8
MUSİQİ
Mahnı (Şer)
–
Bir şer, nəsir və ya ona yaxın bir şeylə səsi yüksəltmək,
ucaltmaq, davam etdirmək, yerli və ya yersiz olaraq dəfələrlə təkrar
edərək əyləndirmək və coşdurmaq deməkdir. Bu da musiqi ilə birlikdə və
ya musiqi olmadan da ola bilər
7
. İbnul Əsir
–
rahmətullahi aleyhi -
deyir
ki: «Səsini yüksəldən və onu davam etdirən hər kəsin səsinə ərəblər mahnı
deyirlər»
8
.
Musiqi
–
Yunan sözü olub Ud, Kamança, Tabur, Klarnet və s. kimi
çalğı alətlərilə çalınan sənət növlərinə ümumilikdə verilən addır.
Musiqinin Dindəki İsimləri
–
əl-Ləhv (əyləncə, vaxtı boşa keçirmək),
əl-Ləğv (boş söz),
əl-Batil (boş, dəyərsiz),
əz-Zur (yalan),
əs-Sumud (boş
şeylə əylənmək), əl-Muka (fit çalmaq), ət-Tasdiyə (əl çalmaq), Ruqyətuz
Zina (zinanın dəvətçisi),
Savtuş Şeytan (şeytanın səsi),
Məzmuruş Şeytan
(şeytanın qavalı), Quranuş Şeytan (şeytanın Quranı), Muəzzinuş Şeytan
(şeytanın müəzzini), Munbitun Nifaq (nifaq çıxaran, yetişdirən), Səvtul
Ahmaq (axmaq səs), Savtul Facir (yalançı, rəzil səs)
9
.
Musiqinin Fərdlərə Olan Təsifri
–
Musiqi harama təşviq edər və onu
gözəl göstərər. O, haramları etməyə sövq edən bir vasitədir. Fısqı, fucuru
(günahkarlığı), həyasızlığı və ədəbsizliyi əmr edər. Nəfsi şəhvətlərə (istək
və arzuları) yerinə yetirməyə yönəldər. İnsanın şəxsiyyətini, ədalətini və
hörmətini itirər. Ağlın və imanın gözəlliyini və üzdəki nuru itirər. İnsan
nəfsindəki şeytani durumları gücləndirər. Qəlbi Quranı və Allahı zikr
etməkdən yayındırar. Qəlbi korlayar və bundan sonra qəlb heç bir xeyiri
görməz və heç bir pisliyi də inkar etməz. Qulu facirlərə və kafirlərə
bənzəməyə sövq edər. Fərd və toplum üçün İlahi cəzaların gəlməsinə
səbəbdir.
Musiqi İki Növdür:
1. Haram Olan Musiqi
–
Bura qadınların və kişilərin musiqi
alətlərindən istifadə edərək oxumaları və bu mahnının sözlərində dinə
zidd olan şirk, küfr, boş və faydasız sözləri istifadə etmələri, qadınların
kişilərin məclisində oxumaları, məşhur olana qədər mahnı ilə çox məşğul
olmaq, mahnı oxumaq müqabilində pul almaq, pis əməllərə çağıran
kimsələrin mahnılarını oxumaq, musiqi alətini dinləmək, musiqi alətlərinə
sahib olmaq hər yerdə və hər zamanda, musiqi alətlərinin ticarətini etmək
və onu qazanc mənbəyi etmək, musiqi alətlərinin və kassetlərinin
7
Lisanul Arab 15/136, Fəthul Bəri 10/55.
8
ən-Nihayə 3/390.
9
İbn Qeyyim «İğasətul Lehfan» 1/237.
9
satılması və alınması və bunun üçün dükan kirayə götürmək və s. icma ilə
haramdır. Bunların hamısı qulu Allahı zikr etməkdən, insanın yaradılış
məqsədi olan Allaha ibadətdən, itaətdən təmamilə uzaqlaşdırır.
Mahnı və musiqi qəlblərin sərtləşməsində, xəstələnməsində, Rəhmanın
kəlamını dinləməkdən çəkinməkdə, ayə və zikrlərdən təsirlənməməkdə ən
böyük səbəbdir. Musiqi qəlbin imandan kasad olmasında, Rəhmanın
yolundan uzaqlaşmaqda və şeytanın yoluna düşməkdə və sonun pis
qurtarmasına səbəbdir. Musiqi namazın ziddidir. Çünki namaz pis və
çirkin əməlləri qadağan edər. Musiqi isə onları əmr edər. Musiqi bəzi
kimsələrdə nifaq, bəzi kimsələrdə inadkarlıq, bəzi kimsələrdə yalançılıq,
bəzi kimsələrdə isə günahkarlıq izlərini buraxar. Ən ağır buraxdığı izlər
isə surətlərə (şəkillərə) aşiq olmaq və iyrənc şeyləri bəyənməkdir.
Musiqiyə qulaq asan kimsənin qəlbindən Quranın ləzzəti alınar. Artıq
Quran qəlbə ağır gələr, Quranı dinləməyə istəksiz olar və bu da nifaqdan
bir parçadır. İbn Məsud
–
radıyallahu anhu
–
deyir ki: «Yağış bitkiləri
böyüdüb yetişdirdiyi kimi musiqi də qəlbdə münafiqliyi yetişdirir»
10
.
Musiqi Barəsində Qurani Kərimdə Keçən Ayələr - «İnsanlar
içərisində eləsi də vardır ki, nadanlığı üzündən xalqı Allah yolundan
döndərmək (sapdırmaq) və bu minvalla onu məsxərəyə qoymaq üçün
mənasız, oyun-oyuncaq sözləri satın alar. Məhz belələrini rüsvayedici
bir əzab gözləyir». (Loğman 6). İbn Məsud
– radıyallahu anhu – dan
ayədə keçən Ləhvəl Hədisin (mənasız, oyun-oyuncaq sözlərin) nə olduğu
soruşulduqda o: «Allaha and olsun ki, bu musiqidir» deyib sözünü üç dəfə
təkrar etdi
11
. İbn Abbas – radıyallahu anhu – deyir ki: «Ayə musiqi və
bənzəri olan şeylər haqqında nazil olmuşdur»
12
. İkrimə – rahmətullahi
aleyhi -
deyir ki: «Ləhvəl Hədisin – Musiqidir»
13
. İbn Ömər və Cabir b.
Abdullah – radıyallahu anhum – rəvayət edirlər ki: «Bunlar səhabələrin
10
İbn Əbi Dünya «Zəmmul Məlahi».
11
Təfsir Təbəri11/61, Həkim 2/411, Beyhəqi «Şuabul İman» 4/278,5096, İbnul
Covzi «Təlbisul İlbis» 246, əl-Albani səhih.
12
«Səhih Ədəbul Mufrad» əl-Albani 955, İbn Əbi Şeybə 6/310, İbn Cərir
«Təfsir» 21/40, Beyhəqi «Sunən» 10/221. İbn Abbas
– radıyallahu anhu – dan
səhih olan budur. Bu ayə Nadr b. Həris haqqında nazil olduğu da söylənilir. əl-
Vahidi «Əsbabul Nuzul» 259 – Nadr b. Həris Fars diyarlarına səfər edər və
əcəmilərə dair xəbərləri onlardan satın alaraq bu rəvayətləri Qureyşə danışır və
onlara: Muhəmməd sizə Ad və Səmud qövmünə dair xəbərlər danışır. Mən də
sizə Rüstəmin və İsfəndiyarın, Kisraya dair xəbərləri danışıram. Qureyşlilər onun
danışdıqlarından xoşlanır, Quranı dinləməyi tərk edirlər. Bu ayə də onun
haqqında enmişdir».
13
Buxari «Tarix» 2/2/217, İbn Hibban 4/355.