|
1. Rəsmi sənədlərBəyanat və onun tərtibi qaydalarıaz dili imtahan sualları (1)5. Bəyanat və onun tərtibi qaydaları
Bəyanat (latınca declaro – elan edirəm kimi tərcümə olunur) - Dövlətin daxili və xarici siyasət
prinsiplərini ifadə edir yaxud konkret məsələyə dair münasibəti əks etdirir. Bəyanat əksər hallarda
imzalanır, lakin iştirakçıların istəyindən asılı olaraq, imzasız da qəbul oluna bilər.
Bəyanatın tərtibinə aşağıdakı tələblər verilir:
1.Bəyanat, adətən, ictimai-siyasi xarakterli olur və tərtibi zamanı ictimai-siyasi xarakterli terminlərdən
istafadə olunur.
2. Bəyanat tərtib olunarkən ilk öncə lap yuxarıdan bəyanatı ünvanlayan tərəfin adı verilir.
3.Bundan sonra bir sətir buraxılmaqla sətrin mərkəzindən böyük hərflərlə BƏYANATI sözü işlənir.
4.Yenidən bir sətir buraxılmaqla abzasdan bəyanatın məzmunu verilir.
5. Bəyanatın sonunda onun verilmə tarixi qeyd olunur.
•
Məzmunu aydın olmalıdır.
•
Şəxsin öz xətti ilə yazılmalıdır.
•
Sonda imza və tarix: il, ay, gün göstərilməlidir.
1. Rəsmi dövlət sənədlərinin dili və üslub xüsusiyyətləri
Rəsmi dövlət sənədləri hökumət rəhbəri tərəfindən imzalanan və rəsmi qaydada təsdiq olunan
sənədlərdir. Rəsmi dövlət sənədləri – dövlətin konstitusiyası, fərmanları, sərəncamları, qanunları
aiddir.
Rəsmi dövlət sənədlərinin dili və üslubunun özünəməxsus xarakterik xüsusiyyətləri var:
•
Rəsmi sənədlərin dilində artıq, mətləbdənkənar sözlərə, təkrarlara, bədii ifadələrə yer verilmir,
dəqiq söz və terminlər işlədilir.
•
Rəsmi üslubun özünəməxsus terminləri vardır: bəyannamə, bəyanat, diplomatik
•
Rəsmi sənədlərdə tarixlər, vaxt, nömrələr dəqiqlik tələb olunur.
•
İşgüzar üslubun bəzi janrlarında (qərarlarda, qanunlarda, fərmanlarda) ad vəd soyadlar bütöv yazılır
və vəzifələr hər bir adın qarşısında mütləq göstərilir.
|
|
|