Afaq Yusifli İshaqlı
22
Sona xanım Heydər bəyə getdikdən sonra, onun
ixtiyarını əlinə alır, onun "yaman" işlər dalınca getməsinə
mane olur. Heydər bəy qaçaq mal alveri üstündə
tutulduğu zaman Sona xanım naçalniklə: "Mən dilimdən
kağız verirəm ki, bundan sonra Heydər bəyi heç bir
yaman işə qoymayam", – deyə onun düşünülməmiş
hərəkətlərinin qabağını almağa qəti söz verir. İnanırıq ki,
dəbdəbəli həyat arzusu olmayan, hadisələrə real
yanaşmağı bacaran Sona xanım Heydər bəyin mənəvi
təkamülündə xüsusi rol oynayacaq.
Tükəz surəti ilə biz birinci və sonuncu məclisdə
qarşılaşırıq. Əvvəlcə Tükəz bir ifşaçı kimi hərəkət edir, o,
ərinin ailəyə vicdansız münasibətindən o qədər incimiş və
təngə gəlmişdir ki, onun ölümünü belə arzulayır. Lakin
bu, arzudan çox Hacı Qaranı qorxutmaq üsulu kimi
qəbul edilir. Çünki Hacı Qaranın bəylərlə qaçaqmalçılığa
getməyini başa düşən Tükəz dərhal heyfsilənməyə, onun
dərdini çəkməyə başlayır. Heydər bəylə gedən, lakin
vaxtında geri dönməyən Hacı Qara üçün həyəcan təbilini
yenə də Tükəz çalır. Naçalnikin qabağında cavab verməli
olan Hacı Qaranı yenə də Tükəz xilas edir, naçalnik onu
zaminə verir. Beləliklə, ərinə ölüm arzulayan Tükəz
əslində onun əziyyət çəkməsinə belə razı deyil.
Ümumiyyətlə, hər iki qadın surəti müsbət planda işlənmiş
və əsərin ideyasının tam şəkildə açılmasına xidmət
etmişdir.
***
M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi
23
II HİSSƏ
"Ümumtəhsil məktəblərinin 5-11-ci sinifləri üçün
ədəbiyyatdan proqram materiallarının planlaşdırılması"
adlı metodik tövsiyədə göstərilmişdir ki, proqramın "A"
variantına əsasən M.F.Axundazə irsinin tədrisinə 10-cu
sinifdə 8 saat vaxt ayrılmışdır. Ayrılmış saatlardan 3 saat
"Hekayəti–müsyö Jordan həkimi–nəbatat və dərviş
Məstəli şah caduküni–məşhur" komediyasının tədrisinə
verilmişdir. Verilmiş saatların aşağıdakı kimi bölünməsi
tövsiyə olunur:
1. "Hekayəti–müsyö Jordan və dərviş Məstəli şah"
komediyasının məzmunu üzərində iş: 1 saat.
2. Komediyanın konflikti və onun həlli problemi:
1 saat.
3. Əsərin təhlili: müsyö Jordan, Hatəmxan ağa,
ailəsi, kişi və qadın surətləri. Şahbaz bəy və onun həyata
baxışı.
I dərsdə əsərin oxusuna başlamazdan əvvəl əsər
haqqında tanışlıq xarakteri daşıyan məlumat verilməlidir.
Bu zaman şagirdlərin yaş səviyyəsini nəzərə alaraq
müəyyən mənbələrdən istifadə etmək olar. "Azərbaycan
ədəbiyyatı tarixi" dərsliyində oxuyuruq: "Komediyalar
tarixində orijinal mövzusu ilə seçilən bu əsərində
Axundzadə XIX əsrin ortalarında Azərbaycan cəmiyyəti
üçün tipik olan iki meyli üz-üzə gətirmiş, ictimai konflikt
kimi əsərin mərkəzinə qoymuşdur. Həmin meyllərdən
birincisi, ata-baba qayda-qanunları ilə yaşamaq, mövcud
vəziyyətə qane olmaq, mübarizəsiz, durğun, süst həyat
sürməkdir.
Həyatın
bu
şəkli
feodal-patriarxal
Afaq Yusifli İshaqlı
24
münasibətlərin tələbi idi ki, dramaturq onu obrazlı olaraq
qamışlıq adlandırır.
Meyllərdən ikincisi, görüb-götürmək, mərifət əldə
etmək, başqa millətlərin həyatını öyrənmək, onların
mədəni tərəqqisi ilə tanış olmaqdır. Həyatın bu şəkli
ümumi inkişaf və tərəqqi yolunun, bəşəriyyətin yaratmış
olduğu mədəni irslə tanışlıq və ona yiyələnmək yolunun
tələbi idi; feodal qapalılığından qurtarmaq meyli idi…"
Müəllifin dramaturji məharəti ondan ibarətdir ki,
o, mahiyyət etibarilə bədii əsər üçün nisbətən mücərrəd
olan baş mübarizə xəttini qısqanclıq və başqa həyat-ailə
münasibətlərilə reallaşdırmışdır. Başqa sözlə, ölkə üçün
ümumi xarakter daşıyan mübarizəni fərdiləşdirmiş, fərdi
xasiyyət daşıyan mübarizəni isə ümumiləşdirmişdir.
"Müsyö
Jordan
və
dərviş
Məstəli
şah"
komediyasının I məclisi bütövlükdə ekspozisiyanı təşkil
etdiyindən əsərdə baş verən hadisələr və surətlərlə
tanışlığı təmin edən ekspressiv dialoqlarla zəngin
olduğundan rollar üzrə oxusu daha faydalıdır. Buna görə
müəllim ifadəli oxu qabiliyyətinə malik olan şagirdlər
arasında rolları bölüşdürür, pyesin I və II məclislərini
rollar üzrə oxudur. Sonra müəllimin tapşırığı ilə şagirdlər
mətnin məzmununa aid plan tərtib edirlər:
I məclisin planı:
1. Əhvalatın baş vermə məkanı və zamanı.
2. Gülçöhrənin ağlayan Şərəfnisəni sorğu-suala
tutması.
3. Şərəfnisənin bacısına sərt cavabı.
4. Gülçöhrənin Şəhrəbanuya şikayət etməsi.
5. Şəhrəbanunun Şərəfnisə ilə söhbəti.
6. Şəhrəbanunun Şahbaz bəyin Parisə getmək
arzusundan xəbər tutması.
M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi
25
7. Şahbazın çağırılması və Şəhrəbanunun onunla
ciddi söhbət etməsi.
8. Şərəfnisənin Şahbaz bəyin Parisə getməsi səbəb-
lərindən danışarkən Şəhrəbanu bu səbəbləri Hatəmxana
demək səviyyəsində əhəmiyyətli saymır.
9. Şəhrəbanu tək qalanda müsyö Jordana etdiyi
yaxşılıqların boşa çıxmasından şikayətlənməsi.
10. Şəhrəbanunun Hatəmxan ağadan Şahbazla
ciddi söhbət etməyi tələb etməsi.
II məclisin planı:
1. İkinci məclisin başlanğıcında hadisənin baş
verdiyi məkanı təsvir edən geniş remarka.
2. Müsyö Jordan Şahbazı aparmaq istəməsinin
səbəblərini açıqlayır.
3. Şahbaz bəy əmisinə izahat verir.
4. Hatəmxan ağa Paris və parislilər haqqında
təsəvvürlərindən danışır.
5. Müsyö Jordan Qarabağ vilayətinin bitki aləmi
haqqında uzun-uzadı bir nitq söyləyir.
6. Müsyö Jordan Şahbaz bəyin Parisə gedəcəyi
təqdirdə alacağı bəxşişlərdən danışır.
7. Hatəmxan ağa yumşalıb Şahbaza icazə verir.
8. Şəhrəbanu xanım çığıraraq Şahbazı getməyə
qoymayacağını söyləyir.
Beləliklə, müəllim həm məzmun üzərində iş aparır,
həm də əsərin gələcək təhlilinə zəmin hazırlayır. Belə
əlaqəli iş nəticəsində müəllim pyesin xəttini təşkil edən
bütün hadisə və epizodların köhnə qaydalarla yeni
meyllərin mübarizəsi fonunda cərəyan etdiyini şagirdlərə
aydınlaşdırır.
Müəllim əsərin bütövlükdə məzmununu öyrənməyi
və aşağıdakı suallara cavab hazırlamağı tapşırır:
Dostları ilə paylaş: |