28
“Bunların hamısı... özlərinin yer üzündə yad və qərib olduqlarını
təsdiq etdilər. Axı belə sözləri deyənlər bir vətən axtardıqlarını
göstərirlər. Əgər onlar çıxdıqları ölkə barəsində düşünsəydilər,
qayıtmağa imkanları olardı. Amma əslində onlar daha yaxşı bir
ölkəni, yəni səmavi vətəni arzu edirdilər. Buna görə Allah Özünü
onların Allahı adlandırmaqdan utanmır, çünki O onlar üçün
şəhər hazırlamışdır”
[83]
.
Ey iman yolu ilə gedənlər, cəsur olun! Bu
dünyada əziyyət çəkirsiniz, insanlar sizi başa düşmür, rədd edir,
söyür, gülürlər, siz isə daha yaxşı bir ölkəni arzu edirsiniz. Allahdan
utanmayın, imanla danışın, şəhadət edin! O da sizdən utanmayacaq,
sizin haqqınızda “Mən onun Allahıyam” deyəcək. Arxayın olun!
Rəbb sizə dünyəvi insanların yuxusunda belə görmədiyi şəhər
hazırlamışdır!
Lazım olsa evinizi, şəhərinizi, ölkənizi tərk etməyə hazır olun.
Dua edin, Allahın məsləhətini öyrənin. Ehtimal var ki, Allah sizi
harasa getməyə, Müjdəsini başqa yerlərdə yaymağa çağırar. İman
adamının çamadanı həmişə hazırdır!
İbrahim “hara getdiyini bilməyərək” yola çıxdı. Allaha yaxınlaşan
insan çox vaxt hara getdiyini bilmir, ancaq Rəbbə inanır və Rəbbin
göstərdiyi yerə addımbaaddım irəliləyir.
Hər kəs əmin-amanlıq arzulayır. Öz gələcəyini planlaşdırmaq,
büdcəsini hazırlamaq, təmin olunmuş həyat sürmək arzusu
hamımıza tanışdır. Lakin adamın təminatı olanda Rəbbə ehtiyacı
qalmır. O, bank hesabına, iş yerinə, planlarına və s. ümid bağlayır.
Allah isə bizimlə inam və sədaqət münasibəti qurmaq istəyir. O bizi
bilərəkdən elə vəziyyətlərə salır ki, biz Ondan yapışaq, sədaqətinə
inanaq, Ona ümid bağlayaq. Biz hara getdiyimizi bilməyərək İsa
Məsihin ardınca getməyə məcbur oluruq. Allah sadiqdir. Allaha
ümid bağlamaq olar. Elə buna görə İbrahimin həyat yoldaşı Sara
qocalığında İshaqı dünyaya gətirməyə qadir oldu. “Sara özü sonsuz
və yaşı ötmüş olduğu halda iman vasitəsilə nəsil yaratmaq üçün
güc aldı, çünki vəd Edəni sadiq saydı”
[84]
. İmanın
sirrini açan
[83]
İbranilərə 11:13–16
[84]
İbranilərə 11:11
29
“açar” bu sözlərdə tapılır: vəd Edəni sadiq saymaq. Allahı sadiq
sayanlar, ilahi vədlərinə ümid bağlayan möminlər mütləq ehtişamını
görürlər. Allahın sədaqətindən, vədlərini yerinə yetirəcəyindən şübhə
edənlər isə imanla yaşaya bilmirlər və Allahın ehtişamını görmürlər.
“Musa doğulanda anası və atası iman vasitəsilə onu üç ay
gizlətdilər. Çünki onlar uşağın gözəl olduğunu görüb padşahın
fərmanından qorxmadılar. Musa böyüyəndən sonra firon qızının
oğlu adlanmaqdan iman vasitəsilə imtina etdi. Günahdan
müvəqqəti zövq almaqdansa Allahın xalqı ilə birlikdə əzab
çəkməyi üstün tutdu. Məsih naminə çəkdiyi təhqiri Misir
xəzinələrindən daha böyük var-dövlət saydı, çünki alacağı
mükafata gözünü dikmişdi. İman vasitəsilə padşahın qəzəbindən
qorxmayıb Misirdən çıxdı, çünki o, gözə Görünməyəni sanki
görmüş kimi möhkəm dayandı. İman vasitəsilə Musa Pasxa
qurbanının kəsilməsini və onun qanının çilənməsini həyata
keçirtdi ki, ilk doğulanları öldürən məhvedici mələk İsraillilərə
toxunmasın. İman vasitəsilə İsraillilər Qırmızı dənizdən qurudan
keçən kimi keçdilər. Misirlilər də bunu etməyə cəhd etdilər, amma
boğuldular”
[85]
. Musa qorxmadı; Musa müvəqqəti zövq almaqdan
imtina etdi; Musa möhkəm dayanıb böyük möcüzələr gördü.
Niyə? Çünki “alacağı mükafata gözünü dikmişdi”. Çünki “gözə
Görünməyəni sanki görmüş kimi” idi! Allahı razı salan iman budur.
Əziz bacı-qardaşlar, ürəyinizi yoxlayın: siz bizi yaradan gözəl Şəxsə
zövq verməyi arzu etmisinizmi? “Ya Rəbb, Səni çox sevirəm və razı
salmaq istəyirəm” — deyə dua etmisinizmi? İncildən sizə aydın
cavab verilir. Musa kimi saf ürəklə Allaha iman edin. Alacağınız
mükafata gözünüzü dikərək bütün qorxulara qalib gəlin. Əziyyətdən
qorxmayın, səlahiyyətli adamların qəzəbindən qorxmayın, Allahın
dediyini cəsarətlə yerinə yetirin. Ona imanla yaxınlaşın. Gözünüzlə
görmədiyiniz həqiqətlərə əmin olun. İnanın ki, izzətli Yaradan Özü
sizə yaxınlaşır. Onu görmədiyiniz halda Ona imanla yaxınlaşın, sanki
Onu öz gözünüzlə görürsünüz. Onda siz iman qəhrəmanı olacaqsınız
və Rəbbin izzətini, inanılmaz möcüzələrini mütləq görəcəksiniz.
[85]
İbranilərə 11:23–29
30
“İman vasitəsilə İsraillilər yeddi gün Yerixonun ətrafında
gəzdikdən sonra onun divarları yıxıldı. İman vasitəsilə fahişə
Raxav casusları dostcasına qarşıladığı üçün itaətli olmayanlarla
birgə həlak olmadı”
[86]
. Tövratda Yeşua kitabının 6-cı fəslində
iki İsrailli casusun gizlicə Yerixo şəhərinə gələndə Raxav adında
bir fahişənin evində qaldığını oxuyuruq. Sonra Yerixo padşahına
İsrail xalqının casuslarının gəldikləri xəbər verildi və o, Raxavdan
həmin adamları çıxartmağı tələb etdi. Əvvəllər özünü pula satan
Raxav bu vaxt ona bir quruş pul verməyən casusları gizlətmişdi
və padşahdan belə qorxmamışdı. Çünki ürəyində iman yaranmışdı.
Raxav israilli casusları buraxmazdan əvvəl onlara belə dedi: “Mən
bilirəm ki, Rəbb bu torpağı sizə verib. Siz bizi dəhşətə saldınız və
bu torpağın bütün sakinləri sizin qarşınızda əsir. Çünki Misirdən
çıxdığınız zaman Rəbb Qırmızı dənizin sularını qarşınızda
necə qurutduğunu ...eşitmişik. Biz bunları eşidəndə ürəyimiz
qorxuya düşdü və vahimənizdən heç kimin taqəti qalmadı; çünki
Allahınız Rəbb yuxarıda göyün və aşağıda yerin Allahıdır...”
[87]
Bundan sonra Raxav israillilərdən ona xeyirxahlıq etməyi xahiş etdi.
6-cı fəsildə israillilərin Yerixo şəhərini ələ keçirdiyini və Raxavla
ailəsindən başqa bütün xalqı məhv etdiklərini oxuyuruq.
Bütün Yerixo əhalisi israillilərin Allahı haqqında eşitmiş və qorxuya
düşmüşdü. Lakin Raxavdan başqa heç kimin Allaha imanı olmadı.
Heç kim İsraillilərin Allahı qarşısında diz çöküb günahlarından tövbə
edərək İsrail xalqına təslim olmaq istəmədi. Bir yandan Raxavın
hərəkətini xəyanət hesab etmək olar. Ancaq onun öz millətinə qarşı
işləyən casusları qəbul etməsi şərəfsizliyindən deyil idi. Əksinə, bu
qadın bütün millətləri yaradan Rəbbi öz millətindən üstün saydı və
Ona sadiq qalmaq istədi. Öz xalqını, millətini sevən, onun yolunda
canını verməyə hazır olan adam tərifə layiqdir. Lakin millətin öz
yeri var, Allahın da Öz yeri. Millət insandır. İnsana pərəstiş etmək
isə günahdır. Əgər xalqınızla Yaradanınız arasında seçməli olsanız,
Rəbbə iman etdiyiniz üçün millətinizə qarşı durmalı olsanız, nə
[86]
İbranilərə 11:30–31
[87]
Yeşua 2:9–11