yasını fransız dilinə tərcümə edib, 1886-cı ildə "Aznatik"
jurnalında nəşr etdirmişdir. B.Meynar müqəddimədə
M.F. Axundovun komediyalarından bəhs edərək yazmışdır
ki, "Azərbaycan-türk dialektində yazılmış bu pyeslərin
orijinalını çap etməklə mən istəyirəm ki, bu əsərlər
haqqında filoloqlar öz biliklərini söyləsinlər. Mənə belə
gəlir ki, mənim təşəbbüsüm bu dilin türk osmanlı dilindən
fərqli olmasına, həmçinin Tiflis çapının Avropada
həddindən artıq nadir hadisə hesab edilməsinə görə
təqdirə layiqdir...". O, canlı Azərbaycan-türk dilini öy
rənmək üçün M.F.Axundovun əsərini yaxşı vəsait kimi
məsləhət görmüşdür.
Buraya kimi deyilənlərdən aydın olur ki, Altay dilləri
ailəsində Azərbaycan-türk dilinin xüsusi mövqeyə malik
olması, onun tarixi inkişaf qanunları ilə üzvi surətdə
yaxından bağlılığı və geniş şəkildə işləkliyi ilə şərtlən
mişdir.
Bir sözlə, bir müdrik demişkən:
" Ə zəli ə z ə ld ir d ilim izin ,
G ə lişi g ö z ə ld ir d ilim izin !
84
"Mənəvi körpüləri sağlam tntarak.
D il bir körpüdür. İnanc bir körpüdü.
Tarix bir körpüdür. K öklərim izə
enməli və olaylarm olduğu tarixi
mizin içində bütünləşməliyiz".
M.K. Atatürk.
6 .
I
T Ü R K O L O J İ Q U R U L T A Y VƏ
TÜ R K D İLLƏ R İN İN M Ü ASİR PR O B LE M LƏ R İ
Türk dillərinin müasir problemləri dedikdə, hər şeydən
əvvəl, müasir türk dillərinin xüsusi fonetikasının, lüğət
tərkibinin, scmasiologiyasmm, frazeologiyasımn, onoma-
logiyasınm morfologiyasının, sintaksisinin, həmçinin, üs-
lubi xüsusiyyətlərinin, orfoepiya vo orfoqrafıyasmın, həm
təsviri, həm də tarixi-müqayisəli metodla ümumi türkoloji
aspektdə hərtərəfli araşdırılması və təhsil müəssisələrin
də öyrənilməsi nəzərdə tutulur. Əlbəttə, dillərin tarixinin
öyrənilməsini həmin dillərin daşıyıcıları olan xalqın tarixi
ilə bağlı halda araşdırılması daha obyektiv vo daha mö
təbər nəticələr çıxarmağa geniş imkan verir. Bu mənada,
türk xalqlarının tarixi inkişaf yoluna nəzər salmaq çox
mühüm elmi əhəmiyyət kəsb edir... Çünki xalqın tarixi
dilin tarixi deməkdir. Başqa sözlə desək, xalqın tarixi dilin
tarixini, dilin tarixi xalqın tarixini daha obyektiv halda
araşdırılmasına yaşıl işıq salır. Bu mənada, xalqın tarixi ilə
dilin tarixi paralel şəkildə bir-birini tamamlayır...
85
Burada yeri gəlmişkən bir neçə tarixi faktı da xatırla
maq yerinə düşərdi. VI əsrin sonlarına yaxın güclü, qüd
rətli Türk imperiyası Bumm xaqan və İstemi xaqanın ha
kimiyyətindən sonra "xalqla dövlət bir-birinə qarşı dur
muş, türk xalqının el birliyi pozulmuş, Türklər Çinin əsa
rəti altına düşmüşlər". Elə bundan sonra türklər fasilələrlə
tarixin m üəyyən mərhələlərində yadellilərə qarşı qanlı
döyüşlərə girməli olmuş, xalqının və torpaqlarının bütöv
lüyünü qəhrəmanlıqla qorumuşlar. Lakin tale bəzən onla
rın üzünə "gülməmişdir". Beləliklə də, türklər əlli il Çin
əsarəti altında olmuş və "Olum, ya ölüm" durumu qarşı
sında qalmışlar...
582-ci ildə Göy türklər iki yerə parçalanır. Çin xaqanı
türklərin iki yerə bölünməsindən, zəifləməsindən istifadə
edərək türklərin başçısı Şetu xaqana bir məktub göndərir
və həmin məktubda vəd verir ki, Türklərin yenidən qüd
rətli xaqan olması üçün hər cür yardım edəcəkdir. Sonra
isə bu kömək üçün özünün şərtini bildirir. Çin xaqanının
irəli sürdüyü şərtlərə görə, türklər mənəvi keyfiyyətlərini
- dillərini, adət-ənənələrini dəyişdirməli, Çin mədəniyyə
tini tanımalıdır...
Türklərin başçısı, qorxmaz və tədbirli Şetu xaqan Çin
xaqanının yazdığı məktubuna və irəli sürdüyü alçaldıcı
şərtlərinə çox ciddi cavab verir:
"Sizə hər il vergi göndərəcək, bütün vaxtımı sizə sərf
edəcək, sözünüzü dinləyəcəm. Ancaq paltarlarımızın
ətəklərini kəsm əyə, çiyinlərimizdə dalğalanan saçlarımızı
ləğv etməyə, dilimizi dəyişdirməyə və sizin qanunlarınızı
86
mənimsəməyə gəlincə, bizim ənənələrimiz çox uzaq
keçmişlərdən gəlir ki. mən özüm də indiyə qədər bun
lardan tək bircəsini belə dəyişdirməyə cəsarət etmə
mişəm. Çünki bütövlükdə türk xalqı eyni qəlbə malikdir"
("Yağmur", Türkiyə - Erzurum, 1977, sayı 2).
Şetu xaqanın bu kiçik cavab məktubunda Çin xaqanma
türklərin bir neçə minillik tarixi və milli mənəvi dəyərləri
ümumi şəkildə xatırladılmışdır. Bunlar təxminən aşağı
dakılardan ibarət olmalıdır:
Birincisi, türklərin milli sərvəti olan ana dilinin - türk
dilinin qədimliyini, zənginliyini və geniş bir ərazidə ya
yıldığını, hətta, qonşu xalqların, o cümlədən də Çin dilinə
güclü təsir etdiyini xatırlatmışdır.
İkincisi, türk xalqlarının qədimliyini, ilk dövlət qurum
ları yaratmalarını, dövlətçilik ənənələrini, bütövlüyünü,
hərbçiliyini, qədim və keşməkeşli tarixə malik olmasını
xatırlatmışdır.
Üçüncüsü, türklərin qədim və zəngin mənəvi m ədə
niyyətə, adət-ənənələrə malik olmasını, hətta, digər
xalqların da, o cümlədən çinlilərin do türklərdən m ədə
niyyət öyrənmələrini xatırlatmışdır.
Dördüncüsü, türklər Çin xaqanının irəli sürdüyü bu al
çaldıcı şərtləri heç bir vəchlə qəbul etməyəcəklərini aydın
şəkildə qeyd etmiş, həm də türklərin qədim şərəfli tarixini
xatırlatmaqla taleyin onların üzünə yenidən güləcəyini də
xatırlatmışdır. Və beləliklə də, Çin mədəniyyətinin türk
lər arasında tanınmayacağını bildirmişdir.
87
Dostları ilə paylaş: |