7.Dayaqlar haqqında məlumat
Fəzada hərəkətdə olan cisimlərin hərəkətlərini məhdudlaşdıran maneələrə dayaq və ya rabitə deyilir.Rabitə qeyri-sərbəst cismə müəyyən qüvvə ilə təsir edir ki,bu da rabitənin reaksiya qüvvəsi adalanır.Reaksiya qüvvəsi həmişə qeyri-sərbəst cismin hərəkət edə bilmədiyi istiqamətin əksinə yönəlir.Cismə təsir edən bütün qüvvələri aktiv və reaktiv olmaqla 2 yerə ayırırlar.Rabitənin reaksiyasından başqa bütün qüvvələr aktiv qvvələrdir.
Dayaqlar 3 növə bölünür:
I növ dayaqlar- elə dayaqlara deyilir ki,onları şərtləndirən reaksiya qüvvələrinin bir ünsürü-qiyməti məchul olur.I növ dayaqlara misal olaraq oynaqlı tərpənən dayaqları göstərmək olar. Bu növ dayaqlarda reaksiya qüvvəsi dayağa tətbiq olunub səthə normal istiqamətdə olur.
II növ dayaqlar – elə dayaqlara deyilir ki,onları şərtləndirən reaksiya qüvvələrinin iki ünsürü – qiymət və istiqaməti məçhul olur. II növ dayaqlara misal olaraq oynaqlı tərpənməz dayaqları göstərmək olar.II növ dayaqlarda dayaq reaksiya qüvvələrini oxlar üzrə toplananlara ayırırlar.
Dostları ilə paylaş: |