6
Avşar etnoniminin paralellərinə Qərbi Azərbaycanda (hazırkı
Ermənistanda) ürcah oluruq. Belə bir nəticəyə gəlirik ki, türk dilli
avşar//afşar adlı tayfa Orta Asiya, İran (Cənubi Azərbaycan) və
ümumən Qafqaz ərazisində geniş yayılmış, yayıldığı ərazinin topo-
nimiyasında öz izini qoruyub saxlamışdır.
Təbiidir ki, bu etnonim yerləşdiyi ərazidə və təsirin nəticəsin-
də, eyni zamanda dilimizin monoformoloji qanunları, zonanın dia-
lekt xüsusiyyətləri çərçivəsində müəyyən dəyişikliyə uğramışdır.
Afşar//Ovşar //Əfşar və s. variantları olan bu sözün özəyini «avşar»
termini təşkil edir.
İndi isə Avşar eli haqqında. Avşar eli bir zamanlar Ağqoyunlu
dövlətinə sığınmışdı. 1406-cı ildə özünü əl-Malük əl-Adil adı ilə
Sultan elan edən Məmlük əmiri Çəkim türkmanları təhlükəli ünsür
sayaraq onlara qarşı hərəkətə keçdi. Nəticədə avşar, bayat və inallı-
ların mühüm bir qismi Qara Yuluq Osman bəyə sığındı. Qara Yuluq
Osman bəy Çəkimin üzərinə getdi və o, döyüşdə öldürüldü. Həmin
tayfalardan bəziləri öz yurdlarına qayıtdı.
Avşar elinin böyük bir qolu Qızılbaş tayfa ittifaqına qoşul-
muşdu. Ünlü türkoloq Faruq Sümər Avşar elinin Qızılbaşları təşkil
etməsi haqqında yazır: «Səfəvi dövlətini quran ünsür tamamilə
türklərdən ibarətdir. Bu ünsürün böyük əksəriyyətini də anadolulu
köçəri və kəndli türklər meydana gətirirdi. Yuxarıda deyildiyi kimi,
Şah İsmayıl Ərzincan yaxınlığında Anadolu türklərini başına yı-
ğaraq, buradan Azərbaycana yürüyərək öz dövlətini qurmuşdur. Bu
halət Səfəvi dövlətinin başlıca dayağı olan boy və obaların yurdları-
nın bilinməsilə daha düzgün anlaşılmaqdadır. Qızılbaş ulusunu təş-
kil edən birinci dərəcəli oymaqlar bunlardır: ustacalı-ustahacılı (Sə-
fəvi dövründə ustaclı), rumlu, təkəlü, zülqədər, şamlı, əfşar, qaçar»
4
.
Tarixçi Əhməd Zəki Vəlidi Toğan «Azərbaycan» adlı kitabın-
da Səfəvilərin ilk dövrlərində Azərbaycana hakim olan türk və türk-
manlar haqqında yazır: «Teymur Ərdəbildə Şeyx Səfiəddin türbə-
sini ziyarət etməyə gəldikdə Ərdəbil şeyxi Xoca Əlinin xahişi ilə
4
F. Sümər, Oğuzlar, Bakı, 1992, səh. 163.
7
rumlu, şamlı, musullu, quzanlu, kavanlı, zülqədir və qacarları Səfə-
vi şeyxinin tabeliyinə vermişdi. Ərdəbil və Muğan tərəflərində
şeyxlərin «qızılbaş» ordusunu təşkil edənlər də ustaclı, şamlı təkəli,
baharlı, zülqədər, əfşar, qacar və varsaqlar idi. Səfəvilər dövründə
«Otuz iki cavanşir» adı ilə adlanan cavanşir qəbiləsi Şirvanda və
Qarabağda görünür
5
.
Avşar eli və nümayəndələri Səfəvilər dövlətinin qurulmasın-
da, genişlənməsində idarə olunmasında fəal iştirak etmişlər.
1500-cü ildə Qızılbaş qoşunu Şirvana yürüş edərkən Avşar
sərkərdələrindən Sultanşah bəy, Xəlil bəy möhrdar, Hüseyn bəy
süfrəçi, Piri bəy pərvanəçi və başqaları öz qoşunları ilə orduya qatıl-
mış, oranın alınmasında fəal iştirak etmişlər.
1514-cü ildə Çaldıranda Osmanlı ordusuna qarşı savaşan
Qızılbaş ordusunun cinahına Sultanəli mirzə Avşar başçılıq edirdi. I
Şah İsmayılı əsir götürmək istəyən osmanlılara «Şah İsmayıl mə-
nəm» demişdi. Osmanlılar onu əsir almışdılar. Sultanəli mirzə üz-
dən dayısıoğlu Şah İsmayıla oxşayırdı.
1527-ci ildə özbək xanı Ubeydulla xan Qızılbaşlar məmləkə-
tinə qoşun çəkdi. I Şah Təhmasib ordu toplayıb onun qarşısına çıx-
dı. Ustaclı elindən Abdulla xan 200 nəfər seçmə bahadırla toplantı
yerinə gəldi. Elin digər qruplarından isə 16 mindən yuxarı atlı yığıl-
mışdı. Yığılanlar içində Ustaclı eli birinci yeri 17 min atlıyla, ikinci
yeri Avşar eli 16 min atlıyla tuturdu. Özbəklər məğlub olub geri
çəkildilər.
1534-cü ildə Osmanlı padşahı I Sultan Süleyman Azərbay-
cana ikinci yürüş etdi. Təkəli və Zülqədər tayfaları osmanlıların tə-
rəfinə keçdilər. Avşar eli ağır qoşunla şahın yanında dayandı. Əl-
vənd xan və Göyçə sultan I Təhmasibin məşvərətçiləri, yaxınları,
sərkərdələri sırasında idilər.
1546-cı ildə Alxaz (bəzi qaynaqlarda Əliqasib) mirzə Şirvan
bəylərbəyi idi. Qiyam edib qardaşına qarşı çıxdı. I Təhmasib onunla
danışıq aparmaq üçün qorçubaşı Sevindik bəy Avşarı göndərmişdi.
5
Ə. Z. V. Toğan, Azərbaycan, Bakı, 2007, səh.52.
8
1548-ci ildə Osmanlı ordusu yenidən Qızılbaşlar məmləkətinə
soxuldu. I Şah Təhmasib düşmən ordusunu izləyə-izləyə Xoya
gəldi. Oradan Çaldİrana yürüş etdi. Burada ona Kirman hakimi Şah-
qulu sultan Avşar və Mahmud xan Avşar qoşuldu.
Şahqulu sultan böyük qoşunla Osmanlıların sərhəd-sınır
bölgələrini viran qoymaq üçün göndərilir. Onlar Əxlat ərazisində
tayfaları soyub taladılar və təqribən 5 min at, 100 min qoyun və 50
min qaramal sürüb gətirdilər. Sultan Süleyman Azərbaycandan geri
çəkilən kimi I Şah Təhmasib Kiş qalasına sığınmış Dərviş Məhəm-
məd xanı cəzalandırmaq üçün Qarabağdan Sevindik bəy Avşarı
2500 qorçu ilə Şəkiyə göndərdi. Qızılbaşlar Şəkini dağıdıb çoxlu
qənimət ələ keçirdikdən sonra geri döndülər.
1551-ci ildə I Şah Təhmasib Şəkinin müstəqilliyinə son qoy-
maq qərarına gəldi. Avşarların qatıldığı və Sevindik bəyin başçılıq
etdiyi Qızılbaş ordusu Şəkini tutub öz dövlətlərinə birləşdirdilər.
Toygün bəy Qacar Şəkinin hakimi təyin edildi.
1552-ci ildə Osmanlı ordusu yenidən Qızılbaşlar məmləkətinə
soxuldu. I Şah Təhmasib düşmən ordusuna qarşı dörd istiqamətdə
qoşun tərtib etdi. Ərəb İraqı istiqamətində Şahqulu xan Avşar öz
qoşunları ilə vuruşurdu.
1575-ci ildə I Şah Təhmasib xəstələndi. Qəhqəhə qalasında
həbsdə yatan oğlu İsmayıl mirzə ilə bağlı əndişələndi. Ağlına gəldi
ki, onun xəstəliyindən istifadə edib ustaclılar və qaradağlılar şahza-
dəni öldürə bilərlər. İsmayıl mirzəni qorumaq üçün Avşar elindən
olan qorçuları Qaradağa, Qəhqəhə qalasına yolladı.
1576-cı ildə I Şah Təhmasib yenidən yorğan-döşəyə düşdü.
Tayfalararası ədavət yenidən qızışdı. Hər el, hər qrup öz namizədini
dəstəklədi. Bu arada şah vəfat etdi. Avşar elinin işi irəli düşdü. Sa-
rayın mühafizəsini, dərgahın keşiyini hərəmxana yüzbaşısı Vəli bəy
Avşarın başçılığı ilə avşar, rumlu, qacar, bayat və varsaq tayfaların-
dan olan qorçular çəkirdilər. Vəli bəy qapını bağlayıb heç kimi içə-
ridən çölə, bayırdan daxilə buraxmadı.
Dostları ilə paylaş: |