Afaq Yusifli İshaqlı
2
Elmi redaktor: Əlyar Səfərli
AMEA-nın
müxbir üzvü
Rəyçi: Nəzakət Əliyeva
filologiya üzrə fəlsəfə doktoru
Afaq Yusifli İshaqlı.
Mirzə Fətəli Axundzadə irsinin orta məktəbdə tədrisi.
Bakı, Nurlan 2012. 58 səh.
Китабда Мирзя Фятяли Ахундзадянин орта мяктябдя
кечилян ясярляринин тядриси мясяляляриндян сющбят ачылыр. Мцяллиф
орта мяктяб програмы ясасында Ахундзадянин щяйат вя
йарадыъылыьынын неъя тядрис олунмалы олдуьуну шярщ едир.
Afaq Yusifli, 2012
Afaq Yusifli İshaqlı
6
I HİSSƏ
Bədii yaradıcılığı yaşadığı dövrün ədəbi hadisəsinə
çevrilən, əsərləri ilə zamanını və mühitini səciyyələndirən,
ədəbi
məktəb
yaradan
sənətkarlar
sırasında
M.F.Axundzadə xüsusi yer tutur. Tədqiqatçılar haqlı
olaraq XIX əsri “Axundzadə əsri” adlandırırlar. (2.119)
Təbiidir ki, M.F.Axundzadənin yaradıcılığında
təmsil olunan dövrü və mühiti aydın təsəvvür etmədən
böyük mütəfəkkirin əsərlərinin ideya-bədii əhəmiyyətini
müəyyənləşdirmək çətindir. Böyük yazıçı demək olar ki,
bütün əsərlərinin mövzusunu real həyatdan götürmüş,
əsərlərində yeni siyasi və ictimai-iqtisadi münasibətlərə
uyğunlaşan
Azərbaycan
cəmiyyətinin
mənzərəsini
yaratmışdır. Əgər onun ilk komediyası mövzuca
“Zəmanədən şikayət” əsəri ilə səsləşirsə, bu təsadüfi deyil.
Yazıçı qaranlıq mühitdə əziyyət çəkən, nadanlar
əhatəsində olan Hacı Nurunun simasında sanki öz
avtoportretini yaradır. Komediyalarının əksəriyyətində
gənclər yaşadıqları – gah “qamışlığa”, gah “bataqlığa”
oxşatdıqları mühitdən qaçmağa çalışırlar. Əgər Şahbaz
bəy xarici dil öyrənib mənsəb sahibi olmaq istəyirsə,
Heydər bəy öz vəziyyəti ilə əlaqədar “suallar verir”, çıxış
yolu axtarır, yaşadığı zəmanənin təsiri ilə adi bir
qaçaqmalçıya çevrilir. Teymur ağa zamanın axınına tabe
olur, Bayraməli dastan qəhrəmanları kimi fənd işlədərək
rəqibini aradan götürməyə çalışır. Bu gəncləri əhatə edən
mühit nə üçün qaranlıq idi, onlar hansı qanunlara
uyğunlaşmaq məcburiyyətində idilər? Məlum və məşhur