A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə17/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   13   14   15   16   17   18   19   20   ...   64

Tarixi  sənədlərin  verdiyi  məlumatlara  görə,  XI-XV 
əsrlərdə  Azərbaycan-türk  xalq  dili  yerli  etnik  qruplar  və 
türklərlə  yaxından  əlaqədar  olan  digər  xalqlar  arasında 
"xalqlararası  ünsiyyət vasitəsi"  kimi  istifadə  olunur.  Şüb­
həsiz ki, bu da Azərbaycan-türk dilinin təsir dairəsinin da­
ha da genişlənməsi üçün böyük imkanlar açırdı.  Bu dil  "Dər- 
bəııd-Tehran-Bağdad-Şərqi  Anadolu  dairəsində  ümum- 
işlək"  bir  səciyyə  kəsb  edir.  Ümumiyyətlə,  "Avropada 
fransız  dilini  bilmək  nə  qədər  zəruridirsə,  burada  və 
ümumiyyətlə,  Asiyada  da  bu  dili  bilmək  bir  o  qədər  va­
cibdir".  Bu ifadələrdən göründüyü kimi, Azərbaycan-türk 
dili  orta  əsrlərdən,  bir  növ,  beynəlxalq  dil  kimi  xalq- 
lararası  ünsiyyət vasitəsi  olmuşdur.  Bu ünsiyyət prosesin­
də  isə  Azərbaycan-türk  dili,  eləcə  də  Osmanlı  türk  dili 
qonşu  xalqların  dillərinə  bu  və  ya  digər  cəhətdən  təsir 
etmiş, həmin dillərə həm öz sözlərini, həm də ərəb və fars 
sözlərini  verməklə  vasitəçilik  rolunu  oynamışdır.  "Azər- 
baycan-(türk.-M.Ç.)  ədəbi  dili  geniş  surətdə  işlənilən  bir 
rəsmi  dil  olaraq,  digər  dillərə,  o  cümlədən  ərəb  və  fars 
dillərinə  də  təsir  etməyə  başlamışdır.  Buna  görə  də,  bu 
dövrdə  ərəbcə,  farsca yazılmış bir sıra kitablarda,  fərman, 
məktub  və.s.  kimi  yazılı  sənədlərdə  Azərbaycan-türkcə­
sinə  məxsus  çərək,  bəklərbəyi,  çobanbəyi,  bağbaşı,  bay­
ramlıq,  qoşun,  ordubaşı  və.b.k.  bir  çox  hərbi  terminlər, 
dövlət-vəzifə  adiərı  işlənilmişdir.  Belə  bir  cəhəti  də 
burada  qeyd  etmək  lazımdır  ki,  XVI  əsrdən  başlayaraq, 
Azərbaycaıı-(türk.-M.Ç) dilindən fars dilinə keçmiş bu cür
68
tennin  və  sözlər  sonrakı  dövrlərdə  də  fars  dilində  işlə­
nilmiş  və  müasir fars  dilində  do  bunların bir qismi,  artıq, 
fars  ədəbi  dilinin  lüğət  fonduna daxil  olmuşdur:  top,  top- 
çu, qoşun, tüfəng, tüfəngçi, baydaq (bayraq), tuğ (bayraq), 
el,  oba,  alaçuq  (alaçıq),  ocaq,  ağa,  otaq,  ilxı,  ilxıçı,  barut, 
elbaşı, ordubaşı,  sübaşı (ordubaşı), ovçubaşı, yüzbaşı, sağ­
dış,  soldış,  toy,  yağı,  yasaq,  yaraq,  yataq,  qab,  qapıçı..." 
(Ə.Dəmirçizadə,səh.l67). Şübhəsiz ki, bu da Azərbaycan- 
türk  dilinin  təsir  dairəsinin  genişlənməsinə  səbəb 
olmuşdur.  Odur ki, dilimizin yüzlərlə söz və ifadələri  fars, 
ərəb, gürcü, erməni, rus, ləzgi, aqul, tabasaran və.s dillərə 
keçmişdir.  Məsələn,  mütəxəsislərin  hesablamalarına  gö­
rə, rus dilinə Azərbaycan-türk və digər türk dillərindən  10 
mindən  çox  söz,  ifadə,  yüzlərlə  antroponim  (şəxs adları), 
toponim  və  hidronimlər  (yer  və  su  aləminin  adları)  keç­
mişdir. Həmçinin, bilavasitə Azərbaycan-türk və Osmanlı 
türk  dillərindən  "qonşu"  ennəni  dilinə  5  mindən çox  söz 
və  ifadə,  yüzlərlə  atalar  sözləri  və  zərbül-məsəllər,  min­
lərlə  şəxs  adları,  toptonim  və  hidronimlər  keçmiş,  bir 
sözlə,  erməni  dili  türk  dillərinin  təsiri  altma  düşmüşdür. 
Bu  fikri  XIX  əsrdə  yaşamış  erməni  yazıçısı  X.Abovyan 
da,  prof.Q.Antonyan  da,  prof.  M.Abecyan  da,  yazıçı  və 
alim  M.Şaginyan  da,  prof.  A.Meliksetbek də  və  başqaları 
da  açıq-aydın  şəkildə  etiraf  edirlər.  Erməni  filoloqları 
qeyd  edirlər  ki,  hələ  V-VII  əsrlərdə  erməni  yazılı 
mənbələrində  onlarla  Azərbaycan-türk  sözləri  işlədil­
mişdir.
69


Bizim təxmini hesablamamıza  görə,  həyat və məişətin 
m üxtəlif  sahələrinə  aid  erkən  orta  əsrlərdən  bəri  gürcü 
yazılı  mənbələrində  mindən  çox  Azərbaycan-türk söz  və 
ifadələri,  həmçinin  600-e  yaxm  toponim  (yer  adlan)  və 
yüzlərlə  şəxs  adlan  işlənilməkdədir.O  cümlədən,  hələ 
VI-VIII  əsrlərin  gürcü  mənbələrində,  həmçinin,  "Kartlis 
sxovreba"  adlanan  digər gürcü  mənbələrində  60-dan  çox 
Azərbaycan-türk sözləri  işlədilmişdir.
Həmçinin,  Azərbaycan-türk dili  tarixən  Azərbaycanda 
moskənləşmiş digər etnik qrupların, o cümlədən tat, talış, 
udin,  ləzgi,  avar,  dağ  yəhudiləri  və.s.  dillərinə  də  təsir 
etmiş  və  həmin  etnik qruplar da orta  əsrlərdən bəri Azər­
baycan-türk  dilindən  ana  dili  və  dövlət  dili  kimi  istifadə 
etmiş  və  indi  də  istifadə  edirlər.  Bu  dildə  oxuyur,  təhsil 
alırlar.
Yuxarıda deyilənlərdən aydın  olur ki, Azərbaycan-türk 
dili hələ V-VIII əsrlərdən tam şəkildə sabitləşmiş və digər 
dillərə  də  öz  varlığını  göstərməyə  başlamış;  XII-XİV 
əsrlərdən  isə  tədris  müəssisələrində  və  orduda  işlən­
mişdir.  Bu  da  bir  tərəfdən  onun  elmi  tədqiqat  obyektinə 
çevrilm əsinə,  öyrənilməsinə  səbəb  olmuşdur.  Digər 
tərəfdən  də,  artıq,  həmin  dövrdə  Azərbaycan-türk  dilinin 
yuxarı  zümrəyə-saraya,  yəni  dövlət  idarəsinə  yol 
tapmasına  şübhə  yeri  qalmır.  Bütün  bunlar  göstərir  ki, 
təxminən  XI  əsrdən  Azərbaycan-türk  dilinin  təsir dairəsi 
get-gedə  genişlənmişdir.  Bu  fikri  istər  Azərbaycan-türk 
yazıçı  və  alimlərindən  X.Təbrizi,  M.F.Axundov,  F.Kö­
70
çərli,  N .Nərimanov,  S.M.Qənizadə,  Ə.Dəmirçizadə, 
F.Zeynalov,  Z.Budaqova,  A.Qurbanov,  M.Çobanov  və 
başqaları; istərsə xarici ölkələrin yazıçı və alimlərindən X 
əsr  ərəb  dilçisi  İbn  Hövqəl,  XVII  əsr  fransız  səyyahı 
Şarden,  XIX  əsr  fransız  şərqşünası  Baronye  de  Mcynar, 
XIX  əsrin  alman  alimləri  Avqust  Fon-Qakstqauzen,  Y. 
Vaydenbaum,  XX  əsr  alman  alimi  P.Ə.  Şmide,  XX  əsr 
ingilis  alimi  S.K.Simpson,  XX  əsr  polyak  alimi  M.Za- 
yonçkovskaya,  XX  əsr  çex  alimi  N.Bednarova;  Rusiya 
klassiklərindən  A.S.Puşkin,  M.Y.Lermontov,  A.A.Bes- 
tujev-Marlinski,  Rusiya  şərqşünas-alimlərindən  L.Bu- 
daqov,  L.Lazerev;  gürcü  alimi  M.Q.Beltadze;  istərsə  də 
düşmənlərimizdən  olan  erməni  yazıçı  və  alimlərindən 
X.Abovyan,  M.Şakinyan,  Q.Antoııyan,  M.Abecyan  və 
başqalarının  fikir və mülahizələri  də təsdiq edir.
Qədim tarixə malik olan Azərbaycan-türk dili  istər Al­
tay  dilləri  ailəsi,  istərsə  də dünyanın digər dilləri arasında 
ən  zəngin dillərindən  biri  sayılır.  Azərbaycan-türk dili  ən 
incə  mətləbləri  ifadə  etmək  imkanına  malikdir.  Bu dildə 
istər bədii, istərsə də elmi və ictimai təfəkkürün bütün sa­
hələrinin  ən  incə  məna  çalarlarım  ifadə  etmək  müm­
kündür.  Dünya  xalqları  mədəniyyətinin  ən  qiymətli  inci­
ləri  bu  dildə,  yəni  tərcümədə  öz təbiiliyini  saxlaya  bilir. 
Digər  tərəfdən  isə,  "Azərbaycan-ftürk.-M.Ç.)  dili  qədim 
zamanlardan  müxtəlifdilli  Qafqaz  xalqları  arasında  əsas 
ünsiyyət  vasitəsi  olmuş  və  hətta,  bəzi  qonşu  xalqların 
nümayəndələri  üçün  poeziya  dili  kimi  xidmət  etmişdir".
71


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə