmiş və imperatora
qızıl xəncər hədiyyə etmişdir.
Taleyin hökmü ilə iki soyadın Rezanov və Aşurbəylilər nəs-
linin nümayəndələri – Yelizaveta və Rauf inqilab illəri və müharıbə
illərindən çox-çox sonra 1962-ci ildə bir ailədə birləşmişlər.
Həmin illərdə ailənin tarixi müzakirə olunmurdu.
1980-ci ildə İqor bir neçə fənni inqilis dilində tədris olunan 27
nömrəli xüsusi orta məktəbi qızıl medalla bitirir. Bununla bərabər o,
fortepiano sinfi üzrə və şahmat məktəblərini bitirir.
Sonra o 1985-ci ildə Azərbaycan neft və kimya institutunu
“avtomat idarə etmə” ixtisası üzrə mühəndis texnik-sistemçi diplo-
mu ilə bitirir.
3-cü kursda oxuyarkən o, ailə qurur, 4-cü kursda Ruslan adlı
bir oğlu olur.
1984-ci ildə leytenant hərbi rütbəsini alır (radioəlaqə üzrə
vzvod komandiri).
1987-ci ildə Azərbaycan neft və kimya institunun aspirantu-
rasına qəbul olunur, həmin illərdə Moskvanın institutları ilə elmi
kontaktlar aparır: İnformasiya daşıyıcısı İnstitutu, Kosmik tədqi-
qatlar İnstitutu. Avtomobillərin elektron idarəetmə İnstitutu.
318
1988-ci ilin yanvar ayında gənc alim İqor Aşurbəyli “İz-
vestiya” qazetitndə dərc olunmuş “SSR-də Koopirasiya haqqında
qanunun” layihəsini oxuyur. O, öz şəxsi işini açmaq fikrinə düşür.
10 iyun 1988-ci ildə Qanun SSR-in Ali Soveti tərəfindən
təsdiq olunur. Elə həmin gün o, “Sosium” adlı kooperasiya- koordi-
nasiya istehsal birliyini qeyddən keçirir. Burada kompyuter kursları
və kompyuter texnikasının ticarətilə məşğul olurlar. Biznes uğurla
inkişaf edirdi. Sonra İqor əvvəllər işləyib hazırladığı idarəetmə sis-
temlərini Orenburq, Qroznı, Bakı şəhərlərinin neftayırma zavod-
larını təchiz edir.
1991-ci ildə İqor namizədlik dissertasiyasını müdafiə edir.
Onun təşkilatçılıq bacarıqları həm Respublikamızda, həm də
Moskva da diqqəti cəlb edir. 1989 ildə o, SSR-in Nazirlər Şurasının
və müstəqil kooperatorlar himayəsi altında yaradılmış SSR-in vahid
Kooperatorlar Şurasının üzvü seçilir. Aşurbəyli Azərbaycanda ya-
ranmış Kooperatorlar Şurasının vitse-prezidenti seçilir. Respublika-
nın Elm və texnika sahəsində işləyən bütün kooperativlərin elmi və
texniki-istehsal müəssisələrinin Asosiyasiyasını yaradır və ona baş-
çılıq edir. İqor Bakıda özünün “Kim kimdir” adlı ilk qazetini bu-
raxır.
1989-cu ilin sonlarında o, daimi işləməyə Moskvaya köçür.
1991-ci ildə İqor Moskvada Beynəlxalq informasiya və tele-
kommunikasiya birjasını yaradır və onun prezidenti olur. Beləliklə
Rusiyada ilk dəfə elektron ticarət sistemi yaranır. 28 yaşında İqor
Aşurbəyli Rusiyanın “müdafiə” seçmə müəssisənə- EMB “Almaz”
birləşməsinə daxil olur.
1992-ci ildə İqor EMB “Almaz”la birgə birjanın bazasında
“Benəlxalq informasiya və telekomunikasiya bürosu” təsis olunur.
İ.Aşurbəyli onun baş direktoru təyin edilir. Bununla yanaşı o icti-
mai-publisistik “Sosium” jurnalı və “İşgüzar kitab” adlı qazet nəşr
edir.
1994-cü ildə İqor böhranaqarşı idarəetməni həyata keçirmək-
dən ötrü “Almaz”ın baş direktorunun müavini vəzifəsinə dəvət olu-
nur. Onun sayəsində müdafiə müəssisəsi öz imkanlarından istıfadə
319
edərək qazanc əldə etməyi öyrənir. 1995-ci ildə “Almaz” səhmdar
cəmiyyəti kimi qeydə alınır və İqor onun məsul katibi seçilir.
Sonralar o tədricən maliyyə üzrə baş direktor, kommersiya direkto-
ru, 1998-ci ildən isə “Almazın” baş direktorunun müavini vəzifə-
sində çalışır.
1996-ci ildə İqor “Almaz”Müdafiə İstehsalat Birliyinin direk-
torlar Şurasının sədri təyin olunur. 2000-ci ilədək hər il həmin vəzi-
fəyə seçilir.
2000-ci ilin iyun ayında direktorlar Şurasının qərarıla İqor
Aşurbəyli yekdilliklə CKB “Almaz” Səhmdar cəmiyyətininbaş
direktoru seçilir.
Qısa müddət ərzində İqor Rauf oğlu müəssisənin maliyyə
vəziyyətini yaxşılaşdırır və “iqtisadi bir möcüzə” yaradaraq “Al-
maz”ı Rusiyanın müdafiə-senayesi komplekslərinin lideri edir.
Yeni hava-müdafiə sistemləri yaranır, elmi tədqiqatlar davam
edir, dünyada tanınan “Favorit” adlı havada işlənilən universal zenit
raket sistemi tədqiq edilir. 2002-ci ilin aprel ayında Rusiya Fede-
rasiyasının Prezidentinin qərarı əsasında “Almaz-Antey” OAO
Hava Müdafiə Konserni” yaranır. Konsernə 46 senaye və elmi-təd-
qiqat müəssısəsi daxil olur.
2002-ci ildə Rusiya Federasiyası hökümətinin göstərişilə İqor
Rauf oğlu Aşurbəyli Konsernin idarə heyəti üzvü seçilir. 2003-
2008-illərdə İqor Rauf oğlu Aşurbəyli rəhbərlik etdiyi Konsern fəal
işləyir, xarici ölkələrlə hərbi-texniki əməkdaşlığı effektiv inkişaf
edir. C- 300PMU-2 “Favorit” zenit qurğuların istehsalı və çatdırıl-
ması üzrə sifarişlər yerinə yetirilir, çoxmilliardlı kontraktlar bağ-
lanır. Bununla yanaşı C-400 “Triumf” adlı ən yeni sistemin tətbiqi-
nin tamamlanması üzrə işlər aktivləşir.
2005-2006-illərdə Rusiya Federasiyasının göstərişləri və PVO
“Almaz-Antey” Konsernin Direktorlar Şurasının qərarları əsasında
“Almaz” Elmi-İstehsalat Müəssisəsi baş sistem-konstruktor Bürosu
kimi təyin olunur və bütün zenit-raket kompleksları hazırlama
müəssisə və Hərbi-müdafiə sistemlərini özündə birləşdirir (hərbi-
320
dəniz flotu, hərbi-hava qüvvələri, quru-piyada qoşunları, kosmik-
raket müdafiə qoşunları).
Bir neçə il İqor Aşurbəyli “Hərbi-kosmik müdafiə” adlı jurna-
lını, “Moskovski sokol”, “Hərbi-senaye kuryer” qazetlərini nəşr edir.
2008-ci il 10 sentyabrda Rusiya Federasiyasının elmlər
Akademiyasında keçirilmiş elmi-texniki konfransda İqor Aşurbəyli
əsəs məruzəsində belə bir tezis səsləndirir ki, 20-ci əsrin ikinci
yarısında “Almaz” konsernində hazırlanan hava-hərbi müdafıə sis-
temləri üçüncü dünya müharibəsinin başlanmasının qarşısını dəfə-
lərlə almış geopolitik silaha dönmüşlər, bu da Nobel mükafatının
nominasiyasına layiqdir.
İqor Aşurbəyli – professor, ehtiyatda olan podpolkovnik,
A.M.Proxorov adına mühəndis elmləri Akademiyasının həqiqi
üzvü, məşhur “fiztex”in və “MİREA” kafedralasının müdiridir.
İqor Aşurbəyli Rusiya-Britaniya ticarət-senaye palatasının
icra komitəsinin üzvüdür (1998-ci ildən).
O, idarəetmənin avtomatlaşdırması və texniki-sistem, müəs-
sisələrin böhrana qarşı idarəetməsinin, informasiya texnologiyası,
intellektual mülkiyyət üzrə 80-dan çox elmi əsərlərin müəllifidir.
İqor Aşurbəyli dövlət mükafatları ilə təltif edilib: Fəxri orden
(2007), Rus provoslav kilsəsinin mükafatları: Moskva knyazı Bla-
qovernı Daniilın 1 və 2 dərəcəli və başqa ordenlərilə; ictimai müka-
fatlar: “İlin menedjeri-2000” Beynəlxalq müsabiqəsinin laureatı,
“Senayeçi-alim 2002-2003” nominasiyasında “Rusiya Milli Olimp”
Ümumrusiya mükafatı ilə və çoxsaylı başqa, həmçinin beynəlxalq
mükafatlar, müəssisə mükafatları və fərqlənmə nişanları ilə təltif
edilir.
23 may 2003-cü ildə A.N.Proxorov adına Rusiya Mühəndislik
Akademiyası öz nizamnaməsinə əsasən Aşurbəyli İqor Rauf oğlunu
A.M.Proxorov adına mühəndislik akademiyasının həqiqi üzvü
seçilir.
Aşurbəyli İqor Rauf oğlu Rusiya Federasiyasının Prezidenti
Vladimir Vladimiroviç Putinin fərmanı ilə 23 aprel 2007-ci ildə
şərəf ordeni ilə təltif olunmuşdur.
321
Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin Ali Attes-
tasiya komissiyasının 20 aprel 2011-ci il tarixli qərarı ilə Texniki
elmlər doktoru elmi titulu verilir.
21 dekabr 2009-cu ildə Rusiya Federasiyasının Prezidentinin
Administrasiyası 500 nəfərin adını açıqlayır ki, onlar idarə etmə
kadrlarının ehtiyyatıdır. O, cümlədən biznes nümayəndələri də var-
dır ki, onların içərisində Almaz-Antey abedneniyasının baş direkto-
ru İqor Rauf oğlu Aşurbəyli də vardır.
322
MÜNDƏRİCAT
Giriş ............................................................................................... 3
Avşarlar haqqında ümumi məlumat ............................................... 4
Avşar boyunun yurdları və yayılma arealları ................................ 16
Avşar elinin oymaqları, tayfa və tirələri ........................................ 22
323
Ənvər Çingizoğlu, Aydın Avşar
Məşhur avşarlar (Tarixi-bioqrafik tədqiqat)
Bakı – Mütərcim – 2014
324
Kitab “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində
səhifələnmiş və çap edilmişdir.
Чапа имзаланыб: 16.09.2014.
Формат: 60х84 1/16. Гарнитур: Тимес.
Щяъми: 20,25 ч.в. Тираж: 200. Сифариш № 161
Гиймяти мцгавиля иля.
ТЯРЪЦМЯ
ВЯ НЯШРИЙЙАТ-ПОЛИГ РАФИЙА
МЯРК ЯЗИ
Аз 1014, Бак ы
, Рясул Рза к цч., 125
596 21 44; 497 06 25; (055) 715 63 99
e-mail: mutarjim@mail.ru
www.mutercim.az
Document Outline - АZƏRBAYCAN TARİX QURUMU
- ƏNVƏR ÇİNGİZOĞLU, AYDIN AVŞAR
- (Tarixi-bioqrafik tədqiqat)
- Ənvər Çingizoğlu, Aydın Avşar. Məşhur avşarlar. Tarixi-bioqrafik tədqiqat. – Bakı: Mütərcim, 2014. – 324 səh.
- Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun və tədqiqatçı Aydın Avşarın bu kitabında Avşar boyunun məşhur simalarından söhbət açılır. Dündən bu günə dünyanın siyasətində və mədəniyyətində mühüm rol oynayan şəxsiyyətlərin yaşam yolundan bəhs olunur.
- ISBN: 978-9952-28-185-9
- © Müəllif hüquqları qorunur. Müəlliflərin icazəsi olmadan bu kitabı
- və ya onun hər hansı bir hissəsini çap etdirmək, surətini çıxarmaq qadağandır!
- GİRİŞ
- Avşar adı gələndə bəzilər qürrələnir, bəziləri isə qıcıqlanır. Qürrələnənlər şanlı tariximizə sevgisi olanlar, qıcıqlananlar isə cılız hisslərlə yaşayanlar, türkün möhtəşəm tarixinə dodaq büzənlərdir. Biz bu kitabı hamı üçün yazdıq.
- Avşar boyunun tarixi Oğuz elinin, Türk soyunun tarixidir.
- Avşar boyu еli tarix yazıb, tarix yaradıb. Bir şahlıq (Avşarlar imperiyası, 1735-1748), bir neçə bəylik (Qaramanoğulları, Sarıxanoğulları), bir neçə xanlıq (Qarabağ xanlığı, 1747-1822, Urmiya xanlığı, 1747-1865, Marağa xanlığı, 1747-1925, Zəncan xa...
- Kitabın yazılmasında arхiv matеrialları ilə bərabər, muхtəlif illərdə cap olunmuş qaynaqlardan, kitablardan da istifadə olunmuşdur. Daha çox faydalandığımız Faruq Sümerin, Mehdi Bamdadın, Tahirə Həsənzadənin və başqalarının kitabları oldu. Onlara mi...
- Avşar boyunun ünlü, adlı-sanlı övladları çoxdur. Təbii ki, bir kitabda onları bir yеrə cəmləmək çətindir. Biz Türkiyədə, Suriyada, İraqda yaşayan avşarlardan bəhs etmədik. Onları gələn kitabımıza saxladıq.
- Kitabı yazarkən çalışdıq ki, qiymətli adamlar qədərincə olsun. Əsas üstünlüyü tarixi kеçmişə, əski soylara, hərbçilərə və mədəniyyət xadimlərinə vеrdik. Maarif və səhiyyəni də bacardıqca işıqlandırdıq. Hələ ki, bu son kitab dеyil. Qüsurlarımızı y...
- İsmayıl xan Alplı-Avşar
- Ərdoğdu xan Alplı-Avşar
- Ərdoğdu xan Avşar elinin tanınmış əmirlərindən biri sayılırdı. Onun I Şah Təhmasibin hakimiyyətinin son illərində ortaya çıxdığı məlumdur.
- Ənvər Çingizoğlu, Aydın Avşar
- Məşhur avşarlar (Tarixi-bioqrafik tədqiqat)
- Bakı – Mütərcim – 2014
Dostları ilə paylaş: |