8 sentyabr 2016-cı il, cümə axşamı
5
Bu il ölkəmizin ali təhsil sistemində xüsusi yeri və
mövqeyi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin
(ADPU) yaranmasının 95 illiyi tamam olur. Ümummilli
lider Heydər Əliyevin həmişə yüksək qiymət verdiyi
Azərbaycan müəllimləri bu müddətdə respublikamızın
intellektual potensialının formalaşmasına böyük xidmət
göstərmişlər. Ölkəmizdə yüksək ixtisaslı pedaqoji və
elmi-pedaqoji kadrların hazırlanmasında isə ADPU-nun
professor-müəllim heyətinin və onun məzunlarının xüsusi
payı var.
Pedaqoji Universitet ötən
onilliklərdə böyük inkişaf yolu
keçməklə öz ənənələri olan elm və
təhsil müəssisəsi kimi tanınmışdır.
Pedaqogika, psixologiya və ayrı-ayrı
fənlərin tədrisi metodikası məhz bu
ali məktəbdə təşəkkül tapmış, inkişaf
edərək indiki yüksək səviyyəyə çat-
mışdır. Çoxillik fəaliyyəti dövründə
ADPU yalnız respublikamız üçün
deyil, qonşu Gürcüstan, Mərkəzi
Asiya respublikaları, Bolqarıstan və
digər ölkələr üçün də yüksəkixtisaslı
müəllim və elmi kadr hazırlığı prosesi-
ni uğurla həyata keçirmişdir.
ADPU-nun tarixinə nəzər salanda
görürük ki, Azərbaycan Xalq Komis-
sarları Sovetinin (XKS) sədri Nəriman
Nərimanovun imzaladığı 1921-ci il
26 avqust tarixli dekret əsasında 6
nəfər tələbə ilə milli dildə fəaliyyətə
başlayan bu ilk ali pedaqoji təhsil
ocağı yeni təşkil olunan I və II dərəcəli
məktəbləri ixtisaslı pedaqoji kadrlarla
təmin etmək məqsədilə yaradılmış-
dı. Bu ali məktəbdə indiyədək 150
mindən çox müəllim hazırlanmış, illər
keçdikcə ADPU respublikamızda bir
sıra ixtisaslar üzrə elmi-pedaqoji kadr
hazırlığının mərkəzinə çevrilmişdir.
Universitet tədris və elmi-pe-
daqoji fəaliyyəti dövründə müxtəlif
çətinliklərə də məruz qalmış, zamanın
bütün sınaqlarından şərəflə çıxaraq
Azərbaycanda milli mədəniyyətin,
elmin və təhsilin inkişafında xüsusi
xidmətləri olan kadrlar yetişdirməklə,
millətin mənəvi potensialının forma-
laşmasında önəmli rolunu qoruyub
saxlamışdır.
Pedaqoji Universitetin ali təhsil
ocağı kimi formalaşmasında və inkişa-
fında Azərbaycan hökumətinin başçısı
N.Nərimanov, xalq maarif komissarı
D.Bünyadzadə, dövrün görkəmli
ziyalılarından Ü.Hacıbəyli, M.Quliyev,
V.Xuluflu, Ə.Übeydulin, B.Çobanzadə
və sair ziyalıların xidməti əvəzsizdir.
95 il əvvəl yaranmış ali təhsil
müəssisəsinin ilk direktoru Odessa
Universitetinin məzunu Fətulla bəy
Rzabəyli, direktor müavini isə Tiflis
Müəllimlər İnstitutunun məzunu
Həbib bəy Mahmudbəyov olmuşdur.
Sonralar direktor vəzifəsində ça-
lışan M.Əfəndiyev, H.Mahmudbəyov,
Ş.Manafov və C.Məmmədzadə o
zamanlar Pedaqoji İnstitut adlanan
təhsil ocağının təşkilati baxım-
dan möhkəmlənməsi, o cümlədən
tədrisin təşkili və elmi fəaliyyətin
tənzimlənməsi istiqamətində səmərəli
fəaliyyət göstərmişlər. Onların
həyata keçirdikləri konkret əməli
tədbirlər yeni təhsil müəssisəsinin
maddi-texniki bazasının qurulub-
möhkəmləndirilməsinə, fakültə və
şöbələrin elmi-pedaqoji kadrlarla
təmin edilməsinə, fəhlə və kəndli
gənclərin ali təhsil almalarına təkan
vermişdir. Zaman keçdikcə Rusiya,
Qərbi Avropa, Türkiyə və Şərqin bir
sıra tədris və elm mərkəzlərində təhsil
alan ixtisaslı milli kadrlar burada
pedaqoji fəaliyyətə cəlb edilmişlər.
Onların öz bilik və bacarıqlarını tədris
prosesinə tətbiq etmələri üçün münasib
şərait yaradılmışdır.
Gənc respublikada pedaqoji
kadrların hazırlanması prosesini
yaxşılaşdırmaq və ali məktəblərə vahid
rəhbərliyi təmin etmək məqsədilə
Azərbaycan XKS 1926-cı il iyun
ayının 16-da "Ali pedaqoji institutların
yenidən təşkili haqqında" qərar qəbul
etmişdir. Həmin sənədə uyğun olaraq
Ali Pedaqoji Kişi və Ali Pedaqoji
Qadın İnstitutları Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) peda-
qoji fakültəsinə birləşdirilmişdir. Bu
fakültə səmərəli fəaliyyət göstərsə
də ali təhsilli pedaqoji kadrla-
ra olan ehtiyacı lazımınca ödəyə
bilməmişdir. Buna görə də pedaqoji
fakültənin bazasında müstəqil ali təhsil
müəssisəsinin-- Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun(ADPİ) yenidən
yaradılması qərara alınmışdır.
Bu mərhələdə respublikada ali
pedaqoji təhsilin yenidən qurulmasın-
da uğurlu addımlar atılmışdır. ADU
müvəqqəti olaraq öz fəaliyyətini
dayandıranda isə onun pedaqoji
fakültəsində çalışan tanınmış alimlərin
əksəriyyəti ADPİ-də müəllimliyə
cəlb olunmuşlar. 1930-cu illərdə və
40-cı illərin əvvəllərində ADPİ-də
təşkilati məsələlərin həllində, tədris
və elmi-tədqiqat işlərinin düzgün
qurulmasında direktor vəzifəsində
çalışan P.Qasımovun, M.Bayramovun,
B.Bünyadovun, M.Məmmədovun,
D.Rəsulzadənin böyük xidmətləri
olmuşdur.
Həmin illər tariximizə çox
mürəkkəb, ziddiyyətli və faciələrlə
dolu bir dövr kimi daxil olmuşdur.
Cəmiyyətdə sərt qanunların, amansız
qaydaların tətbiqi, Pedaqoji İnstitutda
da təhsilin siyasiləşdirilməsi, sinfi
mübarizənin gücləndirilməsi demok-
ratik ənənələrin inkişafını ləngitməklə
yeni, arzuolunmaz istiqamətin
formalaşmasına zəmin yaratmışdır.
Getdikcə güclənən repressiya dalğası
Azərbaycanın bir çox ziyalıları kimi,
Pedaqoji İnstitutun da ən yaxşı milli
kadrlarının məhv edilməsinə və ya
sürgünə göndərilməsinə səbəb olmuş,
onların yerinə daşnakxislət ermənilər
yerləşdirilmişdir.
Böyük Vətən müharibəsinin ilk
illərində yaranmış təbii çətinliklərlə
əlaqədar Azərbaycan XKS və
Azərbaycan K(b)PMK-nın qərarı
ilə Pedaqoji İnstitut yenidən ADU
ilə birləşdirilmişdir. Müharibənin
gedişində əsaslı dönüş yarandıqdan
sonra ADPİ ADU-nun tərkibindən
ayrılmış və müstəqil ali təhsil
müəssisəsi kimi fəaliyyətə başlamışdır.
Bu dövrdə instituta A.Abdullayev,
M.Ələkbərli və Ə.Seyidov rəhbərlik
etmişlər. ADPİ-nin yenidən qurulması
onun maddi-texniki bazasının xeyli
möhkəmlənməsinə, tələbə kontingen-
tinin genişlənməsinə imkan vermişdir.
Cəbhədə həlak olan müəllimləri əvəz
edə biləcək elmi-pedaqoji kadrlar
hazırlamaq üçün məqsədyönlü iş
aparılmışdır.
Ötən əsrin 50-- 70-ci illərində
tanınmış elm və maarif xadimləri –
C.Hacıyev, M.Mehdizadə, H.Qədirov,
C.Ələsgərov, M.Vəkilov, M.Əliyev,
Ş.Ağayev ADPİ-nin direktoru (rekto-
ru) vəzifəsində çalışmışlar. 50-60-cı
illərdə M.Muradxanov, Ə.Zəkuyevə
və Ə.Əbdülrəhmanova professor
elmi adının verilməsi, professor
A.Abbaszadənin RSFSR PEA-nın
müxbir üzvü, M.Mehdizadənin
SSRİ PEA-nın həqiqi üzvü seçilməsi
böyük elmi hadisə kimi gənc elmi
kadrların inkişafına təkan verən
əsas amilə çevrilmişdir. Fəxrlə deyə
bilərik ki, Azərbaycan Milli Elmlər
Akademiyasının 10 prezidentinin
3-ü- Yusif Məmmədəliyev, Zahid
Xəlilov, Həsən Abdullayev ADPU-
nun məzunları, SSRİ PEA-nın həqiqi
və müxbir üzvü seçilən azərbaycanlı
alimlər- M.Mehdizadə, A.Abbaszadə,
H.Əhmədov, S.İmanov ADPU-nun
əməkdaşları olmuşlar.
Pedaqoji Universitet
Azərbaycanda elmin və təhsilin
inkişafına dəyərli töhfələr verən
tanınmış alimlər yetişdirmiş,
fəaliyyəti ərzində elmi mərkəz kimi
formalaşıb inkişaf etmişdir. Bu
ali təhsil müəssisəsində pedaqogi-
ka və psixologiya (Ə.Y.Seyidov,
M.M.Mehdizadə, Ə.K.Zəkuzadə,
M.Ə.Muradxanov, Ş.S.Ağayev,
H.M.Əhmədov, Ə.Ə.Əlizadə), riyaziy-
yat (M.R.Əfəndiyev, M.Ə.Cavadov,
İ.İ.İbrahimov, M.H.Cavadov),
fızika (A.Q.Abbaszadə,
S.Ş.İmanov, M.İ.Murquzov), kimya
(H.Şahtaxtinski, Ş.Ə.Məmmədov,
A.Ə.Verdizadə), biologiya
(Z.M.Şahtaxtinskaya, A.İ.Qarayev),
tarix (Z.İ.İbrahimov, Y.B.Yusifov),
filologiya (B.V.Çobanzadə,
M.Ş.Şirəliyev, Ə.M.Dəmirçizadə,
M.H.Rəfili, Ə.R.Sultanlı, H.M.Araslı,
F.S.Qasımzadə, A.M.Qurbanov,
H.İ.Mirzəyev), fəlsəfə (H.İ.Hüseynov)
və başqa sahələr üzrə elmi məktəblər
və istiqamətlər yaradılmış və inkişaf
etdirilmişdir.
Xalqımızın fəxr etdiyi yüzlərlə
tanınmış alim, yaradıcı ziyalı,
ictimai və dövlət xadimi ADPU-
da təhsil almışdır. Universitetin
məzunlarından Y.Məmmədəliyev,
H.Hüseynov, Z.Xəlilov, H.Abdullayev,
M.Rəsulov, Ə.Hüseynov, İ.Hüseynov,
S.Rəhimov, Ş.Qurbanov, A.Qarayev,
Ə.Sumbatzadə, M.Dadaşzadə,
M.Cəfərov, İ.İbrahimov, M.Şirəliyev,
İ.Şıxlı, H.Əmirxanov kimi tanınmış
elm və mədəniyyət xadimləri xalqımı-
zın elm və şöhrət çələngini bəzəmişlər.
Sovet İttifaqı Qəhrəmanları –
Mehdi Hüseynzadə, Xıdır Mustafayev,
Fariz Səfərov, Səlahəddin Kazımov,
Sosialist Əməyi Qəhrəmanları-- Səfa
İmanov, Zərbəli Səmədov, Rüstəm
Səfərəliyev, Azərbaycanın Milli
qəhrəmanları Mirələkbər İbrahi-
mov, Mətləb Quliyev, "Azərbaycan
Bayrağı" ordenli Malik Bayramov,
Mürşid Məmmədov igidlik, hünər,
vətənpərvərlik rəmzi kimi xatırlanırlar.
ADPU-nun məzunları müxtəlif ali
məktəblərdə, elmi-tədqiqat institut-
larında, dövlət təşkilatlarında uğurla
fəaliyyət göstərirlər.
ADPU-nun 95 illik tarixinin
bütöv bir mərhələsində (1969--1987
və 1993--2003-cü illər) qazanılan
uğurlar bilavasitə ümummilli lideri-
miz Heydər Əliyevin adı və çoxşaxəli
fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır.
"Təhsil millətin gələcəyidir!", deyən
ümummilli lider Heydər Əliyev daim
ADPU-nu yüksək qiymətləndirmiş,
5 dəfə ADPU-da olmuş, professor-
müəllim və tələbə kollektivinə çox
dəyərli tövsiyə və məsləhətlər vermiş,
hər bir əməkdaşın arzu və istəkləri
ilə maraqlanmışdır. Müdrik siya-
si xadim, görkəmlli dövlət rəhbəri
Heydər Əliyevin dəyərli tövsiyələri
ADPU-da təhsil-tərbiyənin səmərə və
keyfiyyətinin yüksəldilməsində, qəbul
imtahanları prosesində obyektivlik və
ədalətin təmin olunmasında, nöqsan-
ların aradan qaldırılmasında, gənclərin
ictimai fəallığının artırılmasında,
yüksək səviyyəli elmi-pedaqoji kadr
hazırlığında həlledici rol oynamışdır.
Ulu öndər Heydər Əliyevin
ADPİ-nin 60 illik yubileyi ilə
bağlı təntənəli mərasimdə söylədiyi
"Azərbaycan Dövlət Pedaqoji İnstitutu
böyük və çətin yol keçmişdir. Onun
kollektivi Azərbaycan ümumtəhsil
məktəbinin inkişafında böyük xidmət
göstərmiş, institut xalq maarifi üçün
yüksəkixtisaslı kadrlar ocağına çevril-
mişdir" fikirləri institut əməkdaşlarının
sonrakı fəaliyyətinə yeni, sağlam nəfəs
vermişdir.
XX əsrin 70-- 80-ci illərində
Pedaqoji İnstitutda tədris və elmi
fəaliyyətin səviyyəsinin yüksəldilməsi,
yüksəkixtisaslı müəllim kadrlarının
hazırlanması, maddi-texniki bazanın
genişləndirilməsi, yeni tədris korpusla-
rı və tələbə yataqxanalarının tikilməsi
istiqamətində konkret tədbirlər həyata
keçirilmiş, ali məktəbin rəhbərliyi
dəyişdirilmişdir. Əvvəlcə professor
Haşım Ağayev, sonra professor Afad
Qurbanov instituta rektor təyin olun-
muşlar.
80-ci illərin sonları 90-cı illərin
əvvəllərində ölkədə mövcud olan
ictimai-siyasi şərait, hakimiyyət
uğrunda gedən mübarizə, ermənilərin
işğalçılıq siyasəti tədris prosesində
və elmi-tədqiqat işlərində geriləməyə
səbəb oldu. Belə çətin bir şəraitdə
xalqımızın böyük oğlu, ulu öndər
Heydər Əliyev xalqın təkidli tələbi ilə
yenidən respublika rəhbərliyinə gəldi
və "Mən öz ömrümün qalan hissəsini
də xalqıma bağışlayıram",--deyərək
müasir Azərbaycan dövlətini qurmaq
missiyasını həyata keçirməyə başladı.
Cəmiyyətin bütün potensialı mənəvi-
psixoloji, sosial-iqtisadi mühitin
sağlamlaşmasına, millətin tərəqqisinə
və inkişafına yönəldi. Bütün tədris
və elm müəssisələri kimi, ADPU-nun
da səmərəli fəaliyyəti üçün əlverişli
zəmin yarandı.
ADPU ölkəmizdə ali pedaqoji
məktəblər arasında universitet statusu
alan ilk tədris və elm ocağıdır. 1991-ci
ildə Nazirlər Kabinetinin müvafiq
qərarı ilə bu ali məktəbə universitet
statusu verilmişdir. Zəngin elm və
təhsil ənənələrinə malik olan ADPU
respublikamızda ali pedaqoji təhsilin
öncülü hesab edilir. ADPU-ya 1989--
1994-cü illərdə professor Səlvər
Aslanov, 1994-- 1996-cı illərdə pro-
fessor Nizami Xudiyev, 1996-- 2006-
cı illərdə professor Bəhlul Ağayev,
2006-- 2016-cı illərdə professor
Yusif Məmmədov rəhbərlik etmişlər.
Azərbaycan Respublikasının Preziden-
ti İlham Əliyevin 23 iyun 2016-cı il
tarixli sərəncamı ilə ADPU-nun rekto-
ru vəzifəsinə professor Cəfər Cəfərov
təyin olunmuşdur.
Ölkəmizdə təhsilin ayrı-ay-
rı sahələrinin inkişafı üzrə real
vəziyyətin təhlili əsasında hazırlanıb
təsdiq edilən və həyata keçirilən proq-
ramlar nəticəsində təhsilin infrastruk-
turu müasir tələblərə uyğun qurulmuş-
dur. Dövlət başçımız İlham Əliyevin
sərəncamları ilə təhsil, səhiyyə, elm
və mədəniyyət sahəsində inkişafyö-
nümlü proqram və layihələrin uğurla
həyata keçirilməsində Azərbaycanın
birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin
deputatı, UNESCO-nun və İSESCO-
nun xoşməramlı səfiri Mehriban
Əliyevanın böyük xidmətləri vardır.
Hazırda ADPU-da 8 fakültə- filo-
logiya, tarix və coğrafiya və infor-
matika, kimya və biologiya, fizika və
texnologiya, məktəbəqədər təhsil, psi-
xoloji xidmət və korreksiyaedici təlim,
musiqi, təsviri incəsənət, fiziki tərbiyə
və çağırışaqədər hazırlıq, ibtidai təhsil
fakültələri, magistratura və doktoran-
tura şöbəsi, həmçinin SABAH qrupları
fəaliyyət göstərir.
Azərbaycan Respublikası
Prezidentinin 24 oktyabr 2013-cü il
tarixli sərəncamı ilə təsdiq olunmuş
"Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda
nəzərdə tutulan ən mühüm
vəzifələrdən biri də müasir tələblərə
cavab verən təhsil infrastrukturunun
yaradılması və təhsil müəssisələri
şəbəkəsinin rasionallaşdırılmasıdır.
Dövlət strategiyasının bu tələblərinə
uyğun olaraq, ölkə Prezidentinin 26
noyabr 2015-ci il tarixli sərəncamı ilə
Azərbaycan Müəllimlər İnstitutunun
(AMİ) ADPU-ya birləşməsi və onun
filiallarının ADPU-nun strukturuna
çevrilməsi nəticəsində ADPU ölkədə
pedaqoji kadr hazırlığı ilə məşğul
olan unikal ixtisaslaşmış ali təhsil
müəssisəsinə çevrilmişdir.
Bununla yanaşı, Nazirlər Kabine-
tinin 3 fevral 2016-cı il tarixli qərarı
ilə Bakı Sənaye-Pedaqoji Kolleci
Azərbaycan Dövlət Pedaqoji Kollecinə
(ADPK) birləşdirilməklə ADPU-nun
nəzdində Azərbaycan Dövlət Pedaqoji
Kolleci kimi fəaliyyət göstərməyə
başlamışdır. Qeyd edək ki, dövlət
başçımızın 2016-cı il 29 aprel tarixli
sərəncamı ilə ADPU-nun Qazax filialı
Bakı Dövlət Universitetinə, Zaqatala
filialı isə Azərbaycan Dövlət İqtisad
Universitetinə verilmişdir. Hazırda
ADPU-nun 5--Ağcabədi, Cəlilabad,
Quba, Şəki və Şamaxı filialları
fəaliyyət göstərir.
Qeyd etdiklərimizlə bərabər, təhsil
naziri cənab Mikayıl Cabbarovun 20
iyul 2016-cı il tarixli əmri ilə Bakı
şəhərindəki Məmməd Rahim adına
7 nömrəli tam orta məktəb 2016--
2017-ci tədris ilindən ADPU-nun baza
məktəbi kimi müəyyənləşmişdir ki,
bu da ölkəmizdə ardıcıl şəkildə həyata
keçirilən təhsil islahatlarının, eləcə
də yüksəkixtisaslı pedaqoji kadrla-
rın hazırlanması prosesinin tərkib
hissəsidir və nəticə etibarilə təhsilin
keyfiyyətinin yaxşılaşmasına xidmət
edir.
Baş verən struktur dəyişiklikləri
nəticəsində ADPU-nun fəaliyyət
dairəsi genişlənmiş, professor-müəllim
heyətinin və tələbə kollektivinin sayı
xeyli artmışdır. ADPU-da hazırda
filiallar və Pedaqoji Kolleclə birlikdə
təxminən 20 minə yaxın tələbə təhsil
alır. Universitetdə 67 elmlər doktoru,
61 professor, 273 dosent, 354 fəlsəfə
doktoru çalışır. ADPU-da ali təhsilin
bakalavriat səviyyəsində 22 ixtisas,
magistratura səviyyəsində isə 18
ixtisas üzrə pedaqoji kadr hazırlanır.
Universitetin 1 professoru AMEA-
nın müxbir üzvü, 4 professoru isə
Əməkdar elm xadimidir.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin
xüsusi diqqət və qayğısı ilə əhatə
olunmuş ADPU bu gün öz inkişafının
keyfiyyətcə yeni mərhələsinə qədəm
qoymuşdur. Qarşımızda böyük strateji
hədəflərimiz, ali məqsədlərimiz var.
Hazırda ADPU-da şəffaf və obyektiv
təhsil mühitinin yaradılması, yeniliyin
və müasirliyin təmin edilməsi, qabaq-
cıl beynəlxalq təcrübənin öyrənilərək
tətbiq olunması, bazar iqtisadiyyatının
tələblərinə uyğun rəqabətqabiliyyətli
mütəxəssislərin hazırlanması əsas
vəzifələrdir.
ADPU-da maddi-texniki bazanın
möhkəmləndirilməsi, ali pedaqo-
ji təhsilin məzmun və formasının
təkmilləşdirilməsi, professor-müəllim
heyəti və tələbə kollektivi arasında
mənəvi-psixoloji mühitin sağlamlaş-
dırılması istiqamətində əməli tədbirlər
həyata keçirilir. Struktur islahatları-
nın həyata keçirilməsi, idarəetmənin
optimallaşdırılması, fəaliyyətinin
nəticələrinə görə cavabdeh, şəffaf və
səmərəli tənzimləmə mexanizmlərinə
malik idarəetmə sisteminin forma-
laşdırılması və universitetin idarə
edilməsinin qabaqcıl beynəlxalq
təcrübə əsasında yenidən qurulması
istiqamətində ciddi addımlar atılır.
Tədrisin məzmununun
müasirləşdirilməsi, ADPU-nun inki-
şafı, fəaliyyətinin yenidən qurulması
ilə bağlı fəaliyyət planının hazır-
lanması, tədris işi ilə bağlı dünya
təcrübəsinin, habelə ölkədə toplanmış
qabaqcıl təcrübənin öyrənilməsi və
tətbiq edilməsi, peşə hazırlığı fənləri
ilə yanaşı, xarici dillərin tədrisinin
gücləndirilməsi, tədris planlarının
təkmilləşdirilməsi, tələbələrin dərslik
və dərs vəsaitləri ilə təminatının yax-
şılaşdırılması, kitabxana fəaliyyətinin
modernləşdirilməsi, elektron kitab-
xana şəbəkəsinin, rəqəmsal təhsil
resurslarından istifadə imkanlarının
genişləndirilməsi və beynəlxalq infor-
masiya resurslarına çıxış imkanlarının
təmin edilməsi qarşımızda dayanan
əsas vəzifələrdir. ADPU-da, onun fili-
allarında və ADPK-də tələbələrin bilik
və bacarıqlarının qiymətləndirilməsi
qabaqcıl beynəlxalq təcrübəyə uyğun-
laşdırılmalıdır.
2016-- 2017-ci tədris ilində
ADPU-nun Azərbaycan bölməsinə
2090, rus bölməsinə 230 tələbənin
qəbul edilməsi nəzərdə tutulmuşdu.
1258 tələbə dövlət sifarişi, 896 tələbə
isə ödənişli əsaslarla qəbul olub.
ADPU-nun 5 filialına isə müxtəlif
ixtisaslar üzrə ümumilikdə 675 nəfər
tələbə qəbul olunub. Digər ali təhsil
müəssisələri ilə müqayisədə ADPU-
ya dövlət sifarişli yerlərin çoxluğu
müəllim peşəsinə qəbul olunanlara
dövlət tərəfindən rəğbətləndirmənin
tətbiqinin nəticəsidir.
Bu il "Fizika müəllimliyi", "İn-
formatika müəllimliyi", "Coğrafiya
müəllimliyi", "Korreksiyaedici təlim",
"Məktəbəqədər təlim və tərbiyə",
"Təhsildə sosial-psixoloji xidmət",
"Kimya və biologiya müəllimliyi",
"Təsviri incəsənət müəllimliyi",
"Fiziki tərbiyə və çağırışaqədərki ha-
zırlıq müəllimliyi" (qızlar üçün fiziki
tərbiyə) ixtisasları üzrə ilk dəfə rus
bölməsinə tələbə qəbulu aparılmışdır.
Qeyd olunmalıdır ki, əvvəlki
illərdə rus bölməsinə yalnız
"Tarix müəllimliyi", "Riyaziy-
yat müəllimliyi", "İbtidai si-
nif müəllimliyi" və "Biologiya
müəllimliyi" ixtisasları üzrə tələbə
qəbulu aparılırdı. Bu il isə rus
bölməsinə 14 ixtisas üzrə tələbə
qəbulu aparılıb və 140 tələbə
qəbul olunub. Bu da əvvəlki illərlə
müqayisədə müsbət göstəricidir. Cari
ildə 500 və 500-dən yuxarı bal top-
layıb müəllimlik ixtisasını seçənlərin
sayı 117 nəfərdir.
ADPU-da əsaslı və cari təmir
işləri həyata keçirilir. Bu da öz
növbəsində təhsil-tədris və əmək
şəraitinin yaxşılaşması, eləcə də uni-
versitetin yeni imicinin formalaşması
üçün mühüm əhəmiyyət kəsb edir.
Bütövlükdə, fəaliyyətimizdə Təhsil
Nazirliyinin xüsusi qayğı və diqqətini
hiss edirik.
Sonda qeyd etmək istərdim
ki, həyatımızın sürətlə dəyişməsi,
inkişaf etməsi qarşımıza yeni tələblər
və çağırışlar qoyur. Biz qarşımızda
dayanan bütün vəzifələrin uğurlu
həllinə məsuliyyət hissimizi dərindən
dərk etməklə bərabər, möhkəm
nizam-intizam, o cümlədən yüksək
peşəkarlığımız sayəsində nail ola
bilərik. Yüksək səviyyəli pedaqoji
kadrların hazırlanması, cəmiyyətdə
müəllim peşəsinin nüfuzunun
yüksəldilməsi, onların bilik və baca-
rıqlarının, peşəkarlıq səviyyələrinin
yaxşılaşdırılması və bütövlükdə
ölkəmizdə insan kapitalının formalaş-
ması üçün əzmlə çalışmalıyıq. Yalnız
bu halda strateji hədəflərimizə, ali
məqsədlərimizə çata bilərik.
Bir filosofun dediyi kimi,
müəllimlik insanları mənəviyyatlı
etmək sənətidir. Bu məsuliyyətli,
şərəfli və müqəddəs fəaliyyətimizdə
kollektivimizə uğurlar arzulayıram.
Cəfər CƏFƏROV,
ADPU-nun rektoru,
professor
Azərbaycan Dövlət Pedaqoji Universiteti - 95
Müəllim hazırlığı:
məqsədlərimiz, strateji hədəflərimiz
Uzun illər Özbəkistana rəhbərlik edən İslam Kərimovun
vəfatı ilə Mərkəzi Asiyada ümumi siyasi mənzərənin ciddi
dəyişə biləcəyi barədə proqnozlar verilir. Ekspertlər məsələyə
ölkədaxili, regional və qlobal kontekstdə yanaşırlar. Müxtəlif
ssenarilər irəli sürülür. Onların hər birində İ.Kərimovun həmin
bölgənin sabitliyində əhəmiyyətli rol oynamış siyasi xadim
olduğu vurğulanır. Məhz rəsmi Daşkəndin atdığı təsirli addımlar
sayəsində 1992-ci ildən başlayaraq Mərkəzi Asiyada bir sıra
təhlükəli proseslərin qarşısı alınıb. Ekspertlərin bundan sonra
həm Özbəkistanda, həm də bütövlükdə Mərkəzi Asiyada geosiyasi
proseslərin hansı məzmun kəsb edə biləcəyi barədə proqnozları
maraqlıdır. Məsələyə münasibət fərqli olsa da, mümkün
ssenarilərin təhlili göstərir ki, region üçün sabitliyin təmini yenə
də prioritet məqsəd olmalıdır. Lakin hər şeyi zaman həll edir.
Buna görə də fikirlərdə və proqnozlarda ehtiyatlı olmaq lazımdır.
Sabitliyin təminatı:
İslam Kərimovun əsas
xidmətlərindən biri
İslam Kərimov öz təcrübəsi, siyasi
qətiyyəti və mövqeyi ilə Mərkəzi Asiya
regionunda xüsusi yeri olan dövlət
xadimi idi. Onun rəhbərliyi dövründə
Özbəkistan müstəqil siyasi xətt yeridib.
O cümlədən Özbəkistan Ermənistanın
Azərbaycana təcavüzünü qətiyyətlə
pisləyib və Bakının haqlı mövqeyini
dəstəkləyib. Bundan başqa, İ.Kərimov
ölkənin sabitliyi və terrordan müdafiəsi
üçün çox işlər görüb. Ekspertlərin fikrinə
görə, onun həyatdan getməsi ilə ümumən
Mərkəzi Asiyada terror təhlükəsi arta
bilər.
Şübhəsiz ki, təcrübəli bir
siyasətçinin səhnədən çəkilməsi ilə
regionun siyasi səhnəsində hansı
proseslərin gedəcəyi üzərində düşünmək
lazım gəlir. Artıq analitiklər bu məsələyə
dair fikirlərini bildirirlər. Maraqlıdır ki,
bir-birindən fərqli ssenarilər haqqında
danışılır, lakin onların hər biri üçün ortaq
olan məqamlar da mövcuddur.
Hər şeydən əvvəl, Özbəkistanın
daxilində siyasi qüvvələrin mübarizəsi
kontekstində fikir bildirirlər. Karnegi
fondunun eksperti A.Malaşenkoya görə,
İ.Kərimovun ən böyük uğurlarından biri
ölkədə sabitlik yaratması olub. Ekspert
Y.Mavaşev də hesab edir ki, Özbəkistan
kimi dini cəhətdən mürəkkəb olan bir
məkanda İ.Kərimovun sabitlik faktoru
rolunu oynaması adi hadisə deyil. Qonşu
Tacikistan və Qırğızıstandan fərqli ola-
raq, Özbəkistanda etnik münaqişələrdən
yaxa qurtarmaq mümkün olub.
Bütövlükdə, Özbəkistan Mərkəzi
Asiya regionunda əhəmiyyətli rol oyna-
yıb. 1992-ci ildə Tacikistanda vətəndaş
müharibəsi zamanı Daşkənd bu ölkəyə
50 minlik hərbi kontingent göndərib,
1999-cu ildə Batken hadisələri zamanı
Qırğızıstanı Tacikistandan olan radikal
dinçilərdən müdafiə etmək üçün hərbi
dəstək verib. 2005-ci ildə isə Əndican
üsyanını İ.Kərimov bir günə yatırda
bilib.
Bu kimi ciddi addımların fonunda
Özbəkistanda daxili siyasi qüvvələr
arasında hər hansı qarşıdurma olmayıb.
Həmin vəziyyətin İ.Kərimovdan sonra
saxlanması gözlənilir. Qərb ekspertləri
məsələnin bu aspektini ayrıca vurğu-
layırlar. Ekspertlər E.Makqlinçi və
Ş.Roberts bu barədə fikir bildirərək
yazırlar ki, "özbək elitası siyasi sistemin
saxlanmasında çox maraqlıdır...".
Bununla yanaşı, hakimiyyətə kimin
gəlməsindən asılı olmayaraq, ekspertlər
rəsmi Daşkəndin bir sıra çağırışlarla da
üz-üzə qalacağına diqqət çəkirlər. Onla-
rın sırasında terror və böyük dövlətlərin
regional nüfuz uğrunda mübarizəsi xüsu-
si qeyd edilir. Özbəkistan əsilli gənclərin
Suriyada İŞİD sıralarında döyüşdüyü
haqqında informasiyalar yayılır. Bu ya-
xınlarda Tacikistan xüsusi təyinatlılarının
keçmiş komandirinin İŞİD-in hərbi qana-
dına rəhbər təyin edilməsi əlavə təhlükə
doğurur. Bu terror təşkilatının Mərkəzi
Asiyaya istiqamətləndirilməsinin
mümkünlüyü vurğulanır. Digər yandan
isə "əl-Qaidə"nin İŞİD-dən sonra daha
da fəallaşacağı barədə proqnozlar verilir.
Məlumdur ki, bu terror təşkilatı Mərkəzi
Asiyada xeyli güclüdür. Əfqanıstanda
son zamanlar onun bir vilayəti də ələ
keçirməsi ciddi siqnaldır.
Gələcəyə baxış: region
uğrunda mübarizənin
gərginliyi və ziddiyyətləri
Bu məqamların Özbəkistanda
daxili siyasi mühitə təsir edə biləcəyi
proqnozlaşdırılır. İ.Kərimovun davam-
çısı kimi Baş nazir Ş.Mirziyoyevin adı
çəkilir. Onun hüquq-mühafizə orqan-
larında ciddi dayaqlarının olduğu qeyd
edilir. Bu baxımdan Daşkəndin terrora
qarşı sərt mövqeyinin dəyişməyəcəyini
gözləmək olar. Lakin onu da unutmaq
doğru olmazdı ki, yaranmış vəziyyətdən
istifadə edərək, kənardan Özbəkistanda
siyasi mühiti qarışdırmağa da cəhd edilə
bilər. Gizli təxribatlara qarşı Özbəkistan
hüquq-mühafizə orqanlarının nə
dərəcədə qətiyyətli olacağından çox şey
asılıdır.
Analitiklər başqa vacib bir özəlliyə
də diqqət yönəldirlər. Söhbət böyük
geosiyasi güclərin İ.Kərimovdan sonra
Mərkəzi Asiya istiqamətində yeridəcəyi
siyasətdən gedir. Bununla bağlı artıq
bir sıra fikirlər ifadə edilir. Burada
ekspertlər əsas olaraq Rusiya, ABŞ və
Çin arasında gedən nüfuz savaşını təhlil
etməyə çalışırlar.
Bu üç böyük dövlətin regionda
fəallaşacağı təxmin edilir. Lakin onların
şanslarının fərqli olduğu da qeyd edilir.
Pekinin imkanlarının daha geniş olduğu
vurğulanır. Belə ki, 2000-ci ildən bu
yana Çin regiona sərmayə qoyuluşu-
nu 50 dəfə (!) artıraraq 1,8 milyard
ABŞ dollarından 50 milyarda çatdırıb.
Rəsmi Pekin yalnız enerji sahəsi ilə
məhdudlaşmayıb kənd təsərrüfatı və
sənayeyə də böyük sərmayələr qoyur.
Qazaxıstanda bu proses o qədər dərinə
işləyib ki, başqa dövlətlər onun qarşısını
almaq üçün müəyyən təxribatlara belə
əl atırlar.
Çin əlavə olaraq hərbi sahədə
də region ölkələri ilə əməkdaşlığa
diqqət yetirir, maliyyə və mədəniyyət
aspektlərində əlaqələri genişləndirir. Bu-
nunla da, Çin regionda Rusiyaya qarşı
ciddi rəqiblərdən biri hesab edilir. Hətta
bir sıra rusiyalı ekspertlər söhbətin Ru-
siyanın maraqlarına olan təhlükələrdən
getdiyini vurğulayırlar.
ABŞ-a gəldikdə isə, Vaşinqtonla
İ.Kərimov sıx əməkdaşlıq etmirdi. O,
bütövlükdə Rusiya, Çin və ABŞ-la
müəyyən məsafə saxlayırdı. Koreya,
Türkiyə və İranla da əlaqələrə məhdud
imkanlar verirdi. Faktiki olaraq
İ.Kərimov Moskva ilə Vaşinqton arasın-
da olan ziddiyyətlər üzərində oynayırdı.
Ekspert E.Makqlinçi hesab edir ki, indi
rəsmi Daşkəndin Moskva, Vaşinqton
və Pekinlə daha yaxın əlaqələr qurması
yaxşı olardı.
Ancaq Özbəkistan dövlətçiliyinin
maraqları baxımından burada bir
məqamı mütləq vurğulamaq lazımdır.
Bu ölkə strateji-coğrafi və geosiyasi
mövqeyə malikdir. Onun Qazaxıstan,
Qırğızıstan, Tacikistan, Türkmənistan və
Əfqanıstanla ortaq sərhədləri var. Eyni
zamanda, ölkə Çindən başlayan Yeni
İpək Yolu marşrutunun üstündəndir.
Bu amillər Özbəkistanı müxtəlif
kənar təsirlərə çox həssas edir. Onun
ərazisinə fərqli istiqamətlərdən pozucu
elementlər daxil olmağa çalışar. Böyük
dövlətlərin də geosiyasi mübarizədə
həmin məqamdan istifadə etməyəcəyinə
təminat yoxdur. Çünki onlardan hər
hansı birinin maraqlarına ciddi ziyan
vurulsa, dərhal reaksiya verməyə çalı-
şacaqlar.
Mərkəzi Asiyada da münaqişə
yaratmaq üçün müxtəlif əsaslar vardır.
Özbəkistanla Qırğızıstan arasında
etnik zəmində, Qazaxıstan-Özbəkistan
münasibətlərində də etnik aspektdə,
Özbəkistanla Tacikistan arasında içməli
su məsələsinə görə ziddiyyətlər möv-
cuddur. Sovetlər dövründən qalan süni
inzibati bölgülər, əsassız olaraq etnik
anklavların yaradılması kimi faktorları
da unutmaq olmaz.
Deməli, Özbəkistan
hakimiyyətindən güclü siyasi nüfuzu
olan insanın getməsi, bütövlükdə regio-
nu müəyyən həssas məqamlarla üz-üzə
qoya bilər. Bu mənada yeni özbək
iqtidarının üzərinə böyük məsuliyyət dü-
şür. Ölkənin və regionun sabit gələcəyi
naminə bu qardaş dövlətdə proseslərin
müsbət istiqamətdə gedəcəyinə inanırıq.
Newtimes.az
Mərkəzi Asiyada yeni dönəm:
İslam Kərimovdan sonrakı mərhələ