2.Nəzəri mexanikaya giriş
Nəzəri mexanika maddi cisimlərin hərəkət və müvazinət qanunlarını öyrənən elmdir.Nəzəri mexanika müasir texniki fənlərin nəzəri əsaslarından biridir.
Hərəkət maddənin varlıq formasıdır.Təbiətdə müxtəlif xarakterli hərəkətlər mövcuddur.Nəzəri mexanikada mexaniki hərəkət öyrənilir.Nəzəri mexanika həm də klassik mexanika adlanır və onun əsası Qaliley və Nyuton tərəfindən qoyulmuş-dur.Klassik mexanikada maddi cisimlərin kütləsi sabit qəbul olunur və maddənin hərəkətindən asılı olmayan mütləq məkan və zaman anlayışlarından istifadə edilir. Nəzəri mexanika üç hissədən ibarət olaraq öyrənilir;
1.statika;
2.kinematika;
3. dinamika;
Statikada qüvvələrin xassələri və qüvvələr təsirindən bərk cisimlərin müvazinət şərtləri öyrənilir.
Kinematikada cisimlərin hərəkəti onlara təsir edən qüvvələrdən asılı olmayaraq öyrənilir.
Dinamikada cisimlərin hərəkəti onlara təsir edən qüvvələrlə əlaqəli öyrənilir.
Dostları ilə paylaş: |