Nəticə
– nəzakətli bir imza. Son ifadələr məktubun mövzusundan və adreslə tanışlıq
dərəcəsindən
asılıdır. Məsələn: Hörmətlə ...,Dərin hörmətlə ...
5. Rəsmi dövlət sənədlərinin əsas xüsusiyyətləri və tərtib şərtləri
Rəsmi sənədlərin əsas xüsusiyyətləri bunlardır:
- dilin
maksimum mükəmməlliyi;
- fikrin tam aydınlığı;
- fikrin (sözlərin) birmənalılığı;
- fikrin hüquqi cəhətdən əsaslılığı (əsaslandırılması)
- dil yığcamlığı
Rəsmi sənədin əsas şərti dil yığcamlığıdır
Rəsmi dövlət sənədlərinin dili və üslubunun özünəməxsus xarakterik xüsusiyyətləri var:
•
Rəsmi sənədlərin dilində artıq, mətləbdənkənar sözlərə, təkrarlara,
bədii ifadələrə yer verilmir,
dəqiq söz və terminlər işlədilir.
•
Rəsmi üslubun özünəməxsus terminləri vardır: bəyannamə, bəyanat,
diplomatik
•
Rəsmi sənədlərdə tarixlər, vaxt, nömrələr dəqiqlik tələb olunur.
•
İşgüzar üslubun bəzi janrlarında (qərarlarda,
qanunlarda, fərmanlarda) ad vəd soyadlar bütöv yazılır
və vəzifələr hər bir adın qarşısında mütləq göstərilir.
6. Rəsmi dövlət sənədlərinin strukturu və məzmunu.
Konstitusiya
"Konstitusiya"nın strukturu:
1. Başlanğıc – preambula;
2. Ümumi müddəalar – əsas prinsiplər;
3. Dövlətin əsas orqanları- qanunverici; icraedici; məhkəmə.
4.
Digər maddələr;
5. Konstitusiyanın dəyişdirilməsi və ona əlavələr edilməsi;
6. Keçid müddəalar.
Fərman
Fərmanın strukturu aşağıdakılardır:
•
dövlətin gerbi;
•
sənəd növünün adı
•
başlıq;
•
məzmun;
•
imza;
•
tərtib
olunduğu yer;
•
tarix
Fərmanın məzmununda verilən qərarın səbəbi,
qanuna istinad, tarix, əmr və göstərişlər öz əksini tapır.
Cümlənin xəbəri felin xəbər və əmr şəklində olur.
Dostları ilə paylaş: