07(07) iyul 2015
Aylıq bülleten
MXD ƏMƏKDAŞLARININ
ATTESTASİYASININ QALİBLƏRİ
/10/
BİZNES KREDİTLƏRİNİN SATIŞI DEPARTAMENTİNDƏ
BİR GÜN /14/
FC AMRAHBANK ÇEMPİON
BBVB BANKLARARASI TURNİR YEKUNLAŞDI /08/
İYUL 2015
UĞUR
FORMULASI
əsas mövzu
Amrahbank ASC-nin
Risklərin İdarə Edilməsi
Departamentinin direktoru
Güldanə Aslanova iş
həyatında səmimiliyin,
özünə inamın və
inkişafa meyilliliyin
vacibliyindən danışdı
UĞUR FORMULASI
Sual-cavab formada
MÜSAHİBƏ rubrikasında
Risklərin İdarə Edilməsi
Departamentinin Direktoru
Guldanə Aslanovanın
Amrahbank-ın aylıq məlumat bülleteni
07(07) iyul 2015
03
“Uğur Formulası” rubrikasının
bu günkü qonağı Güldanə
Aslanovadır.
Güldanə xanım 1986-1991-ci
illərdə Azərbaycan Dövlət İqtisad
İnstitutunda təhsil almışdır. 1988-
1 9 9 0 - c ı i l l ə r d ə A z ə r b a y c a n
Respublikası Kommunal Mərkəzi
Bankında, 1990-1992-ci illərdə
Azərbaycan Vneşekonombankda,
1992-1995-ci illərdə Azərbaycan
Beynəlxalq Bankında, 1995-2002-ci
illərdə “Most-Bank Azərbaycan” KB-da,
2004-2009-cu illərdə “Nikoyl” İK Bankında
müxtəlif vəzifələrdə çalışmışdır. 2009-cu
ildən “Amrahbank”da Risklərin İdarə Edilməsi
Departamentinin direktoru vəzifəsində çalışır.
1968-ci il təvəllüdlüdür. Subaydır.
Amrahbankı qısa necə təsvir edə bilərsiniz? Sizin
krinizcə, Bankımız müştəriləri nə ilə cəlb edir?
Düşünürəm ki, Amrahbank, loqomuz da bunu ifadə
edir - şəffaf, müştərilərə açıq olmaqla və onların
etimadını qazanaraq . Əlbəttə, bu qədər yüksək
rəqabətin olduğu bir mühitdə mütləq xidməti də qeyd
etmək lazımdır. Uzun illərdir topladığım təcrübəmə
əsaslanaraq deyə bilərəm ki, müxtəlif , böyük büdcəli
reklamlar, PR ola bilər, amma müştəri xidməti, müştəriyə
münasibət əsas keyyyət göstəricisidir. Mənə elə gəlir ki,
bizim bankımız hər zaman bu sahələrdə seçilir və ya ən
azından daim seçilməyə çan atır, bu da tamamilə haqlı olaraq
müştərilərimizi Amrahbanka cəlb edir.
Amrahbank beş il əvvəl və bu gün... Nə dəyişib?
Çox şey dəyişib. Aktivimiz artıb, mənfəət artıb. Bankın baş osi
yeni binaya köçüb. Regionlarda liallar açılıb, yeni işçilər işə
qəbul olunublar. Bank xidmətlərinin sayı coxalıb və daim
rəqabətə davamlı yeni məhsullar təqdim etməkdə davam
edir. Yeni proqram təminatı alınıb, bütün liallar Temenos
proqramına keçib.
Amrahbank-ın aylıq məlumat bülleteni
07(07) iyul 2015
04
İşdə özünüzü necə həvəsləndirirsiniz?
Hələ Valyuta Şöbəsində işlədiyim ilk gündən mən hər şeyin ideal olması, bir dənə olsun belə səhvimin olmaması, mənə görə
kiməsə söz gəlməməsi üçün çox narahat olmuşam. Ola bilər bu xarakterimdən irəli gəlir. Düzdür, çətinliklər olub, amma mən hər
zaman bankda işləməkdən həzz almışam. Bank işinə barmaq arası baxan adamları heç vaxt anlamamışam, çünki mənim üçün bu ən
maraqlı işdir!
Çətin, əziyyətli işi tamamlayıb, nəticəsini görəndə, bu bank üçün nəsə etdiyimi biləndə, bankın fəaliyyətində mənim də nəsə bir cüzi
əməyim keçəndə elə bilirəm dünyanın ən yüksək mükafatını almışam.
Bəs kollektivinizi necə həvəsləndirirsiniz?
Günün çox hissəsini biz işdə, kollektivdə keçiririk və ətrafında olan insanların səni anlayan olması çox vacibdir. Bu barədə də mənim
bəxtim gətirir. İşlədiyim kollektivim üçün edə bilərəcəklərimi maksimum dərəcədə, əlimdən gəldiyi və ya səlahiyyətim çatdığı
qədər etməyə çalışıram. Bunun öhdəsindən nə qədər uğurla gəlib-gəlmədiyim barədə isə mən yox, kollektivim deməlidir. Əlbəttə
ki, işçini ən çox həvəsləndirən maddiyyatdır, ancaq o hər zaman alınmır. Bizim kollektivdə maddiyyat heç vaxt əsas olmayıb,
münasibət və qarşılıqlı hörmət əsasdır!
Sizin xüsusi idarəetmə sirrləriniz varmı?
Mən kollektivimdə özümü “direktor” kimi deyil, komandanın bir üzvü kimi aparıram. Bu mənim xasiyyətimdir...
Çətin vəziyyətlərdə doğru qərar qəbul etməyə Sizə nə köməklik edir?
Hər bir vəziyyətdə əsasən uzun 25 illik təcrübəmin mənə yardımçı olduğunu düşünürəm.
Həyatda ən əsas nədir? Həyatın mənası nədədir?
Həyatım boyu bütün kirlərim, planlarım işimlə bağlı olub. Ancaq eyni zamanda mən ailəmə çox bağlı insanam. İşdə nə qədər
yorulsam da, gedib ailə üzvlərimi görəndə, onlarla söhbət edəndə, elə bil stress atıram, dincəlirəm. Ona görə düşünürəm ki,
sevdiyin işinin, normal kollektivinin və eyni zamanda da yaxınlarının sağlam olması, ətrafında olması, mehribançılığı həyatda ən
əsasdır.
ki qaldı həyatın mənasına – yaşamaq, yaratmaq və ən azından yaxşılıq etmək! Yaxşılıq edə bilmirsənsə, heç olmasa pislik etmə.
Lotereyada bir milyon qazansanız, onu necə xərcləyərsiniz?
İlk-öncə uşaq evinə və kimsəsizlər evinə, qocalar evinə yardım edərdim. Ancaq bundan sonra özümə xərcləməyi düşünərdim.
Birinci mütləq imkansızlara hansısa bir formada xeyriyyəçiliyə, sonra isə özümə xərcləyərdim. Yəqin ki bacımla səyahətə
gedərdim, dünyanın bütün şəhərlərini gəzərdim.
İlk pulunuzu necə qazanmısınız?
Hələ məktəbin son illərində olarkən axşam təhsili alacağım barədə qərar qəbul etmişdim. Çünki özüm-özümü təmin etmək,
ailəmdən asılı olmamaq istəyirdim. Məktəbi bitirən kimi evimizin yanında Bədii Suvenirlər Fabrikində işləməyə qərar verdim.
Ora həm evimizə yaxın idi, həm də nisbətən yüksək maaş verirdilər. Dedim, təkid etdim və nəhayət o fabrikə işə düzəldim. İlk
maaşım o dövr üçün, həm də məktəbi təzə bitirən bir gənc qız üçün az məbləğ deyildi. Maaşımdan özümə xırda cib xərcliyi
götürüb, qalanını anama verdim.
Sizcə bu gün bank sektorunda mövcud olan ən böyük problem hansıdır?
Hal-hazırda bütün bankların eyni problemi – devalvasiyanın “fəsadları”dır.
Demək olar ki, banklarımızın əksər hissəsi bu prosesin mən təsirini öz
üzərində hiss etdi və hal-hazırda da həmin fəsadların aradan qaldırılması
üzərində işlər görülür.
Risk nədir?
Əgər yaşayırsansa, işləyirsənsə, ən azı evdən bir yerə çixırsansa artıq risk
yaranır. Adi həyatda, hər hansı bir fəaliyyətində hansısa bir risk var. Amma əsas
odur o riski necə qarşılamağı, qarşısını almağı bacarasan. Bir riskdən digər riskə,
qarşısını alaraq, həll edərək həyatımıza davam edirik...
İxtisasınızı necə seçmisiniz?
Bir şeyi dəqiq bilirəm ki, hələ məktəbdə oxuyarkən bankda işləyəcəyimi
deyirdim, bundan nədənsə əmin idim. Heç özüm də bilmirəm bu əminlik nədən
irəli gəlirdi, çünki bizim evdə bankda işləyən yox idi. Hətta bir dəfə rəqələrimlə
Milli Bankın qabağından keçərkən “Tanış olun, bura mənim gələcək iş
yerimdir” deyə zarafat etdiyim yadıma gəlir. Elə də oldu. O vaxtlar birinci
kursdan sonra ixtisas üzrə işləmək tələb olunurdu və bəxtim gətirdi, Milli
Bankın tərkibində Valyuta Şöbəsinə işə düzəldim.
Bəxtiniz tez-tez gətirir?
Düşünürəm ki, bəli, çox vaxt bəxtim gətirib... Getdiyim, işlədiyim hər yerdə
mən gözəl mühitə düşmüşəm, gözəl kollektivə rast gəlmişəm – bu da yəqin ki,
bəxtimin gətirməsindəndir.
Amrahbank-ın aylıq məlumat bülleteni
07(07) iyul 2015
05
Pul nədir, bir məqsəd və ya bir vasitə?
Pulsuz yaşamaq mümkün deyil, amma pul həyatın mənası da deyil. Yaşamaq
üçün, ayaqda qalmaq üçün, sağlam olmaq üçün, hər bir şey üçün pul olmalıdır,
demək ki vacibdir. Ona görə pul məqsəd deyil, vasitədir! Arzularına çatmaq üçün
vasitədir!
Arzularına çatmaq üçün insana nə qədər pul lazımdır?
Düzünü desəm, bu barədə heç vaxt düşünməmişəm, buna görə də bir məbləğ
deyə bilməyəcəm. Kapital, investisiya, divident təbii ki yaxşı şeylərdir, ancaq
şəxsən mən daha çox hər zaman sağlam olub, enerjili olub, işləyib, qazanıb, öz
tələbatlarımı özüm ödəmək arzusu ilə yaşamışam. Asan pulu nə gözləməmişəm,
nə də heç sevməmişəm. Əziyyətlə qazandığım pul mənə daha dəyərli gəlir.
Hansı Bank servislərindən istifadə edirsiniz və nə üçün?
Depozit yerləşdirirəm, kommunal xidmətlərdən, plastik kart əməliyyatlarında
istifadə edirəm Etiraf edirəm ki, maaş kartımdan onlayn alış-veriş etmirəm. Risk
etmirəm! (gülümsəyir)
Xüsusilə fəxr etdiyiniz iş nailiyyətləriniz hansılardır?
Düzünü desəm mən özüm-özümlə heç vaxt fəxr etməmişəm, bu xasiyyətimdən
irəli gəlir. Həmişə özümdə nöqsan axtarıb, özümdən narazı olmuşam. İşimlə
bağlı çalışmışam, nailiyyətlərimiz olub, ancaq yenə də bu uğurları öz üzərimə
götürməmişəm, kollektivim adına sevinmişəm.
İnsanlarla ünsiyyətdə Sizin üçün nə vacibdir?
Səmimilik və düzlük. İndi nədənsə insanlarda bir sünilik var, olduqları kimi
görünmək istəmirlər. Mən belə deyərdim - Olduğun kimi görün, göründüyün
kimi ol!
Sizin təkmilləşməniz və inkişafınıza yardım edən xarakterinizin hansı
keyyyətləridir?
Hələ məktəb illərindən qarşıma hansısa bir məqsəd qoyurdum və heç bir
çətinliyə baxmayaraq həmin məqsədə çatmaq üçün çalışırdım. İşləyərkən də
yerimdə saymamağa, hər zaman inkişaf etməyə, yeni şeylər öyrənib, əldə
etməyə can atmışam və həmişə çalışqan olmuşam.
Nə oxumağa üstünlük verirsiniz: bədii ədəbiyyat və ya biznes kitab və
jurnallar, qəzetlər?
Məcburiyyətdən ancaq təlimatlar, qanunlar və sair (gülümsəyir)
Filmləri seyr edirsinizmi? Hansı janrı daha çox sevirsiniz?
Xoşbəxt sonluqu olan lmlərə baxıram ancaq. Sovet lmlərini və bizim
köhnə azərbaycan lmlərinə baxmağı sevirəm.
Hansı ölkələrin mətbəxini sevirsiniz? Ən sevdiyiniz yemək
hansıdır?
Azərbaycan mətbəxini sevirəm. Hətta deyərdim bu mövzuda
konservativ adamam, tanımadığım, bilmədiyim yeməyi dadmağa
belə ürək etmərəm. Uşaqlıqdan yemeyi məcbur yemişəm. Ən çox
sevdiyim yemək plovdur, borşdur, mövsümündə lobyanı
sevirəm. Quzu ətindən yaxşı kabab da yeyirəm.
Sevdiyiniz idman növü varmı? Pərəstiş etdiyiniz idman
komandası varmı? Özünüz bu idmanla məşğul
olursunuzmu?
Sevirəm, ancaq özüm heç vaxt məşqul olmamışam -
gimnastika, qurlu konkisürmə, idman rəqsləri.
Daimi getdiyiniz yerləriniz varmı, və ya müxtəlif yeni
yerləri kəşf etməyi xoşlayırsınız?
Daimi bir yerə getməyi sevmirəm. Rəqələrimlə
şəhərdə görüşəndə hər dəfə başqa-başqa, daha
fərqli, daha maraqlı yerlərə gedirik.
Harada və necə istirahət edirsiniz? Səyahət
etməkdən xoşunuz gəlirmi? Sevimli
şəhəriniz hansıdır?
Səyahət etməkdən çox xoşum gəlir.
İsveçrənin müxtəlif şəhərlərində, Fransa,
İtaliya, Sloveniya, Hollandiya, Türkiyə və s.
ölkələrdə artıq olmuşam. İmkan daxilində
başqa ölkələri də gəzmək istərdim.
İsveçrənin Luqana şəhəri çox gözəldir, çox
sevirəm bu şəhəri və doğrusu Parisi də
sevirəm.
Sizin krinizcə, “Uğur Formula”sının əsas
sirri nədir?
Ümumiyyətlə uğur əldə etmək üçün adamın
şansı da olmalıdır, ikincisi isə - çox çalışqan
olmaq, öz üzərində daim işləmək,
geriləməmək, inkişafa meyilli olmaq
lazımdır.
Və son olaraq, kollektivinizə nələri arzu
etmək və məsləhət görmək istərdiniz?
Kollektivimizə ancaq uğurlar, nailiyyətlər
arzu edirəm! İnşallah irəlidə olan, onluqda
olan bankların siyahısında olmağa nail olaq!
Amrahbank-ın aylıq məlumat bülleteni
07(07) iyul 2015
06
Amrahbank Futbol Klubu
Azərbaycanın çimərlik
futbol tarixində
bir ilkə imza
atdı!
Emin Kurdov
Elvin Quliyev
Elşad Quliyev
Zeynal Zeynalov
Renat Sultanov
Abdul Əliyev
Hikmət Bağırov
Ramil Əliyev
Vaqif Şirinbəyov
Rüfət Hüseynov
Asif Zeynalov
Sabir Allahquliyev
Amrahbank-ın aylıq məlumat bülleteni
07(07) iyul 2015
07
Euro Winners Cup 2015
Euro Winners Cup 2015
Catania 2-7 Giugno 2015
İ
ı
İtalyanın Katanya şəhərində Euro Winners Cup 2015 Avropa Çempionlar Liqası
yun ay nda
turniri keçirildi. Bildiyiniz kimi bu turniridə Amrahbank Fufbol Klubu Azərbaycanı təmsil edirdi.
FC AMRAHBANK çimərlik futbol komandası 28 komanda arasında yarışı yüksək 7-ci pillədə başa
vurdu və bu tək FC AMRAHBANK komandasının deyil, Azərbaycan futbolunun uğuru oldu!
Bu münasibətlə bütün futbol azarkeşlərini və Amrahbank kollektivini bütün üzvlərini təbrik
edirik, komandamıza isə gələcəkdə də uğurlar və daha yüksək zirvələri fəth etməyi arzu edirik!!
Yarışların ilk günündə Amrahbank Futbol Klubu Rusiyanın Lokomotiv
klubu ilə qarşılaşdı və oyun təəssüər olsun ki, “Lokomotiv”in qələbəsi
ilə başa çatdı. Yarışın ikinci günü futbolçularımız “Monpelye” Fransa
Futbol Klubuna 6-5 hesabı ilə qalib gələrək, yarışın ikinci mərhələsinə
çıxma iddiasını bir daha nümayiş etdirdilər. Qrupun son həlledici
oyununda Amrahbank Futbol Klubu böyük əzmkarlıq göstərərək
Rumıniyanın “Constanta” klubu üzərində 10-8 hesabı ilə inamlı qələbə
qazanaraq 1/8 nal mərhələsində iştirakını təmin etdi. Azərbaycanı
təmsil edən Amrahbank “pley-off” mərhələsində İspaniyanın “Bala
Azul” klubunu 9-5 hesabı ilə məğlub edərək, adını Avropanın 8 ən güclü
klubunun arasına yazmaqla, eyni zamanda turnirin 1/4 mərhələsinə
vəsiqə qazandı və Azərbaycanın çimərlik futbol tarixində bir ilkə imza
atdı.
1/4 nalda İtaliyanın “Kataniya” klubuna 2:3 hesabı ilə uduzan
klubumuz 5-6-cı yerlər uğrunda Portuqaliyanın “Braqa” komandası ilə
qarşılaşdı və görüş klubumuzun 3:4 hesablı məğlubiyyətilə başa çatdı.
“Amrahbank” Futbol Klubu turnirdəki son matçını 7-8-ci yerlər uğrunda
Polşanın "Lodz" klubuna qarşı oldu və 5-4 hesabı ilə qələbə qazanaraq 28
komanda arasında yarışı yüksək 7-ci pillədə başa vurdu.
Amrahbank-ın aylıq məlumat bülleteni
07(07) iyul 2015
08
BBVB
KUBOKU ÜZRƏ
TURNİRİN
ÇEMPİONU
OLDU!
Amrahbank
Hörmətli əməkdaşlar!
Bakı Banklararası Valyuta Birjasının (BBVB)
təşkilatçılığı ilə keçirilən mini futbol üzrə tirnirdə
iştirak etmək məqsədilə 2009-cu ildə Amrahbank
ASC-nin əməkdaşlarından “FC AMRAHBANK” adlı futbol
komandası yaradıldı. Elə həmin ildən qatıldığı ilk
turnirdə komandamız 3-cü yeri qazanmışdır. Daha sonra
2011-2014-cü illərdə FC AMRAHBANK hər zaman bürünc
və gümüş medallar qazanaraq mükafatşılar arasında yer
tutmuşdur.
11 iyun 2015-ci il tarixində, Abu-Arena
idman kompleksində Bakı Banklararası
Valyuta Birjasının (BBVB) təşkilatçılığı ilə
keçirilən “BAHAR KUBOKU” futsal üzrə
banklararası turnirinin nal mərhələsi başa çatdı.
Güclü oyun nümayiş etdirən “Amrahbank”ın
futbol komandası rəqibini 8:3 hesabı ilə məğlub
edərək çempion oldu. Çempion komandamızın
rəqibi isə Muganbank komandası idi.
Qeyd edək ki, turnir ərzində komandamız üstün
oyunu ilə seçilərək heç bir matçda məğlubiyyətə
uğramadan nal mərhələsinə qədər çatdı.
Amrahbank-ın aylıq məlumat bülleteni
07(07) iyul 2015
09
Turnir zamanı "Amrahbank"
komandasının kapitanı Rüfət
Hüseynov 21 qolla “Bombardir”,
komandanın qapıçısı Samir
Xubanov isə “Ən məharətli
qapıçı” elan edildilər və BBVB-nin
xüsusi hədiyyələri ilə təltif olundular.
Oyundan sonra çempion olmuş
“Amrahbank” futbol komandasına
turnir təşkilatçıları tərəndən Turnirin
birinciliyini təsdiq edən kubok təqdim
olundu. Təqdimetmə mərasimində həm
təşkilatçılar, həm də azarkeşlər çıxış edərək
k o m a n d a m ı z ı q a z a n d ı q l a r ı q ə l ə b ə
münasibətilə təbrik etdilər, onlara uğurlar
arzuladılar.
Qeyd edək ki, yarışda “Amrahbank”ın 200-dən
çox əməkdaşı komandamıza dəstək məqsədilə
azarkeşlik edirdi.
Çempion komandamıza gələcəkdə də daha
yüksək zirvələri fəth etməyi arzu edirik!
ATTESTASİYASI
Amrahbank-ın aylıq məlumat bülleteni
07(07) iyul 2015
10
Hörmətli Həmkarlar!
Ötən ay Müştəri Xidmətləri
Departamentinin
əməkdaşlarının attestasiyası
keçirildi.
İlk növbədə qeyd etmək lazımdır
ki, bu attestasiyanın sualları ötən
ildə olduğundan daha çətin idi və
buna görə də orta nəticə 56,17 kimi
qiymətləndirildi.
Attestasiyanın nəticələri ilə Sizi tanış
etmək istərdik. Belə ki,
Filiallar üzrə ilk yeri “MXD Baş Ofis”
qazandı. “Səbail”, “28 May” və, xüsusilə,
“Gəncə” filialları uğurlu nəticə ilə seçildi.
Filiallarımızı təbrik edirik!
Fərdi nəticələrə gəldikdə, ilk yeri 86 ballıq
nəticə göstərən Aynur Hüseynova (28 May
lialı) qazandı. Aynurun potensialı çox
inandırıcıdır və o, bu inamı bir daha doğrultdu!
Əhsən!
MXD
əməkdaşlarının
ATTESTASİYASI
MXD
13 iyun 2015
Aytac Nuriyeva (Lənkəran lialı) və Ülkər Yaqubzadə (Əməliyyat lialı) 84,50 balla ikinci yeri bölüşürlər. Qeyd edək ki, Aytac
keçən attestasiyanın qalibi idi və ilk üçlüyə düşməklə bu nəticənin təsadü olmadığını yenidən təsdiqlədi. Ülkər, gözəl nəticəyə
görə sizi təbrik edirik! Şadıq ki, bankımızda sizin kimi güclü əməkdaşlar çalışır!
Həmçinin sıralarımıza yeni qoşulmasına baxmayaraq, uğurlu 79,50 ballıq nəticə göstərən üçüncü yerin sahibi Lalə Əlizadəni
(MXD) təbrik edirik! Lalənin gələcəkdə daha yüksək nəticələrlə bizi sevindirəcəyinə inanırıq!
İlk beşliyi tamamlayan əməkdaşımız Leyla Hacıyeva (Səbail lialı) oldu! Afərin!
Vəfa Haqverdiyeva (MXD), Elnura Babayeva (MXD), Aysel Zeynalova (Səbail lialı), Nübar Əliyeva (Bakıxanov lialı), Pərvin
Aslanova (Binə lialı), afərin! İlk onluğa düşmək çox yaxşı göstəricidir!
Amrahbank-ın aylıq məlumat bülleteni
07(07) iyul 2015
11
Əlizadə Lalə Natiq qızı
- 23 aprel 1992-ci ildə Gəncə şəhərində dunyaya gəlib. Azərbaycan
Dövlət Neft Akademiyasının “İqtisadiyyat, Beynəlxalq iqtisadi münasibətlər və Menecment”
fakültəsini bitirib. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın
hüquqi tənzimlənməsi” ixtisası üzrə magistr təhsili alır. 2013 – 2014-cü illərdə “Connect”
MMC-də Məlumat operatoru vəzifəsində çalışıb. 05 fevral 2015-ci ildən “Amrahbank”-da
Fərdi müştərilərə xidmət bölməsinin kiçik mütəxəssisi vəzifəsində işə başlayıb.
“Amrahbank-da işə başlamağım təsadüfən alınsa da, ilk bank təcrübəmi
məhz bu bankda keçdiyim üçün çox sevinirəm. MXD mənim ikinci evim
kimidir. İnanıram ki, gələcəkdə də belə şəffaf iş şəraitində işləməklə
daha böyük nailiyyətlər əldə edə biləcəm.”
Nuriyeva Aytac Vahid qızı
- 08.07.1987-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-2008-ci
illər Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsi Riyaziyyat İnformatika ixtisasını bitirib.
Peşəsi müəllimlik olsada cəmi 1 il Araz Hazırlıq kursunda fərdi repetitor müəllim kimi çalışıb. İlk
bank işi təcrubəsi 2008-2012-ci illərdə Access Bank QSC-dən başlayıb. Növbəti iş yeri
Dəmirbank ASC olub. 20 may 2013-cü ildən “Amrahbank”-da Fərdi müştərilərə xidmət
bölməsinin kiçik mütəxəssisi vəzifəsində işə başlayıb.
“Buranı ən çox niyə sevdim soruşsanız ilk növbədə burda mən sıfırdan
başladım. İkinci növbədə isə burda işçiyə yanaşma tərzinin fərqli olduğunu
gördüm. Həm lial rəhbərliyim, həm də Departament rəhbərim tərəndən
həmişə qiymətləndirilmişəm və ən əsası dəstəklərini əsirgəməyiblər.
İşimdə uğurumun səbəbini soruşsanız isə - mən işimi, xüsusilə müştəri
xidmətini çox sevirəm və zövq alıram.”
Aynur Tərlan qızı Hüseynova – 1990-cı ildə Bakı şəhərində
anadan olub. 2011-ci ildə Bakı Dövlət Universitetinin “Tətbiqi
riyaziyyat və kibernetika” fakültəsini “İqtisadi kibernetika”
ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2015-ci ildə
Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin idarə edilməsi
və təşkili” fakültəsinin “Maliyyə” ixtisasını MBA programı üzrə
bitirərək magistr dərəcəsi alıb. 2013-2014-cü illərdə istehsalat
müəssisəsində mühasib vəzifəsində çalışıb. 1 may 2014-cü ildən
Amrahbankda Fərdi müştərilərə xidmət bölməsinin kiçik mütəxəssisi
vəzifəsində işə başlayıb.
“Karyeramı bank sektorunda qurmaq həvəsi məni Amrahbank-a
gətirən səbəblərdən biri olmuşdur. Məhz Amrahbank-ı seçməyim də
təsadü deyildir. Ətrafımdakı insanlardan, tanışlardan bu bankın
işçilərini müsabiqə ilə seçdiyini eşitmişdim. Seçim turlarından keçib işə
qəbul olunmağım seçimimdə yanılmadığımı bir daha təsdiqlədi.
Çalışdığım bankın sürətli inkişafı, ölkənin bank sektorunda imicinin
gündən-günə yüksəlməsi məni bir əməkdaş kimi çox sevindirir. Rəhbərlik
tərəndən işçilərə göstərilən xüsusi qayğı və diqqət, işçilərin bilik və
bacarıqlarının artırılması məqsədilə mütəmmadi təşkil olunan seminarlar,
həvəsləndirmə kampaniyaları bir işçi kimi məni çox qane edən
səbəblərdəndir.”
Ülkər Bəxtiyar qızı Yaqubzadə - 15.06.1990-cı ildə Bakı şəhərində anadan
olub. 2008-2012-ci illərdə Azərbaycan Dövlət iqtisad Universitetinin “Biznes
inzibatçılığı” fakültəsində təhsil alıb. 2012-ci ildə Amrahbank ASC-də nəzarət
şöbəsinin kiçik mütəxəssisi olaraq işə başlayıb. 2 fevral 2015-ci ildən etibarən
Fərdi müştərilərə xidmət bölməsinin mütəxəssisi vəzifəsində çalışır.
“Amrahbank-ı seçməyimin əsas səbəbi onun aktiv inkişafı, zamanla uğurlu
karyera qurmaq üçün böyük perspektivlərin olduğu bir təşkilat olmasıdır.
Məncə, uğur qazanmaq üçün işçinin ve kollektivin birgə səyi cox vacibdir.
Amrahbankda olan məhz bu komanda ruhu məni yüksək iş tempinə kökləyən
səbəbdir!”
İSTEHLAK
KREDİTLƏRİNİN
SATIŞI DEPARTAMENTİ
SƏBAİL lialı
Emin Əhmədzadə
MASALLI lialı
Nurlan Səfərov
Amrahbank-ın aylıq məlumat bülleteni
07(07) iyul 2015
12
Hörmətli həmkarlar!
Sizi
İYUN AYININ
LİDERLƏRİ ilə tanış etmək
istəyirik.
Ötən ayda “LİDER KUBOK”
sahibləri paytaxt üzrə SƏBAİL
filialı və region üzrə MASALLI
filialı oldular. Filialların
rəhbərliyini, İstehlak kreditləri
üzrə bölməsinin bütün
əməkdaşlarını bu münasibətlə
təbrik edirik, Bəxtiyar
Məmmədzadə (Səbail) və Abutalıb
Kamalova (Masallı) xüsusi
minnətdarlıq bildiririk.
Həmişəki kimi “LİDER
ƏMƏKDAŞ”larımız da seçildi. İyun ayında
bu fəxri ada Paytaxt üzrə Emin
Əhmədzadə (Yasamal filialı) və region
üzrə Nurlan Səfərov (Bərdə filialı) layiq
görüldülər.
Bütün liderlərimizi təbrik edirik, onlara daima
yüksək nəticələr əldə etməyi arzulayırıq.
Afərin, dostlar!!!
İstehlak kreditlərinin Satışı Departamenti üzrə İYUN ayı ərzində ümumi satış 2,274,279.56 AZN təşkil
etmişdir. Ümumilikdə 770 müştəriyə xidmət göstərilmişdir.
Departamentin satış göstəricilərinə daxildir:
“Nağd pul krediti” istiqamətində 1,376,022.11 AZN məbləğində 596 kredit, “Lizinq” istiqamətində
48,666.40 AZN məbləğində 48 kredit, “Exspress kredit” istiqamətində 487,274.75 AZN məbləğində
32 kredit, “Plastik kart krediti” istiqamətində 40,524.64 AZN məbləğində 9 kredit, “Depozit krediti”
istiqamətində 196,871.33 AZN məbləğində 46 kredit, “Əməkdaşlara nağd pul krediti”
istiqamətində 124,920.33 AZN məbləğində 39 kredit satışı həyata keçirilib.
Devalvasiyadan 5 ay keçməsinə baxmayaraq Departamentin portfelində ciddi problemlərin
olmaması ayrı-ayrılıqda departamentin hər bir əməkdaşın əməyinin bəhrəsidir!
Amrahbank-ın aylıq məlumat bülleteni
07(07) iyul 2015
13
MÜŞTƏRİ
XİDMƏTLƏRİ
DEPARTAMENTİ
Əmanət kampaniyasının başa çatmasına baxmayaraq, iyun ayında ziki şəxslərin
depozit portfelində təxminən 3,4 milyon manat, aktiv depozitlərin sayında isə 157
ədəd artım müşahidə olundu. İnsanların daha çox istirahətdə olduqları bir ayda
belə bir artımın əldə edilməsi əla nəticədir!
İyun ayında portfelini təxminən iki dəfə artırmağa müvəffəq olan Masallı lialı
adını liderlər sırasına yazdırmağa müvəffəq oldu. Belə bir nəticəni regionlarda
əldə etmək Bakı şəhərindən qat-qat çətindir və bu baxımdan lialın tutduğu
üçüncü yer daha da qiymətlidir.
Şəmkir lialı ötən ay ərzində Təcili Pul
Köçürmə Sistemləri üzrə 3403 sayda
2.360.194 AZN dövriyyə etdi ki, bu
rəqəmlər lial nəticəsi olaraq
Bankda rekord göstəricidir.
Şəhər lialları arasında yenə də Yasamal
lialı 600.000 AZN-dan çox dövriyyə və
1078 köçürmə ilə digər lialları geridə
qoydu.
Bütün liderlərimizi təbrik edir,
növbəti aylarda da uğurlu nəticələri
ilə seçilməyi arzulayırıq!
YASAMAL
lialı
ŞƏMKİR
lialı
MASALLI
lialı
Amrahbank-ın aylıq məlumat bülleteni
07(07) iyul 2015
14
Biznes Kreditlərin Satışı Departamenti
Bankın təsdiq olunmuş kredit siyasəti
əsasında biznes kreditləri üzrə keyyyətli
portfelin və kredit planlarının formalaşdırılması
və yerinə yetirilməsi, Bankımızın vahid kredit
sənədləşməsinin və daxili kredit qaydaların
yaradılması funksiyalarını daşıyır.
Biznes Kreditlərin Satışı Departamenti biznes kredit
portfeli və kredit bazarı araşdırmaları aparır və
Bankın İdarə Heyətinə hesabatlar təqdim edir.
Həmçinin, departamentin işçilərinin maddi və qeyri
maddi stimullaşdırılması üçün İdarə Heyətinə təkliər
təqdim edir.
Departament lialların biznes kreditləşməsi fəaliyyətinin
koordinasıyası, nəzarəti və nəticələrin ümumiləşdirilməsi,
kredit şöbələri arasında qarşılıqlı fəaliyyətin təşkil
edilməsini həyata keçirir, yerində yoxlamaların keçirilməsi
və işçilərin attestasiya olunması yolu ilə lialların kredit işini
təhlil edir.
Biznes
KREDİTLƏRİNİN
SATIŞI
DEPARTAMENTİ
Kamran Arif oğlu Sadıxov
Biznes Kreditlərinin Satışı
Departamentinin Direktoru
2,5 il fəaliyyət müddəti
ərzində Biznes Kreditlərinin
Satışı Departamenti xeyli
inkişaf edərək Bankın
Biznes kreditləri
portfelini xeyli artıraraq
4 MLN-dan 60MLN-dək
artırmışdır.
Amrahbankda biznes kreditlərin satışı 2012-ci ildən cəmi bir neçə lialda tətbiq edilmişdir, öncə “Yasamal” lialında, daha
sonra “Binəqədi” və “Həzi Aslanov” liallarında həyata keçirilirdi. 2013-cü ildən bankımız biznes kreditləri üzrə yeni satış
strategiyasına keçdi və biznes kreditlərinin satışının bankımızın bütün liallarında həyata keçirilməsi üçün təcrübəli
mütəxəssisləri və qrup rəhbərlərini işə cəlb etməyə başladı. 2013-cü ilin fevral ayında Biznes Kreditlərinin Satışı Departamenti
yaradılaraq fəaliyyətə başladı.
Amrahbank-ın aylıq məlumat bülleteni
07(07) iyul 2015
15
Təlim Şöbəsi
Samir Əliyev
Təlim Şöbəsinin
Aparıcı
mütəxəssisi
Satışa Dəstək və
Metodologiya
Şöbəsi
Bu şöbəsinin əsas iş prinsipi - satış,
portfel, gecikmə, par hesabatlarının
hazırlanması, bazar araşdırması və
bazarın mövcud vəziyyətinə uyğun
yeni Mikro biznes və KOB kredit
məhsulların hazırlanması, prosedur
qaydaların yazılması və metodoloji işlərin
təşkilindən ibarətdir.
Departamentin fəaliyyəti ilə bağlı olan
biznes kreditlərinin satışının və satışın
təşkilinə dəstək sahəsində Bankın siyasətinin,
bankdaxili təlimat, qayda və iş prosedurlarının
layihəsinin və bu normativ sənədlərin
təkmilləşdirilməsi ilə bağlı təkliərin işlənib
hazırlanması da bu əməkdaşlarımız tərəndən
həyata keçirilir.
Əhməd Azayev
Satışa Dəstək və Metodologiya
Şöbəsinin Rəhbəri
Biznes Kreditlərinin Satışı Departamentinin
Təlim Şöbəsi Bankın yeni təcrübəçi kredit
mütəxəssislərin öyrədilməsi üçün
seminarlar təşkil edir. Seminarlarda
departamentin yeni əməkdaşlarına
Mikro biznes və KOB kreditləşməsi
prossesi, kreditləşmə zamanı
müştərilərin biznesinin təhlili,
kreditləşmə zamanı tələb olunan sənədlərin hazırlanması və tərtibi qaydaları, kredit mütəxəssislərin əsas vəzifə öhdəliklərini
öyrədir.
Seminar ərzində öyrədilən materiallar, həmçinin təcrübəçi mütəxəssislərin bilik səviyyələrini müəyyən etmək üçün seminar
ərzində verilən ev tapşırıqları və yekunda keçirilən imtahan sualları Təlim Şöbəsi tərəndən hazırlanır.
Amrahbank-ın aylıq məlumat bülleteni
07(07) iyul 2015
16
Tərlan Sultanov
GİZLİ
İSTEDAD
Hörmətli həmkarlar!
Hər bir insanın özünəməxsus rəngli dünyası var. Demək
olar ki, hər bir döyünən ürəkdə bir istedad gizlənir, hər
insan bir rəssamdır. Bu yeni “Gizli istedadlarımız”
rubrikasının əsas məqsədi əməkdaşlarımız arasında
istedadlı gənclərin üzə çıxarılması, onların
həvəsləndirilməsi və kollektivimizə tanıdılmasıdır.
Gəlin “gizli İstedadlarımızın” rəngli və gizli
dünyasında nələrin gizləndiyini birgə anlamağa
çalışaq.
İlk aşkarlanan “istedadımız” Tərlan Sultanovdur.
Tərlan 16.02.1991-ci ildə Bakı şəhərində anadan
olub. Standartlaşdırma və sertikasiya ixtisası üzrə
Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur.
2013-cü ildən İnformasiya Texnologiyaları
Departamentinin Texniki avadanlıq
və kommunikasiya şöbəsinin Help
Desk mütəxəssisi kimi “Amrahbank”
kollektivinə qoşulub və qısa bir
zaman ərzində demək olar ki,
hamının sevimlisinə çevrilib.
Amrahbank-ın aylıq məlumat bülleteni
07(07) iyul 2015
17
“Məktəbdə oxuyarkən rəsmlə maraqlanmağa başlamışam.
Əlbəttə, ilk çəkdiyim şəkillər kağız üzərində olub, sonra yavaş-
yavaş sulu və yağlı boya ilə çəkməyə başladım. Əl işlərimin ilk və
əsas tənqidçisi hər zaman anam olub. Belə ki, elə hamısı xüsusi
sayılır anam üçün. Rəsmlərimlə evimizin divarlarını
bəzəyib, qonaq gələnlərə də həvəslə göstərir.
Daha sonra son məktəb illərində qəbula
hazırlıq başladı, Universitetə daxil
oldum, oxudum, işlədim və
rəssamlıq bir qədər arxa
planda qaldı.
İndi isə rəssamlıq mənim üçün
bir həvəsdir, ruh halımdan asılıdır.
Çoxlarından fərqli olaraq ruh
yüksəkliyini mənə sakitcilik,
təklik verir. Məhz o anlarda
çəkməyə həvəsim oyanır.
Gördüyümü təsvir etməyə
çalışırdım. Mənzərəni həm
rəsm tərzi kimi, həm
ümumiyyətlə çox
bəyənirəm və bu
mövzuda da
çəkirəm.”
“Çəkməyə başlayandan Xətai İncəsənət
Mərkəzini kəşf etdim özüm üçün. Ordakı
şəkillər adamda maraq oyadir, əsasən də
yeni başlayan biri üçün. Diqqətlə baxdıqda
kistlərin izlərinə, dəqiqliyinə, çəkilmə
üslubuna diqqet yetirirsen, hansı istiqamətə
hərəkət etdirilib cizgilər və sair. Diqqətlə kir
versən həm oyrənirsən həm də
həvəslənirsən və özündə tətbiq etməyə
çalışırsan. Hər şəkil bir aləmdir...”
pul köçür, Bakcelldən 20 dəqiqəlik bonus kartı hədiyyə al!
20
dünyanın istənilən ölkəsinə
Amrahbank-ın aylıq məlumat bülleteni
07(07) iyul 2015
18
Amrahbankın
ən aktiv və aparıcı
departamentlərindən
biri olan Müştəri
Xidmətləri
Departamenti ötən ay
növbəti dəfə müştərilərini
sevindirdi. Belə ki, 01-30
iyun tarixlərində
“AMRAHBANKDA KÖÇÜRMƏ
ET, PULSUZ ÜNSİYYƏT
QAZAN!” şüarı altında Təcili Pul
Köçürmə Sistemləri üzrə
kampaniya keçirildi. Kampaniya
çərçivəsində, istənilən pul
köçürmə sistemi üzrə, istənilən
məbləğdə alınma və ya göndərmə
əməliyyatı edən müştərilərə hər
köçürməyə görə Bankın partnyoru
olan Bakcelldən 20 dəqiqəlik bonus
kartı hədiyyə verildi.
“Amrahbankda köçürmə et,
pulsuz ünsiyyət qazan!”
Kampaniya mükəmməl nəticələrlə başa çatdı. Belə ki, iyun ayı
ərzində Bankda rekord həddə 11,299,458.07 AZN dövriyyə ilə
17924 sayda Təcili Pul Köçürmə əməliyyatı aparıldı.
Əldə edilmiş uğurlu nəticəyə görə lialların rəhbərliyini,
əməkdaşlarını təbrik edir və güclü komanda ruhu ilə daha
yüksək rekordlara imza atmağı arzulayırıq!
Bu gün Amrahbank müştərilərinə “Western Union”,
“Золотая Корона”, “Contact”, “Caspian Money
Transfer”, “Monex” kimi sistemlər vasitəsilə ilə həm
yerli, həm də beynəlxalq pul köçürmə xidmətlərini
təklif edir.
Sizə açıq və aydın bank!
Document Outline - Page 1
- Page 2
- Page 3
- Page 4
- Page 5
- Page 6
- Page 7
- Page 8
- Page 9
- Page 10
- Page 11
- Page 12
- Page 13
- Page 14
- Page 15
- Page 16
- Page 17
- Page 18
- Page 19
- Page 20
Dostları ilə paylaş: |