2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə22/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   18   19   20   21   22   23   24   25   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

1. Hind dilləri qrupu
Bu qrupa 70-ə yaxın canlı və ölü dil daxildir.
1) Hind dili Hindistanın dövlət dilidir. Hindu dili ən in-
kişaf etmiş və geniş yayılmış dillərdəndir. Bunun yazı 
sistemində qədim hind yazısı olan davanaqaridən is-
tifadə edilir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
39
2) Urdu dili Pakistanın dövlət dilidir. Yazı sistemində 
ərəb qrafikası tətbiq olunur. Urdudan müsəlmanlar 
geniş istifadə edirlər.
3) Benqal dili müasir zəngin dillərdəndir. Bu ədəbi dil 
Hindistanın şərqində işlənilir.
4) Bixari dili Hindistanın şimal-şərqində istifadə olunur.
5) Maratxi dili Hindistanın cənubunda geniş yayılmışdır. 
Bu dilin yazılı abidəsi XII əsrə aiddir.
6) Pəncab dili Şimal-Qərbi Hindistanda işlənilir.
7) Hücərat dili Şərqi Hindistanın ünsiyyət vasitəsidir. Bu 
dil XV əsrdən yazı sisteminə malikdir.
8) Urya dili də Hindistanın şərqində işlənilir.
9) Sindxi dilindən Pakistanda istifadə olunur.
10) Assam dili Hindistanın şərq hissəsində işlənilir.
11) Sinqam dili Seylonda geniş yayılmış və orada istifadə 
edilir.
12) Nepali dili Nepalın rəsmi dilidir.
13) Laxnda dili Şimali Hindistan dillərindəndir.
14) Racastxani dili Hindistanın qərbində işlənilir, geniş ya-
yılmışdır.
15) Qaraçı dili yeni hind dillərinə aiddir. Əcdadları Hin-
distanda olan qaraçılar dünyanın bəzi ölkələrinə 
səpələnmişlər. Qaraçı dilinin bir sıra dialekti vardır.
Hind-Avropa dilləri ailəsinə məxsus olan sanskrit, 
prakrit və pali ölü dillərdir.
1) Sanskrit dili eradan əvvəl VI əsrdən ədəbi dil kimi iş-
lənilən ən qədim hind dilidir. Bu dildə bir çox dini və 
başqa məzmunda əsərlər meydana çıxmışdır. Qədim 
hind dini vedaları da bu dildədir. Sanskritin qramma-
tikası bizim eradan əvvəl IV əsrdə məşhur hind dilçisi 
Panini tərəfindən yazılıb hazırlanmışdı. Sanskritdən 
VII əsrə kimi istifadə olunmuşdur. Sanskritə qədim 
hind dili də deyilir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
40
2) Prakrit dili sanskritdən özünün xəlqiliyinə, təbiili-
yinə görə fərqlənirdi. Bizim eradan əvvəl III əsrə aid 
yazılı abidəsi mövcuddur. Buna orta hind dili də de-
yilir. Müasir hind dillərinin bir çoxu bu dilin əsasında 
formalaşmışdır.
3) Pali dili orta əsrlərdə istifadə olunmuş ədəbi dildir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə