döləri ərəb və fars dillərinə nüfuz etməyə başlamış, ərəb
və fars dillərində yazıb yaradan şair və alimlərin əsər
lərində öz əksini tapmağa başlamışdır. Məsələn, Qətran
Təbrizi, Xaqani və Nizaminin farsca yazılmış əsərlərində
Azorbaycan-türk dilinin yüzlərlə söz və ifadələri, xüsusi
adları, hətta, kalka olunmuş atalar sözləri və.s. işlədilmiş
dir. Bunları isə, yazılı ədəbi dilimizin təşəkkülü tarixinin
keçid mərhələsi üçün ilkin bünövrə hesab etmək olar.
Sonralar isə, yazılı ədəbi dilimizin bütün üslubları həmin
bünövrələr üzərində inkişaf etməyə başlamışdır. Bu da,
elə həmin dövrlərdən ana dilimizdə yazıya alınmış mətn
lərin həm sayının, həm də keyfiyyətinin yüksəldilməsi
üçün geniş imkanlar yaradırdı. Məsələn, "Təvarixi-Al-
Səlcuq" adlı kitabədəki bir mənzum parçaya nəzər salaq.
Zairəddinin Pərvanəyə göndərdiyi qeyd olunan bu parça,
hələlik, Azərbaycan-türk dilində bizə gəlib çatan ilk yazılı
abidələrdən biridir:
"Şəməm k i, ba dəm yandüvü dükəndi tənim,
H eç olm adı bir vəchlə xəndan dəbənim.
Pərvanə k i, uralar boynumu, düşə bədənim".
Yaxud, Səlcuq soltanı İzzəddin Geykavusun öz qəbir
daşına həkk olunmaq üçün sağlığında yazıb qoyduğu
beytə nəzər salaq:
"Biz cəbani tərk edüb getdik,
R əncini dildə bərk edüb getdik.
Şim didən geru n övbət erdi sizə,
N etəkim o l erm iş id i bizə".
52
Yuxarıdakı bədii parçalara dərindən nəzər saldıqda
aydın olur ki, artıq, nəinki ayrı-ayrı sözlərimiz, hətta,
onlardan düzəldilmiş ifadələr, cümlələr, mətnlər və bədii
parçalar da yazıya alınmışdır. Bütün bunlar açıq-aydın şə
kildə göstərir ki, artıq IX-XI əsrlərdə (hələlik əlimizdə
yazılı mənbə yoxdur, bəlkə, əvvəllər də) ümumxalq dili
əsasında Azərbaycan-türk yazılı ədəbi dilinin sabitləş
m əsi üçün zəngin bir bünövrə, zəmin yaranmışdır.
Deməli, Azərbaycan-türk yazılı ədəbi dilinin tam təşək
külü, artıq, 1X-X1 əsrlərdə başa çatmış və sonrakı dövr
lərdə cilalana-cilalana, səlisləşə-səlisləşə, zənginləşə-
zənginləşə, dəqiqləşə-dəqiqləşə və təkmilləşə-təkmil
ləşə bu günkü müasir səviyyəyə gəlib çatmışdır.
Yuxanda qeyd edildiyi kimi, Azərbaycan-türk dili, ar
tıq, öz varlığını təsdiq etmişdir. Bu fikri Nizami Gəncə
vinin 1188-ci ildə yazmış olduğu məşhur "Leyli və M əc
nun" poemasının ayrı-ayrı epizodları da təsdiq edir. Artıq,
Xll əsrin 70-ci illərində şöhrəti aləmə yayılmış Nizami
haqqında məlumatlar Şirvan şahı Əxsitana gəlib çatır. O,
Nizamiyə müraciətlə "Leyli və Məcnun" dastanını yaz
mağı xahiş edir. Lakin Nizami şalım bu sifarişini, heç də,
ruh yüksəkliyi ilə qəbul etməsə də, oğlu Məhəmmədin
xahişi ilə bu əsəri yazmağa razılıq verir və 1188-ci ildə
həmin poemanı tamamlayıb şaha təqdim edir.
Bir gün Şirvanşahın qasidi Gəncəyə Nizaminin yanma
gəlir və hökmdarın məktubunu ona təqdim edir. "Hökm
dar dünyam söz sehri ilə fəth edən şairi "qulluq halqasına
53
məhrəm" adlandırır və bundan sonra "Leyli və Məcnun"
haqqında eşqnaməni fars və ya ərəb dilində yazmağı xahiş
edir. Həmin məktubda şah yazırdı:
"Bu m övzu şa h ıd ır bütün sö zlə rin ,
L a yiq d ir bu sö zə sən in hünərin.
B u tə z ə g ə lin ə çək ən d ə zəh m ət,
Fars, ə rə b d ililə vur ona z iy n ə t
K am al cövh ərin in x əzin əsin d ən
G ör kim in sapm a in c i düzürsən.
Türk d ili yaraşm az şah n ə slim izə ,
Ə sk ik lik g ə tirə r tü rk d ili b izə .
Y ü k sək o lm a lıd ır b izim d ilim iz,
Y ü ksək yaran m ışdır b izim n əslim iz!"
Şah bu ifadələri də əbəs yerə deməmişdir.Çünki, o
görürdü ki, Azərbaycan-türk dili yalnız məişətdə yox, ey
ni zamanda şah sarayına, əslizadələr sarayına daxil olmuş,
fars və ərəb dilləri ilə eyni səviyyədə ümumişlək hüququ
qazanmışdır və Azərbaycan-tiirk dilinin işlənmə dairəsi
günü-gündən genişləndiyi halda, ərəb və fars dillərinin
keçmiş nüfuzu get-gedə məhdudlaşırdı. Məhz bunu hiss
etdiyi üçün şah əvvəlcədən şairə xəbərdarlıq edir ki, bu
dastanı türk dilində yox, bilavasitə fars dilində yazsın...
Şahm məktubundan oxuduğu bu ifadələr, şahın şairin
doğma ana dilinə təhqiranə yanaşması, Azərbaycan-türk
dilinin milli varlığına və həmin xalqın ana dilinə yu
xarıdan baxması, bir növ, onu inkar etməsi şairi həddindən
artıq əsəbiləşdirir və qəzəbləndirir. Elə bu yerdə şair öz
kin və nifrətini beləcə ifadə edir:
54
"Qulluq halqasına düşdü qulağım ,
Qan vurdu beyn im ə, ə s d i dodağım ".
-deyən Nizami açıq-aydın şəkildə bildirir ki, şahın onun
ana dilinə təhqiranə münasibəti onun qəlbini yaralamış və
əsəbiləşməsinə səbəb olmuşdur. Şairin doğma Azərbay
can-türk dilinə olan münasibətini onun "Xəmsə"sində 400
dəfəyə qədər işlənmiş "türk" stnonimi və doğma dilindən
fars dilinə çevirib, əsərlərinin münasib epizodlarında
işlətdiyi atalar sözləri və zərbül- məsəllər də təsdiq edir.
Artıq, XHI-XİV əsrlərdə Azərbaycan-türk yazılı ədəbi
dili öz axarına düşür. Poeziya səhnəsinə türk və fars dillə
rində yazıb yaradan Həsənoğlu, Şərq poeziyasının məş'əli
Nəsimi; XVI əsrdə isə dünya poeziyasının korifeyi,
"Türkcə şe'r mənim əslimin səliqəsinə uyğundur"-deyən
M.Füzuli aləmə səs salır. Bu dövrün görkəmli dövlət xa
dimi və məşhur şairi Xətai Azərbaycan-türk dilini rəsmi
dövlət dili e’lan edir, şairlər məclisinin yaranmasına şərait
yaradır, özü də doğma ana dilində-Azərbaycan türkcəsin
də yazıb-yaradır və digərlərinə nümunə göstərir. Elə hə
min dövrdən də Azərbaycan-dürk dili milli dilə doğru ilk
inkişaf istiqaməti götürüb, bu günkü səviyyəyə gəlib
çatmışdır.
Azərbaycan-tiirk yazılı ədəbi dilinin inkişaf tarixini
aşağıdakı mərhələlərə bölmək olar:
I.IX-X Həsri ərə qədər - "Kitabi-Dədə Qorqud" dövrü
yazılı ədəbi dil.
2.XIII-XIV əsrlər - Həsənoğlu və Nəsimi dövrü yazılı
ədəbi dil.
55
Dostları ilə paylaş: |